Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-362/2021 12.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə pul tələbinə dair» iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC ilə Cavabdeh qarşı “müqavilə üzrə pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə İddiaçı MMC arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixində “ORTA TƏHSİLİN TƏŞKİLİ” və “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqavilələri üzrə X11 və X3 təhsil haqqları üzrə (Muradlı Arda üçün 3000 (üç min) AZN, Muradlı Gülgəz üçün 2000 (iki min) AZN olmaqla, iki şagird üçün cəmi 5000 (beş min) AZN və öhdəlikləri vaxtında yerinə yetirmədiyi üçün müqavilənin 3.3.5-ci bəndinə əsasən Muradlı Arda üçün 900 (doqquz yüz), Muradlı Gülgəz üçün 772 (yeddi yüz yetmiş iki) manat dəbbə pulu olmaqla (680 manat güzəşt məbləği çıxılmaqla), ümumilkdə cəmi 5992 (beş min doqquz yüz doxsan iki) manat ödənilməmiş təhsil haqqına görə pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxxxx 2019-cu il tarixində “ORTA TƏHSİLİN TƏŞKİLİ” və “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqavilələri imzalanmış və həmin müqavilələr əsasında cavabdehin oğlu X11 İddiaçınin ibtidai təhsil pilləsi üzrə rus dili bölməsinə, qızı X7 isə İddiaçınin ümumi orta təshil pilləsi üzrə rus dili bölməsinə qəbul edilmişlər. Tərəflər arasında bağlanmış “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsinin 3.1.1 -ci bəndinə əsasən İddiaçınin ibtidai təshil pilləsi üzrə rus bölməsi üzrə təhsil haqqı bir şagird üçün 6799 (altı min yeddi yüz doxsan doqqoz) AZN, “ORTA TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsinin 3.1.1-ci bəndinə əsasən İddiaçınin ümumi orta təhsil pilləsi üzrə rus bölməsi üzrə təhsil haqqı bir şagird üçün 4930 (dörd min doqquz yüz otuz) AZN təşkil etmişdir. Müqavilənin bağlandığı gün cavabdeh tərəfindən X6 təhsil haqqı üzrə 3799 (üç min yeddi yüz doxsan doqquz) AZN, X3 təhsil haqqı üzrə isə 2930 (iki min doqquz yüz otuz) AZN olmaqla, iki şagird üçün cəmi 6729 (altı min yeddi yüz iyirmi doqquz) AZN ödəniş edilmişdir. Koronavirus pandemiyası səbəbindən ölkəmizdə mart ayından əyani dərslərin keçirilməsi dayandırılsa da, İddiaçı tərəfindən Microsoft Teams proqramı üzərindən onlayn qaydada şagirdlərə təhsil verilməsi davam etdirilmiş və bu barədə valideyinlərə də, xəbərdarlıq olunmuşdur. Dərslərin onlayn keçirilməsi barədə cavabdeh tərəfindən hər hansı narazılıq olunmamış, bu barədə İddiaçınə dərslərin onlayn qaydada keçirilməsi və yaxud da müqaviləyə xitam verilməsi barədə hər hansı müraciəti daxil olmamış, cavabdehin övladları onlayn qaydada təhsillərini davam etdirmişlər. Beləliklə, İddiaçı MMC xx xxxxxxxx 2019-cu il tarixli “ORTA TƏHSİLİN TƏŞKİLİ” və “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqavilələri üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Buna baxmayaraq, İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən xx xxxxxxxx 2019-cu il tarixli “ORTA TƏHSİLİN TƏŞKİLİ” müqaviləsi üzrə qalan ödənişini 2020-ci ilin 1 yanvar tarixinədək, “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsi üzrə qalan ödənişini isə 2019-cu ilin 20 dekabrınadak ödənilməli olduğu halda, cavabdeh öhdəliyini yerinə yetirməyərək müqavilə müddəalarını kobud şəkildə qərəzli olaraq pozmuşdur. Müqavilə öhdəliklərini yerinə yetirməsi barədə ona dəfələrlə şifahi formada müraciət olunmasına baxmayaraq, təhsil haqqının ödənilməsi istiqamətində hər hansı təşəbbüs göstərməmişdir. Halbuki, qeyd edilən müqavilələrin 2.2.5-ci bəndinə əsasən, bu müqavilə üzrə müəyyən edilmiş təhsil haqqını müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək valideynin vəzifəsi kimi qeyd olunmuşdur. Eyni zamanda həmin müqavilənin şərtlərinə uyğun vaxtda və həcmdə təhsil haqqı ödənilmədikdə, valideynin ödəmə gününə görə 0,2% məbləğində dəbbə pulu ödəməsi təsbit olunmuşdur. Beləliklə, cavabdehlə İddiaçı MMC arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixində “ORTA TƏHSİLİN TƏŞKİLİ” və “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqavilələri üzrə X11 və X3 təhsil haqqları üzrə (Muradlı Arda üçün 3000 (üç min) AZN, Muradlı Gülgəz üçün 2000 (iki min) AZN olmaqla, iki şagird üçün cəmi 5000 (beş min) AZN və öhdəlikləri vaxtında yerinə gətirmədi üçün müqavilənin 3.3.5-ci bəndinə əsasən Muradlı Arda üçün 900 (doqquz yüz), Muradlı Gülgəz üçün 772 (yeddi yüz yetmiş iki) manat dəbbə pulu olmaqla (680 manat güzəşt məbləği çıxılmaqla, həmin güzəşt məbləği koronovirus pandemiyası ilə əlaqədar çıxılmışdır), ümumilkdə cəmi 5992 (beş min doqquz yüz doxsan iki) manat ödənilməmiş təhsil haqqı borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 385.1,386.1, 389.1, 390.1, 399.1, 425.1, 430.1, 439.3, 442, 443, 448.2-ci maddələrinə əsasən iddianın təmin edilməsi xahiş edilir. İddiaçı sonradan Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1-ci maddələrinə əsasən cavabdehlə İddiaçı MMC arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixində “ORTA TƏHSİLİN TƏŞKİLİ” və “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqavilələri üzrə X11 və X3 təhsil haqqları üzrə (Muradlı Arda üçün 3000 (üç min) AZN, Muradlı Gülgəz üçün 2000(iki min) AZN olmaqla, iki şagird üçün cəmi 5000 (beş min) AZN və öhdəlikləri vaxtında yerinə yetirmədiyi üçün müqavilənin 3.3.5-ci bəndinə əsasən Muradlı Arda üçün 900 (doqquz yüz), Muradlı Gülgəz üçün 772 (yeddi yüz yetmiş iki) manat dəbbə pulu olmaqla (680 manat güzəşt məbləği çıxılmaqla), ümumilkdə cəmi 5992 (beş min doqquz yüz doxsan iki) manat ödənilməmiş təhsil haqqına görə pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və iddiaçının hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 160 (yüz altmış) manat xidmət haqqının, ümumilikdə 6182 (altı min yüz səksən iki) manat pulun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia ərizəsinin dəqiqləşməsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin müqavilə tələblərini lazımi qaydada icra etməməsi nəticəsində maddi zərərə uğramış və həmin zərərin məhkəmə qaydasında tələb edilməsi üçün vəkillə müqavilə bağlayaraq köçürmə yolu ilə vəkilə 160 (yüz altmış) manat xidmət haqqı ödəmişdir. Belə olan təqdirdə həmin məbləğ də cavabdehdən tutulmalıdır. Məhkəmə baxşı dövründə iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə növbəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə İddiaçı MMC arasında bağlanmış “ORTA TƏHSİLİN TƏŞKİLİ” və “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqavilələri üzrə X11 və X3 təhsil haqqları üzrə (Muradlı Arda üçün 3000 (üç min) AZN, Muradlı Gülgəz üçün 2000 (iki min) AZN olmaqla, iki şagird üçün cəmi 5000 (beş min) AZN və öhdəlikləri vaxtında yerinə yetirmədiyi üçün müqavilənin 3.3.5-ci bəndinə əsasən Muradlı Arda üçün 900 (doqquz yüz), Muradlı Gülgəz üçün 772 (yeddi yüz yetmiş iki) manat dəbbə pulu olmaqla (680 manat güzəşt məbləği çıxılmaqla), ümumilikdə cəmi 5992 (beş min doqquz yüz doxsan iki) manat ödənilməmiş təhsil haqqına görə pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və iddiaçının hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 160 (yüz altmış) manat xidmət haqqının, ümumilikdə 6182 (altı min yüz səksən iki) manat pulun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Növbəti iddia ərizəsinə dəqiqləşmə onunla əsaslandırılmışdır ki, hazırda Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsi ilə nəzərdə tutulmuş hüquqdan istifadə edərək iddia ərizəsində dəqiqləşmə aparmaq üçün məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X10 iddia tələbini və verilmiş iddianın dəqiqləşdirilməsi barədə ərizələri müdafiə edərək, sonuncu iddianın dəqiqləşmə ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və izahatına əlavə olaraq göstərmişdir ki, sonuncu dəfə iddia tələbi dəqiqləşdirilərkən xx xxxxxx 2019-cu il tarixli müqavilə əsas götürülmüşdür. Həmçinin göstərmişdir ki, ciddi hesabat blankı hesab edilən kassa mədaxil orderlərində qeyd edilən məbləğlər - 3799 manat və 2930 manat cavabdehin hər uşağı üçün ayrılıqda təhsil haqqı kimi ödədiyi, kompüterdə yığmaqla printer vasitəsilə çap edilən formada ona təqdim edilən kassa mədaxil orderlərində göstərilən məbləğlərlə eynidir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli GST № 164875 (3799 manat) və GST № 164876 (2930 manat) saylı kassa mədaxil orderləri saxtadır. Belə ki, həmin orderlərdə göstərilən məbləği o qeyd edilən tarixdə ödəməmişdir. Göstərilmiş məbləği o hissə-hissə başqa-başqa vaxtlarda, ilkin ödənişi 2019-cu ilin noyabr ayında, sonuncu ödənişi 2020-ci ilin fevral ayında onun tərəfindən olmuşdur, ödəmişdir və pulu ödəyəndə ona iş materiallarına əlavə edilmiş qəbzi deyil, ciddi hesabat blankı hesab edilməyən kağızda kompyuterdə yığmaqla printer vasitəsilə ilə çap edilən formada təqdim etmişdilər. 2020-ci ilin mart ayında isə daha 300 manat başqa bir şəxs tərəfindən ona məlumat vermədən ödənilmişdir. İddiaçı tərəfin istinad etdiyi xx xxxxxxxx 2019-cu il tarixdə “orta təhsilin təşkili” və “ibtidai təhsilin təşkili” müqavilələrinə bildirmək istəyir ki, qeyd edilən müqavilə xx xxxxxxxx 2019-cu il tarixdə deyil, xx xxxxxx 2019-cu il tarixdə bağlanmışdır. İddiaçının iş materiallarına əlavə etdiyi müqavilələrin birinci səhifəsi bilinməyən səbəbdən niyəsə dəyişdirilərək saxtalığa yol vermişdilər. Daha sonra nəzərə çatdırır ki, İddiaçı MMC “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanunun 16.1ci maddəsinin tələbini pozaraq lisenziyasız fəaliyyət göstərmiş və təhsil müəssisəsi kimi fəaliyyət göstərməyə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş lisenziya əsasında həyata keçirməmişdir və akkreditasiya olunmamışdır. Bu səbəbdən hesab edir ki, qeyd edilən müqavilələrin hüquqi qüvvəsi yoxdur. Daha sonra hüquqi qüvvəyə malik olmayan müqavilənin 3.1.2-ci bəndinin şərtlərinə əsasən “təhsilverən” təhsil haqqı ödənişinə illik təhsil haqqı, klub və dərnək (ödənişli dərnəklər istisna olmaqla) fəaliyyətləri, məktəbli forması, dövlət tərəfindən təmin edilən dərsliklər, İddiaçı nəşrləri, dərsdən kənar məşğələlər və STEM mərkəzlərində istifadə edilən laboratoriya materialları daxildir. Əlavə olaraq həmin məbləğə 940 manat qidalanma məbləği də daxildir. Lakin bildiyimiz kimi, pandemiya səbəbindən müqavilənin yuxarıda sadalandığı xidmətlər göstərilməmişdir. Daha sonra nəzərə çatdırmaq istəyir ki, müqavilə üzrə iddiaçı keyfiyyətli tədrisi özünün prioriteti hesab etməyinə baxmayaraq keyfiyyətli tədris verməmişdir. Bu səbəbdən xx xxxx 2020-ci il tarixdə hər iki övladının həmin məktəbdən çıxarılması və 46 saylı məktəbə köçürülməsi üçün elektronlaşdırılmış etehsil portalı vasitəsi ilə müraciət etmişdi. Müraciəti 25 martda qeydiyyata alınmasına baxmayaraq heç bir səbəb olmadan övladlarının sənədləri iddiaçı tərəfindən ona təqdim edilməmiş və may ayında əsassız olaraq elektron sistem vasitəsi ilə sənədləri təqdim etməkdən imtina etmişdir. Azərbaycan Respublikasında X1 sistem vasitəsi ilə həyata keçirilir və onun tərəfindən sistem vasitəsi ilə övladlarını digər məktəbə köçürülməsi ilə bağlı müraciəti xx xxxxxx 2019-cu il tarixli müqavilələrdən imtina kimi qiymətləndirilməlidir. Göstərdiklərinə əsasən sözügedən müqavilələr etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Yuxarıda sadaladıqlarına əsasən müqavilə mülki qanunvericiliyin normalarını pozmaqla bağlanmışdır və həmin müqaviləyə istinad edib pul tələbi ilə çıxış etmək əsassızdır. Növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbinin üzürlü olması barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsinin: - 1.1-ci bəndinə əsasən bu müqavilə ilə İddiaçı, ümumi təhsilin dövlət standartları və proqramına, Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmiş İddiaçı MMC-nin nizamnaməsinə uyğun şəkildə və mütərəqqi dünyanın pedaqogika və STEM tədrisində əldə etdiyi müsbət təcrübəni Hədəf Konseptinə əsasən tətbiq edərək Təhsilalanın ümumi təhsil almasına şərait yaratmağı, Təhsilalanın valideyni isə bunun müqabilində bu müqavilənin qüvvədə olduğu müddət üçün təhsil haqqını ödəməyi öhdələrinə götürürlər. - 1.2-ci bəndinə əsasən İddiaçındə təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də STEM təhsilində dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət edir. Müqavilənin 2.2 hissəsi valideynin hüquq və vəzifələrinə aiddir: - 2.5-ci bəndinə əsasən valideyn bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqını müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək. Müqavilənin təhsil haqqının və qidalanma ödənişlərinin həyata keçirilmə qaydası adlanan 3-cü hissəsinin: - 3.1.1-ci bəndinə əsasən İddiaçı ibtidai təhsil pilləsi Rus bölməsi üzrə bir illik təhsil haqqı (İ-İV siniflər) 6510 (altı min beş yüz on ) AZN təşkil edir. - 3.1.2-ci bəndinə əsasən təhsil haqqı ödənişinə illik təhsil haqqı, klub və dərnək (ödənişli dərnəklər istisna olmaqla) fəaliyyətləri, dövlət tərəfindən təmin edilən dərsliklər, İddiaçı nəşrləri, dərsdən kənar məşğələlər və STEM mərkəzlərində istifadə edilən laboratoriya materialları daxildir. - 3.1.3-cü bəndinə əsasən təhsil haqqının ödənişi əvvəlcədən Tam və ya Əlavə № 1də nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun olaraq tədris ili dövründə üç hissədə ödənilə bilər. - 3.1.4-cü bəndinə əsasən istənilən təhsil pilləsi üzrə ilkin depozit ödənişi ümumi təhsil haqqının 30%-ni təşkil edir. Depozit Təhsilalan liseyə qəbul edildikdən sonra 3 iş günü ərzində ödənilir və Təhsilalan üçün yer saxlanılır. Depozit məbləği əvvəlcədən təhsilin təşkilinə sərf edildiyi üçün Təhsilalan liseyə qəbul olunduqdan sonra gəlməkdən imtina edərsə, ilkin olaraq ödənilmiş depozit geri qaytarılmır. - 3.1.5-ci bəndinə əsasən ödəniş 3 hissədə həyata keçirilərsə, 30% depozit məbləği Təhsilalan İddiaçınə qəbul edildikdən sonra 3 iş günü ərzində, yerdə qalan məbləğində 40%-i avqustun 31-dək, 30%-i isə 2019-cu il dekabr ayının 20-dək ödəməlidir. - 3.1.6-ci bəndinə əsasən təhsil haqqının ödənişi valideynə təqdim edilmiş hesab fakturaya əsasən həyata keçirilir. Müqavilənin İddiaçınə gec qəbul olunma üzrə şərtlər adlanan 3.3 hissəsinin: - 3.3.5-ci bəndinə əsasən təhsil haqqı bu müqavilənin şərtlərinə uyğun vaxtda və həcmdə ödənilməzsə valideyn ödəmə gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli “ORTA TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsinin təhsil haqqının və qidalanma ödənişlərinin həyata keçirilmə qaydası adlanan 3-cü hissəsinin: - 3.1.1-ci bəndinə əsasən İddiaçı ibtidai təhsil pilləsi Rus bölməsi üzrə bir illik təhsil haqqı (V-Xİ siniflər) 7480 (yeddi min dör yuz səksən) AZN təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqavilənin təhsil haqqının və qidalanma ödənişlərinin həyata keçirilmə qaydası adlanan 3-cü hissəsinin: - 3.1.1-ci bəndinə əsasən İddiaçı ibtidai təhsil pilləsi Rus bölməsi üzrə bir illik təhsil haqqı (İ-İV siniflər) 6799 (altı min yeddi yüz doxsan doqquz) AZN təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli “ORTA TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsinin təhsil haqqının və qidalanma ödənişlərinin həyata keçirilmə qaydası adlanan 3-cü hissəsinin: - 3.1.1-ci bəndinə əsasən İddiaçı ibtidai təhsil pilləsi Rus bölməsi üzrə bir illik təhsil haqqı (V-Xİ siniflər) 4930 (altı min yeddi yüz doxsan doqquz) AZN təşkil edir. Müqavilənin «Müqavilənin ləğv edilmə qaydası» adlanan 5-ci hissəsində əsasən tərəflərdən biri üzərinə düşən öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə digər tərəf Müqaviləni aşağıdakı formada birtərəfli qaydada ləğv edə bilər: - 5.1 Valideyn İddiaçınə yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam verə bilər. - Müqavilənin 5.2-ci bəndində isə İddiaçı Təhsilalanı xaric edə və Müqaviləyə xitam verə bilməsinin əsaslarlı təsbit edilmişdir. - İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli 149 saylı əmrindən görünür ki, MMC ilə valideynlər arasında bağlanmış ibtidai və orta təhsilin təşkili müqavilələrində və həmin müqavilələrə əlavə olaraq verilmiş hesab-fakturalarda təhsil haqqlarından əlavə, təhsilalanların qidalanması üçün 970 manat pulun əvvəlcədən ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2019-cu ildə keçirilmiş növbəti ilin dəyişiklikləri ilə bağlı iclasda Pedaqoji şuranın ümumi razılığı əsasında qərara alınmışdır. Yuxarıda göstərilənləri və valideynlərin müraciətlərini nəzərə alaraq 2019-2020-ci tədris ilindən etibarən liseydə təhsil alan hər bir balabilgə yalnız liseydə hazırlanan yeməkdən qidalanması, liseyə kənardan yemək gətirilməsinə icazə verilməməsi, 2019-2020-ci ilə tədris dövrü üçün İddiaçı MMC ilə valideynlər arasında bağlanmış ibtidai və orta təhsilin təşkili müqavilələrində və həmin müqavilələrə əlavə olaraq verilmiş hesab-fakturalarda düzəlişlər edilərək, qidalanma üçün nəzərdə tutulan 970 manat məbləğ ümumi təhsil haqqı ödənişinə əlavə edilməsi, lakin bu dəyişikliyin valideynlə bağlanmış müqavilələrin məbləğinə təsir etməməsi əmr edilmişdir. - xx xxxxxxxx 2019-cu il tarixli GST № 164875 kassa mədaxil orderinin surətindən görünür ki, X8 X6 təhsil haqqı üçün 3799 manat məbləği İddiaçı MMC-nin hesabına ödəmişdir. - xx xxxxxxxx 2019-cu il tarixli GST № 164876 kassa mədaxil orderinin surətindən görünür ki, X8 X3 təhsil haqqı üçün 2930 manat məbləği İddiaçı MMC-nin hesabına ödəmişdir. - xx xxxxxx 2019-cu il tarixli 199 saylı kassa mədaxil orderinin surətindən X8 X3 təhsil haqqı üçün 930 manat məbləği İddiaçı MMC-nin hesabına ödəmişdir. - xx xxxxxx 2019-cu il tarixli 199 saylı kassa mədaxil orderinin surətindən X8 X3 təhsil haqqı üçün 1000 manat məbləği İddiaçı MMC-nin hesabına ödəmişdir. - xx xxxxxx 2020-ci il tarixli 200 saylı kassa mədaxil orderinin surətindən X8 X3 təhsil haqqı üçün 1000 manat məbləği İddiaçı MMC-nin hesabına ödəmişdir. - xx xxxxxx 2019-cu il tarixli 200 saylı kassa mədaxil orderinin surətindən X8 X6 təhsil haqqı üçün 1299 manat məbləği İddiaçı MMC-nin hesabına ödəmişdir. - xx xxxxxx 2019-cu il tarixli 200 saylı kassa mədaxil orderinin surətindən X8 X6 təhsil haqqı üçün 1500 manat məbləği İddiaçı MMC-nin hesabına ödəmişdir. - xx xxxxxx 2020-ci il tarixli 199 saylı kassa mədaxil orderinin surətindən X8 X6 təhsil haqqı üçün 1000 manat məbləği İddiaçı MMC-nin hesabına ödəmişdir. - Cavabdeh adına olan xx xxxxxx 2019-cu il tarixli 200 №li hesab fakturadan görünür ki, X9 dair xx.xx.2019-cu il tarixli ibtidai təhsilin təşkil müqaviləsinə əsasən təhsil ili üçün qiymət 6510 manat, 10% endirimlə 651 manat, qidalanma üçün 940 manat, ümumilikdə isə ödəniləcək məbləğ 6799 manat təşkil edir. Depozit 2235 manat, İ ödəniş (xx.xx.2019) 2980 manat, İİ ödəniş (xx.xx.2019) 2235 manat təhkil edir. - Cavabdeh adına olan xx xxxxxx 2019-cu il tarixli 199 №li hesab fakturadan görünür ki, X5 dair xx.xx.2019-cu il tarixli ibtidai təhsilin təşkil müqaviləsinə əsasən təhsil ili üçün qiymət 7480 manat, endirimlə (təhsilin davamı) 3520 manat, qidalanma üçün 970 manat, ümumilikdə isə ödəniləcək məbləğ 4930 manat təşkil edir. Depozit 500 manat, İ ödəniş (xx.xx.2019) 4430 manat təşkil edir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş, nazir müavini Niyazə Səfərovun imzası olan xx xxx 2019-cu il tarixli in/l-123/2019 saylı xüsusi lisenziyadan və xüsusi lisenziyanın əlavəsindən görünür ki, İddiaçı MMC-yə ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) fəaliyyətini həyata keçirməyə icazə verilir. - X1 Sistemi üzrə X11 və X3 adına olan xx.xx.2020-ci il tarixli ərizələrdən görünür ki, onların 46 №li tam orta məktəbə yerləşdirilməsinə dair sorğuları qeydə alınmışdır. Ərizələrin sonunda edilən qeyddən görünür ki, sorğu təsdiq olunduğu tarixdən 5 iş günü müddətində şagirdin şəxsi işi oxuduğu məktəbdən alınmalı və sorğa verilmiş məktəbə təqdim edilməlidir. Əks halda sorğu ləğv ediləcəkdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxxxxxx 2019-cu il tarixində imzalanmış “Orta təhsilin təşkili” və “İbtidai təhsilin təşkili” Müqavilələr əsasında cavabdehin oğlu X11 İddiaçınin ibtidai təhsil pilləsi üzrə rus dili bölməsinə, qızı X7 isə İddiaçınin ümumi orta təshil pilləsi üzrə rus dili bölməsinə qəbul edilmişlər. Qeyd edilən Müqavilələrin 3.1.1-ci bəndinə əsasən İddiaçınin ibtidai təshil pilləsi üzrə rus bölməsi üzrə təhsil haqqı bir şagird üçün 6799 (altı min yeddi yüz doxsan doqquz) AZN, ümumi orta təhsil pilləsi üzrə rus bölməsi üzrə təhsil haqqı bir şagird üçün 4930 (dörd min doqquz yüz otuz) AZN təşkil etmişdir. İşin materiallarından görünür ki, xx xxxxxxxx 2019-cu il tarixdə cavabdeh tərəfindən övladları X6 təhsil haqqı üzrə 3799 (üç min yeddi yüz doxsan doqquz) AZN, X3 təhsil haqqı üzrə isə 2930 (iki min doqquz yüz otuz) AZN olmaqla, cəmi 6729 (altı min yeddi yüz iyirmi doqquz) AZN ödəniş edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsinin 3.1.1-ci bəndinə əsasən İddiaçı ibtidai təhsil pilləsi Rus bölməsi üzrə bir illik təhsil haqqı (İ-İV siniflər) 6510 (altı min beş yüz on ) AZN təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli “ORTA TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsinin təhsil haqqının və qidalanma ödənişlərinin həyata keçirilmə qaydası adlanan 3-cü hissəsinin: 3.1.1-ci bəndinə əsasən İddiaçı ibtidai təhsil pilləsi Rus bölməsi üzrə bir illik təhsil haqqı (V-Xİ siniflər) 7480 (yeddi min dör yuz səksən) AZN təşkil edir. İşin iddiaçı tərəfindən mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı koronavirus pandemiyası səbəbindən ölkədə 2020-ci ilin mart ayından əyani dərslərin keçirilməsinin dayandırılmasına baxmayaraq, bu barədə valideyinlərə də xəbərdarlıq olunmaqla İddiaçı tərəfindən Microsoft Teams proqramı üzərindən onlayn qaydada şagirdlərə təhsil verilməsini davam etdirsə də, (o cümlədən cavabdehin övladları onlayn qaydada təhsillərini davam etdirmişlər) cavabdeh İddiaçı MMC ilə bağlanmış müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyərək müqavilə müddəalarını kobud şəkildə qərəzli olaraq pozmuşdur. Cavabdeh isə iddiaya etirazının əsası kimi həm İddiaçı MMC “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanunun 16.1-ci maddəsinin tələbini pozaraq lisenziyasız fəaliyyət göstərməsinə əsaslanaraq qeyd edilən müqavilələrin hüquqi qüvvəsinin olmamasına, həm də “Azərbaycan Respublikasında X1 sistemi” vasitəsilə övladlarının digər məktəbə köçürülməsi ilə bağlı müraciətinin olmasının xx xxxxxx 2019cu il tarixli müqavilələrdən imtina kimi, beləliklə də, müqavilələrin mülki qanunvericiliyin normaları pozulmaqla bağlandığı üçün etibarsız olması kimi qiymələdirilməli olmasına istinad etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh iddiaya etirazında iddiaçı ilə bağladığı müqavilələrin gah hüquqi qüvvəsi olmamasını, gah da müqavilələrin mülki qanunvericiliyin normaları pozulmaqla bağlanmasını qeyd etməsinə baxmayaraq, bununla bağlı iddia tələbləri irəli sürməməsi nəzərə alınmalı və sözügedən müqavilələrin qanuniliyinə iddiaçının dəlillərinin əsaslılığı baxımından hüquqi qiymət verilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin tələbini pozmayraq iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş, nazir müavini Niyazi Səfərovun imzası olan xx xxx 2019-cu il tarixli in/l-123/2019 saylı xüsusi lisenziya və xüsusi lisenziyaya əlavəsinə əsasən «Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq verilmiş lisenziyaya uyğun təhsil müəssisəsi kimi fəaliyyətini həyata keçirir. Bundan əlavə, məhkəmə qeyd edir ki, həqiqətən də, iş materiallarında tərəflər arasında yalnız ödənişlə bağlı hissələr (3.1.1 bəndləri) istisna olmaqla eyni məzmunlu bağlanmış 05 avqust və xx xxxxxxxx 2019-cu il tarixli müqavilələr mövcuddur ki, bunlardan da sonuncu müqavilənin surətləri təsdiq edilməmiş kserosurətlərdir. Məhkəmə yalnız xx xxxxxx 2019-cu il tarixli müqavilənin əslinin təqdim edilməsini, eləcə də sonuncu iddia tələbinin dəqiqləşdirilməsi zamanı da xx xxxxxx 2019-cu il tarixli müqavilələrin əsas götürülməsini nəzərə alaraq, iddia tələblərinin əsaslılığına məhz bu müqavilənin müddəaları baxımından hüquqi qiymət verilməsini mümkün sayır. Məhkəmə cavabdehin övladlarının iddiaçı MMC-də hansı tədris ilinin hansı aylarında təhsil almalarına dair hər iki tərəfin dəlillərinə qiymət verərək hesab edir ki, 2020-ci ilin mart ayının əvvələrinə kimi sözügedən şagirdlərin iddiaçı MMC-də təhsil almaları faktı mübahisəsizdir. Bunu cavabdeh öz etiraz ərizəsində də xüsusi olaraq qeyd etmişdir ki, pandemiya səbəbindən iddiaçı həmin vaxtdan müqavilənin 3.1.2-ci bəndində sadaladığı xidmətlər göstərməmişdir. Ölkədə koronovirusla bağlı baş verən pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayından əyani dərslərin keçirilməməsi faktı mübahisəsiz olsa da, iddiaçı tərəf cavabdehin övladlarına İddiaçı tərəfindən Microsoft Teams proqramı üzərindən onlayn qaydada şagirdlərə təhsil verilməsini davam etdirməsini, buna dair sübutları olmasını iddia etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə keyfiyyətli tədrisi özünün prioriteti hesab etməyinə baxmayaraq, keyfiyyətli tədris verməməsi səbəbindən xx xxxx 2020-ci il tarixdə hər iki övladının həmin məktəbdən çıxarılması və 46 saylı məktəbə köçürülməsi üçün elektronlaşdırılmış e-tehsil portalı vasitəsilə müraciətinin 25 martda qeydiyyata alınmasını göstərsə də, övladlarının 2020-ci ilin mart-may aylarında hansı təhsil müəssiəsində təhsil almalarını göstərməmişdir. İşin materiallarından görünür ki, cavabdeh həqiqətən də övladlarının 46 № li tam orta məktəbə yerləşdirilməsinə dair ərizələri xx.xx.2020-ci il tarixdə X1 Sistemi üzrə qeydə alınmış, özünün təqdim etdiyi SMS-lərdən görünür ki, bununla bağlı hətta ona müvaviq məlumat da verilmişdir. Lakin həm SMS məlumatın, həm də X1 Sistemi üzrə ərizələrin məzmunlarında həmçinin qeyd edilmişdir ki, sorğu təsdiq olunduğu tarixdən 5 iş günü müddətində şagirdin şəxsi işi oxuduğu məktəbdən alınmalı və sorğu verilmiş məktəbə təqdim edilməlidir, əks halda sorğu ləğv ediləcəkdir. Cavabdeh, qeyd edilən müraciətlərinin 25 martda qeydiyyata alınmasına baxmayaraq heç bir səbəb olmadan övladlarının sənədlərinin iddiaçı tərəfindən ona təqdim edilməməsini və may ayında əsassız olaraq elektron sistem vasitəsilə sənədləri təqdim etməkdən imtina edilməsini göstərsə də, 2020-ci ilin mart və may aylarında övladlarına iddiaçı tərəfindən təhsillə bağlı xidmət göstərilməməsini təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. Cavabdehin etirazının bu dəlili üzrə məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, bu dəlil 46 saylı məktəb tərəfindən 2020-ci ilin mart-may aylarında onun övladlarına təhsil xidməti göstərməməsinin təsdiqidir. Belə ki, faktiki olaraq cavabdeh etirazında elektron ərizələrinin qeydə alındığı gündən 5 iş günü ərzində övladlarının sənədlərinin 46 saylı məktəbə təqdim etməməsini dolayısı ilə etiraf etmiş, bu isə sözügedən sorğuların ləğv edilməsi deməkdir. İddiaçı tərəf 2020-ci ilin mart-may aylarında cavabdehin övladlarına Microsoft Teams proqramı üzərindən onlayn qaydada təhsil verilməsini davam etdirməsinin sübutu kimi video disk təqdim etsə də, cavabdehin məhkəmə iclasında iştirakı olmadığı üçün övladlarına münasibətdə təqdim edilən diskə onun razılığı olmadan baxış keçirilərək tədqiq edilməsini məhkəmə mümkün saymamışdır. Lakin buna baxmayaraq məhkəmə hesab edir ki, cavabdeh X1 Sistemi üzərindən övladlarının başqa məktəbə keçirilməsi məqsədilə, onların sənədlərinin təqdim edilməsi ilə bağlı iddiaçıya müraciət etdiyi halda, sonuncunun müvafiq sənədləri ona vaxtında təqdim etməməsinə dair heç bir mötəbər və tutarlı sübutlar təqdim etmədiyi üçün iddiaçı tərəfin cavabdehin övladlarına 2020-ci ilin mart-may aylarında Microsoft Teams proqramı üzərindən onlayn qaydada təhsil verilməsini davam etdirməsinə dair izahatları inandırıcıdır və bununla bağlı nümayəndənin izahatında göstərilənlər sübut kimi qiymətləndirilməlidir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə də, işin araşdırılmış halları ilə iddiaçı tərəfindən 2020-ci ilin mart-may aylarında cavabdehin övladlarına Microsoft Teams proqramı üzərindən onlayn qaydada təhsil verilməsinin davam etdirilməsi öz təsdiqini tapdığı üçün məhkəmə hesab edir ki, cavabdeh tərəfindən sistem vasitəsi ilə övladlarını digər məktəbə köçürülməsi ilə bağlı müraciət etməsinin xx xxxxxx 2019-cu il tarixli müqavilələrdən imtina kimi qiymətləndirilməli olmasına dair etirazının dəlili əsassız sayılmalıdır. Çünki, tərəflər arasında bağlanmış müqavilələrin «Müqavilənin ləğv edilmə qaydası» adlanan 5-ci hissəsinə əsasən, tərəflərdən biri üzərinə düşən öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə digər tərəfin Müqaviləni birtərəfli qaydada ləğv etməsi - valideynin İddiaçınə yazılı xəbərdarlıq etməsi ilə şərtləndirilmişdir. Yalnız bu halda həmin müqaviləyə xitam verilə bilərdi. Lakin araşdırma zamanı cavabdehin valideyn olaraq İddiaçınə müqaviləyə xitam verilməsi üçün yazılı xəbərdarlıq etməsi faktı müəyyən edilməmişdir. Cavabdeh tərəfindən müvafiq sistem vasitəsilə övladlarını digər məktəbə köçürülməsi ilə bağlı müraciət etməsini isə məhkəmə onun xx xxxxxx 2019-cu il tarixli müqavilələrdən imtinası kimi qiymətləndirməsinə hüquqi əsas görmür. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən sistem vasitəsilə övladlarını digər məktəbə köçürülməsi ilə bağlı müraciəti lazımi qaydada qeydə alınmış olsa idi belə, bu hal yenə də xx xxxxxx 2019-cu il tarixli müqavilələrdən imtina kimi qiymətləndirilə bilməzdi. Çünki, cavabdeh iddiaçının onun övladlarına xx.xx.2020-ci il tarixdən sonra təhsil verilməsinin davam etdirilməsi ilə bağlı iddiasını qəbul etməsə də, qeyd edilən tarixdən sonra övladlarına hansı təhsil müəssisəsi tərəfindən təhsil verilməsi ilə bağlı əhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsaslanaraq məhkəmə İddiaçı tərəfindən cavabdehin övladlarına 2019-2020 tədris ili ərzində təhsil verilməsi, bununla bağlı hətta cavabdehin də müəyyən ödənişlər etməsi faktını məhkəmə işin mübahisəsiz halı kimi qiymətləndirir. Beləliklə də, araşdırılmış sübutlar əsasında 2020-ci ilin mart ayından İddiaçı tərəfindən Microsoft Teams proqramı üzərindən cavabdehin övladlarına onlayn qaydada təhsil verilməsi faktı öz təsdiqini tapdığı üçün məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə bağladığı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərin tam yerinə yetirməməsinə dair iddia dəlillərinə Mülki Məcəllənin aşağıdakı müddəaları baxımından aralarında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığı üçün iddiaçının hazırki tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin övladlarına 2020-ci il mart ayından təhsil verilməsinin davam etdirilməsi faktı təsdiq edilsə də, sonuncunun müqavilə tərəfi olaraq üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyərək təhsil haqqlarını müqaviləyə uyğun qaydada ödəməmişdir. Belə ki, işin materiallarından görünür ki, cavabdeh X3 təhsil haqqı üçün xx xxxxxx 2019-cu il tarixdə 930 manat, xx xxxxxx 2019-cu il tarixdə və xx xxxxxx 2020-ci il tarixdə isə ayrılıqda 1000 manat, ümumilikdə 2930 manat, göstərilən tarixlərdə isə X6 təhsil haqqı üçün müvafiq olaraq 1299 manat, 1500 manat və 1000 manat, ümumilikdə 3799 manat ödənişlər etmişdir. İşin materiallarında olan iddiaçının cavabdehin adına tərtib etdiyi hesab fakturalara əsasən, X9 dair xx.xx.2019-cu il tarixli ibtidai təhsilin təşkil müqaviləsinə əsasən təhsil ili üçün qiymət 6510 manat, 10% endirimlə 651 manat, qidalanma üçün 940 manat, ümumilikdə isə ödəniləcək məbləğ 6799 manat, X5 dair xx.xx.2019-cu il tarixli ibtidai təhsilin təşkil müqaviləsinə əsasən təhsil ili üçün qiymət 7480 manat, endirimlə (təhsilin davamı) 3520 manat, qidalanma üçün 970 manat, ümumilikdə isə ödəniləcək məbləğ 4930 manat təşkil edir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 2020-ci ilin mart-may ayları karantin müddətinə düşdüyü üçün iddiaçı müqavilədə 9 (sentyabr-may) ay üçün nəzərdə tutulmuş qidalanma kimi xidmətlərini 3 (mart-may) ay - karantin müddətində həyata keçirməmişdir. Belə olan halda iddiaçının göstərmədiyi bu xidmətə görə cavabdehdən pul tələbi əsaslı sayıla bilməz. Məhkəmə göstərilən əsaslardan çıxış edərək iddiaçının X6 təhsil haqqı üçün 3000 manat tələbi üzrə hesab edir ki, 9 ay tədris ilinin qidalanma üçün nəzərdə tutulmuş cəmi 940 manat məbləğdən 3 ay karantin müddəti üçün məbləği olan (940:9x3ay karantin = 313,30 manat) 313,30 manat iddiada tələb edilən məbləğdən çıxılmaqla, 2686,70 manat əsas borc X2 tutulmalıdır. (3000-313,30=2686,70) Məhkəmə eyni əsaslarla həmçinin iddiaçının X3 təhsil haqqı üçün 2000 manat tələbi üzrə də hesab edir ki, 9 ay tədris ilinin qidalanma üçün nəzərdə tutulmuş cəmi 970 manat məbləğdən 3 ay karantin müddəti üçün məbləği olan (970:9x3 ay karantin= 323,30 manat) 323,30 manat iddia edilən məbləğdən çıxılmaqla, 1676,70 manat əsas borc X2 tutulmalıdır. (2000-313,30=1676,70) Məhkəmə cavabdehin öhdəlikləri vaxtında yerinə yetirmədiyi üçün müqavilənin 3.3.5ci bəndinə əsasən X11 üçün 900 (doqquz yüz) manat, X7 üçün 772 (yeddi yüz yetmiş iki) manat dəbbə pulunun tutulması hissəsi ilə bağlı hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri baxımından bu məbləğlər müvafiq olaraq 90 və 70 manata qədər azaldılmaqla cavabdehdən iddiaçının xeyrinə X6 təhsil haqqı üçün 2686,70 manat əsas borc, 90 manat dəbbə pulu, X3 təhsil haqqı üçün 1676,70 manat əsas borc, 70 manat dəbbə pulu tutulmalıdır. Məhkəmə cavabdehin etirazının dəlili kimi qeyd etdiyi təhsil haqqı ilə bağlı ödənişləri iş materiallarına əlavə edilmiş qəbzdə göstərdiyi kimi tam deyil, hissə-hissə 2019-cu ilin noyabr ayından başlayaraq ödəməsinə dair dəlili ilə razılaşır və qeyd edir ki, işin materiallarından görünür ki, o, yuxarıda göstərilən tarixlərdə X3 təhsil haqqı üçün ümumilikdə 2930 manat, X6 təhsil haqqı üçün ümumilikdə 3799 manat ödənişlər etmiş, buna dair cavabdehə ciddi hesabat blankı hesab edilməyən kağızda kompüterdə yığmaqla printer vasitəsilə çap edilən formada, İddiaçı MMC-nin ştampını vurmaqla kassa mədaxil orderləri təqdim edilmişdir. Bununla belə, məhkəmə bununla bağlı cavabdehin iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli GST № 164875 (3799 manat) və GST № 164876 (2930 manat) saylı kassa mədaxil orderlərinin saxta olmasına dair dəlili ilə razılaşmır. Belə ki, sözügedən ciddi hesabat blankı hesab edilən kassa mədaxil orderlərində qeyd edilən məbləğlər (3799 manat və 2930 manat) cavabdehin hər uşağı üçün ayrılıqda təhsil haqqı kimi ödədiyi, kompüterdə yığmaqla printer vasitəsilə çap edilən formada təqdim edilən kassa mədaxil orderlərində göstərilən məbləğlərlə eynidir. Başqa sözlə, cavabdeh saxta hesab etdiyi orderlərdə göstərilən məbləğləri qeyd edilən tarixdə ödəməsə də, hissə-hissə 2019-cu ilin noyabr ayından başlayaraq 2020-ci ilin yanvar ayına kimi olan ödəmələri sözügedən ciddi hesabat blankı hesab edilən kassa mədaxil orderlərində öz əksini tapmışdır. İddiaçı tərəfin də izahatlarında bu fakta dair aydınlıq gətirməsini nəzərə alaraq və cavabdeh tərəfindən iddiaçının hesabına 6729 manatdan (3799+2930=6729) əlavə ödəniş aparmaması öz təsdiqini tapdığından məhkəmə sözügedən orderlərin saxta olmaması qənaətinə gəlir. Məhkəmə iddianın hüquqi yardım üçün vəkilə ödənilmiş 160 (bir yüz altmış) manat xidmət haqqının cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. (MPM-121.1) Göründüyü kimi, qanunverici nümayəndənin (vəkilin) göstərdiyi yardıma görə xərclərin digər tərəfdən tam deyil, müəyyən hallar nəzərə alınmaqla yalnız ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini təsbit etmişdir ki, məhkəmə də cavabdehdən hüquqi yardıma görə tutulmalı olan məbləğin 100 manat həddində müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun (iddianın təmin edilmiş hissəsinə münasib olaraq) 20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 60 manat hüquqi xidmət xərci və dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı tərəfindən müqavilə öhdəlikləri ilə bağlı irəli sürülmüş tələblər qismən əsaslıdır və qeyd edilən qaydada təmin edilməklə İddiaçı MMC-nin xeyrinə Cavabdeh 4363,40 (dörd min üç yüz altmış üç manat qırx qəpik) manat borc, 160 (bir yüz altmış) manat dəbbə pulu, cəmi isə 4523,40 (dörd min beş yüz iyirmi üç manat qırx qəpik) manat, hüquqi xidmət xərci olaraq 100 (bir yüz) manat və dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi tutulmalı, iddia qalan hissələrdə təmin edilməməli, 60 (altmış) manat hüquqi xidmət xərci və 10 (on) manat dövlət rusumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 4363,40 (dörd min üç yüz altmış üç manat qırx qəpik) manat borc, 160 (bir yüz altmış) manat dəbbə pulu, cəmi isə 4523,40 (dörd min beş yüz iyirmi üç manat qırx qəpik) manat, hüquqi xidmət xərci olaraq 100 (bir yüz) manat və dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi tutulsun. İddia qalan hissələrdə təmin edilməsin. 60 (altmış) manat hüquqi xidmət xərci və 10 (on) manat dövlət rusumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-362/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-362/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver