Məhkəmə qərarları › İş №2(009)-2995/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2995/2025

05.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2995/2025 05.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X10 adına tərtib olunmuş H/2565-1977 nömrəli Texniki Pasportda onun ata adı səhvən "Hüseynqulu" kimi, yəni X9 yazıldığına görə, həmin Texniki Tasportun atası X12 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mənim X8 xx.xx.1937-ci il tarixdə Zəngilan rayonunun Muşlan kəndində doğulmuşdur. Bunu onun xx.xx.1954-cü il tarixli ИЖ-№067000 nömrəli doğum haqqında şəhadətnaməsi təsdiq edir. Bundan başqa, xx.xx.1959-cu il tarixli İ-ИE №198564 nömrəli Evlənmə haqqında şəhadətnamədə X8 yazılmışdır. Bundan başqa, xx.xx.1987-ci il tarixli, 02275011 nömrəli Həmkarlar İttifaqının üzvü biletində və partiya biletində də X8 yazılmışdır. Hətta mənim xx.xx.1960-cı il tarixli Doğum haqqında şəhadətnaməmin ata qrafasında da X8 yazılmışdır. Həmçinin, atamın öz AZE 01044870 nömrəli, Fin:1G3SHE3 kodlu şəxsiyyət vəsiqəsində X8 yazılmışdır. Bununla yanaşı, atamın xx.xx.2025-ci il tarixli AZ-İİ 520221 nömrəli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X8 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Səbail rayonunda vəfat etmişdir. Bundan əlavə Bakı şəhəri Səbail rayonu 149 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli, 9047 saylı arayışından görünür ki, X8 vəfat etdiyi günədək Bakı Şəhəri Səbail rayonu, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. Yuxarıda qeyd olunan rəsmi sənədlərdən görünür ki, mənim atam həmin sənədlərdə düzgün olaraq X15 yazılmışdır. Lakin X8nun adına tərtib olunmuş H/2565-1977 nömrəli Texniki Pasportdan görünür ki, keçmiş Bakı şəhəri 26 Bakı Komissarı (indiki Səbail) rayonunun 20-ci Sahə, Salyan şossesi, Ö/t 67 nömrəli ev X6 məxsusdur. Göründüyü kimi, yuxarıda qeyd olunan rəsmi sənədlərdə düzgün olaraq X8 yazıldığı halda, H/2565-1977 nömrəli Texniki Pasportda isə atamın ata adında yanlışlığa yol verilərək, atam X4 yazılmışdır. Atamın hələ sağlığında yaşadığımız evi sənədləşdirmək üçün DƏDKRXnin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdik. Lakin həmin texniki pasportda olan yanlışlıq əsas gətirilərək imtina verilmişdir. Belə ki, DƏDKRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-Q-0612- 8/2025 **********7 nömrəli cavab məktubunda qeyd edilir ki, 1977-ci il Texniki Pasportunda hüquq sahibinin ata adı "Hüseynqulu", təqdim edilmiş digər sənədlərdə isə “Hüseyn” kimi qeyd edilmişdir. X8 xx.xx.2025-ci il tarixdə vəfat etdikdən sonra mirası qəbul etmək üçün notariat orqanına müraciət etmişəm və vərəsəlik işi açılmışdır. Qeyd olunanlardan göründüyü kimi X8nun adına tərtib olunmuş H/2565-1977 nömrəli Texniki Pasportda onun ata adı səhvən "Hüseynqulu" kimi,yəni X9 yazıldığına görə, həmin Texniki Pasportun X8na məxsus olması faktının məhkəmə qaydasında müəyyən olunması üçün məhkəməyə müraciət etməyimə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Ataları rəhmətə gedəndən sonra məlum oldu ki, evin texniki pasportunda adı düzgün qeyd edilməyib, əslində X11r. Vərəsəlik işi ilə bağlı sənədləşməni etmək üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-ə əsasən mülki işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Sübutlar: Belə ki, iş materiallarında olan ИЖ seriyalı, 067000 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 yanvar 1937-ci il təvəllüdlü X5 rayonunda anadan olmuşdur. İş materiallarında olan X12 məxsus AZE 01044870 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1937-ci ildə Zəngilan rayonunda doğulmuşdur. - Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 520221 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 25 iyul 2025-ci ildə Bakı şəhərində vəfat etmişdir. - Texniki pasportdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1977-ci il, H/2565 nömrəli Texniki X1 verilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X12 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan başqa, 1977-ci il tarixli texniki pasportda hüquq sahibinin ata adı “Hüseynqulu”, təqdim edilmiş digər sənədlərdə isə “Hüseyn” kimi qeyd edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. -SSRİ vətəndaşının pasportu, evlənmək haqqında şəhadətnamə, partiya bileti, hərbi biletdən görünür ki, həmin sənədlərdə şəxsin soyadı, adı və ata adı X7 qeyd edilmişdir. Əsaslandırıcı hissə: İş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı da tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, o, xx.xx.1937-ci ildə Zəngilan rayonunda anadan olmuşdur. SSRİ vətəndaşının pasportu, evlənmək haqqında şəhadətnamə, partiya bileti, hərbi biletdən görünür ki, həmin sənədlərdə şəxsin soyadı, adı və ata adı X7 qeyd edilmişdir. Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1977-ci il, H/2565 nömrəli Texniki X3 verilmiş, lakin ata adı “Hüseynqulu” kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1977-ci il, H/2565 nömrəli Texniki X2 məxsus olması faktının müəyyən edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1 bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1977-ci il, H/2565 nömrəli Texniki X2 məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1977-ci il, H/2565 nömrəli Texniki X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar