Məhkəmə qərarları › İş №2(009)-2967/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2967/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2967/2021 27.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi Əliyeva Leyla Mirfazil qızının katibliyi , İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət notariat arxivi göstərilməklə cavabdeh Bakı Şəhəri 28 sayli Notariat ofisinə qarşı “25.07.2001-ci il tarixli, 129704 saylı alğı-satqı müqaviləsinin reyestr jurnalında qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət notariat arxivi göstərilməklə cavabdeh Bakı Şəhəri 28 sayli Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, satıcı X2 ilə alıcı X1 arasında Bakı şəhəri, Qarabağ küçəsi, ev 31, mənzil 7 və 8 -də yerləşən 5 otaqlı mənzilə dair Bakı şəhəri 28 saylı Notariat Ofisində bağlanmış 25.07.2001-ci il tarixli, 129704 saylı alğı-satqı müqaviləsinin reyestr jurnalında qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edib, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01.10.2021-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsinə əsasən notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə xüsusi icraat qaydasında ümumi məhkəmədə baxılırdı. Lakin Mülki Prosessual Məcəlləyə edilmiş dəyişiklərə əsasən 305.1.8-ci maddəsi ləğv edilmiş və 01.10.2021-ci il tarixdən sonra verilmiş iddia ərizələrinə şamil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Azərbaycan Respublikası Notariat ofisi inzibati orqandır. Cavabdeh Notariat ofisi inzibati orqan olduğundan, məhkəmə hesab edir ki, həmin cavabdehə qarşı qaldırılan iddiaya mülki prosessual qanunvericiliyin «tələbləri» qaydasında deyil, inzibati prosessual qanunvericiliyin tələbləri qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, mülki-prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində «iş məhkəmədə baxılmalı deyildirsə» ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş ərizə həmin məhkəmədə baxılmalı deyilsə, həmin ərizə (iddia) Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin təsiri dairəsinə düşür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 261.0.1, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət notariat arxivi göstərilməklə cavabdeh Bakı Şəhəri 28 sayli Notariat ofisinə qarşı 25.07.2001-ci il tarixli, 129704 saylı alğı-satqı müqaviləsinin reyestr jurnalında qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar