Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-591/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə üzrə QƏRARİ İş № 2(102)-591/2022 (Açar sözlər: icraata xitam) Bakı şəhəri, 23 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4199/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə A zərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1550/2012 saylı iş üzrə 10 may 2012-ci il tarixli qətnaməsinə əsasən, X2, X3 və X1 müştərək qaydada 19059,61 ABŞ dolları əsas kredit borcunun, 22600,90 ABŞ dolları faiz borcu, 939,80 ABŞ dolları məbləğində penya-cəmi 42600,31 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla) və ödənilmiş dövlət rüsumuna görə 20 manat Cavabdeh ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC ilə bağlanmış 15 avqust 2008-ci il tarixli 150808-192 96- 07/1929600/Z saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh ASC-dən maddi ziyanın əvəzi olaraq 4285 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə, mənəvi zərərin əvəzi olaraq 10.000 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 fevral 2021-ci il tarixli, 2(009)-285/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin olunmasını xahiş etmişdir
5. Apellyator şikayətini əsaslandırarkən qeyd etmişdir ki, "xxxx" ASC ilə borclu, zamin münasibətlərində olmamış, həmin bankdan kredit almamış, kredit alan hər hansı şəxsə zamin durmamışdır. Həmçinin məhkəmə qətnaməsinin əsasını təşkil edən 15 avqust 2008-ci il tarixli 150808-1929xx-xx/192960/Z saylı zaminlik müqaviləsini imzalamamışdır. İstinad edilən zaminlik müqaviləsindəki imza qrafasında iddiaçı "xxxx" ASC tərəfindən onun yerinə imza atılaraq etibarsız əqd tərtib edilmiş və etibarsız əqdlə ona qarşı məhkəmədə iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1550/2012 saylı mülki işin icraatı zamanı məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən göstərilən xüsusatları məhkəmədə bildirmək imkanından məhrum edilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinə məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunması ilə bağlı vəsatət təqdim etmiş, lakin vəsatəti təmin edilməmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4199/2021 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi) A.İsgəndərov və İ.Kərimli) iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir.
7. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi zaminlik müqaviləsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Başqa sözlə, bu müqavilənin qanuniliyi yuxarıda qeyd olunan Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş 2(008)-1550/2012 saylı mülki iş üzrə yoxlanı lmış və 10 may 2012-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin işdə İddiaçı cavabdeh qismində tərəf olmuş və onunla bank arasında olan 15 avqust 2008-ci il tarixli zaminlik müqaviləsi məhkəmə tədqiqatının predmeti olmuşdur. Həmin məhkəmə bu zaminlik müqaviləsinin qanuniliyini yoxlayaraq etibarlı əqd olduğu qənaətinə gəlmiş və hazırkı iddiaçıdan da digər cavabdehlər kimi borcu müştərək qaydada tutmuşdur.
8. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən, Mülki Prosessual Məcəllənin 384.0, 384.0.5, 387.2, 387.2.8-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti verərək (Vəkil tərəfindən tərtib olunmuş) apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassator şikayətini əsaslandırarkən qeyd etmişdir ki, tərəflər arasında iki məhkəmə qətnaməsi mövcuddur, lakin həmin qətnamələrin predmeti və əsasları fərqlidir. Belə ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1550/2012 saylı mülki işində iddia tələbi “kredit borcunun tutulması” olsa da, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(009)-285/2021 nömrəli mülki işdə iddia tələbi “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” olmuşdur.
11. Kassator şikayətini əsaslandırarkən Mülki Prosessual Məcəl lənin 261.0.2-ci maddəsinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandır ır.
17. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:
18. Maddə 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;
19. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzr ə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.. Kassasiya baxışının hədləri
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərar dadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
25. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən ed ilmiş qüvvəsi yoxdur.
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4199/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.