Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-34/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı – Cavabdeh1 (3-cü şəxs qismində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə) qarşı “qanunsuz tikilinin sökülməsi, evin əvvəlki vəziyyətinə qaytarılması və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh1 (maraqlı şəxs kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi qeyd edilən) qarşı “qanunsuz tikilinin sökülməsi, evin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus 3 otaqlı, ümümi sahəsi 101,09 kv.metr olan Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 48 saylı ev hər hansı bir razılaşdırılmış lahiyyə eskizi olmadan, ölçüləri və sahələri köhnə tikilinin ölçülərinə və sahələrinə uyğun olmadan, ona məxsus evə münasibətdə qanunun tələblərinə riayət edilmədən inşa edilmiş ev qanunsuz hesab edilərək sökülməsi, həmin evə dair verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehə məxsus 3 otaqlı, ümümi sahəsi 101,09 kv.metr olan Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 48 saylı evin hər hansı bir razılaşdırılmış lahiyyə eskizi olmadan inşa edilmiş tikililəri, o cümlədən, ona məxsus evə münasibətdə ölçüləri və sahələri köhnə tikilinin ölçülərinə və sahələrinə uyğun olmadan inşa edilmiş tikililərin qanunsuz hesab edilərək sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Bundan başqa, tərəflər işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiyindən belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı – Cavabdeh1 (3-cü şəxs qismində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə) qarşı “qanunsuz tikilinin sökülməsi, evin əvvəlki vəziyyətinə qaytarılması və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-34/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-34/2021
02.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver