Məhkəmə qərarları › İş №2(009)-407/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-407/2023

10.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-407/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, Ərizəçi X3 maraqlı şəxs qismində Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası işə cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, X6 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Uşaq anadangəlmə qüsurlu dünyaya gəlmişdir. Tibbi sənədlərindən də görünür ki, oğlunun sağlamlıq imkanları məhduddur. X2 həkim komissiyası tərəfindən “ağır kamağıllıq (kəskin imbesillik) kobud nitq və davranış pozuntuları ilə; daima kənar şəxslərin himayəsinə ehtiyacı var” diaqnozu qoyulmuşdur. Tam əmək qabiliyyətsizdir, kənar şəxsin köməyinə ehtiyacı var. Övladı xx.xx.2004-cü il təvəllüdlü X7 daimi olaraq, kənar şəxslərin ümumi qulluğuna ehtiyacı vardır. Oğlu Nicat onunla birlikdə ünvan 1 ünvanında yaşayır. Ovladlarına o və həyat yoldaşı qulluq və nəzarət edir. Oğlu faktiki olaraq, özünü idarə edə bilmir. X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, qəyyum kimi onun adından çıxış edə bilmir. Habelə onun hüquq və vəzifələrinin təmin edilməsində yaxından iştirak edə bilmir. Ona görə də, hesab edir ki, məhkəmə tərəfindən oğlu xx.xx.2004-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı qətnamə qəbul edilməlidir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, 177543 nömrəli, xx.xx.2004-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, xx.xx.2004-cü il tarixdə anadan olmuş X7 atası Ərizəçi, anası X5r. İşə əlavə edilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, Ərizəçi xx.xx.1963-cü ildə anadan olmuşdur. İşə əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən aydın olur ki, X10 ünvan 2 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 027 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan və Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, X10 ağır Kəmağıllıq (kəskin imbesislik) kobud nitq və davranış pozuntuları ilə daima kənar şəxslərin himayəsinə ehtiyacı var. Əmək qabiliyyətsizdir. İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatriya ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 530 saylı rəyindən görünür ki, X8 ağır dərəcəli kəmağıllıq müəyyən edilir. X10 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X8 müəyyən edilən ağır dərəcəli kəmağıllıq ilə əlaqədar səhhəti ilə mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, Ərizəçi övladı X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacının, eləcə də İ qrup əlil olmasını nəzərə alaraq, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə X7 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx.xx.2023-cü il tarixli, 530 saylı rəyində X7 öz psixi vəziyyətinə görə hərəkətinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu göstərilmişdir. Qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, məhkəmə ekspert rəyi ilə razılaşaraq hesab edir ki, X10 ağıl zəifliyi və xəstəlik nəticəsində öz hərəkətinin mənasını başa düşməyən və öz hərəkətinə rəhbərlik edə bilməyən şəxs olduğundan fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların,qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 01 sentyabr 2014-cü il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar