Məhkəmə qərarları › İş №2(009)-349/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-349/2021

18.02.2021 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-349/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi E.İ.Paşayevin, Cavabdeh nümayəndəsi və V.Ə.Orucovun, 3-cü şəxs “Şifa Medikal və X3 Ticaret Anonim Şirkəti”nin nümayəndəsi və vəkili B.F.Məmmədovun iştirakları ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı razılaşma müqaviləsinə dəyişiklik edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı “xxxx” MMC Cavabdeh qarşı razılaşma müqaviləsinə dəyişiklik edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx xxxxxx 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən adları göstərilən rayonlarının ərazisində abadlı-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, xx.xx.2016cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “Pilot İnşaat-A” MMC-nin istifadəsinə verilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20% əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyriyaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, İddiaçı MMC ilə Cavabdeh və “Şifa Medikal və X3 Ticarət Anonim Şirkəti” Bakı filialı arasında xx.xx.2019-cu il tarixli razılaşma müqaviləsi imzalanmış və müqavilənin 1.1.1-ci bəndinə görə ünvan 1 ünvanında yerləşən 681,3 kv.m. qeyri-yaşayış sahəsi kimi istifadə edilən yeri və altındakı torpaq sahəsi sökülmək üçün xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-yə təhvil verilmişdir. Eyni zamanda, İddiaçı MMC tərəfindən isə torpaq sahəsində cavabdehin xüsusi mülkiyyətində olması faktı nəzərə alınaraq 945,0 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Yəni 20% (817,56 kv.m.) yox, daha çox sahə 945,0 kv.m. (127,44 kv.m.əlavə) verilmişdir. Daha sonra, xx.xx.2019-cu il tarixdə qarşılıqlı razılaşma protokolu imzalanaraq, obyekt və torpaq sahəsi boşaldaraq, naturada təhvil verilsə də, lakin Cavabdeh öz mülkiyyətində olduğu bildirdiyi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahənin və torpaq sahəsinin müvafiq sənədləri onlara təqdim etməmişdir. Aralarında müqavilənin etibarsız hesab olunması barədə məhkəmə mübahisələri olmuş və iddia tələbləri iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Cavabdeh ancaq istifadə hüququ olmuş, eyni zamanda qeyri-yaşayış sahəsi kimi İddiaçı MMC-yə təhvil verilən sahə əslində sənəd üzrə fərdi yaşayış evidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli qərarının 1.3-cü bəndində göstərilir ki, qəzalı vəziyyətdə olan binalardan köçürülən sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillər ayrılmalıdır. Cavabdeh adına olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışla təsdiqlənir ki, onun mülkiyyətində ünvan 1 ünvanında yerləşən 681,3 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi olmuşdur. Hesab edirlər ki, Cavabdeh ilə aralarında bağlanılmış xx.xx.2019-cu il tarixli razılaşma müqaviləsinə dəyişiklik edilərək, ona 681,3 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin əvəzinə İddiaçı MMC tərəfindən inşa edilən çoxmənzilli binada 817,56 kv.m. mənzil sahəsi verilməlidir. Aldıqları mütəxəssis rəyi ilə təsdiqlənmişdir ki, Cavabdeh xüsusi mülkiyyətində olan sahəsi kimi onlara təqdim etdiyi torpaq sahəsinin dəyəri 920.000 manat təşkil edir, onlarda işin bu cəhəti nəzərə alaraq Cavabdeh 945,0 kv.m. sahə verilməsi nəzərdə tutulmuşdur. Hazırda göstərilən torpaq sahəsinin Cavabdeh xüsusi mülkiyyətində olmaması təsdiqlənmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli Bakı şəhəri 23 saylı notariat ofisində, reyestrdə 3M-216 nömrəli ilə qeyd edilmiş razılaşmış müqaviləsinə dəyişiklik edilməsi, Cavabdeh mülkiyyətində olmuş 681,3 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin əvəzinə İddiaçı MMC tərəfindən inşa edilən çoxmənzilli binada 817,56 kv.m. mənzil sahəsi Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı MMC-nin nümayəndəsi X5 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili X6 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı şirkət əvvəllər də onlara qarşı məhkəmədə iddia qaldırmış, iddianın predmeti hazırda mübahisələndirilən müqavilə olmuş, iddiaçı həmin müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir. Orada da torpağın mülkiyyətdə olmaması, evin qeyriyaşayış sahəsi kimi qeydiyyata alınmaması kimi hallar araşdırılmışdır. Cavabdehin adına olan çıxarışda iddiaçıya təhvil verilən sahənin yaşayış sahəsi olması, torpağın isə dövlət mülkiyyətində olması birmənalı qeyd olunmuşdur. Bu hallar iddiaçıya müqavilə bağlanan vaxt məlum olmuşdur. cavabdeh müqavilədə nəzərdə tutulan şərtlər daxilində iddiaçı şirkətlə razılaşdığı üçün müqaviləyə imza etmişdir. onun dəyişdirilməsinə iddia ərizəsində qeyd edilən əsaslarla heç bir lüzum yoxdur və əsassızdır. Bu səbəbdən məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında 3-cü şəxsxxxxcəlb edilmiş “Şifa Medikal və X3 Ticaret Anonim Şirkəti”nin nümayəndəsi və vəkili X2 göstərmişdir ki, müqavilənin üçüncü tərəfi hüquqlarını müdafiə etdiyi şirkətin filialı olmuşdur. müqavilə imzalanmasında şəxsən özü iştirak etmişdir. bütün hüquqmüəyyənedici sənədlər müqavilə bağlanarkən iddiaçı şirkətə təqdim edilmiş, iştirakçıların səlahiyyətləri yoxlandıqdan sonra müqavilə imzalanmışdır. Yəni iddiaçı cavabdehə məxsus sahənin yaşayış evi, torpağın isə dövlət mülkiyyətində olmasını yalnız icarə əsasında istifadə olunmasını bilirdi. Ona görə qaldırılan iddianı əsassız hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən 52a saylı evin ümumi sahəsi 681,3 kv.m., yaşayış sahəsi 353,7 kv.m., yardımçı sahəsi 327,6 1 mərtəbəli fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir, evin altındakı 0,04045 ha torpaq torpaq sahəsi isə dövlət mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarına əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzilməişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. İş üzrə Nəsimi rayon İcra Başçısının xx.xx.2016-cı il tarixli, 208 saylı sərəncamına əsasən İddiaçı MMC-yə Bakı şəhəri Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İş üzrə “Tikinti şirkəti”xxxxİddiaçı MMC ilə “Əmlak mülkiyyətçisi”xxxxCavabdeh və “İcarəçi”xxxx“Şifa Medikal və X4 Ticarət Anonim Şirkəti”nin Bakı filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli razılaşma müqaviləsinin kserosurətindən görünür ki, Cavabdeh bu müqaviləyə əsasən xx.xx.2013-cü il tarixdə qeydə alınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX No0219715 ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 681,3 kv.m. ibarət qeyri-yaşayış sahəsi kimi istifadə edilən yeri və altındakı torpaq sahəsini sökülmək üçün xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-yə təhvil verməyi, bu müqavilə ilə sənədləşdirilmiş müddətdə və qaydada İddiaçı MMC tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qeyriyaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsi kimi istifadə edilən tikinti və altındakı torpaq sahəsinin sökülməsini və həmin sahənin yerləşdiyi yer də daxil olmaqla həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, 58 ünvanında 6 saylı girişin qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 391 kv.m. və 2-ci mərtəbəsində isə 554 kv.m. ibarət qeyri-yaşayış sahəsinin (pilləkən və pilləkən qəfəslərini, lift və digər yardımçı qurğulara aid sahələri çıxmaqla), cəmi 945 kv.m. qeyriyaşayış sahəsini içərisi təmirsiz vəziyyətdə Tikinti və Şəhərsalma Məcəlləsinin və bu sahədəki digər aktların tələblərinə uyğun sahəni hesablamaqla Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC Cavabdeh müvəqqəti sahəni təmin etmək məqsədi ilə ona kompensasiya şəklində aylıq 5000 manat məbləğində icarə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə 20 ay ərzində ödəyir. Qalan vaxtlar icarə haqqı əvvəlcədən hər ayın 1-də həmin ay üçün ödənilir. xx.xx.2019-cu il həmçinin icarə haqqının ödənilməli olduğu ilk ayın başlanğıcı hesab olunmuşdur. İş üzrə “Tikinti şirkəti”xxxxİddiaçı MMC ilə “Əmlak mülkiyyətçisi”xxxxCavabdeh və “İcarəçi”xxxx“Şifa Medikal və X4 Ticarət Anonim Şirkəti”nin Bakı filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli X1 kserosurətindən görünür ki, tərəflər arasında notarial qaydada imzalanaraq bağlanmış xx.xx.2019-cu il tarixli Razılaşma müqaviləsində Cavabdeh xx.xx.2013-cü il tarixdə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX No ******* ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 681,3 kv.m. ibarət qeyri-yaşayış sahəsi kimi istifadə edilən obyekti və altındakı torpaq sahəsini sökülmək üçün xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-yə təhvil vermək öhdəliyinin tarixi tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2019-cu il olaraq müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdə “Şifa Medikal və X4 Ticarət Anonim Şirkəti”nin Bakı filialı obyekti və altındakı torpaq sahəsini boşaldaraq Cavabdeh təhvil vermiş, Cavabdeh da öz növbəsində xx.xx.2019-cu il tarixdə obyekti və altındakı torpaq sahəsini İddiaçı MMC-yə təhvil vermişdir. Tərəflərin qarşılıqlı razılığı ilə “xxxx” MMC Cavabdeh müvəqqəti sahə ilə təmin etmək üçün ona kompensasiya şəklində 5000 manat aylıq icarə haqqını ödəməli olduğu ilk ayın başlınğıcı xx.xx.2019-cu il tarixi hesab olunmuş və “xxxx” MMC Cavabdeh arasında qeyd edilən kompensasiya ilə əlaqədar hesablaşmalarda xx.xx.2019-cu il tarixi əsas götürmüşdür. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4224/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı MMC cavabdehlər Cavabdeh və “Şifa Medikal və X4 Ticarət Anonim Şirkəti”nin Bakı filialına qarşı “müqavilənin və X1un etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-6987/2019 saylı qətnaməsi ilə iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3112/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-6987/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziyadan görünür ki, ona xx.xx.2019-cu il tarixli Bakı şəhəri 23 saylı notariat ofisində, reyestrdə 3M-216 nömrəsi ilə qeyd edilmiş razılaşmış müqaviləsinə dəyişiklik edilməsi, Cavabdeh mülkiyyətində olmuş 681,3 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin əvəzinə İddiaçı MMC tərəfindən inşa edilən çoxmənzilli binada 817,56 kv.m. mənzil sahəsi Cavabdeh verilməsinə dair müqaviləyə dəyişiklik edilməsini təklif olunmuşdur. 10 gün ərzində cavab verilmədiyi təqdirdə, səlahiyyətli məhkəməyə müraciət ediləcəkdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, xx.xx.2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhərinin müxtəlif rayonlarında (o cümlədən Nəsimi rayonu) yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında istifadəsinə verilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20% əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, İddiaçı MMC ilə Cavabdeh və “Şifa Medikal və X3 Ticarət Anonim Şirkəti” Bakı filialı arasında xx.xx.2019-cu il tarixli razılaşma müqaviləsi imzalanmış və müqavilənin 1.1.1-ci bəndinə görə ünvan 1 ünvanında yerləşən 681,3 kv.m. qeyri-yaşayış sahəsi kimi istifadə edilən yeri və altındakı torpaq sahəsi sökülmək üçün xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-yə təhvil verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2019-cu il tarixdə cavabdehlə bağlanmış müqaviləyə əsasən qarşılıqlı razılaşma protokolu imzalanaraq, obyekt və torpaq sahəsi boşaldaraq, naturada onlara təhvil verilsə də, Cavabdeh öz mülkiyyətində olduğu bildirdiyi ünvan 1 ünvanında yerləşən evə aid torpaq sahəsinin müvafiq sənədlərini onlara təqdim etməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Cavabdeh ancaq istifadə hüququ olmuş, eyni zamanda qeyri-yaşayış sahəsi kimi təhvil verilən sahə əslində sənəd üzrə fərdi yaşayış evidir. Cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli razılaşma müqaviləsində mülkiyyətindəki evin altındakı torpaq sahəsinin cavabdehin mülkiyyətində olması faktı nəzərə alınmaqla 945 kv.m sahənin onun mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Lakin Cavabdeh adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda onun mülkiyyətindəki evin 681,3 kv.m olduğu göstərildiyi üçün, iddiaçı cavabdehlə bağlanmış müqaviləyə dəyişiklik edilməsi və müqavilədə ona verilməli olan sahənin 817,56 kv.m kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən müqavilədə dəyişiklik edilməsi ilə bağlı cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh müqavilənin dəyişdirilməsinə hər hansı razılıq bildirməmişdir. Bu səbəbdən iddiaçı müqavilədə dəyişiklik edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. AR Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi müqavilənin dəyişdirilməsi ya tərəflərin razılaşması ilə, ya da Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulduğu halda yol verilir. Eyni zamanda tərəflərdən biri müqavilənin dəyişdirilməsini o halda tələb edə bilər ki, digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozsun. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli razılaşma müqaviləsindən görünür ki, cavabdehin müqavilə üzrə öhdəlikləri aşağıdakı kimi olmuşdur: - “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən xx.xx.2013-cü il tarixdə, ********** qeydiyyat və **********48 -10302 reyestr nömrəsi ilə qeydə alınmış və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX No0129715 seriyalı çıxarısa əsasən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 681,3 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi kimi istifadə edilən yeri və altıdakı torpaq sahəsini sökülmək üçün xx.xx.2019-cu il tarixdə “xxxx” MMC-yə təhvil verməyi öhdəsinə götürür. Göründüyü kimi iddiaçı müqavilə bağlanarkən cavabdehin mülkiyyətində olan əmlakın texniki göstəriciləri (əmlakın ümumi sahəsi, əmlakın növü və əmlakın altında yerləşən torpaq sahəsinin mülkiyyət forması) barədə məlumatı olmuş və cavabdehin mülkiyyətindəki əmlaka dair çıxarış müqavilə bağlanmamışdan qabaq ona təqdim olunmuşdur. Yəni iddiaçı cavabdehlə razılaşma müqaviləsi bağlayarkən əmlakın ümumi təsivri barədə məlumatlı olmuşdur. Digər tərəfdən razılaşmadan da göründüyü kimi cavabdeh mülkiyyətində olan əmlakın altındakı torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı hər hansı öhdəlik götürməmişdir. Əksinə cavabdeh razılaşma müqaviləsinə və razılaşma protokoluna əsasən mülkiyyətindəki əmlakı “xxxx” MMC-yə təhvil verməsini öhdəsinə götürmüşdür. Digər tərəfdən iddiaçı müqavilə bağlayarkən cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin onun mülkiyyətinə verilməsinin qeyri-mümkünlüyünü bilməli idi. Yəni iddiaçı tikinti sahəsində ixtisaslaşmış təşkilat kimi dövlət reyestrindən çıxarış əsasında torpaq sahəsinin mülkiyyət növünü müəyyən etməyi bacaran şəxsdir. Digər tərəfdən çıxarışda da yaşayış evinin altındakı torpaq sahəsinin dövlət mülkiyyətində olması konkret göstərilmişdir. Bu səbəbdən iddiaçı cavabdeh tərəfindən torpaq sahəsinə dair sənədlərin təqdim edilməməsinə istinad edərək müqavilənin dəyişdirilməsini tələb etməkdə haqlı hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, həm razılaşma müqaviləsində, həm X1da cavabdehin mülkiyyətindəki əmlakın altında yerləşən torpaq sahəsinə dair müvafiq sənədlərin verilməsi ilə bağlı hər hansı öhdəliyi nəzərdə tutulmamışdır. Məhkəmə fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi təqdim edilməsi ilə bağlı iddiaçının dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər də müqavilənin dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, razılaşma müqaviləsindən də görünüdyü kimi iddiaçı cavabdehin mülkiyyətində olan sahənin qeyri-yaşayış sahəsi kimi istifadə olunduğunu bilmişdir. Eyni zamanda həmin əmlaka dair çıxarış ona təqdim edilmiş və iddiaçı müqavilə bağlanmamışdan əvvəl cavabdehin mülkiyyətindəki sahənin yaşayış sahəsi olsa da, qeyri-yaşayıs kimi istifadə olunduğunu bilirdi. İddiaçı bu halları bilərək müqaviləni bağlamış və müqavilə bağlandıqdan sonra əmlakı iddiaçıdan təhvil almışdır. Eyni zamanda cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halları məhkəmə tərəfindən müəyyən olunmamışdır. Beləliklə məhkəmə iddiaçının xx.xx.2019-cu il tarixli müyavilədə dəyişiklik edilməsi ilə bağlı irəli sürdüyü tələbinin əsassız olması təsdiq olunduğundan, həmçinin müqavilənin dəyişdirilməsi üçün qanunla müəyyən olunmuş hər hansı hal müəyyən olunmadığından, iddia tələbi təmin olunmamalıdır. Şərh olunanlara və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə... QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli Bakı şəhəri 23 saylı notariat ofisində 3M-216 reyestr nömrəsi ilə qeyd edilmiş razılaşma müqaviləsinə dəyişiklik edilməsi, Cavabdeh mülkiyyətində olmuş 681,3 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin əvəzinə İddiaçı MMC tərəfindən inşa edilən çoxmənzilli binada 817,56 kv.m. mənzil sahəsinin Cavabdeh verilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar