Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-3093/2021 10.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X3, İddiaçı X1 – cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə (maraqlı şəxs kimi Maraqlı şəxs İKB və üçüncü şəxs kimi Səbail Rayon İcra və Probasiya şöbəsi qeyd edilən) qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı X2 – cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə (maraqlı şəxs kimi Maraqlı şəxs İKB və üçüncü şəxs kimi Səbail Rayon İcra və Probasiya şöbəsi qeyd edilən) qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 154 saylı 0.02 ha və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 156 saylı 0.06 ha torpaq sahələri ilə bağlı 2008-2013-cü il tarixdə keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1405/2012 saylı, 15.10.2012-ci il tarixli icra sənədinə dönüş edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 154 saylı 0.02 ha və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 156 saylı 0.06 ha torpaq sahələri əvvəlki mülkiyyətçi kimi ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aidiyyət qaydalarına uyğun olmayan formada verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. (MPM 35.2) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. (MPM 45.1) Vergi ödəyicilərinin məlumatları barədə elektron bazasında cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1ayonunun inzibati ərazisinə aiddir. Belə olan halda, iddiaçı mövcud iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM 152.4.) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X1 – cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə (maraqlı şəxs kimi Maraqlı şəxs İKB və üçüncü şəxs kimi Səbail Rayon İcra və Probasiya şöbəsi qeyd edilən) qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı şəhəri Nərimnov Rayon Məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-3093/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-3093/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver