Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-4/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh5 yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Azərbaycan Respublikası Cavabdeh5 yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “əqdin etibarsızlığı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “əqdin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Fərux oğlu və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yalnız 51,2 kv.m. hissəsi onun razılığı ilə Cavabdeh4, sonra isə onun atası Cavabdeh1 adına formal olaraq dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə gəlincə həmin torpaq sahəsi dövlətə məxsus olmuş və sonradan onun məlumatı və razılığı olmadan Cavabdeh4 və Cavabdeh1 tərəfindən qanuna zidd və əsassız olaraq özəlləşdirilmişdir. Sonradan, Cavabdeh1 mübahisəli qeyri-yaşayış sahəsini (51,2 kv.m. hissəsini) və orada yerləşən torpaq sahəsini xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirmişdir. Maraqlı məsələ ondan ibarətdir ki, Cavabdeh1 tərəfindən özgəninkiləşdirilən ünvan 1 ünvanda yerləşən torpaq sahəsi üzərində onun tərəfindən inşa edilmiş tikililər mövcud ola-ola, onun razılığı olmadan Cavabdeh1 həmin torpaq sahəsini qanunsuz öz adına özəlləşdirməklə yanaşı, sonradan digər cavabdehin də adına özgəninkiləşdirmişdir. Halbuki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 №-li sərəncamı ilə müəyyən edilir ki, Azon zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120,0 kv.m. ölçüdə qeyriyaşayış sahələri onun, yəni İddiaçı tərəfindən tikilmiş və hazırda avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə edilir. Həmçinin, Bakı şəhəri Yasamal rayon Məhkəməsində məhkəmə araşdırması zamanı DƏDRX-nin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən 0,1083 ha torpaq sahəsində inşa edilmiş 51,2 kv.m qeyri-yaşayış sahəsi söküldüyünə görə qeydiyyatı ləğv edilmişdir. Beləliklə, yuxarıda göstərilən rəsmi məktubdan aşkar edilmişdir ki, Cavabdeh1 tərəfindən söküldüyünə görə qeydiyyatı ləğv edilmiş 51,2 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirmişdir. Nəticə etibarı ilə hesab edir ki, aşağıda göstərilən iki əsasa görə cavabdehlər Cavabdeh1 Fərux oğlu və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir: 1.Söküldüyünə görə qeydiyyatı ləğv edilmiş 51,2 kv.m qeyri-yaşayış sahəsi, yəni mövcud olmayan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi qanunla nəzərdə tutulmamışdır; ünvan 1 ünvanda yerləşən torpaq sahəsini, üzərində onun tərəfindən inşa edilmiş tikililər mövcud ola-ola, əvvəlcə E. Qəhrəmanov və Cavabdeh1 qanunsuz olaraq öz adlarına özəlləşdirmişlər, sonra isə digər Cavabdeh2 adına özgəninkiləşdirilmişlər. Bu isə iddiaçı kimi birbaşa onun hüquqlarını pozmuşdur. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Azərbaycan Respublikası Cavabdeh5 yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “əqdin etibarsızlığı” tələbinə dair iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 ilə Azərbaycan Respublikası Cavabdeh5 yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 4958 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, yuxarıda qeyd edilən müqavilə əsasında rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli bağışlanma müqaviləsi və cavabdehlər Cavabdeh1 Fərux oğlu və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən Cavabdeh4 adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış və dövlət reyestrində aparılmış qeydiyyat, DƏDRX tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarış və dövlət reyestrində aparılmış qeydiyyat, DƏDRX tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarış və dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Azərbaycan Respublikası Cavabdeh5 yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “əqdin etibarsızlığı” tələbinə dair iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əvvəlki iddia ərizəsində (sonrakı dəyişiklik də nəzərə alınmaqla) göstərilən bütün tələblərin olduğu kimi saxlanılması və həmin tələblərə həmçinin cavabdehlər Cavabdeh4 ilə Azərbaycan Respublikası Cavabdeh5 yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 3006 nömrəli mübahisəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili ərizə təqdim edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh5 yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi ərizə təqdim edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 izahatında mübahisələndirilən müqavilələrin qanuni şəkildə rəsmiləşdirildiyini, müvafiq sərəncamların hazırda qüvvədə olmasını bildirərək iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Cavabdeh5 yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh2 və üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli sərəncamından görünür ki, 3-cü Yasamal küçəsi 179 saylı evdə yaşayan vət. İddiaçı Fərrux oğluna Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120,0 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktı təsdiq edilmiş, qeyri-yaşayış sahənin yerləşdiyi yerin icarə xərclərinin ödənilməsi üçün vət. İddiaçıla rayonun müvafiq qurumları arasında müqavilə bağlanılmış, qeyri-yaşayış sahəsinin ərazisinin və ətrafın sanitar vəziyyətinin qorunması vət. İddiaçı tapşırılmış, sərəncamın İcrasına nəzarət Rayon İcra hakimiyyətinin Təsərrüfat şöbəsinə (M.Ağayev) həvalə edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədr müavininin xx.xx.2013-cü il tarixli, 414 nömrəli sərəncamından görünür ki, dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsi tərəfindən daşınmaz əmlak obyektlərinə dair icarə müqavilələrinin bağlanılması üçün bu sərəncama əlavədə təqim olunmuş icarə obyektlərinin siyahısının (ünvan 1) təsdiq edilməsi qərara alınmışdır. -xx.xx.2013-cü il tarixli, 433 nömrəli icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında sərəncamdan görünür ki, 1. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli, 23 nömrəli qərarı ilə təsdiq edilmiş (29 noyabr 2007-ci il tarixli, 192 nömrəli qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) “Özəlləşdirilən müəssisələrin (obyektlərin) ilkin qiymətinə tətbiq edilən əmsalar”a əsasən hesablanmış, bu sərəncam əlavədə göstərilən icarəyə verilmiş daşınmaz dövlət əmlakının qiymətlərinin təsdiq edilməsi (ünvan 1), 2. Bu sərəncamın 1-ci bəndində göstərilən icarəyə verimiş daşınmaz dövlət əmlakı 100 % dəyəri ilə icarəçilərə satın alınmaq üçün təklif edilməsi, 3. Bu sərəncamın 1-ci bəndində göstərilən icarə müqavilələrinin sərəncam imzalandığı gündən qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. -xx.xx.2013-cü il tarixli, 5201 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 1 ünvanında yerləşən 51.2 kv.m olan qeyri-yaşayış binasını alıcı Cavabdeh4 satmışdır. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 xx.xx.2014-cü il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. -xx.xx.2014-cü il tarixli, 76 nömrəli torpaq sahələrinin icarəyə verilməsi haqqında sərəncamdan görünür ki, bu sərəncama 1 və 2 nömrəli əlavələrdə göstərilən müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qanunvericiliyə uyğun olaraq icarəyə verilməsi, 2. Dövlət torpaqlarının idarə edilməsi və özəlləşdirilməsinin təşkili şöbəsi: 2.1. İcarə haqqı məbləğlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş (29 may 2008-ci il tarixli 120 nömrəli, 22 oktyabr 2008-ci il tarixli 250 nömrəli qərarlarla edilmiş əlavələr və dəyişikliklər nəzərə alınmaqla) “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” əsasnamə əsasında hesablanmasını və icarə müqavilələrinin bağlanmasını 3 gün müddətində təmin etməsi qərara alınmışdır. -xx.xx.2014-cü il tarixli, 3006 nömrəli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin və hüquqları qabaqcadan qeydiyyata alınmış müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, icarəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 1083.0 kv.m olan torpaq sahəsini icarəçi Cavabdeh4 icarəyə vermişdir. -xx.xx.2014-cü il tarixli, 132 nömrəli torpaq sahələrinin özəlləşdirilməsi haqqında sərəncamdan görünür ki, 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş (29 may 2008-ci il tarixli 120 nömrəli və 22 oktyabr 2008-ci il tarixli 250 nömrəli qərarları ilə edilmiş əlavələr və dəyişikliklər nəzərə alınmaqla) “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” əsasnaməyə uyğun qiymətləndirilmiş, bu sərəncama 1 və 2 nömrəli əlavələrdə göstərilən torpaq sahələri həmin torpaq sahələrində yerləşən müəssisə və obyektlərin mülkiyyətçilərinə satın alınmaq üçün təklif edilməsi, bu sərəncama 1 və 2 nömrəli əlavələrdə göstərilən icarə müqavilələrinin sərəncam imzalandığı gündən qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. -xx.xx.2014-cü il tarixli, 4958 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının istifadəsində olan 1083.0 m2 olan torpaq sahəsini alıcı Cavabdeh4 satmışdır. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 xx.xx.2014-cü il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. -11 fevral 2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.2 kv.m olan qeyri-yaşayış sahəsini və 0.1083 ha olan torpaq sahəsini hədiyyə alan Cavabdeh1 bağışlamışdır. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. -03 iyun 2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.2 kv.m olan qeyri-yaşayış sahəsini və 0.1083 ha olan torpaq sahəsini alıcı Cavabdeh2 satmışdır. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)- 2263/2021 saylı qərardadı tərəflərindən icra olunaraq ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin üzərinə qadağa qoyulmuşdur. Bildirirlər ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası söküldüyü üçün qeydiyyatı ləğv edilmişdir. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-431/2023 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh5 yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh AR Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX 1 saylı Ərazi İdarəsinin torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin ölçülərinin artırılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və üçüncü şəxs Cavabdeh4 adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın, habelə üçüncü şəxs Cavabdeh1 Fərux oğlunun adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın, xx.xx.2013-cü il tarixli texniki pasportun ləğv edilməsi barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)- 2723/2023 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-431/2023 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-472/2025 saylı qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-2723/2023 saylı qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-740/2023 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh5 yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxslər Cavabdeh1 Fərux oğlu və qeyriləri) qarşı “xx.xx.2014-cü il tarixli, 4958 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsin bağanılmasına əsas olmuş xx.xx.2013-cü il tarixli, 414 nömrəli, icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında xx.xx.2013-cü il tarixli, 433 nömrəli, torpaq sahələrinin icarəyə verilməsi haqqında xx.xx.2014-cü il tarixli, 76 nömrəli, torpaq sahələrinin özəlləşdirilməsi haqqında xx.xx.2014-cü il tarixli, 132 nömrəli sərəncamların ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)- 1595/2024 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-740/2023 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(102)-237/2025 saylı qərarından görünür ki, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-1595/2024 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-13756/2023 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh5 yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinə qarşı 3-cü şəxslər Cavabdeh4 və Cavabdeh1 işə cəlb edilməklə aparılmış registrin etibarsız hesab edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-1768/2024 saylı qərarından görünür ki, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-13756/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-2102/2024 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)- 1768/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədr müavininin xx.xx.2013-cü il tarixli, 414 nömrəli sərəncama əsasən, dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsi tərəfindən daşınmaz əmlak obyektlərinə dair icarə müqavilələrinin bağlanılması üçün bu sərəncama əlavədə təqim olunmuş icarə obyektlərinin siyahısının (ünvan 1) təsdiq edilməsi qərara alınmışdır. xx.xx.2013-cü il tarixli, 433 nömrəli icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında sərəncama əsasən, 1. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli, 23 nömrəli qərarı ilə təsdiq edilmiş (29 noyabr 2007-ci il tarixli, 192 nömrəli qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) “Özəlləşdirilən müəssisələrin (obyektlərin) ilkin qiymətinə tətbiq edilən əmsalar”a əsasən hesablanmış, bu sərəncam əlavədə göstərilən icarəyə verilmiş daşınmaz dövlət əmlakının qiymətlərinin təsdiq edilməsi (ünvan 1), 2. Bu sərəncamın 1-ci bəndində göstərilən icarəyə verimiş daşınmaz dövlət əmlakı 100 % dəyəri ilə icarəçilərə satın alınmaq üçün təklif edilməsi, 3. Bu sərəncamın 1-ci bəndində göstərilən icarə müqavilələrinin sərəncam imzalandığı gündən qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. xx.xx.2013-cü il tarixli, 5201 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 1 ünvanında yerləşən 51.2 kv.m olan qeyri-yaşayış binasını alıcı Cavabdeh4 satmış və ünvan 1 xx.xx.2014-cü il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. xx.xx.2014-cü il tarixli, 76 nömrəli torpaq sahələrinin icarəyə verilməsi haqqında sərəncamına əsasən, bu sərəncama 1 və 2 nömrəli əlavələrdə göstərilən müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qanunvericiliyə uyğun olaraq icarəyə verilməsi, 2. Dövlət torpaqlarının idarə edilməsi və özəlləşdirilməsinin təşkili şöbəsi: 2.1. İcarə haqqı məbləğlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş (29 may 2008-ci il tarixli 120 nömrəli, 22 oktyabr 2008-ci il tarixli 250 nömrəli qərarlarla edilmiş əlavələr və dəyişikliklər nəzərə alınmaqla) “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” əsasnamə əsasında hesablanmasını və icarə müqavilələrinin bağlanmasını 3 gün müddətində təmin etməsi qərara alınmışdır. xx.xx.2014-cü il tarixli, 3006 nömrəli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin və hüquqları qabaqcadan qeydiyyata alınmış müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, icarəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 1083.0 kv.m olan torpaq sahəsini icarəçi Cavabdeh4 icarəyə vermişdir. xx.xx.2014-cü il tarixli, 132 nömrəli torpaq sahələrinin özəlləşdirilməsi haqqında sərəncamına əsasən, 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş (29 may 2008-ci il tarixli 120 nömrəli və 22 oktyabr 2008-ci il tarixli 250 nömrəli qərarları ilə edilmiş əlavələr və dəyişikliklər nəzərə alınmaqla) “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” əsasnaməyə uyğun qiymətləndirilmiş, bu sərəncama 1 və 2 nömrəli əlavələrdə göstərilən torpaq sahələri həmin torpaq sahələrində yerləşən müəssisə və obyektlərin mülkiyyətçilərinə satın alınmaq üçün təklif edilməsi, bu sərəncama 1 və 2 nömrəli əlavələrdə göstərilən icarə müqavilələrinin sərəncam imzalandığı gündən qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. xx.xx.2014-cü il tarixli, 4958 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının istifadəsində olan 1083.0 m2 olan torpaq sahəsini alıcı Cavabdeh4 satmışdır. ünvan 1 xx.xx.2014-cü il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. 11 fevral 2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.2 kv.m olan qeyri-yaşayış sahəsini və 0.1083 ha olan torpaq sahəsini hədiyyə alan Cavabdeh1 bağışlamışdır. ünvan 1 xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 03 iyun 2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.2 kv.m olan qeyri-yaşayış sahəsini və 0.1083 ha olan torpaq sahəsini alıcı Cavabdeh2 satmışdır. ünvan 1 xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Hazırda iddiaçı cavabdehlər Cavabdeh4 ilə Azərbaycan Respublikası Cavabdeh5 yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 4958 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli bağışlanma müqaviləsinin və cavabdehlər Cavabdeh1 Fərux oğlu və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən Cavabdeh4 adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış və dövlət reyestrində aparılmış qeydiyyat, DƏDRX tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarış və dövlət reyestrində aparılmış qeydiyyat, DƏDRX tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarış və dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmçinin cavabdehlər Cavabdeh4 ilə Azərbaycan Respublikası Cavabdeh5 yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 3006 nömrəli mübahisəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə, qeyd edir ki, əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. - 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. - 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. - 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. - 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. - 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. - 668.1.1. Bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Məhkəmə qeyd edir ki, xx.xx.2013-cü il tarixli, 5201 nömrəli icarəyə verilmiş əmlakın alqısatqı müqaviləsinə əsasən, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 1 ünvanında yerləşən 51.2 kv.m olan qeyri-yaşayış binasını alıcı Cavabdeh4 satmış və ünvan 1 xx.xx.2014-cü il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. xx.xx.2014-cü il tarixli, 4958 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının istifadəsində olan 1083.0 m2 olan torpaq sahəsini alıcı Cavabdeh4 satmışdır. ünvan 1 xx.xx.2014-cü il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh5 yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxslər Cavabdeh1 Fərux oğlu və qeyriləri) qarşı “Cavabdeh4 ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 4958 nömrəli “özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin” bağanılmasına əsas olmuş “daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında xx.xx.2013-cü il tarixli, 414 nömrəli, “icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi” haqqında xx.xx.2013-cü il tarixli, 433 nömrəli, “torpaq sahələrinin icarəyə verilməsi” haqqında xx.xx.2014-cü il tarixli, 76 nömrəli və “torpaq sahələrinin özəlləşdirilməsi” haqqında xx.xx.2014-cü il tarixli, 132 nömrəli sərəncamların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-740/2023 saylı qərarı ilə iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-1595/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-740/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(102)-237/2025 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)- 1595/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçının hazırda mübahisələndirdiyi xx.xx.2014-cü il tarixli, 3006 nömrəli mübahisəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin, eləcə də xx.xx.2014-cü il tarixli, 4958 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş sərəncamlar məhkəmə qaydasında İddiaçı tərəfindən mübahisələndirilsə də, iddiası təmin edilməmiş və həmin sərəncamlar hazırda qüvvədədir. Məhkəmə hesab edir ki, qeyd edilən mübahisələndirilən müqavilələrin bağlanılmasına əsas olmuş sərəncamlar qüvvədə olduğundan və həmin müqavilələrin etibarsız hesab edilməsinə digər əsaslar da müəyyən edilmədiyindən hazırkı iddia həmin hissələrdə təmin edilə bilməz. Belə olan halda, məhkəmə xx.xx.2020-ci il tarixli bağışlanma müqaviləsinin və cavabdehlər Cavabdeh1 Fərux oğlu ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müvafiq çıxarışların, qeydiyyatların ləğv edilməsi hissəsində də iddianın əsassız olması nəticəsinə gəlir. Odur ki, iddia tələbləri rədd edilməlidir. İddia əsassız hesab edilməklə rədd edilməsi nəticəsinə gəlindiyindən məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirməyə zərurət görmür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-4/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-4/2025
18.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver