Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-285/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X14, Cavabdeh ASC-nin nümayəndəsi X16 iştirakı ilə, İddiaçı Cavabdeh ASC qarşı «zaminlik müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ASC ilə bağlanmış xx xxxxxx 2008-ci il tarixli 150808-192xx-xx/1929600/Z saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh ASC-dən maddi ziyanın əvəzi olaraq 4285 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə, mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 2019-cu ilin iyul ayında Həcc ziyarətinə getmək məqsədilə 4285 (dörd min iki yüz səksən beş) ABŞ dolları məbləğində pul vəsaitini Həcc ziyarətini təşkil edən X7 hesabına ödəyərək, həcc ziyarəti müqaviləsi bağlamışdı. Həcc ziyarətinə getmək üçün Heydər Əliyev adına X18 yaxınlaşanda adı çəkilən müəssisənin sərhədkeçmə məntəqəsinə yaxınlaşarkən onun ölkədən çıxmaq hüququmun müvəqqəti məhdudlaşdırılması barədə məlumat aldı. Belə ki, pasport qeydiyyatında olduğu yer üzrə icra hərəkətlərini həyata keçirən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiva Şöbəsinə müraciət etdiyi zaman ona məlum olmuşdur ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli 2(008)-1550/2012 saylı qətnaməsinə əsasən cavabdehlər X9, X21 və X1 müştərək qaydada cəmi 42600.31 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə alınaraq iddiaçı "Cavabdeh” ASC-yə ödənilməsi qət edilib. Məhkəmənin qeyd edilən qətnaməsinin təqdim edilməsinə dair nümayəndəm vasitəsilə, həmçinin özü dəfələrlə ərizə ilə müraciət etdikdən sonra Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli 2(008)-1550/2012 saylı qətnaməsi xx xxxxxx 2019-cu il tarixdə poçt vasitəsilə ünvanıma daxil olub. Məhkəmənin mübahisələndirilən qətnaməsinə əsasən iddiaçı "Cavabdeh" ASC cavabdehlər X9, X21 və Abdullayev (hazırda Abdullah) Ceyhun Şahmar oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 150808-1929xx-xx/192960 saylı kredit müqaviləsi və iddiaçı bankla onun və X15 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 150808-1929xxxx/192960/Z saylı zaminlik müqaviləsinə əsasən 19059.61 ABŞ dolları əsas borcun, 22600.90 ABŞ dolları faiz borcu, 2819,40 ABŞ dolları penya olmaqla, cəmi 44479.91 ABŞ dollarının və 20 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq "Cavabdeh” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli 2(008)- 1550/2012 saylı qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək cavabdehlər X9, X21 və Abdullayev (hazırda Abdullah) Ceyhun Şahmar oğlundan müştərək qaydada 19059.61 ABŞ dolları əsas borcun, 22600,90 ABŞ dolları faiz borcu. 939.80 ABŞ dolları penya olmaqla, cəmi 42600,21 ABŞ dollarının ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq və 20 manat dövlət rüsumunun tutularaq iddiaçı "Cavabdeh” ASC-yə ödənilməsi qət edilib. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli 2(008)- 1550/2012 saylı qətnaməsinin icra tədbiri olaraq Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli. 8(001)-3782/2017 saylı qərardadına əsasən onun ölkədən getmək hüququm müvəqqəti məhdudlaşdırılmışdır. xx xxxxxx 2019-cu ildə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxx 2012- ci il tarixli 2(008)-1550/2012 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdi. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli. 2(008)- 1550/2012 saylı qərardadına əsasən apelyasiya şikayəti geri qaytarılmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli. 2(008)- 1550/2012 saylı qərardadına əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli. 2(008)-1550/2012 saylı qərardadından verdiyi şikayət təmin olunmamış və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2( 103)-3737/2020 saylı qərardadına əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli. 2(008)- 1550/2012 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Barəsində çıxarılmış qətnamənin qəbul edilməsinə "əsas” olan zaminlik müqaviləsinin cavabdeh "Cavabdeh”dan əldə edilməsi məqsədilə ilk öncə vəkili tərəfindən vəkil sorğusu göndərilmişdir. Vəkil sorğusuna cavab olaraq, zaminlik müqaviləsinin verilməsindən imtina edildikdən sonra tərəfindən cavabdeh "Cavabdeh”ya zaminlik müqaviləsinin təsdiq olunmuş surətinin əldə edilməsi məqsədilə müraciət ünvanlanmışdır. xx xxxxxxx 2020-ci il tarixli məktubla "Cavabdeh” xx xxxxxx 2008-ci il tarixli. 150808-1929xx-xx/192960/Z saylı zaminlik müqaviləsinin təsdiq olunmuş surəti ona təqdim olunmuşdur. Onunla cavabdeh "Cavabdeh" ASC ilə "bağlanmış” xx xxxxxx 2008-ci il tarixli 150808-1929xx-xx/192960/Z saylı zaminlik müqaviləsinin mövcudluğu, həmin zaminlik müqaviləsi əsasında barəsində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli 2(008)-1550/2012 saylı qətnaməsinin qəbul edilməsi və adıçəkilən qətnamənin icrası tədbiri olaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 8(001)-3782/2017 saylı qərardadının qəbul edilməsi nəticəsində onun üçün mənəvi dəyərli ziyarətinin təxirə düşməsinə, maddi ziyana düşməyinə, mənəvi zərərlə üz-üzə gəlməyinə səbəb olmuşdur. Aşağıda göstərilənlərə əsasən xx xxxxxx 2008-ci il tarixli. 150808-192960- 07/192960/Z saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, ona dəymiş maddi ziyanın əvəzi olaraq 4285 (dörd min iki yüz səksən beş) ABŞ dollarının ödəniş gününə manat məzənnəsi ilə, mənəvi ziyanın əvəzi olaraq 10000 (on min) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh "Cavabdeh" ASC- don alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Belə ki, o "Cavabdeh" ASC ilə borclu, zamin münasibətlərində olmamış, həmin bankdan kredit almamış, kredit alan hər hansı şəxsə zamin durmamışdır. Həmçinin məhkəmə qətnaməsinin əsasını təşkil edən xx xxxxxx 2008-ci il tarixli 150808- 1929xx-xx/192960/Z saylı zaminlik müqaviləsini imzalamamışdır. İstinad edilən zaminlik müqaviləsindəki imza qrafasında iddiaçı "Cavabdeh" ASC tərəfindən onun yerinə imza atılaraq etibarsız əqd tərtib edilmiş və etibarsız əqdlə ona qarşı məhkəmədə iddia qaldırılmışdır. "Cavabdeh" ASC tərəfindən göstərilən qanunsuzluqlara yol verməsi hüquq və azadlıqlarının pozulması ilə nəticələnib. Xüsusilə ölkə hüdudlarını tərk etməyinə qoyulan qadağa bir sıra əhəmiyyətli səfərlərinin təxirə düşməsi və maddi- mənəvi zərər çəkməyi ilə nəticələnib. Belə vəziyyət hazırda davam edir. ‘‘Cavabdeh" ASC-nin xx xxxxxx 2008-ci il tarixli 150808-192960- 07/192960/Z saylı zaminlik müqaviləsi adı altında yalan əqd tərtib etməsi, həmin əqddən məhkəmədə istifadə etməsi, nəticədə hüquq və azadlıqlarının pozulması bankın müştərilərə münasibətdə sui-istifadə hallarına yol verməsini təsdiq edir. Onun cavabdeh “Cavabdeh" ASC ilə aktiv öhdəlikli borclu, zamin və bank münasibətlərinin olmaması Azərbaycan Kredit Bürosundan çıxarışla da sübuta yetirilir. Həmin çıxarışın “borcalan zamin olduğu öhdəliklər" bölməsində onun zamin kimi hər hansı öhdəliyinin olmaması qeyd edilmişdir. “Banklar Haqqında" Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinə əsasən banklar bank sisteminin etibarlığım təmin etmək məqsədilə borcalanların ödəniş qabiliyyəti və etibarlığı haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməyə borcludurlar. Mərkəzləşdirilmiş kredit reyestrinin iş rejimi, o cümlədən məlumatın xarakteri, məlumatların verilməsi və alınması qaydaları və şərtləri maliyyə bazarlarına nəzarət orqanın normativ xarakterli aktları ilə müəyyən edilir. xx xxxxxx 2004-cü il tarixli Mərkəzləşdirilmiş kredit reyestri haqqında Qaydaların 2.5-ci maddəsinə əsasən banklar kredit tələbləri barədə Mərkəzləşdirilmiş kredit reyestrinə (daha sonralar "MKR" adlandırılacaq) məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir. Həmin Qaydaların 3.1.3-cü maddəsinə əsasən MKR-ə Bankların borcalanlarının mühüm iştirak paymm sahibləri və zaminləri barədə məlumatlar təqdim edilir. Qeyd edim ki. xx xxxx 2008-ci il tarixli 21 nömrəli Azərbaycan Respublikası Milli X24 Protokoluna əsasən MKR-ə zaminlər barədə məlumatların daxil edilməsi zəruri hesab edilmişdir. Mülki Məcəllənin 337.1-ci və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bəzi əqdlərin əsas etibarlılıq şərtini sərəncam səlahiyyəti təşkil etdiyi üçün həmin şərtin (razılıq və ya bəyənmənin) mövcud olmaması, mahiyyət etibarilə sözügedən əqdin əhəmiyyətsizliyinə dəlalət edir. Mülki qanunvericilikdə isə əqdin əhəmiyyətsiz (etibarsız) sayılmasına dair iddia qaldırılması zərurəti və bu səbəbdən belə tələblər üçün müddət (kəsici və ya iddia müddəti) nəzərdə tutulmamışdır. Ona görə ki, hansısa müddətin keçməsinə görə zəruri etibarlılıq şərti (o cümlədən sərəncamverici əqdlər baxımından sərəncam səlahiyyəti) olmayan əqd etibarlı hala gələ və hüquqi nəticə yarada bilməz. Belə əqdlər heç bir şərt və hərəkətdən, o cümlədən müddətin keçinəsindən və ya məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan öz-özlüyündən əhəmiyyətsizdir və hüquqi nəticə yaratmır. Təsadüfi deyil ki, Mülki Məcəllənin 337.3-cii maddəsi “əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir” qaydasını təsbit etmişdir. Belə iddianı irəli sürməyə ehtiyac olmadığı halda təbii ki, bu cür tələb üçün müddət də nəzərdə tutulmaz. Mülki Məcəllənin 354.1-ci maddəsində (əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər) nəzərdə tutulan bir illik müddət isə əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmaq müddəti olmayıb, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək üçün nəzərdə tutulmuşdur. Etibarsız əqdin nəticələrinin nədən ibarət olması Mülki Məcəllənin 337.5-ci maddəsində göstərilir. Həmin maddəyə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz. hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki. qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib- edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki. qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il 7 saylı Qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikas; Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair'" xx xxxx 2002-ci il tarixli qərarında göstərilir ki. mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı,yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ sair şəxsi qeydi-əıulak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. "Mənəvi zərərin ödənilməsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunveriliciyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və sair hallarda özünü birüzə verir. Qeyd olunanlar X23 Məhkəməsinin qərarlarında da təstiqini tapıb. Belə ki, "X11” qarşı (xx xxxxxx 2006-cı il) və "X3rşı” (xx xxxx 2006-cı il) işlərdə də məhkəmə mənəvi əzab və məyusluq hissinə məruz qalmağı mənəvi ziyan kimi qiymətləndirmiş və ədalətlilik prinsipini əsas tutaraq ərizəçiyə mənəvi ziyana görə kompensasiyanın ödənilməsini zəruri hesab etmişdir. “X5rşı” (xx xxxx 2006-cı il) işdə X23 Məhkəməsi qeyd etmişdir ki. ərizəçinin hüququnun pozulması faktının müəyyən edilməsi ilə onun çəkdiyi mənəvi əzab və məyusluq hissini kompensasiya etmək olmaz. İş üzrə əldə edilmiş sübutlardan göründüyü kimi, onunla cavabdeh "Cavabdeh” ASC ilə "bağlanmış” xx xxxxxx 2008-ci il tarixli 150808-192960- 192960/Z saylı zaminlik müqaviləsinin mövcudluğu, həmin zaminlik müqaviləsi əsasında barəsində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli 2(008)-1550/2012 saylı qətnaməsinin qəbul edilməsi və adıçəkilən qətnamənin icrası məqsədilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli. 8(001)- 3782/2017 saylı qərardadının qəbul edilməsi onun sonunda bilavasitə maddi və mənəvi zərərə məruz qalmağı ilə nəticələnmişdir. Odur ki, xx xxxxxx 2008-ci il tarixli 150808- 1929xx-xx/192960/Z saylı zaminlik müqaviləsi etibarsız hesab edilməli, maddi ziyan olaraq 4285 (dörd min iki yüz səksən beş) ABŞ dolları və mənəvi zərər olaraq 10000 (on min) manat pul məbləğinin cavabdeh "Cavabdeh" ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdehin nümayəndəsi xx.xx.2021-ci il tarixdə iddia ərizəsinə etiraz vermişdir. Etirazı onunla əsaslandırmışdır ki, iddiaçı X10 CavabdehSC-yə qarşı iddia qaldıraraq, Səbail Rayon Məhkəməsindən CavabdehSC ilə bağlanmış xx xxxxxx 2008-ci il tarixli 150808-1929xx-xx/192960/Z saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, CavabdehSC-dən maddi ziyanın əvəzi olaraq 4285 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə, mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı səbəblərə görə X4 iddiası təmin edilməməli və bu barədə müvafiq qətnamə qəbul edilməlidir. AR MPM-nin 82.3. maddəsinə əsasən, Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd etmək istəyirik ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1550 saylı iş üzrə xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən, X2, X13 və X1 müştərək qaydada 19059.61 ABŞ dolları əsas kredit borcu, 22600.90 ABŞ dolları faiz borcu, 939.80 ABŞ dolları məbləğində penya-cəmi 42600.31 ABŞ dollan(ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla) və ödənilmiş dövlət rüsumuna görə 20.00 manat Cavabdeh ASC- nin xeyrinə tutulması qət edilmişdir.Qətnamə qanuni qüvvəsini aldıqdan sonra cavabdehlər barəsində müvafiq icra tədbirləri görülmüşdür. Məcburi icra tədbirləri görüldükdən sonra cavabdeh X10 məsuliyyətdən yayınmaq üçün xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək, yeddi il yeddi aya yaxın müddət keçdikdən sonra Sabunçu Rayon Məhkəməsinin 2(008)-1550 saylı iş üzrə xx.xx.2012-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-1550/2012 saylı qərardadı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1550/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan narazı qalan cavabdeh X10 şikayət ərizəsi ilə müraciət edərək Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-1550/2012-ci il saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-1550/2012 saylı qərardadı ilə şikayət təmin olunmamış və AR MPM-nin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin qeyd olunan qərardadı dəyişdirilmədən saxlanılmışdır. X17 buraxılmış prossesual müddətin bərba edilməsinə dair ərizə ilə müraciət edərək Sabunçu Rayon Məhkəməsinin 2(008)-1550/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla məyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-1550/2012 saylı qərardadı ilə cavabdeh X4 ərizəsi rədd edilmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)l550/2012 saylı iş üzrə qəbul etdiyi xx xxx 2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa edilməmişdir. Beləliklə Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(008)-1550/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il tarixli 150808-1929xx-xx/192960/Z saylı zaminlik müqaviləsi mübahisələndirilmədiyindən və həmin qətnamə üzrə X6 bankın xeyrinə pul tutulması qət edildiyindən hazırkı mülki iş üzrə iddiaçının CavabdehSC-yə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərər tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, 2019-cu ili iyul ayında Həcc ziyarətinə getmək istədiyi zaman hava limanında onun ölkədən çıxmasına məhdudiyyət qoyulduğunu öyrənmişdir. Ondan əvvəl dəfələrlə xaricə getmiş, lakin, heç bir problem olmamışdır. Ədliyyə Nazirliyi və Asan Xidmət Mərkəzlərindən müxtəlif formada arayışlar almış, amma heç birində banka borcu olması barədə məlumat olmamışdır. Zaminlik müqaviləsi onun tərəfindən imzalanmamış, eyni zamanda, məhkəmə qətnaməsindən xəbəri olmamış, icra və probasiya şöbəsi tərəfindən heç bir zaman onunla əlaqə saxlanılmamışdır. Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş həmin işdə onun barəsində heç bir məlumat olmamış, hətta şəxsiyyət vəsiqəsinin surəti belə olmamışdır. Bu səbəbdən hesab edir ki, həmin müqavilə onun tərəfindən imzalanmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, x xxxx 2008-ci il tarixdən zaminlərin də Mərkəzləşdirilmiş Kredit Reyestri sisteminə daxil edilməsinə başlanılmışdır. Sözügedən müqavilə (hansı ki, onlar iddiaçı tərəfindən həmin müqavilənin imzalanmasını qəbul etmirlər) xx xxxxxx 2008-ci ildə bağlanmışdır. Belə olan halda iddiaçının adı da həmin Resyestr Sisteminə daxil olmalı idi. 2019-cu ilin iyul ayında iddiaçı ölkədən çıxmağına məhdudiyyət qoyulduğunu öyrəndikdən sonra İcra və probasiya şöbəsinə yaxınlaşaraq həmin qətnamədən xəbərdar olmuşdur. Sabunçu Rayon Məhkəməsinə etdiyi müraciət əsasında qətnaməni əldə etmiş və ondan apelyasiya şikayəti vermişdir. Lakin, apelyasiya şikayəti geri qaytarılmış, həmin qərardaddan verilmiş şikayət baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi isə Sabunçu Rayon Məhkəməsinin qərardadını dəyişdirilmədən qüvvədə saxlamışdır. Lakin hesab edir ki, bütün bu qərardadlar ədalətli deyil, çünki iddiaçının qəbul etməsi barədə heç bir sübut olmamışdır. İddia müddətinin ötürülməsinə münasibətdə hesab edir ki, hazırki iş üzrə iddia müddəti tətbiq oluna bilməz. Bu səbəbdən də iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirk edən Cavabdeh ASC-nin nümayəndəsi X22 etiraz ərizəsini müdafiə edərək, iddia müddətinin tətbiq olunmasını, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mübahisələndirilə bilməyəcəyini qeyd edərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Sabunçu rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-1550/2012 saylı, xx xxx 2012-ci il tarixli qətnaməsindən görünür ki, X2, X13 və X1 19059,61 ABŞ dolları əsas kredit borc, 22600,90 ABŞ dolları faiz borcu, 939,80 ABŞ dolları məbləğində penya-cəmi 42600,31 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla) və 20 manat dövlət rüsumu Cavabdeh ASC-nin xeyrinə müştərək qaydada tutulmuşdur. Mülki Prosessual Qanunverciliyinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, məhkəmə üçün qeyd edilən qətnamə preyudisial əhəmiyyət kəsb edir. Hazırda iddiaçı qətnamə üzrə ödədiyi pulun bankdan geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan borcu ödədikdən sonra mübahisələndirilməyini məqbul saymır. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Tələbin mənəvi ziyanla bağlı hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulmadığı qənaitinə gəlindiyi, habelə iddiaçı tərəfindən ona konkret hansı mənəvi iztirabların vurulması müəyyənləşdirilmədiyindən əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-285/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-285/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver