Məhkəmə qərarları › İş №2(009)-420/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-420/2020

07.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-420/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kommunal xidmətlərdən istifadəyə görə qanunsuz ödəmə tələbinin dayandırılması və s.” tələbinədair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “kommunal xidmətlərdən istifadəyə görə qanunsuz ödəmə tələbinin dayandırılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 22, mənzil 68, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 126/64, mənzil 17, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68, mənzil 65 və Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 24, mənzil 34 ünvanlarında su verilməsinə qoyulan məhdudiyyətin ləğv edilməsi, həmin ünvanlarda əsassız və qanunsuz ödəmə tələblərinin dayandırılması və qanunla tələb olunan qaydada su istifadə pulunun ödədikləri ilə birgə evlərdə qeydiyyatda olmayan şəxslərin Cavabdeh ASC-nin kompüter qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 22, mənzil 68, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 126/64, mənzil 17, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68, mənzil 65 və Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 24, mənzil 34 ünvanlarında 15 ildən artıqdır ki, heç kim qeydiyyatda olmadığı və yaşamadığı halda Cavabdeh ASC tərəfindən əsassız və qanunsuz olaraq hər mənzildə iki və daha çox qeydiyyatı olmayan naməlum şəxslərin adlarını qeyd etməklə və su sayğaclarını həmin mənzillərdə qeydiyyatda olmayan şəxslərin adına sənədləşdirməklə sudan istifadəyə görə borc yazmışlar. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 22, mənzil 68 ünvanından qeyri vətəndaşların qeydiyyatdan çıxarılması, quraşdırılmış nasaz sayğacın çıxarılması, su xəttinin bərpa olunması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq su pulunun adambaşına tələb olunmasını, borcun silinməsi, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68, mənzil 65 ünvanına dair su xəttinin bərpa olunması, həmin ünvanda adları qeydiyyatda olan vətəndaşların adlarının çıxarılması, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 126/64, mənzil 17 ünvanında yaşamayan vətəndaşların adları çıxarılması, onların adlarına alınmış su pulunun gələcəkdə yaranacaq borclarla əvəzləşdirilməsi, hər üç ünvanda abonent kimi onun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 68 saylı evin, 65 saylı mənzili və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 126/64 saylı evin, 17 saylı mənzili Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətindədir. Qeyd edilən mənzillər iddiaçının mülkiyyətində olmasına baxmayaraq cavabeh təşkilat Cavabdeh ASC iddiaçı ilə sudan istifadəyə dair müqavilə bağlamaqdan imtina etmiş, lakin məhkəmə araşdırması müddətində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 68 saylı evin, 65 saylı mənzili və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 126/64 saylı mənzillər üzrə müqavilə bağlanmışdır. Həmçinin qeyd etmişdir ki, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22 mənzil 68 ünvanında qeydiyyatda heç kimin olmamasına və su sayğacının nasaz olmasına, yenisinin isə quraşdırılmamasına, su xəttinin qoşulmamasına baxmayaraq həmin mənzilə dair 991,27 manat borc yaranmışdır. Göstərilənlərə əsasən iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 230565 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin, 68 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Səbail RMKTB-nin 9 saylı MKİS tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 34 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 22 saylı evin 68 mənzilinin sahibidir və mənzildə qeydiyyatda heç kimi yoxdur. İş materiallarına əlavə edilmiş hesab fakturadan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22 mənzil 68 ünvanına dair xx.xx.2019-cu il tarixə 988,27 manat borcun olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli abonent (Cavabdeh ASC ilə abonent Azadəli Vəliyev arasında xx.xx.2000-ci il tarixli 13118057 nömrəli müqavilə bağlanmış) kartından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22 mənzil 68 ünvanına dair sayğac vasitəsilə hesablanmaqla 2015-2019-cu illər üçün sudan istifadəyə görə 991,27 manat məbləğində borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 155479 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 68 saylı evin, 65 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 254234 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 126/64 saylı evin, 17 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş abonent kartından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68 mənzil 65 ünvanına dair Cavabdeh ASC ilə abonent Azadəli Vəliyev arasında xx.xx.1997-ci il tarixli12978931 nömrəli müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Səbail RMKTB-nin 5 saylı MKİS tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 30 nömrəli arayışdan görünür ki, X1 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68 mənzil 65 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “Nəsimi-22” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 126/64 saylı evin, 17 saylı mənzili İddiaçı adına olmaqla, həmin mənzildə qeydiyyatda olan və yaşayan yoxdur. İş materiallarına əlavə edilmiş “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna olan fiziki şəxslərlə bağlanan xx xxxxxx 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68 mənzil 65 ünvanına dair abonent kodu **********650 olan müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna olan fiziki şəxslərlə bağlanan xx xxxxxx 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, S.Rəhimov küçəsi, ev 126, mənzil 17 ünvanına dair abonent kodu **********170 olan müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 230565 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin, 68 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Həmçinin Səbail RMKTB-nin 9 saylı MKİS tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 34 nömrəli arayışa əsasən müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 22 saylı evin 68 mənzilinin sahibidir və mənzildə qeydiyyatda heç kimi yoxdur. Abonent kartı ilə müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22 mənzil 68 ünvanına dair Cavabdeh ASC ilə abonent Azadəli Vəliyev arasında xx.xx.2000-ci il tarixli 13118057 nömrəli müqavilə bağlanmış və 2015-2019-cu il üçün sudan istifadəyə görə 991,27 manat məbləğində borc hesablanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh ASC ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68 mənzil 65 ünvanına dair abonent kodu **********650 olan “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna olan fiziki şəxslərlə bağlanan xx xxxxxx 2020-ci il tarixli müqavilə və Cavabdeh ASC ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, S.Rəhimov küçəsi, ev 126, mənzil 17 ünvanına dair abonent kodu **********170 olan “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna olan fiziki şəxslərlə bağlanan xx xxxxxx 2020-ci il tarixli müqavilə bağlanmışdır. Məhkəmə qeyd edir ki, «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 30-cu maddəsinin birinci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 31-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir; “Sudan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli Qərarının: 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. 8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. 8.5-ci bəndinə əsasən su ilə təchiz edilmiş obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişdirilməsi suyun verilməsinin dayandırılması üçün əsas deyildir. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 230565 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin, 68 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 22 saylı evin 68 mənzilinin sahibidir və mənzildə qeydiyyatda heç kimi yoxdur. Buna baxmayaraq, (abonent kartı ilə müəyyən edilir ki, abonent kimi Azadəli Vəliyev saxlanılmışdır) Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22 mənzil 68 ünvanına dair Cavabdeh ASC ilə iddiaçı arasında müvafiq müqavilə bağlanmamış, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22 mənzil 68 ünvanına dair 2015-2019-cu il üçün sudan istifadəyə görə 991,27 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qanunvericiliyin tələblərini, eləcə də Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin, 68 saylı mənzilin xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmasını, buna baxmayaraq, (abonent kartı ilə müəyyən edilir ki, abonent kimi Azadəli Vəliyev saxlanılmaqla) Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22 mənzil 68 ünvanına dair Cavabdeh ASC ilə iddiaçı arasında müvafiq müqavilə bağlanmamasını, həmçinin abonent kartından da göründüyü kimi həmin ünvanda sudan istifadənin suölçən cihazla (sayğacla) ölçülməsini nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin, 68 saylı mənzilinə dair 2015- 2019-cu illərdə hər il ərzində sudan istifadəyə görə hesablanmış borcları müqayisə edərək, 2019-cu ilin sonuna sudan istifadəyə görə 991,27 manat məbləğində borcun hesablanmasını əsassız hesab edir. Məhkəmə vurğulayır ki, qanunvericiliyin tələbinə görə, istehlakçının suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Məhkəmə qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin, 68 saylı mənzil üzrə X2 (Cavabdeh ASC ilə iddiaçı arasında sudan istifadəyə dair müvafiq müqavilə bağlanmaqla) Cavabdeh ASC tərəfindən abonent kimi qeydə alınmalı, quraşdırılmış nasaz su ölçən cihaz (sayğac) su təchizatı müəssisəsinin, yəni cavabdehin hesabına dəyişdirilməli, suyun verilməsi (su xətti) bərpa edilməli və əsassız olaraq hesablanmış borc silinməlidir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, məhkəmə araşdırması müddətində iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68, mənzil 65 ünvanına dair və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 126/64, mənzil 17 ünvanına dair müvafiq müqavilələr bağlanmış, hazırda abonent kimi qeyd edilmək və ya borcun silinməsinə dair mübahisə qalmamışdır. Məhkəməiddia tələblərinin “Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68, mənzil 65 və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 126/64, mənzil 17 ünvanlarda yerləşən mənzillərə” aid hissələrdə təminedilməsinimümkünsaymır. Beləki, işinaraşdırılmışhallarıiləmüəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında hazırda müvafiq müqavilə bağlanmış və onun adına abonent kodu verilmişdir. Beləolanhaldaartıqolmayanmübahisəüzrəverilmiş və hüquqi əsası olmayan iddia tələbləri əsaslı sayıla və təmin edilə bilməz. Bununla yanaşı, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə yuxarıda qeyd edilən iki mənzil üzrə müqavilələrin bağlanması üçün əvvəlki mülkiyyətçinin əvəzinə ödədiyi məbləğlərin gələcəkdə ondan sudan istifadəyə görə tutulmalı olan məbləğə hesablanmasını xahiş edir. Məhkəmə iddia tələblərinin “Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68, mənzil 65 və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 126/64, mənzil 17 ünvanlarda yerləşən mənzillərə görə alınmış su pulunun gələcəkdə yaranacaq borclarla əvəzləşdirilməsinə” aid hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı qeyd edilən tələbini kifayət qədər əsaslandıra bilməmiş və bu tələbləri ilə bağlı hər hansı bir tutarlı sübut növü də məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.5-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 25 (iyirmi beş) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin, 68 saylı mənzil üzrə X2 (Cavabdeh ASC ilə iddiaçı arasında sudan istifadəyə dair müvafiq müqavilə bağlanmaqla) Cavabdeh ASC tərəfindən abonent kimi qeydə alınmalı, quraşdırılmış nasaz su ölçən cihaz (sayğac) su təchizatı müəssisəsinin –cavabdehin hesabına dəyişdirilməli, suyun verilməsi (su xətti) bərpa edilməli, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 11 saylı evin 68 saylı mənzilinə dair hesablanmış 991,27 manat borc - abonent kodu **********680 saylı abunə hesabından silinməli, iddia tələbləri qalan hissələrdə təmin edilməməli, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 25 (iyirmi beş) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəh-bər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin, 68 saylı mənzil üzrə X2 (Cavabdeh ASC ilə iddiaçı arasında sudan istifadəyə dair müvafiq müqavilə bağlanmaqla) Cavabdeh ASC tərəfindən abonent kimi qeydə alınsın, quraşdırılmış nasaz su ölçən cihaz (sayğac) su təchizatı müəssisəsinin– cavabdehin hesabına dəyişdirilsin, suyun verilməsi (su xətti) bərpa edilsin. Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 11 saylı evin 68 saylı mənzilinə dair hesablanmış 991,27 manat borc - abonent kodu **********680 saylı abunə hesabından silinsin. 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. İddia tələbləri qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar