Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-3021/2025 28.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Kərimova Nəzrin Asim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair (Qaradağ rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində qeyd olunan) ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair (Qaradağ rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində qeyd olunan) ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon icra hakimiyyəti başçısının 20 oktyabr 1998-ci il tarixli 1160 saylı sərəncamının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Qaradağ rayon icra hakimiyyəti başçısının 20 oktyabr 1998-ci il tarixli 1160 saylı sərəncamına əsasən ərizəçiyə fərdi yaşayış evinin tikintisi üçün Səngəçal qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin dövlət arxivinə göndərilmiş qərarda ərizəçinin ata adı Fərzalı əvəzinə Fərzəli kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsini özəlləşdirmək istəyir,lakin arxiv arayışında olan bu uyğunsuzluğa görə özəlləşdirmək mümkün olmur. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: AZE № ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. 8062000 nömrəli arayışda qeyd edilir ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Qaradağ rayon İcra Hakimiyyətinin 20 oktyabr 1998-ci il tarixli 1160 nömrəli Sərəncamında qeyd olunur ki, Ərizəçi Fərzəli oğluna Səngəçal qəsəbəsindən fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılır. Məhkəmə iclasında araşdırılmış sübutlarla, ərizəçi tərəfin izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, 20 oktyabr 1998-ci il tarixli 1160 saylı sərəncamda Ərizəçi ata adı səhvən Fərzəli kimi qeyd edilmişdir. Ərizəçinin həmin sərəncamda ata adında buraxılmış səhvi təhlil edərək məhkəmə hesab edir ki, həmin yanlışlıq ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərdə göstərilən həqiqi adı nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iş materiallarında olan sübutlara istinadən belə qənaətə gəlir ki, xx.xx.1998ci il tarixli 1160 saylı sərəncamda qeyd olunan Ərizəçi Fərzəli oğlu məhz Ərizəçidur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 227, 233, 307-308, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli 1160 saylı sərəncamında qeyd olunan Ərizəçi Fərzəli oğlunun Ərizəçi olması olması faktı müəyyən edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-3021/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-3021/2025
28.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver