Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-414/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi X3 iştirakları ilə, İddiaçı – Cavabdehnə qarşı «pul məbləğinin silinməsi və s.» tələbinə ilkin iddia üzrə, eyni zamanda iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdehnə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərqaz” İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilində quraşdırılmış qaz sayğacından əlavə tutulmaların dayandırılıması, tətbiq edilən qeyri-qanuni maliyyə-pul sanksiyaların ləğv edilməsi, hesablanmış 1790 (min dörd yüz doxsan) manat məbləğində pul vəsaitinin silinməsi, hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2020-ci il tarixli və ******* saylı, xx.xx.2021-ci il tarixli aktların etibarsız hesab edilməsi və onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır, həmin mənzil onun faktiki mülkiyyətindədir. Ailələri az təminatlı ailə olmaqla, maddi rifahları olduqca aşağıdır. Övladları heç bir yerdə çalışmır, özü isə müəllimə işləyir, ailənin bütün maddi tələbatlarını tək qadın olaraq o, ödəyir. Məlumat üçün bildirir ki, xx.xx.2021-ci il tarixində yuxarıda qeyd etdiyi mənzilinə quraşdırılmış qaz sayğacına dair qaz kartına pul yükləmiş və sonradan elə həmin gün həmin pul məbləğini sözügedən qaz kartı vasitəsi ilə sayğaca köçürmək istəyərkən ödəniş etdiyi məbləğin sayğaca tən yarısının yükləndiyini görmüşdür. Bununla bağlı olaraq, Cavabdeh “185” qaynar xətti ilə əlaqə yaradaraq mövcud problemi onların nəzərinə çatdırmışdır. Cavabdehin məsul vəzifəli əməkdaşı tərəfindən isə ona barəsində 2 müxtəlif tarixli aktların tərtib edildiyini, buna görə də cərimə olunduğunu bildirmişlər. Həmin quruma müraciət etdikdə ona sayğacdan kənar qaz xəttinin aşkar edildiyini və bunun nəticəsi olaraq da, onun 1790 (min yeddi yüz doxsan) manat məbləğində cərimə olunduğunu bildirmişlər. Bundan sonra, ******* saylı, xx.xx.2020-ci il tarixli və ******* saylı, xx.xx.2021-ci il tarixli Aktların surətlərini ona vermişlər. O, isə öz növbəsində buna yazılı şəkildə etiraz edərək, Cavabdeh Bakı X6 Departamentinə ərizə ilə yaranmış mövcud problemin həlli ilə bağlı müraciət etmişdir. Lakin qanuni müraciətlərinə cavab ala bilməmişdir. Bu səbəbdən də, pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun yuxarıda qeyd edilən ünvan 1 ünvanında yerləşən mənzilində hər hansı bir sayğacdan kənar qaz xətti mövcud deyildir. Belə ki, qaz paylayıcı tərəfindən sonuncu sayğaclaşma zamanı yeni qaz xətləri çəkilmiş, köhnə qaz xətləri isə istifadəsiz olaraq qalmışdır. Bir sıra qonşuların yeni qaz xətləri çəkildikdən sonra mənzilindəki istifadəsiz köhnə qaz borularını çıxararaq, həmin boruların mənzilin daxilindən keçən hissələrini təmir etmişlər. Onun isə maddi rifahım pis olduğu üçün həmin köhnə və istifadəsiz qısa qaz borusunu mənzilindən çıxarmamışdır. Çünki bunun üçün təmir və usta pulu olmaqla müəyyən məbləğdə pul vəsaitinə ehtiyac vardır ki, buna da onun maddi rifahı yetmir. Eyni zamanda Cavabdeh – İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə vurulmuş 1745,20 (bir min yeddi yüz qırx beş manat 20 qəpik) manat məbləğində zərərin və 37,46 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 1782,66 (bir min yeddi yüz səksən iki manat 66 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə abonent İddiaçı arasında xx.xx.2017-ci il tarixli, AK-2/25015 nömrəli, daha sonra xx.xx.2021-ci il tarixində AKX-03604xx/xx-2021 nömrəli «Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nin Bakı X6 Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xətti üzərində isə Smart G-4 İtron Diafraqma markalı 1702AZ**********70 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifa qaydalarının tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayan şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xətti qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və fakt Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasmda 360 manat və xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1490,40 manat olmaqla, cəmi 1850,40 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Hesablanmış həmin 1850,40 manat məbləğində zərərdən cavabdeh tərəfindən 105,20 manat məbləğində ödəniş edilmişdir. Beləliklə həmin zərərdən 1745,20 manat məbləğində zərər ödənilməmiş qalmışdır. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 1745,20 (bir min yeddi yüz qırx beş manat iyirmi qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətlə nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həya keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi X5 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin olunması, ilkin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, AK-2/25015 nömrəli müqavilədən görünür ki, Cavabdeh İB ilə İddiaçı arasında “qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış, abonentə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edilmiş, qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, АКХ-03604xx/xx-2021 nömrəli müqavilədən görünür ki, Cavabdeh İB ilə İddiaçı arasında “qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə yenidən müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* nömrəli təbii X4nın pozulması haqqında Aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə halı aşkar olunmuşdur. Aktda tələb olaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş dəymiş ziyanın ödənilməsinə dair xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanda “X4”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və 3600 kubmetr itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. İş materiallarına əlavə olunmuş Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli təbii X4nın pozulması haqqında Aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbbi qazdan istifadə halı aşkar olunmuşdur. Aktda tələb olaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş dəymiş ziyanın ödənilməsinə dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanda “X4”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və 14904 kubmetr itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. İş materiallarına əlavə olunmuş Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********00000 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı 2022-ci il üçün qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 1745,2 manat borc hesablanmışdır. Məhkəmə iddia tələblərinin mahiyyətini nəzərə alaraq ilk öncə qarşılıqlı iddia tələbinə münasibət bildirilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB iddia edir ki, istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında “X4”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və nəticədə Cavabdeh İB-yə maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən də görünür ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə mübahisə ilə bağlı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış “Smart-G4” markalı, 1702AZ**********70 nömrəli qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinin qoşulub-qoşulmadığını müəyyən etmək üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1888 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Belə olan halda qarşılıqlı iddia üzrə iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi təbii X4nın pozulması haqqında Aktları mötəbər sübut kimi qəbul etmir. Belə ki, iddiaçı tərəf sayğacdan kənar xətdən istifadə edilməsi halını təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Aktlardır ki, həmin Aktlar iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş, cavabdeh tərəfindən imzalanmamışdır. Bundan başqa təqdim edilən fotoşəkil də sayğacdan kənar xətdən istifadə edilməsi halının təsdiq edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilmir. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanda “X4”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması və nəticədə Cavabdeh İB-yə maddi zərər vurulması ilə bağlı iddia tələbini əsaslandırdığı halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı da belə halların mövcudluğu öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh – İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanda “X4”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması və nəticədə Cavabdeh İB-yə maddi zərər vurulması öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, istehlakçıya itirilmiş qazın bərpasının dəymiş ziyan kimi hesablanması əsassızdır. Məhkəmə qeyd edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “X4”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı məxsus ünvan 1 ünvanda qaz sayğacından kənar təbii qazdan istifadə olunması öz təsdiqi tapmadığından, həmçinin onun təqsiri sübut olunmadığından qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qaz itkisinə görə hesablanmış pulun ilkin iddia üzrə iddiaçıdan tələb edilməsi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmçinin məhkəmə qeyd edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********00000 nömrəli abonent koduna hesablanmış 1790 (bir min dörd yüz doxsan) manat borcun silinməsini tələb etsə də, araşdırma zamanı Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********00000 nömrəli abonentin saldosuna əsasən itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 1745,2 (bir min yeddi yüz qırx beş manat iyirmi qəpik) borcun qaldığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı tərəfindən cəmi 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdehdən tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh İB-yə aid edilməli, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə mühəndis-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, ünvan 1 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 1745,2 (bir min yeddi yüz qırx beş manat iyirmi qəpik) manat ilkin iddia üzrə İddiaçı - abonent kodu **********00000 saylı abunə hesabından silinməli, dövlət rüsumunun 30 (otuz) manat hissəsi ilkin iddia üzrə Cavabdehndən alınaraq İddiaçı ödənilməli, ilkin iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh İB-yə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 1745,2 (bir min yeddi yüz qırx beş manat iyirmi qəpik) manat ilkin iddia üzrə İddiaçı - abonent kodu **********00000 saylı abunə hesabından silinsin. Dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdehndən alınaraq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə mühəndis-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-414/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-414/2022
14.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver