Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-293/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X7 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X5 iştirakı ilə, İddiaçı - cavabeh Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair mülki işə 13 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabeh Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 may 2018-ci il tarixdə İddiaçı adından Cavabdeh verilmiş və reyestrdə 7E-23846 nömrə ilə qeyd edilmiş etibarnamənin 22 may 2018-ci il tarixdən etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Nəsimi rayon Məhkəməsinin icraatında X1 İddiaçı qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə 14 mart 2018-ci il tarixdə qətnamə qəbul edilmişdir, lakin İddiaçı qətnamə barədə Moskva şəhər Məhkəməsinin 06 aprel 2020-ci il tarixli qərardadından məlumat əldə etmişdir. Qeyd olunan işlə bağlı iddiaçının xəbəri olmamış, bu barədə hər hansı bildiriş almamışdır. Həmin qətnamədən iddiaçının nə iştirakı, nə də məlumatı olmadan verilmiş apellyasiya şikayəti 13 iyul 2018-ci il tarixdə təmin edilməmişdir. 2020-ci ilin oktyabr ayında iddiaçı vəkili vasitəsi ilə iş materialları ilə tanış olmaq barədə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İş materialları ilə tanış olduqdan sonra məlum olmuşdur ki, guya iddiaçı 22 may 2018-ci il tarixdə 6 saylı Notariat Kontorunun xüsusi notariusu X3 iştirakı ilə Cavabdeh etibarnamə vermişdir. Eyni zamanda məlum olmuşdur ki, Cavabdeh 08 may 2018-ci il tarixdə X4 etibarnamə vermişdir. Müəyyən olunur ki, İddiaçı bacısı Cavabdeh verdiyi güman edilən etibarnamə bacısının vəkilə verdiyi etibarnamədən sonrakı tarixdə imzalanmışdır. Cavabdeh isə T.Əlirzayevə etibarnamə verərək, hüquqi yardımla bağlı müqavilə bağlamışdır. Halbuki, etibarnamələrə visual olaraq baxdıqda, imzaların eyni olduğu və guya İddiaçı bacısına verdiyi etibarnamənin ona məxsus olmaması aydın olur. Nəticədə, iddiaçı hüquqi yardım almaq hüququndan məhrum olmuş və onun xəbəri olmadan qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsaslanaraq iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəmə iclasına dəvət edilmiş, lakin o məhkəmə iclasında iştirak (nümayəndəsinin iştirakını təmin etməmiş) etməmiş və bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 22 may 2018-ci il tarixli 7E-23846 nömrəsi ilə reyestrə alınmış etibarnamənin surətindən görünür ki, həmin etibarnamə ilə İddiaçı ona məxsus hüquqları həyata keçirmək səlahiyyətini Cavabdeh və X4 etibar etmişdir. ”Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndində göstərilmişdir ki, ümumi mülkiyyətdə olan əmlakın satılması və ya dəyişdirilməsi barədə müqavilələr təsdiq edilərkən hər bir mülkiyyətçinin razılığı tələb edilir. Əmlakın satılmasına və ya dəyişdirilməsinə dair razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir. Əmlaka sərəncam verilməsinə dair müqavilələrin rəsmiləşdirilməsi üçün tələb olunan razılıq ərizələrində özgəninkiləşdirilən konkret əmlaka dair məlumatlar (daşınmaz əmlakın ünvanı, nəqliyyat vasitəsinə münasibətdə markası, nömrəsi, əmlakın məxsus olduğu şəxsin soyadı, adı, atasının adı və s.), eləcə də həmin əmlakın satılması, bağışlanılması, dəyişdirilməsi, yaxud ipoteka qoyulması göstərilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin 20 sentyabr 2021-ci il tarixli 4/1209 nömrəli rəyində qeyd olunmuşdur ki, 22 may 2018-ci il tarixli 7E-23846 reyestr nömrəli etibarnamələrdə “imza” qrafalarındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında işin faktiki halları və təqdim olunmuş sübutlar ilə təsdiq olunmuşdur ki, İddiaçı tərəfindən Cavabdeh adına verilmiş etibarnamə İddiaçı iradəsinə zidd və notarius tərəfindən qanunvericiliyin tələblərinin kobud surətdə pozulması ilə verilmişdir. Ekspert rəyini əsas götürərək məhkəmə qeyd edir ki, iddiaçı 22 may 2018-ci il tarixli etibarnamədən məlumatsız olmuşdur. Belə ki, Cavabdeh İddiaçı məlumatı və icazəsi olmadan saxta yolla öz adına etibarnamə əldə etmişdir. Məhkəmə bu səbəbdən hesab edir ki, 22 may 2018-ci il tarixdə İddiaçı adından Cavabdeh verilmiş və reyestrdə 7E-23846 nömrə ilə qeyd edilmiş etibarnamə qanunvericiliyin tələblərinə cavab verən əqd deyil və öz mahiyyətinə görə etibarsız əqddir. AR Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Eyni Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Məhz bu səbəbdən də qanun pozuntusu ilə bağlanmış hər bir əqd, bunun nəticəsində mənafeyi pozulan şəxsin tələbi ilə etibarsız sayılır. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumundan və 110 manat Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspert tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi təmin olunduğundan, ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməli, həmçinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 22 may 2018-ci il tarixdə İddiaçı adından Cavabdeh verilmiş və reyestrdə 7E-23846 nömrə ilə qeyd edilmiş etibarnamə 22 may 2018-ci il tarixdən etibarsız hesab edilsin. Ödənilən 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməxətşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-293/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-293/2021
13.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver