Məhkəmə qərarları › İş №2(011)-1346/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1346/2024

10.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1346/2024 10.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment və birgə nikah dövründə əldə edilmiş əmlak üzərində mülkiyyət hüququnun tanınması” barədə iddia tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və dəqiqləşmə ərizəsi verərək, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü Məmmədova Gülnaz Hicran qızının və xx.xx.2011-ci il təvəllüdlü Məmmədli Fatimə Hicran qızınn yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 89.42 m2 olan mənzilin ½ hissəsi üzərində mülkiyyət hüququmun tanınması, alimentin tutulmasının ərizəsinin məhkəməyə daxil olduğu gündən hesablanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-1346/2024 saylı mülki iş və 2(011)-1312/2024 saylı mülki işlər birləşdirilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazovanın icraatında iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbi barədə 2(011)-1312/2023 saylı mülki iş vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil və cavadbeh Cavabdeh mülki işlərin birləşdirilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə hesab edir ki, hazırkı mülki işlər üzrə iddia tələbləri bir-biri ilə əlaqədar olduğundan və həmin işlər üzrə eyni tərəflər çıxış etdiyindən, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-1346/2024 saylı və 2(011)-1312/2024 saylı mülki işlər birləşdirilməlidir. Belə ki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü və 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatında olan 2(011)-1346/2024 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazovanın icraatında olan 2(011)-1312/2024 saylı mülki işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar