Məhkəmə qərarları › İş №2(009)-370/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-370/2025

24.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-370/2025 24.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona hesablanmış 1347,84 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1-də yaşayır. Baxmayaraq ki, istehlak etdiyi qaz həcmini vaxtında və lazımınca ödəyir, Cavabdeh İB əməkdaşları əsassız olaraq onu cərimələmişlər. Baxmayaraq ki, ödəniş etmişdir, o anda qeyd etdiyi cərimədən məlumatı olmuşdur. Əməkdaşlardan nəyə görə yazdıqlarını soruşanda, ona ancaq məhkəmə yolu ilə silinməli olduğunu qeyd etdilər. Məhkəmədən 1347,84 manat cərimələrin ləğv etməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmiş, eləcə də bildirmişdir ki, yaşadığı ərazidə bir ümumi qaz xətti vardır və həmin qaz xətti hava ilə göydən gedir. Həmin xəttdən hər kəsə qaz xətti paylanılır. Göynən gedən xəttə müdaxilə olunması qeyri-mümkündür. Onların həyətində iki ev vardır və sözügedən evdə az yaşamışlar. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə hesablanmış 1347,84 manat cərimələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan qaz xəttlərinə və üzərində quraşdırılmış iddiaçının qaz sayğacına baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi aşkar olunmuş, həmin faktlar toşəkilləri çəkilməklə və yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş, 1347,84 manat Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Eyni zamanda istehlakçı hesabı üzrə saldodan göründüyü kimi iddiaçının 2023-cü il və 2024- cü ilin yanvar fevral aylarında sərfıyyatının az olması iddiaçının qaz xəttinə qanunsuz qoşulmaqla qazdan dəyəri ödənilmədən istifadə etdiyini göstərir. Beləliklə, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozularaq qaz xətti üzrə sayğacdan kənar qazdan istifadə etməsi nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı borcun silinməsi barədə iddia tələbi əsassızdır. Tərəflər arasında imzalanmış, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsiwnin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısma dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan abonent **********00050 saylı İddiaçı abonentin saldosundan görünür ki, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda abonentin saldosu üzrə ümumi 1347,84 manat təşkil etməkdədir. İş materiallarında olan Cavabdeh Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən İddiaçı xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 11232 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, abonent mənzilində təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar edildi. Dəymiş zəyin hesablansın və ödənilsin. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. "Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qaydaların 6.5-3-cü maddəsinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş mübahisələndirilən xx.xx.2024-cü il tarixli ******* saylı akt iddiaçının iştirakı olmadan tərtib olunmuş, aktın surəti iddiaçıya təqdim olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapmadığı üçün iddia tələbi təmin edilərək, ünvan 1 ünvana Cavabdeh tərəfindən hesablanmış 1347,84 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvan üzrə **********00050 saylı abonent hesabına hesablanmış 1347,84 (bir min üz yüz qırx yeddi manat səksən dörd qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar