Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2786/2025 17.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh 1 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən onun adına daşınmaz əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi 1-ci saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: iddiaçı 24 sentyabr 2024-cü ildə onun atası X4 vəfat etmişdir. 15 oktyabr 2024-cü ildə atasının ölümü ilə bağlı Bakı şəhəri Səbail rayonu 1-ci saylı Notariat Ofisi vərəsəlik işi açıb. Altı aydan sonra 15 aprel 2025-ci ildə 1-ci saylı notariat ofisi onun adına vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdi. Bu barədə 18 aprel 2025-ci ildə o, Ədliyyə Nazirliyinin notariat, qeydiyyat və reyestr baş idarəsinə müraciət etdi. İki dəfə 23 iyul və 29 sentyabr 2025-ci ildə notariat, qeydiyyat və reyestr baş idarəsi müraciətlərinə baxmaqdan rəsmi imtina etdi. İmtina etmək üçün onlar X9 və X5 istinad etdilər. B.F.Saprıkin və E.A.Saprıkin altı ay ərzində 1 saylı notariat ofisinə müraciət etmədilər, ərizə yazmayıblar və sənədləri gətirməyiblər. 1 saylı notariat ofisi onları tapa bilməyib. Bundan sonra notariat, qeydiyyat və reyestr baş idaərsi də B.F.Saprıkini və E.A.Saprıkini beş ay ərzində tapa bilməyib. B.F.Saprıkin və E.A.Saprıkin yuxarıda göstərilən ünvanda qeydiyyatda deyillər. B.F.Saprıkin bu mənzildə heç vaxt qeydiyyatda olmayıb, heç vaxt atasıyla yaşamamışdı, buna görə o, onu heç görməmişdir. B.F.Saprıkin indi sağ olduğuna dair heç bir dəlil yoxdur. 1997-ci ildən sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsi hakim Ağasiyeva Firuza E.A.Saprıkinin anası X3 atasıyla boşaldı. İddiaçı olub özü G.T.Damirova daha sonra G.T.Damirova özü gəlib, özünü və oğlunu A.Saprıkini bu mənzildən qeydiyyatdan çıxardı. O, onlarla bir otaqlı mənzildə yaşamaq istəmirdi. İndi heç bilinmir E.A.Saprıkin indiki soyadı və atasının adı nədir, çünki G.T.Damirova evləndikdən sonra onun soyadını və atasının adını çoxdan dəyişə bilərdi. İndi yuxarıda göstərilən ünvanında qeydiyyatda olan tək odur. Bakı şəhəri Səbail rayon məhkəməsi 2001-ci il martında bu mənzilə onu köçürdükdən sonra, iyirmi dörd il ərzində bu mənzil üçün bütün kommunal ödənişləri o tək ödəmişdir. Atası A.B.Saprıkin sağ ikən mənzil üçün pul ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh 1 saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirkı olmadan baxılmasını xahiş etmiş, məhkəmə MPM-ə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri 1 saylı notariat ofisinin 20 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2024-cü ildə ölmüş X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vətəndaş İddiaçı Bakı şəhəri 1 saylı notariat ofisinə ərizəsi daxil olmuşdur. Miras qoyan X2 xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsənin ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsənin dairəsi müəyyən edilmişdir. "Elektron notariat" avtomatlaşdırılmış informasiya sistemində aparılmış axtarışın nəticəsinə, habele Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, №3-165/7/12/164 saylı rəsmi məktubuna əsasən, miras qoyanın digər bir vərəsəsi – oğlu xx.xx.1997-ci il təvəllüdlü X7 aşkar olunmuşdur. Əlavə olaraq, miras qoyanın atası X8 sağ olub-olmaması barədə məlumat mövcud deyildir. Bu səbəbdən, İddiaçı tələb etdiyi miras əmlakın tam payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Vərəsə İddiaçı miras əmlakın tam payını tələb etdiyi və ona çatası payla razılaşmadığını nəzərə alaraq, məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Bele ki, "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 40-cі maddəsinin 1-ci bəndinin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. - Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 177779 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1980-ci il təvəllüdlü İddiaçı Bakı şəhərində anadan olmuş, ata qrafasında X4, ana qrafasında X6 qeyd edilmişdir. - AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 472 nömrəli aktla qeydə alınmış AZ-İİ seriyalı, 424730 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, X2 ünvan 3 ünvanına mülkiyyət hüququ 09 oktyabr 2023-cü il tarixində qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan etməsi ilə açılır. - 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. - 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmənin mövqeyi: İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri 1 saylı notariat ofisinin 20 oktyabr 2025-ci il tarixli qərarına əsasən xx.xx.2024-cü ildə ölmüş X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vətəndaş İddiaçı Bakı şəhəri 1 saylı notariat ofisinə ərizəsi daxil olmuşdur. Miras qoyan X2 xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsənin ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsənin dairəsi müəyyən edilmişdir. "Elektron notariat" avtomatlaşdırılmış informasiya sistemində aparılmış axtarışın nəticəsinə, habele Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, №3- 165/7/12/164 saylı rəsmi məktubuna əsasən, miras qoyanın digər bir vərəsəsi – oğlu xx.xx.1997-ci il təvəllüdlü X7 aşkar olunmuşdur. Əlavə olaraq, miras qoyanın atası X8 sağ olub-olmaması barədə məlumat mövcud deyildir. Bu səbəbdən, İddiaçı tələb etdiyi miras əmlakın tam payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Vərəsə İddiaçı miras əmlakın tam payını tələb etdiyi və ona çatası payla razılaşmadığını nəzərə alaraq, məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Bele ki, "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 40-cі maddəsinin 1-ci bəndinin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iddianın dəlillərini əsassız hesab edərək qeyd edir ki, xx.xx.2024-cü ildə ölmüş X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı İddiaçı Bakı şəhəri 1 saylı notariat ofisinə müraciət etmiş, miras qoyan X2 xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsənin ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsənin dairəsi müəyyən edilmişdir. "Elektron notariat" avtomatlaşdırılmış informasiya sistemində aparılmış axtarışın nəticəsinə, habelə Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, №3-165/7/12/164 saylı rəsmi məktubuna əsasən, miras qoyanın digər bir vərəsəsi – oğlu xx.xx.1997-ci il təvəllüdlü X7 aşkar olunmuşdur. Əlavə olaraq, miras qoyanın atası X8 sağ olubolmaması barədə məlumat mövcud deyildir. Bu səbəbdən, İddiaçı tələb etdiyi miras əmlakın tam payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq sənədləri toplamaqala vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariat ofisinə müraciət edə bilər. Beləliklə də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2786/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2786/2025
17.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver