Məhkəmə qərarları › İş №2(009)-400/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-400/2025

20.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-400/2025 20.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Maraqlı şəxs Səbail Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasınının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi Səbail Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Səbail Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1949-cu il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun atasının qəyyumu təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş doğum haqqında şəhadətnamədən göründüyü kimi X3 Aytən Saday qızının atasıdır. xx.xx.1949-cu il təvəllüdlü X16 ahıl yaşında olmağı ilə yanaşı, həmçinin parkinson xəstəliyindən də əziyyət çəkir. TƏBİB-in X4 ərizəyə əlavə edilmiş xəstənin tibb kartasından Forma 027/U saylı xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X16 parkinson xəstəliyinə tutulmuşdur. Çıxarışın qısa anamnez, diaqnostik müayinələr, xəstəliyin gedişi, aparılmış müalicə, göndərilmə və çıxarılma zamanı xəstənin vəziyyəti qrafasından görünür ki, son 4 ildir ki, X16 qeyd olunan xəstəlik üzrə ambulator müalicə alır. Ərizəyə əlavə edilmiş Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş AN-İ ******* saylı 28 noyabr 2024-cü il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ndən görünür ki, satıcı X16 tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1.42255 ha torpaq sahəsi hər biri 1/3 hissə olmaqla və hər payın qiyməti 424 333 manat olmaqla alıcılar X7, X11, X2. Ərizəyə əlavə edilmiş Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfinden təsdiq edilmiş AN-İ ******* saylı 28 noyabr 2024-cü il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ndən görünür ki, satıcı X16 tərəfindən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 455.7 kv/m olan əmlak kompleksi kimi müəssise 250000 manat qiymətə və ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0.0968 ha olan torpaq sahəsi isə 100000 manat qiymətə alıcı X1. Məlumat üçün bildirir ki, istinad olunan daşınmaz əmlakın alqı-satqı müqavilələrinin predmetləri olan əmlaklar real bazar qiymətlərindən tənasübsüz qaydada ucuz qiymətə, dəyər-dəyməzinə satılmışdır. Bu barədə əmlakın real dəyərini əks etdirən ekspert rəyini də tərəflərindən işə sübut qismində əlavə edilmişdir. Tibbi ədəbiyyatlardan məlum olduğu kimi parkinson xəstəliyi həm də idrak funksiyasının azalması, davranış pozğunluqları, psixi pozuntular və s. əlamətlərlə müşayiət olunur ki, bu da belə xəstənin asanlıqla aldadılması və yanılması, obyektiv reallığı dərk etməməsi, hadisə və predmetləri düzgün qiymətləndirməməsi nəticəsində hətta öz hüquqları və qanuni mənafeləri əleyhinə əqdlərə daxil olması ilə nəticələnir. Sözügedən daşınmaz əmlakların tənasübsüz aşağı qiymətə, dəyər-dəyməzinə satılması ilə bağlı istinad olunan alqı-satqı müqavilələri də bilavasitə X9 öz hərəkətlərinin mənasını anlaya bilməməsinin və ya öz hərəkətlərini idarə edə bilməməsinin bariz nəticəsidir. Beləliklə, X16 parkinson xəstəsi olduğundan uzun müddətdir ki, hərəkətlərini idarə etməkdə çətinlik çəkir, ayrıayrı şəxslər onun belə vəziyyətindən istifadə edib ona məxsus əmlakları dəyər-dəyməzinə ələ keçirir. Hal-hazırda S.Əhmədovun səhhəti özünün hüquq və vəzifələrini qanuni mənafelərinə uyğun həyata keçirilməsinə, ağlabatan mühakimə əsasında adekvat əqdlər aparmasına imkan vermir. Hazırki vəziyyət onun yaxın perspektivdə müflisləşməsinə, hətta perspektiv vərəsə kimi gələcəkdə müxtəlif borclarla və miras passivləri ilə üzləşməyiylə nəticələnə bilər. Odur ki, Ərizəçi parkinson xəstəsi olan, faktiki olaraq mülki hüquqi fəaliyyət qabiliyyətini itirmiş atası X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini və özünün doğma övladı kimi onun qəyyumu təyin edilməsini vacib hesab edir. Beləliklə, qeyd olunanlara əsasən hesab edirlər ki, psixi cəhətdən sağlam olmayan, öz hərəkətərinin, apardığı əqdlərin mənasını başa düşməyən və öz hərəkətlərinə rəhbərlik edə bilməyən, parkinson xəstəsi olan X16 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və doğma qızı Ərizəçi atası X9 qəyyumu təyin edilməlidir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1949-cu il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ekspertiza rəyinə etiraz edərək, X16 ilə danışılan zaman onun öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmamasının aşkar şəkildə göründüyünü bildirmiş və buna görə də ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildiyi halda onun üzərində qəyyum təyin edilməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 26 Bakı Komissarlığı rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİ-ЖГ 371091 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ana qrafasında Ağamalieva Ziba- Bəyim Qulam qızı, ata qrafasında X16 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 971 saylı amabulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X16 hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. X16 hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmədiyi üçün o, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. Buna görə də hazırki psixi vəziyyətinə görə X16 fəaliyyət qabiliyyətli şəxs hesab edilməlidir. X9 hazırki psixi vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan verir. Məhkəmə prosessual qanunvericiliyə müvafiq olaraq (MPM-nin 319-cu maddəsi) X9 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx.xx.2025-ci il tarixli 971 saylı rəyi ilə, X16 hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. X16 hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmədiyi üçün o, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. Buna görə də hazırki psixi vəziyyətinə görə X16 fəaliyyət qabiliyyətli şəxs hesab edilməlidir. X9 hazırki psixi vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan verir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X16 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olan şəxsdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin qənaətinə görə iş materiallarındakı sübutlarla, o cümlədən ekspert rəyi ilə 29 avqust 1949-cu il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olması öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar