Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-39/2022 29.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı (3-cü şəxslər qismində X24, Bakı şəhəri 21 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın, alqısatqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Koorperativi Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 78 say müqavilənin etibarsız hesab olunması və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası inşa olunmuşdur. 2017-ci ildə MTK-nın direktoru X25 ilə X26 arasında ünvan 2 ünvanında yerləşən 20,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqavilə əsasında MTK-nın direktoru Araz Abduləzimov qarşı tərəfə 252.000 manat məbləğində pul vəsaitini hissə-hissə ödəmək öhdəliyini götürmüşdür. Əlavə olaraq tərəflər arasında həmin öhdəliyi rəsmiləşdirmək məqsədilə xx.xx.2017 tarixli Qarşılıqlı razılaşma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Araz Abduləzimov həmin qeyri-yaşayış sahəsinin əvəzində Aygün Budaqovaya İddiaçı MTK tərəfindən inşa edilən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbəsində yerləşən, 140.1 kv.m. sahəsi olan, üçotaqlı, dəyəri 252.000 manat olan mənzili girov verməklə xx.xx.2017-ci il tarixədək həmin 252.000 manat məbləğində maliyyə vəsaitini hissə-hissə Aygün Budaqovaya ödəməyi, əks halda, mənzili tam şəkildə Aygün Budaqovanın mülkiyyətinə verməyi, Aygün Budaqova isə həmin pul vəsaiti ödənildiyi halda, mənzil və ona aid sənədləri tam şəkildə MTK-ya qaytarmağı öz öhdəliyinə götürmüşdür. Beləliklə, həmin Qarşılıqlı razılaşma müqaviləsinin şərtlərinə uyğun olaraq, İddiaçı MTK və Aygün Budaqova arasında olan borc münasibətlərini pərdəmələk məqsədilə, tərəflər arasında qeyd olunan mənzilə dair xx.xx.2017 tarixli, 102 saylı müqavilə bağlanmışdır. İddiaçı MTK Qarşılıqlı razılaşma müqaviləsi əsasında Aygün Budaqovaya ödəməli olduğu məbləği bir müddət hissə-hissə ödəmiş, daha sonra Aygün Budaqova və onun həyat yoldaşı Rahib Budaqov MTK-ya müraciət edərək onların Vilayət adlı ailəvi dostları olduğunu, Vilayətin isə faizlə pul verən tanışları olduğunu, həmin şəxlərin MTK-ya faizlə borc pul verə biləcəyini, MTKnın isə verilən puldan onun qalıq borcunu ödəyə biləcəyini demişdir. Belə ki, həmin dövrdə MTK-nın Aygün Budaqovaya cəmi 100.000 manat məbləğində borcu qalmışdı. Cavabdeh1 İddiaçı MTK ilə bu şərtlərlə razılığa gəlmişdir ki, o, tanışlarından 70.000 manat məbləğində faizlə pul götürərək MTK-ya verməli, MTK isə daha sonradan həmin məbləği hissə-hissə ödəmək şərti ilə cavabdehə qaytarmalı idi. Cavabdeh1 MTK-ya bildirmişdir ki, onun Faiq və Tahir adlı tanışları var və həmin 70.000 manat pulu faizlə ona verə bilərlər. Lakin bunun üçün MTK onunla formal olaraq alqı-satqı müqaviləsi bağlamalıdır ki, o, həmin alqı-satqı müqaviləsini qeyd olunan tanışlarına göstərərək onlardan pulu alıb MTK-ya verə bilsin. Cavabdeh bildirmişdir ki, həmin alqı-satqı müqaviləsi yalnız pul almaq məqsədilə, görünüş üçün bağlanacaq, pulu aldıqdan sonra o, müqaviləni MTK-ya geri qaytaracaqdır. Beləliklə, İddiaçı MTK cavabdehin bu istəyi ilə razılaşmalı olmuş və İddiaçı MTK ilə Cavabdeh1 arasında görünüş üçün, heç bir alqısatqı məqsədi güdmədən və yalnız tərəflər arasındakı əsl münasibətləri pərdələmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbə, sahəsi 140,3 kv.m. olan mənzil barəsində xx.xx.2018 tarixli müqavilə bağlanmışdır. Eyni tarixdə tərtib olunmuş Akt ilə Cavabdeh1 Araz Abduləzimova 70.000 manat məbləğində pul vəsaiti verəcəyi, Araz Abduləzimovun isə həmin 70.000 manat pulu 3 ay ərzində Cavabdeh1 qaytarmaq öhdəliyini götürdüyü, tərəflər arasında bağlanmış müqavilənin məhz həmin öhdəliyin təminatı olaraq bağlandığı müəyyən olunur. Aktda qeyd olunanlara əsasən, Araz Abduləzimov göstərilən məbləği xx.xx.2018-ci il tarixinədək qaytardığı halda, mənzil MTK-nın balansına qaytarılmalı, məbləğ vaxtında qaytarılmadığı halda isə, Cavabdeh1 müqavilədə göstərilən məbləğin qalıq hissəsini, yəni, 98.360 manat pulu Araz Abduləzimova ödəməli, yalnız hamin məbləğ tam şəkildə ödənildikdən sonra həmin mənzil Cavabdeh1 mülkiyyətinə verilməli idi. Lakin Cavabdeh1 İddiaçı MTK ilə razılaşdığı şərtlərə əməl etməmiş, 70.000 manat məbləğində pul vəsaitini Araz Abduləzimova ödəməmişdir. Ondan pulu ödəməyi və ya müqaviləni geri qaytarmağı tələb olunduqda isə, o, pulu bir neçə gün ərzində ödəyəcəyini demişdir. Buna görə də, xx.xx.2018-ci il tarixdə əlavə 2 nəfərin - Şahid və X13 da iştirakı ilə cavabdehlə qarşılıqlı razılaşma müqaviləsi bağlanmışdır. Müqavilədən aşkar şəkildə görünür ki, cavabdeh tərəfindən müqavilədə və maliyyə arayışlarında göstərilən məbləğ, yəni 168.360 manat pul MTK-ya və Araz Abduləzimova ödənilməmiş, alqı-satqı müqaviləsi və maliyyə arayışı formal olaraq tərtib olunmuşdur. Lakin Cavabdeh1 yenə də razılaşdırılmış məbləği, yəni 70.000 manat pul vəsaitini Araz Abduləzimova ödəməmişdir. Onunla əlaqə saxlandığı zaman, Cavabdeh1 MTK-ya həmin pul vəsaitini əldə edə bilmədiyini, buna görə də, ödəyə bilməyəcəyini demişdir. İddiaçı MTK ondan aralarında bağlanmış yalan əqdi təhvil verməyini istədikdə isə, o, onsuz da həmin əqdin etibarsız olduğunu, heç bir hüquqi əhəmiyyətinin olmadığını, əlavə olaraq isə, müqavilənin özündə qalan nüsxəsini itirdiyini bildirmişdir. Həmçinin məlum edir ki, cavabdeh bir müddət sonra yenidən MTK-ya müraciət edərək, Budaqova Aygün və onun həyat yoldaşı Budaqov Rahiblə aralarında yeni müqavilə bağlanmasını təklif etmiş, belə ki, Aygünün ona 100.000 manat məbləğində borcu olduğunu və onun həmin borcu MTK-nın Aygünə olan borcu ilə əvəzləşdirəcəyini, bunun qarşılığında isə Aygünün adına olan mənzilin onun adına keçirilməsini istədiyini bildirmiş, lakin Budaqova Aygün və Budaqov Rahib cavabdehlə müqavilə bağlamaqdan imtina etdikləri üçün həmin razılaşma baş tutmamışdır. Buna baxmayaraq, hazırda onlaraə məlum olmuşdur ki, Cavabdeh1 tamamilə qanunsuz və əsassız olaraq, xx.xx.2019-cu il tarixdə, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbə, sahəsi 140,3 kv.m. olan mənzili öz adına rəsmiləşdirmiş, mənzilin onun mülkiyyətində olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına ******* saylı çıxarış verilmişdir. Hazırda Cavabdeh1 mənzili digər şəxslərə satıb satmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu verilmiş, sorğunun cavabından asılı olaraq, gələcəkdə iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət olunacaqdır. Məsələnin mahiyyətindən göründüyü kimi, cavabdehlə bağlanmış xx.xx.2018-ci il tarixli, 78 saylı müqavilə yalan əqddir və buna görə də, etibarsız hesab olunmalıdır. Belə ki, həmin müqavilə tərəflərin əsl iradə ifadəsini özündə ehtiva etməməklə birlikdə, alqı-satqı, yaxud mənzil tikintisi və satışına dair hər hansı bir hüquqi nəticə yaratmaq niyyəti olmadan, tamamilə tərəflər arasındakı borc münasibətlərini pərdələmək məqsədilə bağlanılmışdır. Tərəflər arasında rəsmiləşdirilmiş digər sənədlərlə tam şəkildə sübut olunur ki, Cavabdeh1 həmin müqaviləni bağlayarkən MTK-dan hər hansı bir mənzil almaq məqsədi güdməmiş, eləcə də, onun tərəfindən MTK-nın xəzinəsinə satın almaq istədiyi daşınmaz əmlak qarşılığında heç bir pul məbləği ödənilməmişdir. Göründüyü kimi, mübahisələndirilən müqavilə tərəflərin iradə ifadələrinə uyğun olmayan, onların arasındakı əsl münasibətləri pərdələyən, formal xarakterli və yalan müqavilələrdir. Həmin müqavilə tərəflərin borc münasibətləri çərçivəsində bağlanıldığına və alqı-satqı məqsədi güdmədiyinə gorə, alqı-satqı müqaviləsindən irəli gələn hüquqi nəticələrə səbəb ola bilməzlər. xx.xx.2021-ci il tarixdə İddiaçı Mənzil Tikinti Koorperativi iddia ərizəsinə əlavə təqdim edərək, iddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, 11 mart 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbə, sahəsi 140,3 kv.m. mənzil barəsində Cavabdeh1 adına çıxarış verilib-verilməməsi, həmçinin qeyd olunan mənzillə bağlı bügunədək həyata keçmiş bütün hüquqi hərəkətlər barədə ətraflı məlumat almaq üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə sorğu ilə müraciət etmişlər. Sorğu nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17, 25 saylı mənzil (ümumi sahəsi 135.4 kv.m) Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-679/2019 nömrəli qərarına, İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışına, 78 nömrəli, xx.xx.2018-ci il tarixli müqaviləyə, Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli, 8İ-3046 reyestr nömrəli mənzilin sahəsinin azaldılması haqqında ərizəyə (mənzilin sənəd üzrə 140.1 kv.m sahəsi azalaraq 135.4 kv.m olmuşdur) əsasən xx.xx.2019-cu il tarixdə ilkin olaraq X5 adına keçmişdir. Sözügedən mənzil Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Digər tərəfdən, iş üzrə X26 müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Qeyd olunanlara əsasən 3-cü şəxs qismində X24 3-cü şəxs qismində, Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmaqla, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 78 say müqavilənin etibarsız hesab olunması və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışın, eyni zamanda 21 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh2 adına xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini və ona əlavəni müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı MTK tərəfindən ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası inşa olunmuşdur. 2017-ci ildə MTK-nın direktoru X25 ilə X26 arasında ünvan 4 ünvanında yerləşən 20,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqavilə əsasında MTK-nın direktoru Araz Abduləzimov qarşı tərəfə 252.000 manat məbləğində pul vəsaitini hissə-hissə ödəmək öhdəliyini götürmüşdür. Əlavə olaraq, tərəflər arasında həmin öhdəliyi rəsmiləşdirmək məqsədilə xx.xx.2017-ci il tarixli qarşılıqlı razılaşma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Araz Abduləzimov həmin qeyriyaşayış sahəsinin əvəzində cavabdeh X14 İddiaçı MTK tərəfindən inşa edilən ünvan 3 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbəsində yerləşən, 140.1 kv.m. sahəsi olan, üçotaqlı, dəyəri 252.000 manat olan mənzili girov verməklə xx.xx.2017-ci il tarixədək həmin 252.000 manat məbləğində maliyyə vəsaitini hissə-hissə Aygün Budaqovaya ödəməyi, əks halda, mənzili tam şəkildə Aygün Budaqovanın mülkiyyətinə verməyi, Aygün Budaqova isə həmin pul vəsaiti ödənildiyi halda, mənzil və ona aid sənədləri tam şəkildə MTK-ya qaytarmağı öz öhdəliyinə götürmüşdür. Beləliklə, həmin qarşılıqlı razılaşma müqaviləsinin şərtlərinə uyğun olaraq, İddiaçı MTK və X26 arasında olan borc münasibətlərini pərdəmələk məqsədilə, tərəflər arasında qeyd olunan mənzilə dair xx.xx.2017 tarixli, 102 saylı müqavilə bağlanmışdır. İddiaçı MTK qarşılıqlı razılaşma müqaviləsi əsasında Aygün Budaqovaya ödəməli olduğu məbləği bir müddət hissə-hissə ödəmiş, daha sonra Aygün Budaqova və onun həyat yoldaşı Rahib Budaqov MTK-ya müraciət edərək onların Vilayət adlı ailəvi dostları olduğunu, Vilayətin isə faizlə pul verən tanışları olduğunu, həmin şəxlərin MTK-ya faizlə borc pul verə biləcəyini, MTK-nın isə verilən puldan onun qalıq borcunu ödəyə biləcəyini demişdir. Belə ki, İddiaçı MTK həmin dövr qədər 152.000 manat ödəmiş, MTK-nın Aygün Budaqovaya cəmi 100.000 manat məbləğində borcu qalmışdı. Cavabdeh1 İddiaçı MTK ilə bu şərtlərlə razılığa gəlmişdir ki, o, tanışlarından 70.000 manat məbləğində faizlə pul götürərək MTK-ya verməli, MTK isə daha sonradan həmin məbləği hissə-hissə ödəmək şərti ilə cavabdehə qaytarmalı idi. Cavabdeh MTK-ya bildirmişdir ki, onun Faiq və Tahir tanışları var və həmin 70.000 manat pulu faizlə ona verə bilərlər. Lakin bunun üçün MTK onunla formal olaraq alqı-satqı müqaviləsi bağlamalıdır ki, o, həmin alqı-satqı müqaviləsini qeyd olunan tanışlarına göstərərək onlardan pulu alıb MTK-ya verə bilsin. Cavabdeh bildirmişdir ki, həmin alqı-satqı müqaviləsi yalnız pul almaq məqsədilə, görünüş üçün bağlanacaq, pulu aldıqdan sonra o, müqaviləni MTK-ya geri qaytaracaqdır. Beləliklə, İddiaçı MTK cavabdehin bu istəyi ilə razılaşmalı olmuş və İddiaçı MTK və Cavabdeh1 arasında görünüş üçün, heç bir alqı-satqı məqsədi güdmədən və yalnız tərəflər arasındakı əsl münasibətləri pərdələmək məqsədilə ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbə, sahəsi 140,3 kv.m. olan mənzil barəsində xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Eyni tarixdə tərtib olunmuş akt ilə Cavabdeh1 Araz Abduləzimova 70.000 manat məbləğində pul vəsaiti verəcəyi, Araz Abduləzimovun isə həmin 70000 manat pulu 3 ay ərzində Cavabdeh1 qaytarmaq öhdəliyini gğtürdüyü, tərəflər arasında bağlanmış müqavilənin məhz həmin öhdəliyin təminatı olaraq bağlandığı müəyyən olunur. Aktda qeyd olunanlara əsasən, Araz Abduləzimov göstərilən məbləği 30.04.18 tarixinədək qaytardığı halda, mənzil MTK-nın balansına qaytarılmalı, məbləğ vaxtında qaytarılmadığı halda, Cavabdeh1 müqavilədə göstərilən məbləğin qalıq hissəsini, yəni, 98.360 manat pulu Araz Abduləzimova ödəməli, yalnız həmin məbləğ tam şəkildə ödənildikdən sonra həmin mənzil Cavabdeh1 mülkiyyətinə verilməli idi. Lakin cavabdeh İddiaçı MTK ilə razılaşdığı şərtlərə əməl etməmiş, 70.000 manat məbləğində pul vəsaitini Araz Abduləzimova ödəməmişdir. Ondan pulu ödəməyi və ya müqaviləni geri qaytarmağı tələb olunduqda isə, o pulu bir neçə gün ərzində ödəyəcəyini demişdir. Buna görə də, xx.xx.2018-ci il tarixdə əlavə 2 nəfərin - Şahid və X13 da iştirakı ilə cavabdehlə qarşılıqlı razılaşma müqaviləsi bağlanmışdır. Müqavilədən aşkar şəkildə görünür ki, cavabdeh tərəfindən müqavilədə və maliyyə arayışlarında göstərilən məbləğ, yəni 168.360 manat pul MTK-ya və Araz Abduləzimova ödənilməmiş, alqı-satqı müqaviləsi və maliyyə arayışı formal olaraq tərtib olunmuşdur. Lakin Cavabdeh1 yenə də razılaşdırılmış məbləği, yəni 70.000 manat pul vəsaitini Araz Abduləzimova ödəməmişdir. Onunla əlaqə saxlandığı zaman, Cavabdeh1 MTK-ya həmin pul vəsaitini əldə edə bilmədiyini, buna görə də, ödəyə bilməyəcəyini demişdir. İddiaçı MTK ondan aralarında bağlanmış yalan əqdi təhvil verməyini istədikdə isə, o onsuz da həmin əqdin etibarsız olduğunu, heç bir hüquqi əhəmiyyətinin olmadığını, əlavə olaraq isə, müqavilənin özündə qalan nüsxəsini itirdiyini bildirmişdir. Həmçinin məlum edirik ki, cavabdeh bir müddət sonra yenidən MTK-ya müraciət edərək Budaqova Aygün və onun həyat yoldaşı Budaqov Rahiblə aralarında yeni müqavilə bağlanmasını təklif etmiş, belə ki, Aygünün ona 100.000 manat məbləğində borcu olduğunu və onun həmin borcu MTK-nın Aygünə olan borcu ilə əvəzləşdirəcəyini, bunun qarşılığında isə Aygünün adına olan mənzilin onun adına keçirilməsini istədiyini bildirmiş, lakin Budaqova Aygün və Budaqov Rahib cavabdehlə müqavilə bağlamaqdan imtina etdikləri üçün həmin razılaşma baş tutmamışdır. Buna baxmayaraq, hazırda bizə məlum olmuşdur ki, Cavabdeh1 tamamilə qanunsuz və əsassız olaraq, xx.xx.2019-cu il tarixdə ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbə, sahəsi 140,3 kv.m. olan mənzili öz adına rəsmiləşdirmiş, mənzilin onun mülkiyyətində olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına ******* saylı çıxarış verilmişdir. Hazırda Cavabdeh1 mənzili digər şəxslərə satıb satmaması barədə tərəfimizdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu verilmiş, sorğuya əsasən sözügedən mənzil Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Məsələnin mahiyyətindən göründüyü kimi, cavabdehlə bağlanmış xx.xx.2018-ci il tarixli, 78 saylı müqavilə yalan əqddir və buna görə də, etibarsız hesab olunmalıdır. Belə ki, həmin müqavilə tərəflərin əsl iradə ifadəsini özündə ehtiva etməməklə birlikdə, alqı-satqı, yaxud mənzil tikintisi və satışına dair hər hansı bir hüquqi nəticə yaratmaq niyyəti olmadan, tamamilə tərəflər arasındakı borc münasibətlərini pərdələmək məqsədilə bağlanılmışdır. Tərəflər arasında rəsmiləşdirilmiş digər sənədlərlə tam şəkildə sübut olunur ki, Cavabdeh1 həmin müqaviləni bağlayarkən MTK-dan hər hansı bir mənzil almaq məqsədi güdməmiş, eləcə də, onun tərəfindən MTK-nın xəzinəsinə satın almaq istədiyi daşınmaz əmlak qarşılığında heç bir pul məbləği ödənilməmişdir. Göründüyü kimi, mübahisələndirilən müqavilə tərəflərin iradə ifadələrinə uyğun olmayan, onların arasındakı əsl münasibətləri pərdələyən, formal xarakterli və yalan müqavilələrdir. Həmin müqavilə tərəflərin borc münasibətləri çərçivəsində bağlanıldığına və alqı-satqı məqsədi güdmədiyinə görə, alqı-satqı müqaviləsindən irəli gələn hüquqi nəticələrə səbəb ola bilməzlər. İddia tələbi əsaslı olduğundan onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, onun qanunsuz və əsassız olduğundan, həmçinin iddia müddəti ötürülmüş olduğundan təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı MTK Cavabdeh1 qarşı məhkəməyə təqdim etdiyi iddia ərizəsində bilavasitə etiraf etmişdir ki, iddiaçı 2017ci ildə X26 ilə razılığa gələrək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqısatqısına dair sonuncuya ödəməli olduğu 252000 manat məbləğində pul vəsaitini hissəhissə ödəmək öhdəliyini xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi, maliyyə arayışı və qarşılıqlı razılaşma müqaviləsi ilə rəsmiləşdirmiş, əslində isə onların arasında bağlanan müqavilənin borc münasibətlərini pərdələmək məqsədilə girov müqaviləsi kimi qiymətləndirildiyini bildirmişdir. Belə ki, İddiaçı MTK X8 ona qarşı 1 saylı İnzibati-iqtisad Məhkəməsinə verdiyi iddiasından imtina etməsi və gələcəkdə heç bir iddia etməməyinə təminat verməsi məqsədilə özü tərəfindən inşa edilən ünvan 5 ünvanında yerləşən yaşayış binasında 1-ci blok, 9-cu mərtəbəsindəki 140,3 kv metr sahəsi olan 3 otaqlı mənzili R.Budaqovun həyat yoldaşı X8 adına xx.xx.2017-ci ildə 102 saylı müqavilə ilə rəsmiləşdirməklə, özünün sonunculara olan borcunun əvəzi kimi girov qoymuş və həmin tarixdə aralarında bağlanmış qarşılıqlı razılaşma müqaviləsi ilə müəyyən edilmişdir ki, sözügedən MTK Rahib Budaqov və onun həyat yoldaşı X14 olan ümumilikdə 252000 manat məbbğində borcunun 15-30 iyun 2017-ci il tarixində olmaqla 50.000 manatını, qalan məbləği isə 5 ay müddətində bölməklə X14 ödəməyi öhdəsinə götürür və son ödəniş günü xx.xx.2017-ci il tarixinədir. Müqavilə imzalandığı gündən 6 ay müddətində X25 öhdəliklərini yerinə yetirmədiyindən ünvan 6 ünvanında yerləşən 1-ci blok, 9-cu mərtəbə, 140.1 kv.metr olan 3 otaqlı mənzil tam olaraq Aygün Budaqovanın adına yenidən rəsmiləşdirilir və onun tam mülkiyyətinə verilir. Bundan sonra MTK tərəfindən xx.xx.2017-ci il tarixli razılaşmanın şərtləri yerinə yetirilmədiyindən sözügedən mənzil tam mülkiyyət hüququ ilə Aygün Budaqovanın mülkiyyətinə keçmişdir. Belə olan halda Aygün Budaqova mənzilə dair alqı-satqısı müqaviləsi, maliyyə arayışı, qarşılıqlı razılaşma sənədlərini Cavabdeh1 göstərərək özünü həmin əmlakın tam hüquqlu mülkiyyətçisi kimi təqdim etmiş və xx.xx.2018-ci il tarixdə ərizə ilə MTK-ya müraciətedərək sözügedən mənzilin Cavabdeh1 adına girov olaraq rəsmiləşdirilməsini xahiş etmişdir. Nəticədə 06 mart 2018-ci il tarixdə Cavabdeh1lə İddiaçı MTK arasında A.Abbaszadə küçəsi, ev 17 ünvanında yerləşən 1-ci blok, 9-cu mərtəbə, 140.1 kv.metr olan 3 otaqlı mənzilə dair 78 saylı yeni müqavilə imzalanmışdır. Həmin tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MTK-nın rəhbəri X6 yuxarıda qeyd olunan mənzili 168360 manat pul ödənilməklə aldığı göstərilmişdir. Əlavə olaraq qeyd edir ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə və Nizami rayon prokurorluğuna müraciət edərək, X15 dələduzluq yolu ilə ona məxsus 64500 manat, 4500 ABŞ dolları və 135 qram qızıl zinət əşyalarını ələ keçirərək ona əmlak ziyanı vurması barədə şikayət etmişdi. Həmin vaxtda X9, X2, X10, X3, X27, X16, X19 və digər şəxsləri aldadıb pullarını ələ keçirdiyi üçun Rahib Budaqov barəsində Nizami RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Hazırda mülki iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş X26 və onun həyat yoldaşı X56 oglu sözügedən cinayət işinin istintaqı zamanı Cavabdeh1 qarşı törətdiyi cinayət əməlinin məsuliyyətindən qorxaraq ona vurulan zərərin ödənilməsinə razılıq verərək, “MARS-A MTK” şirkətinin onlara olan borcunun əvəzində vermiş olduğu iki mənzildən birinin, yəni Bakı şəhəri, A.Abbaszadə küçəsi 17, binanın 1-ci girişi, 9-cu mərtəbədə yerləşən 140.3 kv.metr sahəsi olan, ümumi dəyəri 168360 manat dəyərindəki mənzili Cavabdeh1 olan borcunun 70000 (yetmiş) manat hissəsini qaytarmaq niyyətilə girov qoymuş və həmin mənzilə dair alqısatqı müqaviləsi və maliyyə arayışını Cavabdeh1 adına rəsmiləşdirməklə, həmçinin aralarında qarşılıqlı razılaşma müqaviləsi imzalanmışdır. Həmçinin İddiaçı MTK-nın sədri Araz Abduləzimov və MTK-nın digər sahibi Şahid ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Qarşılıqlı razılaşma müqaviləsindən görünür ki, ’’Birincisi, MTK sözügedən mənzilin məhz Aygün Budaqova və Rahib Budaqovun borcuna görə Cavabdeh1 adına rəsmiləşdirmiş; İkincisi, Araz Abduləzimov və Şahid Budaqovların adına olan mənzilindən yaranmış Cavabdeh1 olan 100000 manat borc pul vəsaitini sonuncuların əvəzinə xx.xx.2020-ci il tarixədək ona ödəməyi Araz Abduləzimov öz öhdəsinə götürmüş; Üçüncüsü, Araz Abduləzimov və Şahid tərəfindən vəsait xx.xx.2020ci il tarixədək tam ödənilməzsə qalan borc məbləğin hər ayına görə əlavə olaraq 3% cərimə ödənilməsini öhdələrinə götürmüş; Dördüncüsü, xx.xx.2020-ci il tarixədək Cavabdeh1 şirkət və ya onun sahibləri tərəfindən heç bir vəsait ödənilmədikdə mənzil qeyd-şərtsiz Cavabdeh1 verilir və şirkət və onun sahibləri gələcəkdə bu məsələni mübahisələndirə bilməzlər.” Qeyd edir ki, sözügedən xx.xx.20219-cu il tarixli qarşılıqlı razılaşma müqaviləsi bilavasitə İddiaçı MTK-nın sədri Araz Abduləzimov və MTK-nın digər sahibi Şahid ilə Cavabdeh1 arasında bağlanmış və həmin razılaşmanın bağlanmasında zərurət ondan ibarət olmuşdur ki, MTK sahibləri mənzilə görə Aygün Budaqovaya və Rahib Budaqova ödəməli olduğu borcuna görə şəxsən Cavabdeh1 Budaqovlara ödədiyi 100000 manat məbləğində pul vəsaitinin ona ödənilməsi öhdəliyini götürdüyündən həmin müqavilə üçtərəfli olmuş və tərəflərin imzaları ilə təsdiq edilmişdir. Göründüyü kimi, Cavabdeh1 xx.xx.2020-ci il tarixədək sözügedən mənzilin dəyərini MTK-nın Budaqovlara olan borcu əvəzinə Budaqovlara tam ödəmişdir, MTK isə həmin tarixədək ona qaytarmalı olan pulu qaytara bilməmiş, həmin mənzil qeyd-şərtsiz onun mülkiyyətinə keçmiş və o həmin mənzilin vicdanlı sahibi kimi onu özgəninkiləşdirmişdir. Ona görə də, hesab edir ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixədək şirkət və ya onun sahibləri tərəfindən heç bir vəsait ödənilmədiyindən və mənzilin qeyd-şərtsiz olaraq onun mülkiyyətində olmasına baxmayaraq, İddiaçı MTK Razılaşmanın “şirkət və onun sahibləri gələcəkdə bu məsələni mübahisələndirə bilməzlər” kimi şərtlərini kobud surətdə pozaraq Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Həmçinin qeyd edir ki, MTK iddia ərizəsində göstərilən xüsusatları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əksinə onun məhkəməyə təqdim etdiyi sübutlarla təsdiq olunur ki, MTK Budaqovlara olan borcunu Cavabdeh1 adına rəsmiləşdirdiyi mənzilin dəyərini ondan hissə-hissə olmaqla Budaqovlara ödətdirmiş, MTK Cavabdeh1 olan borcunu etiraf etsə də, həmin məbləğin ona qaytarılmasını sübut edəcək hər hansı faktı məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, ilkin olaraq Budaqovların Cavabdeh1 olan borcundan ödəniləcək 70000 manat pul müqabilində sözügedən mənzil Cavabdeh1 adına rəsmiləşdirilsə də, sonradan həmin mənzilin dəyərinin ilkin olaraq 70.000 manatını Cavabdeh1 bilavasitə Fərhaddan alaraq, sonradan Rahib Budaqova qəbzə imza etdirməklə xx.xx.2018-ci il tarixdə 3000 manat və 3500 Euro; xx.xx.2018-ci il tarixdə 10000 manat; 28.09.201-ci il tarixdə 12000 manat; xx.xx.2019-cu il tarixdə 18750 ABŞ dolları; xx.xx.2019-cu il tarixdə 17000 manat və Rahib Budaqovun cinayət təqibi zamanı zərərçəkmiş şəxslər X28 12000 manat ekvivalentində 6000 Euro pulu və Atlas Quliyevaya ödənilmiş 21000 manat olmaqla, ümumilikdə 113875 manat məbləğində pulu Rahib Budaqova ödəmişdir. Göründüyü kimi, Cavabdeh1 sözügedən mənzilə görə ödənilən 168360 manat pul vəsaitini Fərhaddan hissə-hissə alaraq Rahib Budaqova tam ödədikdən sonra, yəni xx.xx.2019-cu ildə həmin mənzili Fərhadın göstərişi ilə onun bacısı oğlu Cavabdeh2 adına daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə rəsmiləşdirmiş və sonuncu həmin mənzilə dair Çıxarış əldə etmişdir. İddiaçı sözügedən mənzilə dair Cavabdeh1 adına rəsmiləşdirilmiş Çıxarışdan xəbərdar olmuş, bilavasitə Cavabdeh1 həmin sənədi MTK-nın sədri Araz Abduləzimova göstərmişdir və ona görə də, sonuncu istintaq orqanına göndərdiyi sorğuya cavab məktubunda həmin mənzilin Aygün Budaqova tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh1 satıldığı barədə məktub ünvanlamışdır. İş materiallarından da görünür ki, xx.xx.2018-ci il tarixli aktda və xx.xx.2018-ci il tarixli Qarşılıqlı müqaviləyə əsasən Budaqovların Cavabdeh1 olan borcundan əlavə 70000 manat nağd pulu X17 ödəməli olduğu göstərilsə də, müqavilənin bağlanmasından sonra həmin pulu Faiq Nəcəfovun ofisində Cavabdeh1 şəxsən Rahib Budaqova təhvil vermişdir və sonuncu aldığı 70000 manat pulu X17 verdiyini bildirmiş, lakin həmin pul Cavabdeh1 iştirakı ilə verilmədiyindən, Rahibin pulu Araza verib-vermədiyindən onun məlumatı yoxdur. Razılaşmaya əsasən, MTK-nm rəhbəri X1 Rahib Fəhrad oğluna və X14 olan 252 000 manat borcunu ödəyə bilmədiyindən, Cavabdeh1 sonuncuların xeyrinə 70.000 manat məbləğində ödədiyi əlavə pulun geri qaytarılmasını öz öhdəsinə götürmüşdr. Belə ki, Müqavilənin şərtinə əsasən, xx.xx.2018-ci ildə şirkətin rəhbəri X25 70000 manat pulu Cavabdeh1 qaytarmadığı üçun ünvan 7 ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 9cu mərtəbəsindəki 140,3 kv. metr sahəsi olan 3 otaqlı mənzil Cavabdeh1 mülkiyətinə verilmiş və mənzilin dəyərindən qalıq qalan pulu 98360 manat pulu artıqlaması ilə, yəni 113875 manat məbləğində pul vəsaitini cinayət təqibi zamanı digər vətəndaşlardan dələduzluqla aldıqları və uzun müddət qaytarmadıqları borcların əvəzinin ödənilməsi üçün Aygün Budaqovanın razılığı ilə qəbzə qol çəkdirməklə onun həyat yoldaşı Buduqov Rahibə və şəxsin istintaq orqanına təhvil vermişdir. Belə ki, Aygün Budaqova, onun həyat yoldaşı Budaqov Rahib və İddiaçı MTK-nın razılıqları əsasında Səbail rayonu, A.Abbaszadə küçəsi 17 ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 9-cu mərtəbəsində, 3 otaqlı mənzili Cavabdeh1ə satmaları və mənzilin pulunu almaları faktı ********* və ********* sayli cinayət işininin ibtidai istintaqında toplanan və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan 1(101)-220/2021 saylı cinayət işinin məhkəmə istintaqında araşdırılan aşağıdakı sübutlarla tam təsdiqini tapır: 1. X31, 18 avqust 2018-ci il tarixdə, Bakı şəhəri Nizami rayon prokurorluğuna və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə ünvanladığı ərizəsində və ********* saylı cinayət işinin ibtidai istintaqında ifadələrində göstərmişdir ki, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən yaşayış binasinin 1-ci giriş, 9-cu mərtəbəsində olan həyat yoldaşı Aygün Budaqovaya məxsus 3 otaq mənzili Cavabdeh1 olan borcunun və digər şəxslərə olan borclarını ödəmək üçun vermişdir. 2. X26 ********* və ********* saylı cinayət işinin ibtidai istintaqında və Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan 1(101)-220/2021 saylı cinayət işinin məhkəmə istintaqında şahid qismində dindirilərkən ifadələrində göstərmişdir ki, Budaqova Aygün və həyat yoldaşı Budaqov Rahiblə İddiaçı MTK arasında 08 iyun 2017-ci il tarixdə 102 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən şirkət Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində 3 otaqlı yaşayış evini Aygün Budaqovaya vermiş və o da həmin mənzili X15 borclarının qarşılığında Cavabdeh1 vermişdir (192000017 saylı cinayət işində 20 may 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarında A.Budaqovanın ifadəsi ilə təsdiq olunur). 3. ********* və ********* saylı cinayət işinin ibtidai istintaqında və Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan 1(101)-220/2021 saylı cinayət işinin məhkəmə istintaqında dindirilən X39, X40, X21 və X29, X22 ifadələrində təsdiq etmişlər ki, X26 və X31 ilə dəfələrlə görüşmüşlər, hər dəfə onlardan pullarını tələb etdikdə Budaqovlar onlara bildirmişlər ki, onların Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində 3 otaqlı və həmin binanın 2-ci giriş, 15-ci mərtəbəsində yerləşən 4 otaqli mənzili var. Həmin binada 3 otaqli mənzili Cavabdeh1 və digər şəxslərlərə olan borclarını ödəmək üçün Cavabdeh1 satmışdır, digər 4 otaqlı mənzili satmaq üçün Cavabdeh1 vermişdir. Bu faktı həmçinin, İddiaçı MTK tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin mühüm işlər üzrə baş müstəntiqi Anar Dəmirçiyevə ünvanlanmış 16 yanvar 2020-ci il tarixli, 16/01 sayh cavab məktubu da sübut edir. Belə ki, həmin məktubla bildirilmişdir ki, hal-hazırda X26, X32, X36 və X23 adına MTK-da mənzil və qeyri-yaşayış sahəsi yoxdur. xx.xx.2018-ci ildə Aygün Budaqovun adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbəsində yerləşən 140.1 kv.metr sahəsi olan 3 otaqlı mənzili xx.xx.2018-ci il tarixdə Cavabdeh1 satmışdır. Beləliklə, ********* və ********* saylı cinayət işini ibtidai istintaqında və Bakı Ağır Cinayət Məhkəməsində 1(101)- 220/2021 saylı cinayət işinin məhkəmə istintaqında araşdırılan və toplanmış sübutlarla tam təsdiq olunur ki, İddiaçı MTK və Budaqova Aygün və onun həyat yoldaşı Budaqov Rahibin razılıqları əsasında Səbail rayonu, A.Abbaszadə küçəsi 17 ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 9-cu mərtəbəsində 3 otaqlı mənzili Cavabdeh1 satılmışdır. Bundan sonra Cavabdeh1 ünvan 7 ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 9-cu mərtəbəsindəki 140,3 kv.m. sahəsi olan 3 otaqlı mənzilə dair Çıxarış almaq üçün ərizə ilə Daşınmaz əmlakın reyestr xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdi. Cavabdeh inzibati orqan yaşayış binasının Dövlət Komissiyası tərəfindən istismara qəbul aktı olmadığı üçün mənzilə Çıxarış verməkdən imtina etdiyindən, Cavabdeh1 məhkəməyə müraciət etdi və 1 saylı Bakı İnzibati Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(81)-679/2019 saylı qərarı əsasında xx.xx.2019-cu il tarixdə mənzilə Çıxarış aldı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh1 Çıxarış aldıqdan sonra həmin mənzili Faiq Nəcəfovun dostu Fəhradın bacısı oğlu Cavabdeh2 satmışdır. Budaqova Aygün və X53 Abdullayevə olan borcunu ödəmədən mənzilin pulunu tam aldılar. Aygün Budaqova və X54 Abdullayevə ödəməli olduğu ümumi borcunun 70000 manat hissəsini İddiaçı MTK-da olan ikinci mənzilləri, yəni ünvan 7, binanın 2-ci girişinin 15-ci mərtəbəsində yaşayış sahəsi 238.1 kv.metr olan 4 otaqlı mənzilin satışından sonra ödəyəcəyinə dair vəd vermiş və X45 Abdullayevi inandırmaq üçün xx.xx.2019-cu il tarixdə özünün adına rəsmiləşdirilmiş sözügedən mənzilə dair alqı-satqı müqaviləsi və kassa mədaxilinin notarial qaydada təsdiq edilmiş surətini bilavasitə Cavabdeh1 təqdim edərək, həmin mənzilin satılmasında ona köməklik göstərməyini dəfələrlə xahiş etmişdir. Həmçinin MTK-nın direktoru Araz Əbduləzimov da dəfələrlə Cavabdeh1 həmin mənzilin satılmasında ona köməklik göstərməyini və nəticədə Budaqovların Cavabdeh1 olan borcundan 70000 manatını götürəcəyinə dair təklif və vəd vermişdir. Belə ki, MTK-nın direktoru Araz Abduləzimov və Şahid Cavabdeh1 bildirdilər ki, X34 rayonu, A.Abbaszadə küçəsi 17 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 15-ci mətəbəsində 4 otaqli mənzili Cavabdeh1 adına rəsmiləşdirərkən Budaqovların Cavabdeh1 olan borcundan 70000 manat pulu mənzilin maliyyə arayışında göstərilər. Lakin sonradan Rahib Budaqov xx.xx.2019-cu il tarixdə Nizami RPİ-nin 25-ci polis bölməsinin əməkdaşları tərəfindən tutularaq istintaq orqanına təhvil verildiyindən, Aygün Budaqova MTK ilə aralarında bağlanmış ünvan 7, binanın 2-ci girişinin 15-ci mərtəbəsində yaşayış sahəsi 238.1 kv.metr olan 4 otaqlı mənzilin alqısatqısına dair xx.xx.2018-ci il tarixli müqaviləni ləğv etmiş və ona gələcəkdə MTK tərəfindən Mirqasımov 13 ünvanında inşa ediləcək yaşayış sahəsindən mənzil verilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1lə aralarında bağlanmış əqdin uydurma əqd olduğunu bildirsə də, bu halı sübut edə bilməmişdir. Əksinə onlar arasında bağlanmış müqavilənin və Cavabdeh1 adına MTK tərəfindən verilmiş maliyyə arayışının, orderin mövcudluğu, həmçinin müqavilə şərtlərinə əsasən sözügedən mənzilin dəyərinin Cavabdeh1 tərəfindən tam ödənilməsi və həmin mənzilin faktiki olaraq onun mülkiyyətinə verilməsi iddiaçının iddia tələbinin rədd edilməsinə əsas verir. Bundan başqa iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddətini də ötürmüşdür. Belə ki, Cavabdeh1lə İddiaçı MTK arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərətəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbəsində yerləşən 140.1 kv.metr sahəsi olan 3 otaqlı mənzilin satılmasına dair müqavilə xx.xx.2018-ci il tarixdə bağlandığını, həmçinin MTK-nın sözügedən əqdin bağlandığı gündən etibarsız olduğunu etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş əqdin etibarsızlığına dair mübahisə açmaq hüququnu itirmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ 02 aprel 2021-ci il tarixli Qərarına əsasən müəyyən edilmişdir ki, ”O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin hansı tələblərə tətbiq edilməli olması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Göstərilənlərə əsasən, iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 izahatında göstərmişdir ki, onun Nəsimi rayonu, Mirqasımlı küçəsində obyekti olub. İddiaçı MTK-nın rəhbəri Araz müəllim həmin obyekti almaq istəyirdi. Övladı xəstə olduğu üçün onun pula ehtiyacı var idi. Obyektin əvəzində isə ona İddiaçı MTK tərəfindən 3 otaqlı mənzil təklif olundu. Evin qiyməti isə 252000 manat məbləğində idi. Bu ev ona pul qarşılığında girov verilmişdi və İddiaçı MTK-nın rəhbəri Araz müəllim hissə-hissə həmin pulu ona ödəyirdi. Əgər pulu tam şəkildə İddiaçı MTK tərəfindən ödənilməsəydi, o zaman ev onun mülkiyyətinə keçəcəkdi. İddiaçı MTK-nın rəhbəri Araz müəllim pulun bir hissəsin ödədikdən sonra ödəniş edə bilmədiyini və buna görə də, faizə pul verən şəxs axtardığını bildirdi. Həmin vaxtı keçmiş həyat yoldaşı Budaqov Rahib 15 ilə yaxın dostu olan Cavabdeh1 ilə birlikdə Araz müəllimin yanına gedərək, həmin pulu Cavabdeh1 faizə verə biləcəyini bildirdi. Lakin Cavabdeh1 həmin pulun qarşılığında İddiaçı MTK-dan girova mənzil istədi və bildirdi ki, o, lazım olan məbləği başqa şəxsdən götürəcək. İlkin verəcəyi pul isə 70.000 manat təşkil edirdi, həmin məbləğin 20.000 manatı İddiaçı MTK-ya, qalan 50.000 manat məbləğ ona catırdı və bununla həm o, həm də İddiaçı MTK razı idi. Həmin mənzilə dair müqavilə əvvəl onunla, daha sonra isə Cavabdeh1lə bağlandı və maliyyə arayışı verildi. Onun adına müqavilə bağlanandan sonra həmin mənzilə Cavabdeh1 ilə müqavilə bağlanmasına etiraz etmədi. Çünki ona pul lazım idi. Maliyyə arayışında göstərilən məbləğ Cavabdeh1 tərəfindən ödənilməmişdir. Sonra o, keçmiş həyat yoldaşı Budaqov Rahibdən öyrəndi ki, Cavabdeh1 müqavilə əsasında ona verilən mənzilə dair çıxarış alaraq həmin mənzili digər Cavabdeh2 satmışdır. O buna qarşı olduğuna görə dəfələrlə bu barədə Cavabdeh1 öz etirazını bildirdi. İddiaçı MTK-nın rəhbəri Araz müəllim girova qoyulan evi Cavabdeh1 satmamışdır və cavabdehin qanunsuz əməllərindən Araz müəllim də narazı idi. Çünki Cavabdeh1 mənzilə görə heç bir məbləğ ödəməmişdir. Məhkəmə iclasında dindirilən Şahid ifadəsində göstərmişdir ki, o, İddiaçı MTK təsisçilərindən biridir. 2017-ci ildə MTK-nın direktoru X35 Budaqova arasında ünvan 4 ünvanında yerləşən 20,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqavilə əsasında MTK-nın direktoru Araz Abduləzimov qarşı tərəfə 252.000 manat məbləğində pul vəsaitini hissə-hissə ödəmək öhdəliyini götürmüşdür. Əlavə olaraq, tərəflər arasında həmin öhdəliyi rəsmiləşdirmək məqsədilə xx.xx.2017-ci il tarixli qarşılıqlı razılaşma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Araz Abduləzimov həmin qeyri-yaşayış sahəsinin əvəzində Aygün Budaqovaya İddiaçı MTK tərəfindən inşa edilən ünvan 3 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbəsində yerləşən, 140.1 kv.m. sahəsi olan, üçotaqlı, dəyəri 252.000 manat olan mənzili girov verməklə xx.xx.2017-ci il tarixədək həmin 252.000 manat məbləğində maliyyə vəsaitini hissə-hissə Aygün Budaqovaya ödəməyi, əks halda mənzili tam şəkildə Aygün Budaqovanın mülkiyyətinə verməyi, Aygün Budaqova isə həmin pul vəsaiti ödənildiyi halda, mənzil və ona aid sənədləri tam şəkildə MTK-ya qaytarmağı öz öhdəliyinə götürmüşdür. Beləliklə, həmin qarşılıqlı razılaşma müqaviləsinin şərtlərinə uyğun olaraq, İddiaçı MTK və Aygün Budaqova arasında olan borc münasibətlərini pərdəmələk məqsədilə, tərəflər arasında qeyd olunan mənzilə dair xx.xx.2017 tarixli, 102 saylı müqavilə bağlanmışdır. İddiaçı MTK qarşılıqlı razılaşma müqaviləsi əsasında Aygün Budaqovaya ödəməli olduğu məbləği bir müddət hissə-hissə ödəmiş, daha sonra Aygün Budaqova və onun həyat yoldaşı Rahib Budaqov MTK-ya müraciət edərək, onların Vilayət adlı ailəvi dostları olduğunu, Vilayətin isə faizlə pul verən tanışları olduğunu, həmin şəxlərin MTK-ya faizlə borc pul verə biləcəyini, MTK-nın isə verilən puldan Aygün Budaqovanın qalıq borcunu ödəyə biləcəyini demişdir. Belə ki, İddiaçı MTK həmin dövrə qədər 152.000 manat ödəmiş, MTK-nın Aygün Budaqovaya cəmi 100.000 manat məbləğində borcu qalmışdı. Cavabdeh1 İddiaçı MTK ilə bu şərtlərlə razılığa gəlmişdir ki, o, tanışlarından 70.000 manat məbləğində faizlə pul götürərək MTK-ya verməli, MTK isə daha sonradan həmin məbləği hissə-hissə ödəmək şərti ilə cavabdehə qaytarmalı idi. Cavabdeh1 MTK-ya bildirmişdir ki, onun Faiq və Tahir adlı tanışları var və həmin 70.000 manat pulu faizlə ona verə bilərlər. Lakin bunun üçün MTK onunla formal olaraq alqı-satqı müqaviləsi bağlamalıdır ki, o, həmin alqı-satqı müqaviləsini qeyd olunan tanışlarına göstərərək onlardan pulu alıb MTK-ya verə bilsin. Cavabdeh1 bildirmişdir ki, həmin alqısatqı müqaviləsi yalnız pul almaq məqsədilə, görünüş üçün bağlanacaq, pulu aldıqdan sonra o, müqaviləni MTK-ya geri qaytaracaqdır. Beləliklə, İddiaçı MTK cavabdehin bu istəyi ilə razılaşmalı olmuş və İddiaçı MTK və Cavabdeh1 arasında görünüş üçün, heç bir alqı-satqı məqsədi güdmədən və yalnız tərəflər arasındakı əsl münasibətləri pərdələmək məqsədilə ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbə, sahəsi 140,3 kv.m. olan mənzil barəsində xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Eyni tarixdə tərtib olunmuş akt ilə Cavabdeh1 Araz Abduləzimova 70.000 manat məbləğində pul vəsaiti verəcəyi, Araz Abduləzimovun isə həmin 70000 manat pulu 3 ay ərzində Cavabdeh1 qaytarmaq öhdəliyini götürdüyü, tərəflər arasında bağlanmış müqavilənin məhz həmin öhdəliyin təminatı olaraq bağlandığı müəyyən olunur. Aktda qeyd olunanlara əsasən, Araz Abduləzimov göstərilən məbləği 30.04.18 tarixinədək qaytardığı halda, mənzil MTK-nın balansına qaytarılmalı, məbləğ vaxtında qaytarılmadığı halda, Cavabdeh1 müqavilədə göstərilən məbləğin qalıq hissəsini, yəni 98.360 manat pulu Araz Abduləzimova ödəməli, yalnız həmin məbləğ tam şəkildə ödənildikdən sonra həmin mənzil Cavabdeh1 mülkiyyətinə verilməli idi. Lakin Cavabdeh1 İddiaçı MTK ilə razılaşdığı şərtlərə əməl etməmiş, 70.000 manat məbləğində pul vəsaitini Araz Abduləzimova ödəməmişdir. Ondan pulu ödəməyi və ya müqaviləni geri qaytarmağı tələb olunduqda isə, o, pulu bir neçə gün ərzində ödəyəcəyini demişdir. Buna görə də, xx.xx.2018-ci il tarixdə əlavə olaraq onun və X13 da iştirakı ilə cavabdehlə qarşılıqlı razılaşma müqaviləsi bağlanmışdır. Müqavilədən aşkar şəkildə görünür ki, cavabdeh tərəfindən müqavilədə və maliyyə arayışlarında göstərilən məbləğ, yəni 168.360 manat pul MTK-ya və Araz Abduləzimova ödənilməmiş, alqı-satqı müqaviləsi və maliyyə arayışı formal olaraq tərtib olunmuşdur. Lakin Cavabdeh1 yenə də razılaşdırılmış məbləği, yəni 70.000 manat pul vəsaitini Araz Abduləzimova ödəməmişdir. Onunla əlaqə saxlandığı zaman, Cavabdeh1 MTK-ya həmin pul vəsaitini əldə edə bilmədiyini, buna görə də, ödəyə bilməyəcəyini demişdir. İddiaçı MTK ondan aralarında bağlanmış yalan əqdi təhvil verməyini istədikdə isə, o onsuz da həmin əqdin etibarsız olduğunu, heç bir hüquqi əhəmiyyətinin olmadığını, əlavə olaraq isə, müqavilənin özündə qalan nüsxəsini itirdiyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə, Araz Abduləzimov, o və Cavabdeh1 arasında Qarşılıqlı razılaşma müaviləsi bağlanmışdır. Həmin müqavilədə göstərilmişdir ki, 3 otaqlı mənzil Budaqov Rahib və Budaqova Aygünün borcuna görə Cavabdeh1 adına rəsmiləşdirilib, lakin həmin mənzilə görə Cavabdeh1 MTK-nın direktoru Araz Abduləzimova heç bir vəsait ödəməyib. Həmin müqavilə ilə MTK-nın direktoru Araz Abduləzimov və şirkətin digər sahibi kimi o razılaşırlar ki, Budaqov Rahib və Budaqova Aygünün adına olan mənzildən yaranmış Cavabdeh1 100.000 manat borc pulun Budaqovların əvəzinə xx.xx.2020-ci il tarixədək Cavabdeh1 ödəməyi MTK-nın direktoru Araz Abduləzimov öz öhdəsinə götürür. Həmin müqavilə onlar tərəfindən Budaqovlara kömək məqsədilə bağlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayara 3-cü şəxslər Bakı şəhəri 21 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. ünvan 9 ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə tərəflərin və 3-cü şəxsin izahatını, şahidin ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan İddiaçı MTK-nın direktoru Araz Abduləzimov, Şahid, X18 nümayəndəsi X26 və onun həyat yoldaşı X32 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Qarşılıqlı razılaşma müqaviləsindən görünür ki, X25 ünvan 2 ünvanında yerləşən 20,6 kv.m. qeyri-yaşayış sahəsinin əvəzində X14 ünvan 7 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasından xx.xx.2017-ci il tarixli 107 saylı müqavilə ilə 140,1 kv.m. olan 3 otaqlı dəyəri 252.000 manat olan mənzili girov verir. Bunun müqabilində 252.000 manat maliyyə vəsaitini X14 ödəməyi öhdəlik götürür. 252.000 manat pulu Araz Abduləzimov ilk olaraq 15 iyun 2017-ci il tarixində 10.000-15.000 manat, 30 iyun 2017-ci il tarixində 35.000 manat pulu X14 ödəyir. Qalan məbləği beş ay müddətinə bölməklə, X14 ödəməyi öhdəsinə götürür. Son ödəniş günü xx.xx.2017-ci il tarixindədir. Qarşılıqlı razılaşma müqaviləsi imzalandıqdan sonra X26 Bakı şəhəri 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə təqdim etdiyi iddiadan imtina edir və gələcəkdə heç bir iddia etməməyinə təminat verir. X25 öhdəliklərini yerinə yetirdikdən sonra A.Budaqovaya girov olaraq verilmiş ünvan 7 ünvanında yerləşən 140,1 kv.m. 3 otaqlı mənzili və ona aid sənədləri tam olaraq MTK-ya qaytarırı. Müqavilə imzalandığı gündən 6 ay müddətində X25 öhdəliklərini yerinə yetirmədikdə ünvan 7 ünvanında yerləşən 1-ci blok, 9-cu mərtəbə, 140,1 kv.m. 3 otaqlı mənzil tam olaraq Aygün Budaqovanın adına yenidən rəsmiləşdirilir və onun tam mülkiyyətinə verilir. İş materiallarında olan X26 ilə İddiaçı MTK-nın direktoru X25 arasında bağlanmış 08 iyun 2017-ci il tarixli, 102 saylı müqavilədən görünür ki, MTK ünvan 7 ünvanında yerləşən 1-ci blok, 9-cu mərtəbə, 140,1 kv.m. 3 otaqlı mənzili tikib X14 verilməsinə dair müqavilə bağlamışdır. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı MTK-nın direktoru X25 arasında bağlanmış 06.mart 2018-ci il tarixli, 78 saylı müqavilədən görünür ki, MTK ünvan 7 ünvanında yerləşən 1-ci blok, 9-cu mərtəbə, 140,1 kv.m. 3 otaqlı mənzili tikib Cavabdeh1 verilməsinə dair müqavilə bağlamışdır. İş materiallarında olan İddiaçı MTK-nın direktoru X25 və Cavabdeh1 iştirakı ilə tərtib olunmuş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, həqiqətən Cavabdeh1 78 saylı müqavilə əsasında İddiaçı MTK-ya məxsus ünvan 7 ünvanında yerləşən 1-ci blok, 9-cu mərtəbə, 140,1 kv.m. 3 otaqlı mənzilinin 78 saylı müqavilədə 168360 manat həcmində göstərilməsinə baxmayaraq ödəniləcək 70000 manat pula təminatı kimi girov olaraq Cavabdeh1 adına rəsmiləşdirilir. Belə ki, 70000 manat pulu isə Abdullayev X12 Araz Əzim oğluna ödəməyi öz öhdəsinə götürür. X25 isə 70000 manat pulu 30 aprel 2018-ci il tarixədək geri qaytarmağı öz öhdəsinə götürür. Əgər 70000 manat pul geri qaytarılmazsa, o zaman ünvan 7 ünvanında yerləşən 1-ci blok, 9-cu mərtəbə, 140,1 kv.m. 3 otaqlı mənzil 78 saylı müqavilədə göstərilən qalan məbləğin, yəni 98360 manat X17 ödəməyi öhdəsinə götürür. Razılaşmaya əsasən 78 saylı müqavilədə göstərilən məbləğ tam ödənildikdən sonra həmin mənzil Cavabdeh1 mülkiyyətinə verilir. X25 30 aprel 2018-ci il tarixədək 70000 manat pulu geri Cavabdeh1 ödəyərsə, yuxarıda göstərilən mənzil İddiaçı MTK-nın balansına qaytarılır, yəni verilir. Bundan sonra Cavabdeh1 adına rəsmiləşdirilmiş mənzillə bağlı bütün sənədlər etibarsız hesab olunur. İş materiallarında olan İddiaçı MTK-nın direktoru X25 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli Qarşılıqlı razılaşma müqaviləsindən görünür ki, X25 ünvan 7 ünvanında yerləşən 1-ci blok, 9-cu mərtəbə, 140,1 kv.m. 3 otaqlı mənzil Cavabdeh1 girov olaraq təhvil verməyi öz öhdəsinə götürür. Cavabdeh1 girov şəklində alınmış ünvan 7 ünvanında yerləşən 1-ci blok, 9-cu mərtəbə, 140,1 kv.m. 3 otaqlı mənzilə görə 70000 manat pul vəsaitini İddiaçı MTK-nın timsalında X17 verməyi öz öhdəsinə götürür. 78 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən həmin müqavilədə və maliyyə arayışlarında göstərilən 168360 manat pul İddiaçı MTK-ya və X17 ödənilməmişdir, yəni alqı-satqı müqaviləsi və maliyyə arayışı formal olaraq verilmişdir, yəni girov məqsədi daşıyır. Müqavilə və maliyyə arayışında göstərilən pul məbləği ödənilərsə, onda bu qarşılıqlı razılaşma müqaviləsi etibarsız hesab olunur. İş materiallarında olan Cavabdeh1 tərfindən İddiaçı MTK-nın direktoru X17 ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı MTK-ya məxsus ünvan 7 ünvanında yerləşən 1-ci blok, 9-cu mərtəbə, 140,1 kv.m. 3 otaqlı mənzili 78 saylı, xx.xx.2018-ci il tarixli müqavilə əsasında ona verilmişdir. Yuxarıda göstərilən mənzil rəsmi olaraq ona verilsə də, o, X11 timsalında İddiaçı MTK-ya heç bir maliyyə vəsaiti ödəməmişdir. 78 saylı müqavilədə və maliyyə arayışında göstərilən pul məbləğini o ödəyə bilmədiyi üçün xahiş edir 78 saylı müqaviləni və digər sənədləri etibarsız hesab etsinlər. Onun İddiaçı MTK-ya və onun direktoru X17 heç bir şikayəti, iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi ev 17,giriş 1, mənzil 25 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı MTK-nın direktoru X25, MTK-nın digər sahibi Şahid və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Qarşılıqlı razılaşma müqaviləsindən görünür ki, İddiaçı MTK-ya məxsus ünvan 7 ünvanında yerləşən 1-ci blok, 9-cu mərtəbə, 140,1 kv.m. 3 otaqlı mənzil X13 və X8 borcuna görə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Həmin mənzilə görə Cavabdeh1 İddiaçı MTK-nın direktoru X17 heç bir vəsait ödəməmişdir. İddiaçı MTK-nın direktoru X25 və şirkətin digər sahibi Şahid X13 və X8 adına olan mənzildən yaranmış Cavabdeh1 100000 manat borc pul vəsaitinin X13 və X8 əvəzinə 10.aprel 2020-ci il tarixədək Cavabdeh1 ödəməyi İddiaçı MTK-nın direktoru X25 öz öhdəsinə götürür. Qarşılıqlı razılaşmaya görə Araz Abduləzimov və Şahid tərəfindən vəsait 10 aprel 2020-ci il tarixədək tam ödənilməzsə qalan borc məbləğin hər ayına görə əlavə olaraq 3% cərimə ödənilməsinə öhdəlik götürürlər. Cavabdeh1 müəyyən edilmiş vaxtda pul vəsaitini Araz Abduləzimovdan aldıqdan sonra X8 adına olan mənzili qeyri-şərtsiz İddiaçı MTK-ya qaytarır və bu mənzil ilə bağlı nə şirkətə, nə də onun sahiblərinə heç bir iddia və tələbi olmayacaqdır. xx.xx.2020-ci il tarixədək Cavabdeh1 şirkət və ya onun sahibləri tərəfindən heç bir vəsait ödənilmədikdə mənzil qeyd-şərtsiz Cavabdeh1 verilir və şirkət və onun sahibləri gələcəkdə bu məsələni mübahisələndirə bilməzlər. İş materiallarında olan Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 135,4 kv.m. olan mənzilini Cavabdeh2 40000 manata satmışdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 25 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 22 mart 2018-ci il tarixli, 22/18 nömrəli İddiaçı MTK-nın ümumi yığıncağının protokolunun çıxarışından görünür ki, Cavabdeh1 adına rəsmiləşdirilmiş 06 mart 2018-ci il tarixli mənzilin müqaviləsinin ləğvi haqqında; İddiaçı təsisi olan X4 öz istəyi ilə təsisçilikdən azad olunması məsələsinə 32 payçının iştirakı ilə baxılmış və kooperativin üzvləri gündəlikdə duran məsələni yetkinliklə müzakirə edib İddiaçı MTK tərəfindən Cavabdeh1 adına rəsmiləşdirilmiş 06 mart 2018-ci il tarixli müqavilələrin ləğv olunmasına və onların etibarsız hesab edilməsinə qərar verilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-679/2019 saylı, 25 yanvar 2019-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilin adına mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla Dövlət Reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi təmin edilərək, ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzilin Cavabdeh1 adına mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla Dövlət Reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-679/2019 saylı, 25 yanvar 2019-ci il tarixli qərarından 3-cü şəxs qismində İddiaçı Mənzil Tikinti Koorperativi tərəfindən elektron qaydada apellyasiya şikayəti verilmiş və 22 oktyabr 2021ci il tarixdə şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası inşa olunmuşdur. 2017-ci ildə MTK-nın direktoru X25 ilə X26 arasında ünvan 2 ünvanında yerləşən 20,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqavilə əsasında MTK-nın direktoru Araz Abduləzimov qarşı tərəfə 252.000 manat məbləğində pul vəsaitini hissə-hissə ödəmək öhdəliyini götürmüşdür. Əlavə olaraq tərəflər arasında həmin öhdəliyi rəsmiləşdirmək məqsədilə xx.xx.2017 tarixli Qarşılıqlı razılaşma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Araz Abduləzimov həmin qeyri-yaşayış sahəsinin əvəzində Aygün Budaqovaya İddiaçı MTK tərəfindən inşa edilən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbəsində yerləşən, 140.1 kv.m. sahəsi olan, üçotaqlı, dəyəri 252.000 manat olan mənzili girov verməklə xx.xx.2017-ci il tarixədək həmin 252.000 manat məbləğində maliyyə vəsaitini hissə-hissə Aygün Budaqovaya ödəməyi, əks halda, mənzili tam şəkildə Aygün Budaqovanın mülkiyyətinə verməyi, Aygün Budaqova isə həmin pul vəsaiti ödənildiyi halda, mənzil və ona aid sənədləri tam şəkildə MTK-ya qaytarmağı öz öhdəliyinə götürmüşdür. Beləliklə, həmin Qarşılıqlı razılaşma müqaviləsinin şərtlərinə uyğun olaraq, İddiaçı MTK və X26 arasında olan borc münasibətlərini pərdəmələk məqsədilə, tərəflər arasında qeyd olunan mənzilə dair xx.xx.2017 tarixli, 102 saylı müqavilə bağlanmışdır. İddiaçı MTK Qarşılıqlı razılaşma müqaviləsi əsasında Aygün Budaqovaya ödəməli olduğu məbləği bir müddət hissə-hissə ödəmiş, daha sonra Aygün Budaqova və onun həyat yoldaşı Rahib Budaqov MTK-ya müraciət edərək onların Vilayət adlı ailəvi dostları olduğunu, Vilayətin isə faizlə pul verən tanışları olduğunu, həmin şəxlərin MTK-ya faizlə borc pul verə biləcəyini, MTK-nın isə verilən puldan onun qalıq borcunu ödəyə biləcəyini demişdir. Belə ki, həmin dövrdə MTKnın Aygün Budaqovaya cəmi 100.000 manat məbləğində borcu qalmışdı. Cavabdeh1 İddiaçı MTK ilə bu şərtlərlə razılığa gəlmişdir ki, o, tanışlarından 70.000 manat məbləğində faizlə pul götürərək MTK-ya verməli, MTK isə daha sonradan həmin məbləği hissə-hissə ödəmək şərti ilə cavabdehə qaytarmalı idi. Cavabdeh1 MTK-ya bildirmişdir ki, onun Faiq və Tahir adlı tanışları var və həmin 70.000 manat pulu faizlə ona verə bilərlər. Lakin bunun üçün MTK onunla formal olaraq alqı-satqı müqaviləsi bağlamalıdır ki, o, həmin alqı-satqı müqaviləsini qeyd olunan tanışlarına göstərərək onlardan pulu alıb MTKya verə bilsin. Cavabdeh bildirmişdir ki, həmin alqı-satqı müqaviləsi yalnız pul almaq məqsədilə, görünüş üçün bağlanacaq, pulu aldıqdan sonra o, müqaviləni MTK-ya geri qaytaracaqdır. Beləliklə, İddiaçı MTK ilə Cavabdeh1 arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbə, sahəsi 140,3 kv.m. olan mənzil barəsində xx.xx.2018 tarixli müqavilə bağlanmışdır. Eyni xx.xx.2018 tarixli Akt ilə Cavabdeh1 Araz Abduləzimova 70.000 manat məbləğində pul vəsaiti verəcəyi, Araz Abduləzimovun isə həmin 70.000 manat pulu 3 ay ərzində Cavabdeh1 qaytarmaq öhdəliyini götürdüyü, tərəflər arasında bağlanmış müqavilənin məhz həmin öhdəliyin təminatı olaraq bağlandığı barədə razılığa gəlirlər. Həmin Akta əsasən Araz Abduləzimov göstərilən məbləği xx.xx.2018-ci il tarixinədək qaytardığı halda, mənzil MTK-nın balansına qaytarılmalı, məbləğ vaxtında qaytarılmadığı halda isə, Cavabdeh1 müqavilədə göstərilən məbləğin qalıq hissəsini, yəni, 98.360 manat pulu Araz Abduləzimova ödəməli, yalnız həmin məbləğ tam şəkildə ödənildikdən sonra həmin mənzil Cavabdeh1 mülkiyyətinə verilməli idi. xx.xx.2018-ci il tarixdə Şahid və X13 da iştirakı ilə cavabdehlə qarşılıqlı razılaşma müqaviləsi bağlanmışdır. Müqavilədən görünür ki, cavabdeh tərəfindən müqavilədə və maliyyə arayışlarında göstərilən məbləğ, yəni 168.360 manat pul MTK-ya və Araz Abduləzimova ödənilməmiş, alqı-satqı müqaviləsi və maliyyə arayışı formal olaraq tərtib olunmuşdur. Məhkəmə iclasında eləcə də, müəyyən olunmuşdur ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbə, sahəsi 140,3 kv.m. olan mənzilə dair öz adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** saylı çıxarış almışdır. Bundan sonra Cavabdeh1 həmin mənzili Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmış və sonuncu mənzilə dair mülkiyyət hüququ haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarış almışdır. Cavabdehin nümayəndəsi və vəkili Cavabdeh1lə Cavabdeh2 arasında mənzilə dair alqı-satqı müqaviləsinin formal olaraq bağlandığını, həmin mənzilə görə hər hansı vəsaitin ödənilmədiyini bildirmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK ilə Cavabdeh1 arasında görünüş üçün, heç bir alqı-satqı məqsədi güdmədən və yalnız tərəflər arasındakı borc münasibətlərini pərdəmələk məqsədilə, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbə, sahəsi 140,3 kv.m. olan mənzil barəsində xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Eyni tarixdə tərtib olunmuş Akt ilə Cavabdeh1 Araz Abduləzimova 70.000 manat məbləğində pul vəsaiti verəcəyi, Araz Abduləzimovun isə həmin 70.000 manat pulu 3 ay ərzində Cavabdeh1 qaytarmaq öhdəliyini götürdüyü, tərəflər arasında bağlanmış müqavilənin məhz həmin öhdəliyin təminatı olaraq bağlandığı müəyyən olunur. Aktda qeyd olunanlara əsasən, Araz Abduləzimov göstərilən məbləği xx.xx.2018-ci il tarixinədək qaytardığı halda, mənzil MTK-nın balansına qaytarılmalı, məbləğ vaxtında qaytarılmadığı halda isə, Cavabdeh1 müqavilədə göstərilən məbləğin qalıq hissəsini, yəni, 98.360 manat pulu Araz Abduləzimova ödəməli, yalnız hamin məbləğ tam şəkildə ödənildikdən sonra həmin mənzil Cavabdeh1 mülkiyyətinə verilməli idi. Lakin Cavabdeh1 İddiaçı MTK ilə razılaşdığı şərtlərə əməl etməmiş, 70.000 manat məbləğində pul vəsaitini Araz Abduləzimova ödəməmişdir. Ondan pulu ödəməyi və ya müqaviləni geri qaytarmağı tələb olunduqda isə, o, pulu bir neçə gün ərzində ödəyəcəyini demişdir. Buna görə də, xx.xx.2018-ci il tarixdə Şahid və X13 da iştirakı ilə cavabdehlə qarşılıqlı razılaşma müqaviləsi bağlanmışdır. Müqavilədən aşkar şəkildə görünür ki, cavabdeh tərəfindən müqavilədə və maliyyə arayışlarında göstərilən məbləğ, yəni 168.360 manat pul MTK-ya və Araz Abduləzimova ödənilməmiş, alqı-satqı müqaviləsi və maliyyə arayışı formal olaraq tərtib olunmuşdur. Lakin Cavabdeh1 yenə də razılaşdırılmış məbləği, yəni 70.000 manat pul vəsaitini Araz Abduləzimova ödəməmişdir. Onunla əlaqə saxlandığı zaman, Cavabdeh1 MTK-ya həmin pul vəsaitini əldə edə bilmədiyini, buna görə də, ödəyə bilməyəcəyini demişdir. Beləliklə, iddia ərizəsindən və tərəflərin izahatlarından görünür ki, mübahisəli evin alqı-satqı müqavilsəinin etibarsız hesab edilməsi barədə iddia həmin əqdin yalan əqd olması motivi ilə verilmişdir. Həqiqətdə, iddiaçı ilə Cavabdeh1 arasında yuxarıda göstərilən məbləğdə borc müqaviləsi mövcud olmuş, borcun təminatı isə mübahisəli yaşayış evi olmuşdur. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:- əqdin subyekt tərkibinə dair şərtlər;əqdin məzmununa dair şərtlər;- əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər;- əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli Qərarı). Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə xx.xx.2020-ci il və X.Mirzəliyevin şikayəti üzrə xx.xx.2021-ci il tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarı). Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 78 saylı müqavilə tərəflərin əsl iradə ifadəsini özündə ehtiva etməməklə birlikdə, alqı-satqı, yaxud mənzil tikintisi və satışına dair hər hansı bir hüquqi nəticə yaratmaq niyyəti olmadan, tərəflər arasındakı borc münasibətlərini pərdələmək məqsədilə bağlanılmışdır. Tərəflər arasında rəsmiləşdirilmiş digər sənədlərlə tam şəkildə sübut olunur ki, Cavabdeh1 həmin müqaviləni bağlayarkən MTK-dan hər hansı bir mənzil almaq məqsədi güdməmiş, eləcə də, onun tərəfindən MTK-nın xəzinəsinə satın almaq istədiyi daşınmaz əmlak qarşılığında heç bir pul məbləği ödənilməmişdir. Göründüyü kimi, mübahisələndirilən müqavilə tərəflərin iradə ifadələrinə uyğun olmayan, onların arasındakı əsl münasibətləri pərdələyən, formal xarakterli və yalan müqavilədir. Həmin müqavilə tərəflərin borc münasibətləri çərçivəsində bağlanıldığına və alqı-satqı məqsədi güdmədiyinə gorə, alqı-satqı müqaviləsindən irəli gələn hüquqi nəticələrə səbəb ola bilməz. Beləliklə, MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 78 saylı müqavilə yalan əqd olduğuna görə etibarsız hesab olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən yuxarıda qeyd edilən xx.xx.2018-ci il tarixli, 78 saylı müqavilə etibarsız hesab olunduğu üçün ondan yaranan hüquqi nəticələr, yəni həmin müqavilə əsasında Cavabdeh1 adına daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarış, həmin mənzilə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh2 adına daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarış ləğv edilməlidir. İrəli sürülən iddia tələbinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehlərin ərizələrini müzakirə edərək, məhkəmə hesab edir ki, hazırki mübahisəyə qeyd olunan iddia müddəti tətbiq edilə bilməz, belə ki, Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 78 saylı, xx.xx.2018-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Həmin müqavilə əsasında Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarış ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri 21 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi ləğv edilsin. Həmin müqavilə əsasında Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-39/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-39/2022
29.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver