Məhkəmə qərarları › İş №2(009)-412/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-412/2025

02.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-412/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı cavabdehlər Ələkbərova (Əhmədova) Ülviyə Nazim qızına, ünvan 11 və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması, miras əmlakın bərabər paylara bölünməsi və s. tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ələkbərova (Əhmədova) Ülviyə Nazim qızına, ünvan 11 və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması, miras əmlakın bərabər paylara bölünməsi və s. tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvandakı mənzil mərhum atası X15, Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsi, ev 34 mənzil 2 ünvandakı mənzil isə mərhum X11ndan birinci dərəcəli vərəsə kimi ona miras qalmış əmlaklardır. X11 xx.xx.2022-ci ildə, atası X27 xx.xx.2024-cü ildə vəfat etmişlər. Valideynlərinin vəfatından sonra o, və cavabdeh Ələkbərova (Əhmədova) Ülviyə Nazim qızı ünvan 2 ünvanda daimi qeydiyyatda olmaqla mirasları ünvan 1 ünvandakı mənzili, ünvan 3ənzil 2 ünvandakı mənzili faktiki olaraq qəbul etmişlər və bu günə kimi də miras əmlaklar onların istifadələrindədir. X8 vəfatından sonra ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün cavabdeh 28 saylı Notariat Kontoruna, ataları X20 vəfatından sonra isə cavabdeh 46 saylı Notariat Kontoruna vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişlər. Cavabdeh 28 saylı Notariat Kontoru və cavabdeh 46 saylı Notariat Kontoru əsassız səbəblərdən onlara qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Qeyd etmək istəyir ki, cavabdeh 46 saylı Notariat Kontoru imtinasını onunla əsaslandırmağa çalışmışdır ki, guya mərhum atalar X20 mərhum analar X26 ilə rəsmi nikahı olmasına baxmayaraq vətəndaş xx.xx.1951-ci il təvəllüdlü X17 ilə “Elektron Notariat” X1 rəsmi nikah qeydi aşkar olunmuşdur. Qanunvericiliyin tələbindən də görünür ki, atasının X17 ilə rəsmi nikahları ləğv olunmadan onun mərhum anası ilə rəsmi nikaha daxil olması mümkün deyildi. Cavabdeh 46 saylı Notariat Kontorunda vərəsəlik işinin açılması üçün sənədlər toplanan zaman ona məlum olmuşdur ki, Cavabdeh3 mərhum ataları X20 xəstə olmasından, öz hərəkətlərini idarə edə bilməməsindən sui-istifadə edərək, öz tanışlarını şahid kimi cəlb etməklə atasını aldatmış və ondan mübahisə predmeti olan ünvan 1 ünvanda olan miras əmlaka dair qanunsuz vəsiyyətnamə almışdır. Vəkilinin 28 saylı Notariat Kontoruna sorğusuna əsasən alınmış vərəsəlik işinin materialları ilə taniş olarkən məlum olmuşdur ki, Cavabdeh3 saxtakarlıq etmiş, atası X20 yataq xəstəsi olmasından, öz hərəkətlərini idarə edə bilməməsindən sui-istifadə edərək ondan etibarnamə almış, sonra keçmiş həyat yoldaşının adına etibarnamə vermiş və keçmiş həyat yoldaşı X32 28 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək anasından qalan miras əmlakdan atasına düşən payın Cavabdeh3 xeyrinə imtina etdiyini bildirmişdir. Digər tərəfdən Cavabdeh3 atasının xəstə və öz hərəkətlərini idarə edə bilməməsindən sui-istifadə edərək əldə etdiyi etibarnamə əsasında onun adından vərəsəlik işinin və sair hərəkətlərin aparılması üçün vətəndaş X28 da xx.xx.2022-ci ildə 807584 saylı etibarnamə vermişdir. X18 ilkin etibarnamənin saxta yolla əldə edildiyini bildikdən sonra 28 saylı Notariat Kontoruna etibarnaməni təqdim etsə də, sonradan heç bir notariat hərəkət edilməsində iştirak etməmişdir. 807564 saylı, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli etibarnamələrin verilməsinə səbəb olmuş atasının adından etibarnamə alınarkən Cavabdeh3 etibarnamə əldə edərkən, atası ağır yataq xəstəsi olmuş, hərəkət edə bilməmişdir. Bu fakt “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” 2 nömrəli şəhər Poliknikasından sorğu əsasında alınmış cavab məktubunun surətindən görünür. Belə ki, məlum etibarnamələr verilərkən atası İnternational Qospitalda xəstə olmuş, ayağında amputasiya əməliyyatı aparılmış və xx.xx.2022-ci ilə Spero Hospitalda təkrar əməliyyat olunmuş, ayağı amputasiya edilmişdir. Atası uzun müddət beyin qan dövranının işemik pozğunluğundan, hipertoniya xəstəliyindən, lakinat insult və sair xəstəliklərdən əziyyət çəkmişdir və bu xəstəliklərin nəticəsində 2012-ci ildən o, daim dispanser nəzarətdə olmuşdur və sonradan xəstəliklərinin şiddətləşməsi, ayağının amputasiya olunması və sair müalicələrdən sonra öz hərəkətlərini idarə edə bilməmişdir. Cavabdeh3 qanunun tələbini pozmaqla əldə etdiyi vəsiyyətnamə və etibarnamə pərdələnmiş əqdir və öz məqsədlərini, miras əmlakın böyük hissəsini mənimsəmək üçün onun tərəfindən edilmiş qanunsuz hərəkətlərdir. Göründüyü kimi o, miras qoyanların birinci dərəcəli vərəsəsidir, ondan və Cavabdeh3 başqa miras qoyanların digər vərəsələri yoxdur. Lakin Cavabdeh3 mənzilləri zəbt etmişdir və könüllü olaraq paylarını bölmək istəmir. Göstərilənləri nəzərə alaraq iddiaçı atası X20 vətəndaş X17 ilə nikahının etibarsız hesab edilməsi, X27 ilə Cavabdeh3 arasında bağlanmış əqdlərin (vəsiyyətnamənin, etibarnamənin və sair) etibarsız hesab edilməsi, cavabdeh 46 saylı Notariat X2 miras qalmış ünvan 1 ünvandakı mənzilə, cavabdeh 28 saylı Notariat X3 miras qalmış ünvan 4 ünvandakı mənzilə dair qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsinin həvalə edilməsi, ünvan 1 ünvandakı və ünvan 5mlakların vərəsələr arasında (onunla Cavabdeh3 arasında) bərabər paylara bölünməsi, həmin paylara hüquqların tanınması, miras əmlakların açıq hərracdan satılması, əldə olunan pul vəsaitinin vərəsələr arasında bərabər paylara bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələblərinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh 46 saylı Notariat X2 miras qalmış ünvan 1 ünvandakı mənzilə, cavabdeh 28 saylı Notariat X3 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsi, ev 32 ünvandakı mənzilə dair qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsinin həvalə edilməsi, ünvan 1 ünvandakı və ünvan 6 vərəsələr arasında (onunla cavabdeh X24 arasında) bərabər paylara bölünməsi, həmin paylara hüquqların tanınması, mübahisə predmeti olan miras əmlakların açıq hərracdan satılması, əldə olunan pul vəsaitinin vərəsələr arasında bərabər paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Ələkbərova (Əhmədova) Ülviyə Nazim qızı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehin onun iştirakı olmadan mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilməsinə dair yazılı vəsatətini nəzərə alaraq hesab edir ki, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Bakı şəhəri 46 saylı Notariat Ofisinin və Bakı şəhəri 28 saylı Notariat Ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Notariat Ofislərinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İş üzrə Bakı şəhəri 28 saylı notariat ofisində 8V-76 reyestr nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2022-ci il tarixdə açılmış və Bakı şəhəri 46 saylı notariat ofisində 22/2024 nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2024-cü il tarixdə açılmış vərəsəlik işlərinin sənədlərindən görünür ki: - Nikahın bağlanması haqqında şəhadətnaməsinin surətinə əsasən X29 ilə X25 arasında xx.xx.1980-cı il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 49 №-li akt qeydi icra edilmişdir, nikahdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir; - Doğum haqqında şəhadətnaməsinin surətinə əsasən İddiaçı xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X29, ana qrafasında X26 göstərilmişdir; - Doğum haqqında şəhadətnaməsinin surətinə əsasən X24 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X29, ana qrafasında X26 göstərilmişdir; - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seryalı 059366 nömrəli, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Neftçilər prospektində yerləşən 67 saylı evin 17a saylı mənzili tam mülkiyyət hüququ üzrə X21 adına qeydiyyata alınmışdır; - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seryalı 051369 nömrəli, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, 34 saylı evin 2 saylı mənzili tam mülkiyyət hüququ üzrə X19 adına qeydiyyata alınmışdır; -Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətinə əsasən X26 xx.xx.2022-ci ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 422 No ilə qeyd edilmişdir; - Bakı şəhəri Səbail rayon MTKB-nin 58 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 265 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh3 anası X9 rayonu, Neftçilər pr-ti, 67 saylı evin 17A saylı mənzilində qeydiyyatda olmuş, xx.xx.2022-ci ildə vəfat etmişdir. Dəfn xərcini qızı Cavabdeh3 çəkmişdir; - Cavabdeh3 tərəfindən notarial qaydada yazılmış və Bakı şəhəri 28 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli V-76/2022 nömrəli ərizənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə onun ünvan 7 ünvanında yaşayan X11 vəfat etmişdir. Miras əmlak mənzildən ibarətdir. Göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur; - İş üzrə X27 tərəfindən (etibarnamə əsasında X32 imza etmiş) notarial qaydada yazılmış və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli **********273 nömrəli ərizənin surətindən görünür ki, X20 xx.xx.2022-ci il tarixdə vəfat etmiş arvadı X16 irs qalmış (yaşayış (ev, mənzil, otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın X23 çatası hissəsindən qızı Cavabdeh3 xeyrinə imtina edir. Həmçinin bildirir ki, ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən ½ hissəyə dair ayrıca mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini istəmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256,1268 və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir; -İddiaçı tərəfindən notarial qaydada yazılmış və Bakı şəhəri 28 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli **********865 nömrəli ərizənin surətindən görünür ki, o, ünvan 10 ünvanında yaşamış xx.xx.2022-ci il tarixdə vəfat etmiş X11ndan qalmış miras əmlakı qəbul edir. Miras əmlak mənzildən ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməsinin zəruriliyi notarius tərəfindən ona izah edilmişdir. Bildirir ki, ondan başqa aşağıdakı vərəsələri vardır: qızı Cavabdeh3 (Bakı ş., Neftçilər pr., ev 67, mənzil 17a). Göstərilən əmlaka dair qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir; - “Elektron notariat” X5 vasitəsilə “X14” AQİS-dən çıxarışın surətindən görünür ki, nikah haqqında akt qeydinə əsasən xx.xx.1954-cü il təvəllüdlü X29 ilə xx.xx.1951-ci il təvəllüdlü X17 arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.1977-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 43 №-li akt qeydi icra edilmiş, nikahdan sonra ərə Əhmədov, arvada Həbibova soyadı verilmiş, - nikah haqqında akt qeydinə əsasən xx.xx.1954-cü il təvəllüdlü X29 ilə xx.xx.1962-ci il təvəllüdlü X33 arasında Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsində xx.xx.1980-cı il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 49 №-li akt qeydi icra edilmişdir, nikahdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmiş, - doğum haqqında akt qeydinə əsasən İddiaçı xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X29, X11 göstərilmiş, - doğum haqqında akt qeydinə əsasən X24 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X29, X11 göstərilmiş, - ölüm haqqında akt qeydinə əsasən X26 xx.xx.2022-ci il tarixdə ölmüşdür. - Səadət sarayı (Bakı nikah evi) tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 05/Q-536/69 nömrəli arayışın surətinə əsasən X32 ilə X24 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 1042 №-li akt qeydi icra edilmişdir, nikahdan sonra ərə Ələkbərov, arvada Ələkbərova soyadı verilmişdir. Qeyd edilən nikah Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli 170 No-li akt qeydinə əsasən pozulmuşdur. - İş üzrə Bakı şəhər 46 saylı notariat ofisi tərəfindən şahidlər X12 və X13 iştirakı ilə təsdiq edilmiş və X27 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli vəsiyyətnamənin surətinə əsasən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını xx.xx.1981-ci il təvəllüdlü qızı Cavabdeh3 vəsiyyət etmişdir. - Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətinə əsasən X27 xx.xx.2024-cü ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 838 No ilə qeyd edilmişdir; - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X48 “Bakı Baş Səhiyyə Mərkəzi” X48 2 nömrəli Şəhər Poliklikası tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, atası X27 1954-cü il təvəllüdlü, ünvan 9 ünvanında yaşamış, ambulator kartaya əsasən 2007-ci ildən şəkərli diabed insulit tələbli çox saylı ağırlaşmalarla diaqnozu ilə 2 nömrəli Şəhər Poliklinikasında dispanser müşahidədə olmuşdur. 2012-ci ildə Aortakoronar şumtlama X4 əməliyyatı keçirib. Respublika endokrinoloji mərkəzin xx.xx.2017-ci il tarixli rəyinə əsasən Lantus və Novorapid iynələri alıb. Diaqnoz: Şəkərli diabed İİ tip insulin tələbli Diabetik polinryropatiya. OU-qeyrim-poliferotiv diabetik retinopatiya. xx.xx.2016-xx.xx.2016 Mərkəzi Klinikada stasionar müalicədə olub. Diaqnoz: Əsas: Beyin qan dövranının işemik tip pozğunluğu. Lakunar insult. Yanaşı: Şəkərli diabet İİ tip. Hipertoniya xəstəliyi İİ mərhələ ÜİX.AKŞ-dan sonrakı vəziyyət (2012). xx.xx.2022-xx.xx.2022 İnternational hospital 2 epikrizinə əsasən – Şəkərli diabet İİ tip ağır gedişli, aşağı ətrafların obliterəedici, subkompesasiyası işemiya, sağ ayağın İ-ci barmağının quru qanqrenası, diz oynağının bükücü kontrakturası diaqnozu ilə sağ ayağın 1-ci barmağın ayaq dayağı əsasının amputasiyası aparılmışdır. xx.xx.2022-xx.xx.2022-ci il tarixdə Spero Hospitalda stasionar müalicədə olub (epikriz No 0993338). Diabetik polineyropatiyanın ağırlaşması ilə əlaqədar subkompensator işəmiyaya görə sağ budun orta 1/3 hissəsindən amputasiya edilmişdir (xx.xx.2022). Daha sonra xəstənin sağlamlıq vəziyyəti nəzərə alınaraq N.Əhmədovda əlillik əlamətlərinin müəyyən olunması məqsədi ilə forma-88 doldurulmuş TSEK-ə göndərilmişdir. Ona İİ qrup əlillik verilmişdir. Sonrakı vaxtlarda xəstənin vəziyyəti pisləşdiyinə, sağlam sol ayağında trofiki xora və yaralar inkişaf etdiyinə daim kənar şəxsin qulluğuna ehtiyacı olduğuna görə 2023-cü ilin mart ayında əlillik qrupunun gücləndirmək məqsədi ilə təkrarən TSEK-ə göndərilmiş və ona 1-ci qrup əlillik təyin olunmuşdur. Diaqnoz: Əsas: E11.7 şəkərli diabet İİ tip ağır forma çoxsaylı ağırlaşmalarla. Ağırlaşma: Z96.6 sağ aşağı ətrafda budu orta 1/3 səviyyəsində amputasiyasından sonrakı vəziyyət. Sol aşağı ətrafın pəncəsində işemiya, trofiki yaralar. Yanaşı: G63.2. Diabetik neyropatiya,İ69.2 Keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri G83.2 Sağtərəfli hemiparez. R45-Dərketmə və qavrama pozğunluğu. İ-25.1-ÜİX Aterosklerotik kardioskleroz. Özünə qulluq bacarağı məhduddur, daim kənar şəxsin köməyinə möhtacdır. Aldığı müalicələr əsasən şəkərli diabetə görə lantus və novorapid iynələr, nevroloji xəstələrlə bağlı yuxu pozğunluğuna görə somnol tabletləri olub. xx.xx.2024-cü il tarixdə TSEK-in qərarı ilə ona 1-ci dərəcə (90%) əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə ambulator kartada həkimin yazısına əsasən vəziyyəti ağırlaşdığına görə təcili yardımla xəstəxanaya aparılmış, xx.xx.2024-cü il tarixdə orada vəfat etmişdir. Ölüm səbəbi: ağciyər ödemi (ölüm şəhadətnaməsi AZ-İİ No 456260); - Cavabdeh3 tərəfindən notarial qaydada yazılmış və Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 22/2024 nömrəli ərizənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 7 ünvanında yaşamış X27 vəfat etmişdir. Miras əmlak ünvan 10 ünvanında yerləşən mənzildən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələr var: oğlu - İddiaçıdur (ünvan 10). Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir; - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən ünvan 11 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X27 və xx.xx.1951-ci il təvəllüdlü X10 “X14” avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində bütün X14 üzrə yoxlama aparılmış nikahı pozulması haqqında akt qeydi aşkar edilməmişdir; - “Elektron notariat” X5 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 65 saylı evin 17A saylı mənzildə qeydiyyatdadır; - İddiaçı tərəfindən notarial qaydada yazılmış və Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 22/2024 nömrəli ərizənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 7 ünvanında yaşamış X27 vəfat etmişdir. X15 miras qalmış əmlaklara dair məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir; - Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən Cavabdeh3 ünvanlanmış xx.xx.2024-cü il tarixli X/1509 saylı məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X20 adına Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə ərizəsi əsasında vəsiyyətnamə üzrə vərəsəlik işi açılmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. “Elektron Notariat” X1 X20 X14 üzrə yoxlanışı zamanı mərhumun xx.xx.1977-ci il tarixdə X17 ilə nikah haqqında akt qeydi aşkarlanmış, lakin həmin nikahın pozulması haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin xx.xx.1980-cı il tarixdə isə X26 ilə nikah haqqında aktı aşkarlanmışdır. X6 ilə nikahının pozulması haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə sorğu göndərilmişdir. Həmin nikahın pozulmasına dair akt qeydinin olmaması barədə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi də ünvan 11 xx.xx.2024cü il tarixli, 3-16-5/8-12-2749/24 saylı cavab məktubu göndərmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.4 maddəsinə əsasən ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş üzrə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən Cavabdeh3 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh3 atası X27 xx.xx.1977-ci il tarixdə X22 ilə nikaha daxil olmuşdur. Həmin nikah haqqında akt qeydinin üzərində nikahın pozulmağına dair heç bir məlumat aşkar edilməmişdir və X27 xx.xx.1980-cı il tarixdə X25 ilə nikaha daxil olmuşdur. Həmçinin N.Q.Əhmədov vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X14nın dövlət qeydiyyatı Qaydası”nın 5.2 və 5.4-cü bəndlərinə uyğun olaraq ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı əsasında qeydiyyat orqanı tərəfindən pozula bilər. Ər-arvadın nikahın pozulmasına razılığı və ya bu razılığa dair məlumat olmadıqda nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Göstərilənlərə əsasən nikahın pozulması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X27 ilə X26 arasında xx.xx.1980-cı il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.1981-ci il təvəllüdlü İddiaçı və xx.xx.1981-ci il təvəllüdlü X24 adlı uşaqları var. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsində yerləşən 34 saylı evin 2 saylı mənzili xx.xx.2022-ci il tarixdə vəfat etmiş X19 xüsusi mülkiyyətində olmuş, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 17A saylı mənzili xx.xx.2024-cü il tarixdə vəfat etmiş X20 xüsusi mülkiyyətində olmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə X27 tərəfindən vəsiyyətnamə verilmiş və həmin vəsiyyətnamə ilə N.Əhmədov ona məxsus olan bütün daşınar və danışmaz əmlaklarını qızı Cavabdeh3 vəsiyyət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı və onun bacısı cavabdeh Əhmədova (Ələkbərova) Ülviyə Nazim qızı valideynlərdən miras qalmış əmlaklara vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün Bakı şəhəri 28 saylı notariat ofisinə və ünvan 11 müraciət etmişlər, lakin Cavabdeh1 N.Əhmədovun xx.xx.1977-ci il tarixdə X17 ilə bağlanılmış nikahın pozulması barədə akt qeydi aşkar edilməməsini əsas tutaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdeh 46 saylı Notariat X2 miras qalmış ünvan 1 ünvandakı mənzilə, cavabdeh 28 saylı Notariat X3 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsi, ev 32 ünvandakı mənzilə dair qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsinin həvalə edilməsini, ünvan 1 ünvandakı və ünvan 6 vərəsələr arasında (onunla cavabdeh X24 arasında) bərabər paylara bölünməsini, həmin paylara hüquqların tanınmasını, mübahisə predmeti olan miras əmlakların açıq hərracdan satılmasını, əldə olunan pul vəsaitinin vərəsələr arasında bərabər paylara bölünməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə xx.xx.2024-cü il tarixdə vəfat etmiş X20 xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 17A saylı mənzilinə vərəsəlik hüququnun bərabər paylarla tanınması hissəsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə müəyyən edilmişdir ki, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyada vərəsəlik hüququ mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi müəyyən edildiyindən mülkiyyət və vərəsəlik hüquqları eyni maddədə konstitusiya təminatı altına alınmışdır. Konstitusiyanın qeyd olunan norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat vermişdir. Çünki vərəsəlik hüququna təminat bir tərəfdən miras qoymağı, eləcə də vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Nəzərə alınmalıdır ki, qanun üzrə vərəsəlik məcburilik əlamətinə malik olmadığından miras qoyan vəsiyyətnamə vasitəsi ilə qanun üzrə vərəsələrini (birinci növbə vərəsələr istisna olmaqla) vərəsəlikdən tam və ya qismən kənarlaşdırmaq səlahiyyətinə malikdir. Belə ki, vərəsəlik hüququnun mühüm elementlərindən biri vəsiyyət azadlığıdır. Vəsiyyət azadlığı vasitəsilə miras qoyana mülkiyyəti üzərində sərəncam vermək hüququndan irəli gələrək, vərəsəliyi öz sağlığında şəxsi istəyinə uyğun olaraq tənzimləmək imkanı verilir. Bu azadlığın təminatını müəyyən edən Mülki Məcəllənin 1166-cı maddəsində göstərilmişdir ki, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1176.1-ci maddəsinə görə isə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Lakin qeyd olunmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq xarakter daşımır və mülkiyyət hüququ kimi sosial ədalət baxımından qanunvericiliklə müəyyən edilən hədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən vəsiyyət etmək azadlığı mirasda məcburi pay institutu ilə məhdudlaşdırılmışdır. Yuxarıda qeyd edildiyi kimi, miras qoyan X7 əmlakına dair övladı Cavabdeh3 vəsiyyətnamə vermişdir. Belə olan halda həmin miras əmlak üzərində vərəsələrin bərabər paylarla vərəsəlik hüququ müəyyən edilə bilməz. Vəsiyyət üzrə vərəsə olduğu təqdirdə qanun üzrə vərəsənin miras əmlakda yalnız məcburi payı olur. Belə ki, Mülki Məcəllənin mirasda məcburi payın anlayışını müəyyən edən 1193-cü maddəsinə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məcburi pay institutunun hüquqi mahiyyəti və təyinatı ilə bağlı hüquqi mövqelərini ifadə edərkən bu institutun məhz ailənin qorunması prinsipi ilə bağlı olduğunu qeyd etmişdir. Vəsiyyət azadlığını məhdudlaşdıran mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir. Mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 19 fevral tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının atasından qalan miras əmlaka bərabər paylarla vərəsəlik hüququnun tanınması barədə tələbi əsassızdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, miras qoyan iddiaçının atası 2024-cü ildə vəfat etdiyindən bu münasibətə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 dekabr tarixli Qərarında formalaşan hüquqi mövqe nəzərə alınmaqla qiymət verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 dekabr tarixli Qərarı ilə isə Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin Qərarda göstərilmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında ifadə etdiyi mövqelər mirasda məcburi pay hüququna da şamil olunmalı və belə payın qəbulu hər hansı xüsusi qəbul müddətinə tabe olmamalıdır. Məcburi pay sahibi vərəsələrin onlara çatası payı digər vərəsələrdən tələb etməsinə iddia müddətinin şamil edilib-edilməməsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi və bərpası üçün müddət iddia müddəti sayılır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Qərarında formalaşan hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, vərəsənin miras əmlakı faktiki qəbul edib-etməməsindən asılı olmayaraq onun miras əmlakdakı payından imtina etmədiyi təqdirdə notariat ofisi həmin vərəsənin payını açıq saxlamalı, vərəsə müraciət etdiyi zaman isə açıq saxladığı hissə üzrə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Yəni 2023-cü ilin dekabr ayından sonra yaranan vərəsəlik münasibətlərinə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında formalaşan hüquqi mövqe şamil edildiyindən, iddiaçının 2024-cü ildə vəfat etmiş atasından qalan miras əmlaka vərəsəlik hüququnun məhkəmə qaydasında tanınması barədə tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə iddiaçının 2022-ci ildə vəfat etmiş anasından qalan miras əmlaka vərəsəlik hüququnun tanınması ilə bağlı tələbi üzrə aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarında da göstərmişdir ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda isə notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı, mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat ofisinin vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarı). Mülki Məcəllənin 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qaydasında iddiaçının anasından qalmış miras əmlakın bölüşdürülməsi tərəflər arasında olan mübahisəni əsas götürərək notariat orqanının bundan imtinası olduğu təqdirdə mümkündür. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, notariat orqanı miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsası kimi vərəsələr arasında ixtilafın olmasına deyil, miras qoyanın 2 nikahının mövcud olması ilə bağlı akt qeydinin aşkarlanmasını göstərmişdir. Beləliklə məhkəmə vərəsələr arasında anadan qalan miras əmlaka dair ixtilafın və mübahisənin olmamasını nəzərə alaraq hesab edir ki, anadan qalan miras əmlakın bölüşdürülməsi ilə bağlı tələbə məhkəmə qaydasında baxılması qanunun tələblərinə əsasən mümkün deyil və bu səbəbdən həmin hissədə də tələb təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi mübahisəli predmeti olan miras əmlakların açıq hərracdan satılması, əldə olunan pul vəsaitinin vərəsələr arasında bərabər paylara bölünməsi hissəsində də əsaslı hesab edilə bilməz. Belə ki, ilkin olaraq miras əmlaklar üzərində paylar müəyyən edildikdən sonra vərəsələr öz paylarına uyğun daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılaraq çıxarış əldə etməli və paylı mülkiyyətdə olan əmlakın bölünməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə müvafiq tədbirlər görməlidirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 220-ci maddəsində paylı mülkiyyətdə olan əmlakın bölünməsi, ondan payın ayrılması və həmin əmlakın açıq hərracdan satılması ilə bağlı tələblər (qayda) müəyyən olunmuşdur. Həmin tələblərə əsasən yalnız əmlakın paylı mülkiyyətçisi ümumi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-220.5-ci maddələrinə əsasən əmlakın mülkiyyətçisi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, həmin əmlakın naturada ayrılması mümkün olmasın, habelə həmin əmlakdan öz payının əvəzinə paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən kompensasiya ödənilməsindən imtina olunsun. Yalnız bu tələblər ödənildikdən sonra paylı mülkiyyətin mülkiyyətçisi əmlakın açıq hərrac yolu ilə satılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014cü il tarixli qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında formalaşan hüquqi mövqeyindən də göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Yəni ümumi əmlakdan payın naturada ayrılmasının mümkün olmaması müəyyən edildikdən sonra paylı mülkiyyətçi yalnız bundan sonra payına uyğun olaraq digər mülkiyyətçidən ona kompensasiya ödənilməsini tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri tərəfindən kompensasiya ödənilməsindən imtina olunarsa, bu halda paylı mülkiyyətçi həmin əmlakın açıq hərracdan satılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli miras əmlakdakı payları müəyyən edilib həmin əmlaklar üzərində daşınmaz əmlakın dövlət reyestrində tərəflərin adına müvafiq qeydiyyat aparılmadan və qanunun yuxarıda qeyd edilən prosedur qaydalarına riayət edilmədən əmlakın hərracdan satılması mümkünsüz olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması müəyyən olunmadığından, həmin tələblər əsassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri - 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…

QƏT ETDİ:

İddiaçı cavabdehlər Ələkbərova (Əhmədova) Ülviyə Nazim qızına, ünvan 11 və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı cavabdeh 46 saylı Notariat X2 miras qalmış ünvan 1 ünvandakı mənzilə, cavabdeh 28 saylı Notariat X3 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsi, ev 32 ünvandakı mənzilə dair qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsinin həvalə edilməsi, ünvan 1 ünvandakı və ünvan 6 vərəsələr arasında (onunla cavabdeh X24 arasında) bərabər paylara bölünməsi, həmin paylara hüquqların tanınması, mübahisə predmeti olan miras əmlakların açıq hərracdan satılması, əldə olunan pul vəsaitinin vərəsələr arasında bərabər paylara bölünməsi barədə iddia tələbləri təmin edilməməlidir. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar