Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-355/2021 25.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 Yusif oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Yusif oğluna, 1 saylı Notariat Kontoruna qarşı "vərəsəlik şəhadətnaməsinin, çıxarışın ləğv edilməsi, vərəsəlik hüquqlarının tanınması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Yusif oğluna, 1 saylı Notariat Kontoruna qarşı "vərəsəlik şəhadətnaməsinin, çıxarışın ləğv edilməsi, vərəsəlik hüquqlarının tanınmasıl" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Yusif oğlunun adına verilmiş xx.xx.2015-ci il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1613/760 saylı bağ sahəsinə dair xx.xx.2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh1 Yusif oğlunun adına qeydə alınmış mülkiyyət hüquqlarının və reyestrdən çıxarışın ləğv edilməsi, onun xx xxxxxx 1971-ci il tarixdə vəfat etmiş atası Cavabdeh1 Yusif oğlunun miras əmlakına, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1613/760 saylı bağ sahəsinin ½ pay hissəsinə vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək iddiaçı ilə cavabdeh arasında məhkəmədən kənar barışıq əldə olunduğunu, cavabdehin məhkəmədən kənar iddianı qəbul etdiyi üçün aralarında tələb olunan hissəyə dair bağışlama müqaviləsi bağlandığını, beləliklə də hazırki məhkəmə mübahisəsinin mahiyyətini itirdiyini, buna görə də iddiadan imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Yusif oğlu iddiaçı ilə arasında məhkəmədən kənar barışıq əldə olunduğundan iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə cavabdeh 1 saylı Notariat Kontoruna işin baxılmasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin iddiadan imtina edilməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikası MPMin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı imzalayır. İddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini yazılı formada ərizə tərtib edərək məhkəməyə təqdim etmişdir, iddiaçının öz iddia tələbindən imtina edilməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, məhkəmə iddiadan imtinanın qəbul olunmasını və Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu izah edilməklə iş üzrə icrata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Yusif oğluna, 1 saylı Notariat Kontoruna qarşı "vərəsəlik şəhadətnaməsinin, çıxarışın ləğv edilməsi, vərəsəlik hüquqlarının tanınması" tələbinə dair mülki iş üzrə İddiaçı - nümayəndəsinin iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməli, MPM-in 262.4-cü maddəsinin tələbləri iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Yusif oğluna, 1 saylı Notariat Kontoruna qarşı "vərəsəlik şəhadətnaməsinin, çıxarışın ləğv edilməsi, vərəsəlik hüquqlarının tanınması" tələbinə dair mülki iş üzrə İddiaçı - nümayəndəsinin iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-355/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-355/2021
25.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver