Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2747/2025 29.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "komunal borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "komunal borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən qanunsuz yazılmış 230.28 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2008-ci il tarixdə **********080003 saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən onun yaşadığı evdə xx.xx.2021-ci il tarixdə sayğac quraşdırılmışdır. 21448251 M ******* saylı sayğacda heç bir problem olmamışdır. 2024-cü ilin may ayında həmin sayğacda qüsurlar əmələ gəlmiş və fəaliyyət dayandırılmışdır. Sayğacda yaranan nasazlıqları aradan qaldırmaq üçün dəfələrlə cavabdeh və onun Badamdar filialına müraciət etmişdir. Lakin, xx.xx.2025-ci il tarixdə sayğacda olan nasazlıq aradan qaldırılmamışdır. xx.xx.2025-ci il tarixə kimi cavabdehin səhlənkarlığı nəticəsində o 13 ay ərzində istifadə etdiyi elektrikə görə abunə haqqı ödəyə bilməmişdir. Ona görə ki, sayğac işləməmişdir və onun həmin sayğacın düzəlməsinə dair ərizəsinə baxılmamışdır. xx.xx.2025-ci il tarixdə ona cavabdehdən **********8003 saylı abunə kodu altında xəbərdarlıq bildirişi təqdim edilmişdir. Həmin bildirişdə qeyd olunmuşdur ki, istifadə etdiyi elektrik enerjisinə görə 230.28 manat borc yazılmışdır və o, bu borcu ödəməsə evə daxil olan işıq xətlərini kəsəcəklər. Son vaxtlar həmin əməliyyatı icra etmək üçün cavabdehin əməkdaşları qanunsuz olaraq işıq xətlərini kəsməyə cəhd göstərirlər. Lakin, onun etirazlarına görə xətləri kəsə bilməmişlər. 15 ay ərzində sayğacın düzəlməsi ilə əlaqədar onun ərizələrinə baxılmadığından cavabdehin əməlinə görə ona əsassız və qanunsuz olaraq 230.28 manat borc yazılmışdır. O, özü hal-hazırda işsizdir, hərdən iş düşəndə günəmuzd gedib ordaburda işləyib çörək pulu qazanır. Bu borcu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçın iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdeh Azərı̇ şiq" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən tərtib olunmuş 18 may 2024-cü il tarixli, 222523 nömrəli aktından görünür ki, sayğaca baxış keçirilən zaman, məlum oldu ki, yüksüz şəraitdə sayğac 07 basınc yazır. -"xxxx" ASC tərəfindən tərtib olunmuş 18 iyul 2025-ci il tarixli, 012832 nömrəli aktından görünür ki, sayğaca baxış keçirilən zaman, məlum oldu ki, sayğacın ekran tablosu görsənmir. İmpuls led lampası döyünmür və yük keçməsinə baxmayaraq sayğac işləmir. Axan yük tərəfimizdən ölçüldü. İt=3.77A, Pfak=1.25 kvt Psay=0. Qoyulmuş güc qidalandırıcı kabelin kəsiy sahəsi S=2*6 mm aliminium Psay=7.9 kvt təşkil edir. Sayğacın yenisi ilə əvəz edilməsi barədə akt tərtib olunmuşdur. - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli akta əlavədən görünür ki, satış sahəsi üzrə tələblər 1.25kvt x (0.7) x 24 s 90 gün=1890kvts, tarif (0.084 man)- 600 kvts x 0.084=50.40 manat, tarif (0.10 man) – 300 kvts x 0.10=30.00 manat, tarif (0.15) – 990 kvts x 0.15= 148.50 manat, cəmi 228.90 manat təşkil edir. - Abunə haqqında məlumatdan görünür ki, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə ümumilikdə 230.28 manat cərimə hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə aid sayğaca baxış keçirilmiş, "xxxx" ASC tərəfindən 18 iyul 2025-ci il tarixli, akt tərtib edilmiş və həmin akta əsasən istehlakçı İddiaçı itirilmiş elektrik enerjisinin dəyəri kimi 228,90 manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını, sübutları müqayisəli şəkildə tədqiq edərək belə hesab edir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilində sayğac sisteminə müdaxilə etməsi halı sübuta yetirilmir. Belə ki, cavabdeh tərəf sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişlər. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Aktdır ki, həmin Akt isə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı və ya qeyd edilən evdə yaşayan digər tərəfindən imzalanmamışdır. İddiaçı tərəf məhkəmə iclasında da bu halı təsdiq etməmişlər. Məhkəmə qeyd edir ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Göründüyü kimi, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzilinə aid sayğac sisteminə iddiaçı tərəfindən müdaxilə edilməsi sübuta yetirilmir. Belə olan halda isə, yəni elektrik enerjisindən istifadə qaydalarının pozulması halı, eləcə də sayğaca müdaxilə halı sübut olunmadığından, cavabdeh tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması əsası ilə hesablanmış pulun iddiaçıdan tələb edilməsi əsassız və qanunsuzdur. Odur ki, iddia borcun silinməsi hissəsində əsaslı olmaqla qismən təmin edilməli (itirilmiş elektrik enerjisinin dəyəri kimi 228,90 manat borc hesablanmışdır), qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, ünvan 1 ünvanı üzrə hesablanmış 228.9 (iki yüz iyirmi səkkiz manat doxsan qəpik) manat borc İddiaçı - abonent kodu olan **********80003 saylı abunə hesabından silinməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASCdən alınaraq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəh¬bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanı üzrə hesablanmış 228.9 (iki yüz iyirmi səkkiz manat doxsan qəpik) manat borc İddiaçı - abonent kodu olan **********80003 saylı abunə hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2747/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2747/2025
29.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver