Məhkəmə qərarları › İş №2(009)-352/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-352/2024

15.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-352/2024 15.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair ilkin iddia ərizəsinə, iddiaçı Cavabdeh İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və "Azəriqaz" İB-nin Bakı Regional Qazın satışı Departamentini cavabdeh qismində tanımaqla ondan tələb etdiyi (40608 kub metr) 4872,96 AZN məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri ünvan 1 ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç zaman müdaxilə olunmamışdır. xx.xx.2023-cü ildə cavabdeh "Azəriqaz" İstehsal Birliyinin Bakı Regional Qazın satışı Departamenti əməkdaşları tərəfindən mülkiyyətində olan mənzildə təbii qazın istifadə qaydalarının pozulması haqqında guya Sayğacdan kənar istifadə etdiyi barədə ******* nömrəli Akt tərtib edilmişdir. Bundan əlavə göstərmişlər ki, guya onda həmin akta imza etməkdən imtina etmişdir. Onların dedikləri tam yalandir. Onun mənzilə sayğacdan kənar təbii qaz getmir. Onlar sayğacdan kənar necə qaz axdığını isə göstərə bilməmişlər. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən isə görünür ki, guya vurduğu zərərin həcmi isə 40608 kub metr (4872,96 AZN) itirilmiş qaz həcmi müəyyənləşdirilmişdir. Ona bu barədə yalnız 6 aydan sonra məlumat verilmişdir. Qeyd edir ki, o, uzun müddətdir ki, həmin mənzildə yaşayır və qazdan sayğacdan kənar istifadə olunması mümküm deyildir və nəzarətçi mütamadi olaraq sayğaca nəzarət etmişdir. Mənzilində qaz sayğacı olub və həmin tarixə qədər həmin sayğac işləyib, sayğacın göstəriciləri əsasında o, təbii qaza görə haqq ödəmişdir. Həmin sayğac da işlək vəziyyətdə olmuşdur. Yazılmış akt qərəzlidir və (40608 kub metr) 4872,96 AZN pul tələb edilməsi tamamilə qanunsuzdur. Cavabdeh İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 4872,96 (dörd min səkkiz yüz yetmiş iki manat 96 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 10,72 (on manat 72 qəpik) manat və 68,84 (altmış səkkiz manat 84 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4894,40 (dörd min səkkiz yüz doxsan dörd manat 40 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın dəlilləri: Səbail rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindan Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, Seyran Məmmədov küçəsi, ev 13, m 2 qeydiyyatda olan İddiaçı (bundan sonra-cavabdeh) tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli gələn hal Birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4872,96 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 10,72 (on manat 72 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 4883,68 (dörd min səkkiz yüz səksən üç manat 68 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir. Həmin Qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Yuxarıda qeyd edilən sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Cavabdeh “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 4872,96 (dörd min səkkiz yüz yetmiş iki manat 96 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 10,72 (on manat 72 qəpik) manat və 68,84 (altmış səkkiz manat 84 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 4952,52 (dörd min doqquz yüz əlli iki manat 52 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın dəqiqləşdirilməsinin dəlilləri: Səbail rayonu ərazisində Cavabdeh İBnin əməkdaşları tərəfindan Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, Seyran Məmmədov küçəsi, ev 13, m 2 qeydiyyatda olan İddiaçı (bundan sonracavabdeh) tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4872,96 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 10,72 (on manat 72 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 4883,68 (dörd min səkkiz yüz səksən üç manat 68 qəpik) manat təşkil etməkdədir. İddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı mənzilində təbii qazdan, sayğacdan kənar istifadə etmədiyini bildirərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ilkin iddia üzrə cavabdeh, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh hər iki iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə ilkin iddia üzrə cavabdeh, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AKX-05959xx/xx-2023 nömrəli müqavilədən görünür ki, Cavabdeh İB ilə İddiaçı arasında “qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış, abonentə məxsus Bakı şəhəri, Səbail rayonu, Seyran Məmmədov küçəsi, ev 13 ünvanında yerləşən 2 saylı mənzil təbii qazla təchiz edilmiş, qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, ünvan 2 ünvanında abonentin mənzilində təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh İB tərəfindən verilmiş 03 sentyabr 2023-cü il tarixli **********00020 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı 2023-cü il üçün qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 4872.96 manat borc hesablanmış, ayın sonuna borcun məbləği 4903.68 (noyabr ayına sərfin məbləği 30.72) manat olmuşdur. İş materiallarına əlavə olunmuş Azəriqazın bildiriş xəbərdarlığından görünür ki, 2023-cü il üzrə son ödəniş xx.xx.2023-cü il tarixdə 20 manat məbləğində olmuşdur. İş materiallarına əlavə edilmiş dəymiş ziyanın ödənilməsinə dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 2 ünvanda “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və 40608 kubmetr itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. İş materiallarında olan Bakı Regional Qazın satışı Departamentininin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktından görünür ki, ünvan 2 ünvanında baxış keçirilmiş, abonentin mənzilində təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, istehlakçı İddiaçı məxsus ünvan 2 ünvanında abonentin mənzilində təbii qazdan sayğacdan kənar istifadə edilməsi əsası ilə Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt tərtib olunmuş və nəticədə abonent İddiaçı 2023-cü il üçün qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 4872.96 manat borc hesablanmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş aktın tamamilə qanunsuz və əsassız olduğunu iddia edərək ona hesablanmış borcun silinməsini xahiş edir. Cavabdeh isə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, Səbail rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindan Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, Seyran Məmmədov küçəsi, ev 13, m 2 qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunaraq aktlaşdırılmaqla rəsmiləşdirildiyini, cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4872,96 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğunun müəyyən olunduğu, qeyd olunanlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 10,72 (on manat 72 qəpik) manat borcun (debitor borc) qaldığını, odur ki, dəymiş zərərin iddiaçıdan tutulmasını xahiş etmişdir. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinin mahiyyətini nəzərə alaraq onlara birlikdə qiymət verilməsini zəruri sayır və aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-2-ci maddəsinə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun 8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qanunvericiliyində tələbindən görünür ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması isə həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə cavabdeh iddiaçının-istehlakçının barəsində müvafiq səlahiyyəti olan orqan tərəfindən onun təqsirini müəyyən edən qərar qəbul edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Akt və foto şəkillərdir ki, həmin Akt iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş, cavabdeh tərəfindən imzalanmamışdır, şəkillərdə də qeydiyyata alınmayan sayğacın quraşdırılmasında məhz istehlakçının təqsirinin olması sübuta yetirilmir. Odur ki, nə akt, nə də ki, foto şəkillər iddiaçının istinad etdiyi halları sübut etmək üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə araşdırması zamanı istehlakçı İddiaçı təqsirli hərəkətləri nəticəsində ona məxsus ünvan 2 ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi halı nəticəsində Cavabdeh İB-yə maddi zərər vurulması öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, istehlakçıya itirilmiş qazın bərpasının dəymiş ziyan kimi hesablanması əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı məxsus ünvan 2 ünvanda təbii qazdan istifadə qaydalarının pozulmasında istehlakçının təqsiri sübut olunmadığından qaz itkisinə görə hesablanmış pulun iddiaçıdan tələb edilməsi əsassız və qanunsuzdur. Odur ki, ilkin iddia təmin edilməli və istehlakçıya hesablanmış cərimə borcu silinməlidir. Qarşılıqlı iddia isə zərərin əvəzinin ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə, qarşılıqlı iddia tələbinin “debitor borcunun ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********00020 nömrəli abonent koduna hesablanmış 40608 kub metr qaz sərfinə görə 4872.96 (dörd min səkkiz yüz yetmiş iki manat doxsan altı qəpik) manat borcun silinməsini tələb etsə də, araşdırma zamanı Cavabdeh İB tərəfindən verilmiş **********00020 nömrəli abonentin saldosuna əsasən noyabr ayının sonuna qalıq borcun 4903.68 manat olduğu müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə abonent tərəfindən edilmiş 20 manat ödənişdən sonra qaz sərfinə görə ödənilməmiş 10,72 (on manat 72 qəpik) manat debitor borcu qalmışdır. Məhkəmə hesab edir ki, “debitor borcunun ödənilməsi” hissəsində iddia tələbi təmin edilməli və qaz sərfinə görə ödənilməmiş 10,72 (on manat yetmiş iki qəpik) manat debitor borcu İddiaçı tutularaq Cavabdeh bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə ilkin iddianın təmin olunduğunu, qarşılıqlı iddianın rədd edildiyini, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (iddia istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan) nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, ilkin iddia üzrə hesablanmış 68.72 (altmış səkkiz manat yetmiş iki qəpik) manat dövlət rüsumu ilkin iddia üzrə Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə köçürülməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh İB-yə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 2 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 4872.96 (dörd min səkkiz yüz yetmiş iki manat doxsan altı qəpik) manat ilkin iddia üzrə İddiaçı - abonent kodu **********00020 saylı abunə hesabından silinməli, qarşılıqlı iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» hissəsində qarşılıqlı iddia ərizəsi təmin edilməməli, “debitor borcunun ödənilməsi” hissəsində təmin edilərək qaz sərfinə görə ödənilməmiş 10,72 (on manat yetmiş iki qəpik) manat debitor borcu İddiaçı tutularaq Cavabdeh bank hesabına köçürülməli, ilkin iddia üzrə hesablanmış 68.72 (altmış səkkiz manat yetmiş iki qəpik) manat dövlət rüsumu ilkin iddia üzrə Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə köçürülməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh İB-yə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. ünvan 2 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 4872.96 (dörd min səkkiz yüz yetmiş iki manat doxsan altı qəpik) manat ilkin iddia üzrə İddiaçı - abonent kodu **********00020 saylı abunə hesabından silinsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qaz sərfinə görə ödənilməmiş 10,72 (on manat yetmiş iki qəpik) manat debitor borc İddiaçı tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına köçürülsün. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. 68.72 (altmış səkkiz manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar