Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-371/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi, Tərcüməçi G.G.Abbasovanın iştirakları ilə Ərizəçi qızı – X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: Ərizəçi qızı – X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.1991-ci il təvəllüdlü X1 qızıdır. Qızı psixi xəstəlikdən əziyyət çəkir. Kənar şəxsin daimi ümumi qulluğuna ehtiyacı vardır. Ona o, qulluq və nəzarət edir. Maddi imkanı olmadığına görə onun müalicəsi üçün ödənişlər etməkdə çətinlik çəkir. Övladı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, onun qəyyumu təyin oluna, ona qulluq etdiyinə görə təqaüd ala bilmir. Habelə qəyyumu kimi onun adından çıxış edə bilmir. xx.xx.1991-ci il təvəllüdlü X5 Bakı 2 nömrəli Klinik Xəstəxanasında müalicə almış və həmin müəssisənin verdiyi arayışa əsasən Y.Alburziyə birinci dərəcəli əlillik müəyyənləşdirilmişdir. Sənədə əsasən “Dəqiqləşdirilməmiş demensiya, üzvi ağır zəifliyi. Nəzərə çarpan psixi və davranış pozuntuları ilə. Anamnezində qıcolma tutmaları. Kənar şəxslərin himayəsinə və nəzarətinə ehtiyac var” diaqnozu qoyulmuşdur. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.1991-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, ərizə təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X7, ana qrafasında Ərizəçi göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X9 tərəfindən 33 saylı Şəhər Poliklinikasına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə həkim-psixiatr Fizza Kərimli tərəfindən müayinə olunub və t.e.d. professor Fuad İsmayılova məruzə edilib. Diaqnoz: “Üzvi mənşəli (epilepsiya nəticəsində) sayıqlama pozuntusu, disforik əlamətlər ilə F06.2”. İş üzrə 2 nömrəli X3 ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar müalicədə olmuş və ona “Üzvi ağıl zəifliyi, nəzərə çarpan psixi və davranış pozuntuları ilə, Anamnezində qıcolma tutmaları, Kənar şəxslərin himayəsinə və nəzarətinə ehtiyacı var” diaqnozu təyin edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin xx.xx.2024-cü il tarixli əlillik haqqında arayışın surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə müayinə edilərək “Dəqiqləşdirilməmiş demensiya, üzvi ağıl zəifliyi. Nəzərə çarpan psixi və davranış pozuntuları ilə. Anamnezində qıcolma tutmaları. Kənar şəxslərin himayəsinə və nəzarətinə ehtiyac var” diaqnozu ilə ona müddətsiz 1-ci qrup əlillik təyin edilmişdir. İş üzrə təyin edilmiş qiyabi (sənədlər üzrə) məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 269 saylı rəyinə əsasən X5 “Üzvi (epilepsiya xəstəliyi nəticəsində) mənşəli ağıl zəifliyi, davranış pozuntuları ilə” formasında psixi xəstəlikdən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar ona müddəsiz 1 qrup əlillik təyin edilmişdir. X5 göstərilən diaqnozlu xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə verilmiş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X5 Ərizəçi, yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxsin yaxın qohumudur. Eyni zamanda, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X5 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Ümumiyyətlə, X4 “Üzvi (epilepsiya xəstəliyi nəticəsində) mənşəli ağıl zəifliyi, davranış pozuntuları ilə” formasında psixi xəstəliyi müəyyən edildiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas vardır və bu hallar məhkəmə psixiatrik ekspertizasının müvafiq rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Məhkəmə X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı hesab edir ki, Yevgeniya Alburzinin hər-hansı bir psixi xəstəlikdən əzab çəkib-çəkməməsi, öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas olub-olmaması məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hallar digər sübutetmə vasitələri təsdiq oluna bilməz. Qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız məhkəmə psixiatrik ekspertizası keçirilməklə təsdiq olunması mümkündür. Belə ki, müvafiq ekspert rəyi ilə X4 “Üzvi (epilepsiya xəstəliyi nəticəsində) mənşəli ağıl zəifliyi, davranış pozuntuları ilə” formasında psixi xəstəliyi müəyyən edildiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar mövcuddur. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, X4 psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə öz təsdiqini tapdığı üçün o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə... QƏT ETDİ: Ərizə təmin edilsin. 27 sentyabr 1991-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-371/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-371/2025
14.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver