Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-378/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, CavabdehN iştirakları ilə, İddiaçı – CavabdehN qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində qeyd edilməklə) “kirayə müqaviləsinin ləğv edilməsi və pulun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – CavabdehN qarşı “kirayə müqaviləsinin ləğv edilməsi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla CavabdehN arasında bağlanmış NN.06.N019-cu il tarixli, 1S-N949 reyestr nömrəli kirayə müqaviləsinin ləğv edilməsi və CavabdehN onun xeyrinə ümumillikdə 5N00 (beş min iki yüz) manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla CavabdehN arasında NN iyul N019-cu il tarixdə kirayə müqaviləsi imzalanmış və cavabdeh hər ay N00 manat kirayə haqqını ona ödəmək öhdəliyini götürmüşdür. Lakin cavabdeh öhdəliyi icra etməmiş və kirayə haqlarını hərbiçi olaraq dövlətdən almış lakin ona ödəməmişdir. Bu səbəbdən iddiaçı sözügedən pul vəsaitinin vergi ilə bağlı hissəsinin ödənişini etməmişdir. Hal-hazırda kirayə müqaviləsinin ləğv edilməsi və CavabdehN NN.06.N019-cu il tarixindən N4.08.N0N1-ci il tarixinə qədər yığılmış kirayə haqlarının tutularaq (5N00 manat) onun xeyrinə ödənilməsi mütləq və zəruridir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək onunla CavabdehN arasında bağlanmış NN.06.N019-cu il tarixli, 1S-N949 reyestr nömrəli kirayə müqaviləsinin ləğv edilməsi və CavabdehN onun xeyrinə 5N00 (beş min iki yüz) manat pul vəsaiti və dövət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 5N30 (beş min iki yüz otuz) manat pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia ərizəsinə münasibət ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin 06 may N019-cu il tarixli 06 nömrəli qərarına əsasən Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələr tərəfindən hərbi qulluqçu CavabdehN N019-cu ilin iyul ayından N0N0-ci ilin dekabr ayına qədər mənzil kirayəsinə görə kompensasiyası ödənilmişdir. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə N fevral N0N1-ci il tarixli 51 nömrəli əmrilə miçman CavabdehN xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş, vəzifəsinin icrasına başlamışdır. Həmin hərbi hissə N yanvar N0NN-ci il tarixli 86 nömrəli məktubu ilə Hüquq İdarəsinin sorğusuna cavab olaraq bildirmişdir ki, N fevral N0N1-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət edən miçman CavabdehN müvvəqəti mənzilin kirayə müqaviləsi üçün N0N1-ci ilin yanvar ayından pul kompensasiyası almamışdır. CavabdehN mənzil kirayəsinə görə pul kompensasiyasının ödənilməsi İddiaçı arasında NN iyun N019-cü il tarixdə bağlanmış kirayə müqaviləsi əsas olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən CavabdehN iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı onun bacısı X1 həyat yoldaşı olmuşdur. Belə ki, onunla iddiaçı arasında hazırki iddiaçının mənzilində kirayə yaşaması üçün NN iyun N019-cu il tarixdə kirayə müqaviləsi bağlanmışdır. Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində hərbi qulluqçu kimi xidmət etdiyindən həmin hərbi hissələr tərəfindən ona N019-cu ilin iyul ayından N0N0-ci ilin dekabr ayına qədər mənzil kirayəsinə görə kompensasiyası ödənilmişdir. N019-cu ilin oktyabr ayında iddiaçının ailəsində problemlər olduğundan o ailəsi ilə birlikdə 15 oktyabr N019-cu il tarixdə onun kirayədə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 77, mənzil 70 (yeni qaydalarla - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 369, M8, mN ünvanda yerləşən evə gəlmişlər. Təbii ki, o da bacısının ailəsinə narahatçılıq verməmək üçün həmin evi tərk etmişdir. 17 oktyabr N019-cu il tarixdən də xalası qızı X3 məxsus evdə kirayə yaşamağa başlamışdır. Kirayə müqaviləsini rəsmiləşdirmək istəmişlər, lakin xalası qızının evində qeydiyyatda başqa şəxs də olduğundan müqaviləni rəsmiləşdirə bilməmişlər. Hətta xalası qızı həmin şəxsi qeydiyyatdan çıxarmaq üçün məhkəməyə də müraciət etmək qərarına gəlmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı müqavilə müddəti bitməmişdən əvvəl həmin evə ailəsi ilə birlikdə köçməklə özü müqavilə şərtlərini pozmuşdur. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, İddiaçı keçmiş həyat yoldaşı, CavabdehN isə bacısıdır. Belə ki, keçmiş həyat yoldaşı ilə qardaşı arasında hazırki iddiaçının mənzilində kirayə yaşaması üçün NN iyun N019-cu il tarixdə kirayə müqaviləsi bağlanmışdır. N019-cu ilin oktyabr ayında onu ailəsi ilə birlikdə yaşadıqları evdən qovmuşlar. Evi keçmiş həyat yoldaşının qardaşına vermək istədiklərindən onları evdən qovmuşlar. Bu səbəbdən onlar, yəni iddiaçı, o və uşağı 15 oktyabr N019-cu il tarixdə qardaşının kirayədə yaşadığı, iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 77, mənzil 70 (yeni qaydalarla - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 369, M8, mN ünvanda yerləşən evə gəlmişlər. Qardaşı CavabdehN isə həmin gün onlara maneçilik törətməmək üçün həmin evdən çıxıb getmişdir. O özü də bir müddət orada yaşadıqdan sonra iddiaçı ilə münasibətləri pisləşmiş, daha sonra isə ayrılmış, mart ayının sonunda isə həmin evdən çıxıb getmişdir. Nikahları da 18.0N.N0N1-ci ildə rəsmi qaydada pozulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iş üzrə hər iki tərəfi tanıyır. Cavabdeh onun xalası oğludur. Bildirmək istəyir ki, xalası oğlu CavabdehN 17.10.N019-cu il tarixdən – 10.03.N0NN-ci il tarixə kimi onun evində kirayə yaşamışdır. Lakin, kirayə müqaviləsini 17.10.N019-cu il tarixdə öz aralarında bağlamışlar. CavabdehN qalmağa yeri olmadığından onun evinə kirayəşin kimi gəlmiş, hər ay N00 manat məbləğində kirayə haqqı ödəmişdir. Kirayə müqaviləsini rəsmiləşdirmək istəsələr də, NN iyun N019-cu il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış kirayə müqaviləsi qüvvədə olduğundan, eləcə də onun atası kirayə verdiyi evdə qeydiyyatda olduğundan müqaviləni rəsmiləşdirə bilməmişlər. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 77, mənzil 70 (yeni qaydalarla - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 369, M8, mN ünvanda yerləşən, ümumi sahəsi 48,61 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına NN.0N.N018-ci il tarixdə qeydiyyata alınmışdır. - İddiaçı ilə CavabdehN arasında Bakı şəhəri 17 saylı Notariat ofisində bağlanmış NN.06.N019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 77, mənzil 70 (yeni qaydalarla - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 369, M8, mN ünvanda yerləşən, ümumi sahəsi 48,61 kv.m olan mənzili NN.05.N0N0-ci il tarixədək CavabdehN kirayə vermişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlanmış 31.01.N0NN-ci il tarixli məktubdan görünür ki, 19.0N.N0N1-ci il tarixindən N nömrəli hərbi hissədə xidmət edən, miçman CavabdehN müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası almamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlanmış 05.03.N0NN-ci il tarixli iddia ərizəsinə münasibətdən görünür ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin 06 may N019-cu il tarixli 06 nömrəli qərarına əsasən Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələr tərəfindən hərbi qulluqçu CavabdehN N019-cu ilin iyul ayından N0N0-ci ilin dekabr ayına qədər mənzil kirayəsinə görə kompensasiyası ödənilmişdir. - N nömrəli hərbi hissə komandirinin N fevral N0N1-ci il tarixli 51 nömrəli əmrindən çıxarışdan görünür ki, miçman CavabdehN, Hərbi Dəniz Qüvvələri komandanının N6 yanvar N0N1-ci il tarixli 01 gm nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin Dəniz piyadası taborunun dəniz piyadası bölüyünün dəniz piyadası taqımının dəniz piyadası manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün, N nömrəli hərbi hissədən (Bakı şəhəri) gəlmiş hesab edilmiş, N fevral N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş, vəzifəsinin icrasına başlamışdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər əvvəllər qohumluq münasibətində olmuşlar. Belə ki, iddiaçı cavabdehin bacısı X6 əri olmuşdur. İddiaçı ilə X8 arasında nikah 18.0N.N0N1-ci ildə rəsmi qaydada pozulmuşdur. Tərəflər arasında qohumluq münasibətləri olan dövrdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 77, mənzil 70 (yeni qaydalarla - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 369, M8, mN ünvanda yerləşən, ümumi sahəsi 48,61 kv.m olan mənzil N018-cu ildən iddiaçının xüsüsi mülkiyyətində idi. İşin materiallarından görünür ki, həmin vaxt cavabdeh hərbi qulluqçu kimi N və N nömrəli hərbi hissələrdə xidmət edirdi. Müəyyən edilmişdir ki, NN.06.N019-cu il tarixdə İddiaçı ilə CavabdehN arasında Bakı şəhəri 17 saylı Notariat ofisində kirayə müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan mənzili NN.05.N0N0-ci il tarixədək CavabdehN aylıq N00 manata kirayə vermişdir. Müqavilənin 3-ci hissəsinə əsasən müqavilənin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. İddia tələblərinə əsasən cavabdeh kirayə myqaviləsi üzrə öhdəliyi icra etməmiş və kirayə haqlarını hərbiçi olaraq dövlətdən almış lakin ona ödəməmişdir. Bununla da onun NN.06.N019-cu il tarixindən N4.08.N0N1-ci il tarixinə qədər yığılmış 5N00 manat kirayə borcu mövcuddur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.N-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.N.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki qanunvericilikdə öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 44N-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.N.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələr tərəfindən hərbi qulluqçu CavabdehN N019-cu ilin iyul ayından N0N0-ci ilin dekabr ayına qədər mənzil kirayəsinə görə kompensasiyası (hər ay 150 manat) ödənilmişdir. N fevral N0N1-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət edən miçman CavabdehN müvvəqqəti mənzilin kirayə müqaviləsi üçün N0N1-ci ilin yanvar ayından pul kompensasiyası almamışdır. Cavabdeh tərəfin izahatlarına əsasən iddiaçıya 5 aylıq kirayə pulu ödənilsə də, CavabdehN kirayə müqaviləsi bağlanandan sonra 15.10.N019-cu il tarixədək orada yaşamış, 17.10.N019-cu il tarixdən isə xalası qızı XN evində kirayə yaşmağa başlamışdır. İddiaçı tərəf işin bu hallarının təkzib olunmasına dair heç bir dəlil irəli sürməmiş, yalnız cavabdehin notarial qaydada möcud olan müqaviləni ləğv etdirməməsinə əsaslanaraq, müqavilənin şərtlərinə əsasən cavabdehin tələb olunan pulu ödəməli olmasını bildirmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.N, N17.3 və N17.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iddianın əsassız olmasına dair cavabdeh tərəfin dəlilləri ilə razılaşır və hesab edir ki, bu dəlillər iş üzrə dindirilmiş şahid ifadələri ilə tam uzlaşdığı üçün inandırıcıdır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 6N-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.N-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iddiaçının keçmiş həyat yoldaşı, cavabdehin isə bacısı X6 ifadəsində verdiyi məlumatları şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar kimi qiymətləndirir. Belə ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Şahid ifadəsində həyat yoldaşı ilə qardaşı arasında olan hadisələri aydın və müfəssəl təsvir etmişdir. Onun verdiyi ifadə digər şahidin ifadəsi ilə uzlaşmış və ifadələrdə hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmşidir ki, iddiaçı cavabdehlə kirayə müqaviləsi bağladıqdan bir müddət sonra (N019-cu ilin oktyabr ayında) kirayə verdiyi evə yaşamağa köçmüş və cavabdeh də məcbur olaraq həmin mənzili tərk edərək digər ünvanda kirayə yaşamağa köçmüşdür. Məhkəmə, iddiaçının həmin evə ailəsi ilə birlikdə yaşamağa köçməsini onun cavabdehlə arasında bağlanmış NN.06.N019-cu il tarixli müqaviləyə-kirayə hüquq münasibətlərinə xitam vermək arzusu kimi qiymətləndirir. Belə ki, bu hal tərəflər arasında bağlanmış kirayə müqaviləsinin 14. b bəndində də nəzərdə tutulmuşdur. Beləliklə də, kirayə müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmədiyi üçün məhkəmə hesab edir ki, sonuncu iddiaçı qarşısında heç bir formada mülki məsuliyyət daşımır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in N18.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı – CavabdehN qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində qeyd edilməklə) “kirayə müqaviləsinin ləğv edilməsi və pulun tutulması” tələbinə dair iddiası əsassızdır və buna görə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin N16-NN0, NN7, N33, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı – CavabdehN qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində qeyd edilməklə) “kirayə müqaviləsinin ləğv edilməsi və pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-378/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-378/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver