Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-361/2021 16.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili R.F.Umudovun, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi N.Ə.İbrahimovun iştirakları ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3350/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən “xxxx” MMC ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli 120 saylı kredit müqaviləsi üzrə 48300 manat əsas borc, 34384 manat faiz borcu, 28 manat dəbbə pulu, ümumilikdə 82.712 manat məbləğində və xx xxxxxx 2008-ci il tarixli 139 saylı kredit müqaviləsi üzrə 18500 manat əsas, 14064 manat faiz və 10 manat dəbbə pulu, ümumilikdə 32.574 manat məbləğində, cəmi hər iki kredit müqaviləsi üzrə 115.286 manat borc pul və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin “xxxx” MMC-dən tutularaq “xxxx” ASC-nin hesabına ödənilməsi, “xxxx” MMC ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli 120 saylı kredit müqaviləsi üzrə hesablanmış ümumi 82.712 manat borc məbləğinin tutulmasının xx.xx.2007-ci il tarixli 120 saylı ipoteka müqaviləsi üzrə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 42 saylı evin 51 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satışa çıxarılması və mənzilin satışından əldə edilmiş pul vəsaitindən 82712 manat borc məbləğinin “xxxx” ASC-yə tam ödənildikdən sonra qalan məbləğin cavabdeh İddiaçı qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 42 saylı evin 51 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan sonra cavabdehlər İddiaçı, X3, X1 və X8 Reza həmin mənzili ən gec bir ay ərzində tərk etmədikləri təqdirdə mənzildən məcburi çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3350/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsi icra olunması üçün Nizami rayon icra şöbəsinə (hal-hazırda Nizami rayon icra və probasiya şöbəsi) göndərilmişdir. Əmlakın bazar qiyməti icra vərəqəsində müəyyən edilmədiyindən Nizami rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixli sifariş məktubu ilə Cavabdeh1 MMC-yə müraciət olunaraq həmin icra sənədi üzrə tələbin yönəldildiyi ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 42 saylı evin 51 saylı mənzilin qiymətləndirilməsi üçün qiymətləndirmə sifarişi verilmişdir. Cavabdeh1 MMC tərəfindən naməlum şəraitdə, formal əsaslarla, qeyri-peşəkarlıqla, onların iştirakı və xəbəri olmadan aparılmış qiymətləndirmə nəticəsində Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 42 saylı evin 51 saylı mənzilin qiymətləndirilməsinə dair sonuncu tərəfindən xx.xx.2013-cü il tarixli 13-629 saylı qiymətləndirmə rəyi tərtib olunmuş və həmin qiymətləndirmə rəyinə əsasən əmlakın bazar qiyməti 40.0000 manat müəyyən edilmişdir. Hesab edir ki, onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 42 saylı evin 51 saylı mənzilin qiymətləndirilməsinə dair Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il tarixli 13-629 saylı qiymətləndirmə rəyi qiymətləndirmə standartlarına, qiymətləndirmə prosesinə dair normativlərə, müvafiq qanunvericilik massivinin tələblərinə, maddi və prosessual hüquq normalarının pozulması ilə tərtib olunduğundan ləğv edilməsi və həmin əmlak yenidən qiymətləndirilməlidir. Belə ki, qiymətləndirmə rəyinin məzmunundan göründüyü kimi, rəy formal şablon və standart trafaret əsasında tərtib olunmuş, qiymətləndirici daşınmaz əmlakı qiymətləndirərkən səthi təhlillə kifayətlənmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin qiymətini nəzərə almamış, statistik təhlil aparmamış, rəy əsas etibarılə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Başqa sözlə, qiymətləndirmə rəyində qiymətləndirici mübahisəli daşınmaz əmlaka dair zəruri bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən daşınmaz əmlakın dəyərinə təsir edən bütün amillər müəyyən edilməmiş, daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi üçün analoji daşınmaz əmlakların bazar dəyəri təhlil edilməmiş, müvafiq əmlakların müqayisəli təhlili aparılmamış, əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün mülkiyyətçidən müsahibə almamış və daşınmaz əmlakın cari dövrdəki dəyəri də qeyri-obyektiv təmin edilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3350/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən tutmanın yönəldildiyi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 42 saylı evin 51 saylı mənzil naməlum vaxtda, naməlum şəraitdə qiymətləndirilmiş və qiymətləndirmə prosesində iştirak etmiş şəxslərin dairəsi məchuldur. Başqa sözlə, həmin əmlakın qiymətləndirici tərəfindən hansı vaxtda, hansı şəraitdə, kim tərəfindən və kimin iştirakı ilə qiymətləndirilməsi məlum deyil. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3350/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinin icrası ilə bağlı həyata keçirilən icra hərəkətlərinin tərkib hissəsi olan tutmanın yönəldildiyi ipoteka predmetinin qiymətləndirilməsi prosesində borclu və ipoteka qoyan kimi onların iştirakları təmin edilməmiş, bununla da “İcra haqqında” Qanunun 29.1-ci maddəsində təsbit edilmiş hüquqlarından icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmədən məhrum edilmişlər. Başqa sözlə, əmlakın qiymətləndirilməsi prosesi həyata keçirilərkən mülkiyyətçi, borclu və ipoteka qoyan kimi iştirakları təmin edilmədiyindən həmin prosesdə şifahi və yazılı izahatlar vermək, qiymətləndirmə prosesinin gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək hüquqlarını həyata keçirmək mümkün olmamışdır. Hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3350/2012 saylı xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən tutmanın yönəldildiyi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 42 saylı evin 51 saylı mənzilin real bazar qiyməti Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il tarixli, 13-629 saylı Qiymətləndirmə rəyində müəyyən edilmiş qiymətdən xeyli yüksəkdir. Beləliklə, Cavabdeh1 MMC tərəfindən qiymətləndirmə düzgün aparılmamış, mübahisəli əmlakın dəyəri qiymətləndirmə qaydalarına müvafiq təyin edilməmiş, Nizami rayon icra və probasiya şöbəsi tərəfindən əmlak qeyri-adekvat qiymətə açıq hərracdan satılmaq üçün sifariş verilmiş və bank tərəfindən likvid qiymətindən də xeyli aşağı qiymətə mənimsənilmişdir. İpoteka predmetinin hərracda ilkin satış qiymətinin düzgün müəyyən edilməsinin mühüm hüquqi əhəmiyyəti vardır. Düzgün qiymətləndirmə əmlakın satışından əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini təmin etməklə artıq qalmış vəsaitin ipoteka qoyana qaytarılmasını təmin edir ki, bu da ipoteka qoyanın mülkiyyət hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. İpoteka predmetinin hərracda real bazar dəyərindən kəskin fərqlənən ucuz qiymətə satılması borclunun əmlak vəziyyətini daha da pisləşdirməklə yanaşı hərracın nəticələrini, başqa sözlə alqısatqı müqaviləsini də şübhə altına alır. Hazırki halda əşyanın real dəyərindən aşağı qiymətdə hərraca çıxarılması və nəticədə tənasübsüz surətdə aşağı qiymətə satılması müqavilənin zəruri şərti kimi əşyanın qiyməti ilə bağlı Cavabdeh1 MMC-nin rəyinin formal olmasını göstərir. Bundan əlavə əmlakın mülkiyyətçisi iddiaçı olsa da, o, həmin mənzilin hərracda ilkin satış qiymətinin müəyyən edilməsindən faktiki olaraq kənarlaşdırılmış və onun iradə ifadəsi nəzərə alınmamışdır. İş materiallarından görünür ki, qiymətləndirmə prosesinin həyata keçirilməsində mülkiyyətçinin iştirakı ümumiyyətlə təmin olunmamış, ondan əmlak barədə müsahibə alınmamışdır. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3350/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən tutmanın yönəldildiyi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 42 saylı evin 51 saylı mənzilin qiymətləndirilməsinə dair Nizami rayon icra və probasiya şöbəsinin sifarişi ilə Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il tarixli 13-629 saylı Qiymətləndirmə rəyi ləğv edilməli və həmin əmlak yenidən qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı iddia tələbinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3350/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən tutmanın yönəldildiyi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 42 saylı evin 51 saylı mənzilin qiymətləndirilməsinə dair Nizami rayon icra və probasiya şöbəsinin sifarişi ilə Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il tarixli, 13-629 saylı Qiymətləndirmə rəyinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X4 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X2 öz izahatında göstərmişdir ki, qiymətləndirmə 2012-ci ildə keçirilmiş və qoyulan qiymət həmin vaxtı əmlakın real qiymətini əks etdirmişdir. Artıq hərrac baş tutmuş, əmlak bankın mülkiyyətinə keçmişdir. Hesab edir ki, iddia əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Cavabdeh1 MMC-nin, 3-cü şəxs Nizami rayon İcra və Probasiya Şöbəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri, məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş “xxxx” MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Cavabdeh1 MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2013-cü il tarixli 13-629 saylı hesabata əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 42 saylı evin 51 saylı mənzilin tərəfindən qiymətləndirilmə aparılan günə ilkin qiyməti - 40.000 manat təşkil etmişdir. İş üzrə xx.xx.2012-ci il tarixli 2(103)-3350/2012 saylı Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsinə əsasən “xxxx” MMC ilə xxxx AS arasında xx.xx.2007-ci il tarixli 120 syalı kredit müqaviləsi üzrə ümumi 115.286 manat borc pulun, 20 manat dövlət rüsumunun “xxxx” MMC-dən tutularaq “xxxx” ASC-nin hesabına ödənilməsi qət edilmiş və tutma ipoteka predmeti olan Bakı şəhər Nizami rayonu, Nəsimi küçəsi, 42 saylı evin 51 saylı mənzilinə yönəldilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, Cavabdeh1 MMC tərəfindən mülkiyyətində olan daşınmaz əmlakın qiymətləndirilməsinə dair ekspert rəyinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddiasının əsası kimi Cavabdeh1 MMC tərəfindən daşınmaz əmlaka qoyulan qiymətlərin real olmamasını, real bazar qiymətindən kifayət qədər aşağı həddə olmasını göstərmişdir. Məhkəmə iddiaçının qiymətdirmə barədə hesabatın ləğvi barədə dəlilləri əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı tərəfindən bu dəlillər mülahizə xarakteri daşıyır və iddiaçı tərəfidən bunu təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə xx xxxxx 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə xx xxxxx 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərdən görünüdyü kimi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının ipoteka predmeti olan və mülkiyyətində olmuş daşınmaz əmlakın qiymətləndirilməsi ilə əlaqədar cavabdehin gəldiyi nəticənin səhv olması və bu əsasla qiymətləndirmə barədə hesabatın ləğv edilməsi barədə tələbi təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, 3-cü şəxsin nümayəndəsi artıq hərracın baş tutmasını və əmlak üzərində bankın mülkiyyət hüququnun müəyyən edilməsini göstərmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddiaçıya məxsus daşınmaz əmlakın qiymətləndirilməsi barədə Cavabdeh1 MMC-nin xx.xx.2013-cü il tarixli 13-629 saylı qiymətləndirmə rəyinin (hesabatın) ləğv edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-361/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-361/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver