Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-434/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oqtay oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı üçüncü şəxs qismində Cavabdeh2 işə cəlb etməklə Cavabdeh1 MMC-yə qarşı müqavilə şərtlərinə uyğun olaraq mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı üçüncü şəxs qismində Cavabdeh2 işə cəlb etməklə Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi ev 76, mənzil 34 saylı ünvanda yerləşən 36.7 kv.metr mənzillə bağlı bağlanmış 21 fevral 2018-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, müqavilənin 1-ci, 2-ci, 3-cü və 4-cü maddələrində qeyd edilmiş öhdəliklərin tam icra olunması, yaşayış üçün zəruri olan bütün şəraitlərin yaradılması, 01.03.2020-ci il tarixindən qətanmə çıxarılanadək hər ay 300 mant kirayə haqqının, ona dəymiş ziyan olaraq 183500 manat (36.7 kv.m x 5000 manat) əldən çıxmış gəlirin, 100.000 mənəvi ziyanın və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 21 fevral 2018-ci il tarixində Cavabdeh1 MMC ilə onun arasında köçürülməyi və yeni mənzillə təmin edilməyi haqqında müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Bakı şəhəri, Səbail rayonu, İcra Hakimiyyətinin 117 nömrəli 26 avaqust 2016-cı il tarixli sərəncamı əsasında və Azərbaycan Respublikası Fövqələda Hallar Nazirliyi Tikintidə X2 Agentiyinin 25 may 2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 76 ünvanının istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirməli idi. Bu əsasla onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi ev 76, mənzil 34 ünvanınında yerləşən, ümumi sahəsi 36.7 kv.metr olan 34 saylı mənzili yeni kompleksin tikintisi məqsədi ilə MMC-yə təhvil verib. MMC isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümümi sahəsindən az olmamaq şərti ilə təmirli mənzili ona təhvil verməlidir. Onunla MMC arasında bağlanmış müqavilənin 3-cü maddəsinə əsasən kirayə xərclərinin kompensasiyası nəzərdə tutulmuşdur. Müqavilənin 3.3.1-ci maddəsinə əsasən kirayə xərclərinin kompensasiyası məbləği 1 (bir) aylıq 342 manat müəyyən edilir. Həmin məbləğdən 14% vergi-42 manat vergiyə, qalan 300 manat mülkiyyətçiyə, yəni ona ödənməli idi. Müqavilənin 4-cü maddəsində yeni mənzilin mülkiyyətçiyə təhvil verilməsi qaydaları müəyyən edilmişdir. Müqavilənin 4.2-ci maddəsinə əsasən MMC yeni mənzili 24-36 ay müddətinə tam təmirli təhvil verməli idi. Müqavilənin bitməsinə iki ay qalmasına baxmayaraq, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 76 ünvanında daş üstə daş qoyulmamışdır. MMC 21 fevral 2018-ci il tarixli müqavilənin şərtlərinə əməl etmir. Belə ki, 24-36 ay ərzində tikilib təhvil verməli olduğu bina Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 76 ünavanında tikinti işləri aparılmır. Ona təklif olunan digər mənzil isə başqa binadadır və təklif olunan kvadrat onun mülkündən kiçik kvadratdadır. Həmçinin ona verilən kirayə haqqı 2020-ci ilin mart ayından dayandırılmış, dəfələrlə tələb etməyinə baxmayaraq hər dəfə müəyyən bəhanələrlə ödənişi etməkdən imtina edirlər. “Cəmiyyətlə” aralarında olan mübahislər onun ailəsinin psixi vəziyətinə ciddi təsir göstərmişdir. Dəfələrlə “Cəmiyyətə”lə mübahisələrədən sonra həkim müalicəsi almaq məcburiyyətində qalmışdır. “Cəmiyyət” müqavilədən irəli gələn öhdəlikləri icra etmir və icra etməkdən boyun qaçırır. O və ailəsi hazırda son dərəcə çətin vəziyyətdədir və kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır. Bu özbaşınalığın qarşısını almaq məqsədi ilə aidiyyəti orqanlara müraciət etməyi də cavabsız qalmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 07.09.2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ümumi sahəsi 36.7 kv.m, yaşayış sahəsi 25.7 kv.m olan 2 otaqlı mənzilin ona təhvil verilməsi və 2020-ci ilin 01 mart ayından bu günə qədər cavabdehin ödəmədiyi kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, onun ünvan 2 ünvanında 2 otaqlı ümumi sahəsi 36.7 kvm olan xüsusi mülkü olub, Cavabdeh1 MMC onun köhnə evinin yerini alaraq, orada yeni tikilən evdən ona eyni sahəli təmirli mənzil verilməsi barədə onunla 21.02.2018-ci il tarixli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh başqa yerdə kirayədə yaşadığına görə ona hər ay 300 manat vermək öhdəliyini öz üzərinə götürmüşdür, lakin cavabdeh üzərinə götürülən öhdəliyi yerinə yetirməyərək ona müqavilədə nəzərdə tutulduğundan 1,5 kv.m az mənzil vermək istəyir, lakin həmin mənzilə baxmış və orada olan şərait onu qane etmir, həm də mənzilin sahəsi azdır. Onun əvvəlki mənzilində bütün şəraiti var idi, lakin ona təklif olunan mənzildə yaşamaq üçün heç bir şərait yoxdur. Həmçinin o, mənzili qəbul etmədiyinə görə cavabdeh 01.03.2020-ci ildən ona kirayə haqqı ödəməyi dayandırmışdır. Ona görə də, onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ümumi sahəsi 36.7 kv.m, yaşayış sahəsi 25.7 kv.m olan 2 otaqlı mənzilin ona təhvil verilməsi və 2020-ci ilin 01 mart ayından bu günə qədər cavabdehin ödəmədiyi kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmiyərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli müvafiq qərarına əsasən, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması məqsədilə "Hermes-S” MMC Cavabdeh2 sərəncamı əsasında və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin 25.05.2016cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 76, mənzil 34 ünvanında Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 72- 74-76-76a ünvanlarında 1-4 mərtəbəli yaşayış binalarının söküntüsü həyata keçirilməli və həmin binalarda yaşayan sakinlər iki-üç il müddətində tikintisi başa çatdırılmalı olan binalarda mənzillərlə təmin edilməlidir. Həmin qərarın icrası ilə əlaqədar, bir sıra mülkiyyətçilərlə razılıq əldə olunmuş, müvafiq müqavilələr bağlanmışdır. Eyni zamanda İddiaçı İsgəndər qızı ilə mülkiyyətçisi olduğu Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 76, mənzil 34 ünvanında yerləşən istismar müddəti ötmüş mənzilin söküntüsünün və bu sahədə yaşayış binasının tikintisinin həyata keçirilməsi ilə bağlı “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” 21.02.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə cavabdeh həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsindən az olmamaq şərti ilə təmirli mənzil mülkiyyətçiyə təhvil verəcək. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən Cəmiyyət mülkiyyətçinin, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin müvəqqəti yaşayış sahəsində yaşaması üçün mülkiyyətçinin kirayə xərclərinin kompensasiyası kimi 1 aylıq kirayə xərcinin məbləğini 342 manat müəyyən edilir, həmin məbləğdən 14 faiz - 42 manat vergi çıxılmaqla, qalan 300 manat mülkiyyətçiyə verilir. Müqavilənin şərtlərinə görə, kirayə xərclərinin ödənilməsi ayda bir dəfə, həmin ay başa çatanadək nağd və ya köçürmə yolu ilə kirayə xərclərinin kompensasiya məbləği yeni mənzil sakinə təhvil verilənə qədər davam edəcəkdir. Layihələndirilən bina artıq tikilmiş, istismara təhvil verilmişdir. Lakin iddiaçılar yeni tikilən binada mənzili təhvil almaq istəmirlər, müqavilədə nəzərdə tutulmayan şərtlər irəli sürərək, əlavə qazanc əldə etmək istəyirlər. Halbuki ilk iddia ərizəsində qeyd edildiyi kimi, yeni bina istismara verilənədək Cəmiyyət tərəfindən kirayə haqqı hər ay vaxtıvaxtında mülkiyyətçinin müqavilədə nəzərdə tutulan bank hesabına köçürülmüşdür. Beləliklə, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə Cəmiyyət tərəfindən tam əməl edilmişdir. Müqavilənin 2.1.1-ci maddəsinə görə mövcud mənzilin ünvanı Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 76, 34 saylı mənzildir. Mənzilin çıxarışda qeyd edilən sahəsi 36,7 kv.m təşkil edir. Müqavilənin 4.1-ci bəndinə görə yeni mənzilin ümumi sahəsi təhvil götürülən mənzilin sahəsindən az olmamalıdır. Göründüyü kimi, iddiaçıya məxsus olmuş mənzilin ümumi sahəsi 36,7 kv.m olmuş, Cəmiyyət tərəfindən iddiaçıya müqavilənin 1-ci və 4.1.1-ci bəndlərinin tələblərinə uyğun olaraq mənzil təklif etmişdir. Lakin iddiaçı müqavilədə nəzərdə tutulmadığı halda, MTK-dan daha böyük sahəli mənzil tələb edir. Halbuki müqavilənin 1-ci bəndində aydın şəkildə Cəmiyyətin həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra veriləcək mənzilin ümumi sahəsi təhvil götürülən mənzilin sahəsindən az olmamalıdır. Beləliklə, bu halda da Cəmiyyət müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmişdir. Əksinə, iddiaçı aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, mənzil istismara hazır olduğu halda, mənzili təhvil almamış, müqavilədə nəzərdə tutulmayan şərtlər irəli sürərək, üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Kirayə kompensasiyasının ödənilməsi müddəti yeni mənzilin iddiaçıya təhvil verilənə qədər davam edəcəyi müqavilədə açıq aydın qeyd edilmişdir və “Hermes-s“ MTK mənzil hazır olduqdan sonra iddiaçıya təklif etsə də, vətəndaş Əhmədova mənzili qəbul etməkdən imtina etmişdir. Bundan sonra vətəndaş Əhmədovaya dəfələrlə yazılı və şifahi müraciət edilsə də, müsbət cavab alınmamışdır. Bu səbəbdən də kirayə kompensasiyasının ödənilməsi haqlı olaraq dayandırılmışdır. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin 20.08.2016cı il tarixli məktubundan da göründüyü ki, Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarını rəhbər tutaraq Səbail rayonu İcra Hakimiyyətinin Başçısının verdiyi 26.02.2016-cı il tarixli, 117 nömrəli sərəncamnda göstərilən ünvan 6 ünvanında yerləşən, istismar müddəti ötmüş 1-4 mərtəbəli yaşayış binalarının yerində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış kompleksinə Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi 133 ünvanı verilmişdir. Başqa sözlə, ünvan 7 ünvanında yerləşən, istismar müddəti ötmüş 1-4 mərtəbəli yaşayış binaları sökülmüş, həmin ünvanlar birləşdirilərək, ünvan 8 ünvanda da Cəmiyyət tərəfindən yaşayış kompleksi tikilmişdir, iddiaçıya da həmin ünvanlarda yaşayan sakinlər kimi, tikilimiş yaşayış kompleksində yeni mənzil təklif edilmişdir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən halların heç biri iddianın təmin olunması üçün əsas olmayıb, yalnız formal mülahizələrdən ibarətdir. Buna görə də, iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən ücünçü şəxs qismində Bakı şəhəri Səbail Rayon İcra Hakimiyətinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən ücünçü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 MMC-nin İddiaçı İsgəndər qızına ünvanlanmış 20/20 saylı, 10.03.2020-ci il tarixli məktubundan görünür ki, «Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilmiş 2016-cı il 25 fevral tarixli 86 saylı Qərarını rəhbər tutaraq, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısı qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və istismar müddətini bitirmiş binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ilə Cavabdeh1 MMC-yə Səbail rayonu, Bayıl qəsəbəsi, X3 küçəsi 72, 74, 76, 76a ünvanlarında çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 26 avqust 2016-cı il tarixli 117 saylı Sərəncam vermişdir. İddiaçı ilə Cavabdeh1 MMC arasında 21.02.2018-ci il tarixli əvəzləşdirmə müqaviləsi imzalanmışdır. Müqavilə qanunvericiliyin tələbləri əsasında tərtib olunmuşdur. Müqavilənin şərtlərinə əsasən Cavabdeh1 MMC-nin vəzifələri: a) Sakindən təhvil aldığı mənzilin əvəzində ümumi sahəsindən az olmamaq şərti ilə tikintisi başa çatmış, yaşayış üçün hazır olan binada yeni təmirli mənzil vermək; b) Yeni mənzil təhvil verilənə qədər kirayə xərclərinin kompensasiyasını ödəməkdən ibarətdir. İddiaçı İsgəndər qızının vəzifələri: a) Köhnə mənzili təhvil vermək, yeni mənzili təhvil almaqdan ibarətdir. Belə ki, müqavilənin ümumi müddəalar bəndində İddiaçı mənzilinin sahəsinin 36,7 kv.m.-dən ibarət olduğu və müqavilənin 4.1.1-ci bəndində isə veriləcək yeni mənzilin ümumi sahəsinin təhvil götürülən mənzilin sahəsindən az olmaması qeyd olunub. Həmçinin müqavilənin 4.2-ci bəndinə əsasən yeni mənzil layihədə nəzərdə tutulmuş vəziyyətdə və şəraitlə mülkiyyətçiyə verilməlidir və həmin mənzilin verilməsinin Akt ilə rəsmiləşdirilməsi göstərilib. Hermes-S MMC müqavilə şərtlərinə daima riayət edib və müqavilədə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir. Eyni zamanda Cavabdeh1 MMC ilə müqavilə bağlanan gündən bu günə kimi İddiaçı hər ay kirayə xərclərinin kompensasiyası ödənilir. O dəfələrlə şifahi olaraq mənzilin təmirinə başlamaq üçün akt imzalamağa ofisə dəvət edilsə də, gəlməmişdir. Ona veriləcək mənzilin mərtəbəsi və sahəsi müəyyənləşdirilib və o barədə qabaqcadan məlumat verilmişdir. Binada artıq 6 aydır ki, təmir işləri gedir. Onunla akt imzalanmadığı üçün Cavabdeh1 MMC təmirə başlaya bilmir. Ondan xahiş olunur ki, akt imzalanması üçün Bayıl qəsəbəsi Neftçi Q.Abbasov küçəsi 72,74 ünvanında yerləşən ofisə gəlməsi mütləqdir. Akt imzalanması üçün 5 (beş) iş günü ərzində onun gəlmədiyi təqdirdə, onun üçün ayrılmış mənzildə əlavə heç bir xəbərdarlıq olunmadan təmir işləri başlayacaqdır. Təmir işlərinin bitməsindən sonra ona məktub göndəriləcək ki, həmin gündən "Hermes-S MMC olaraq müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklər onlar tərəfindən tam icra edilmiş hesab olunacaqdır. Məktubu aldığı andan etibarən ona ödənilən kirayə xərclərinin kompensasiyasının ödənilməsi dayandırılacaqdır. Aprelin 1-dən ona ödəniləcək kirayə haqqı dayandırılacaqdır. İş materiallarında olan Cavabdeh1 MMC-nin İddiaçı İsgəndər qızına ünvanlanmış 90/20 saylı, 02.09.2020-ci il tarixli nömrəli məktubdan görünür ki, onunla aralarında bağlanmış 21.02.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən MMC tərəfindən yeni mənzil inşa edilib, təmir olunaraq hazır olduqda kirayə kompensasiyasının verilməsi dayandırılacaq. Ona təklif etdikləri mənzil təmir olunaraq yaşayışa hazırdır. Bildirir ki, onun köhnə mənzili çoxdan sökülmüş və sonradan sadəcə divarları inşa edilmişdir (sadəcə qara suvaq vurulmuşdur). Həmçinin yaşayış yox idi. Hazırda ona əvvəlki sahəsindən daha böyük sahəli təmirli mənzil təklif edirlər. Ondan MMC-nin ofisinə yaxınlaşaraq müqavilə şərtlərini yerinə yetirərək mənzili təhvil götürməsi xahiş olunur. İş materiallarında olan "Hermes-S” MMC ilə İddiaçı İsgəndər qızı arasından bağlanmış 21 fevral 2018-ci il tarixli Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında Müqavilədən görünür ki, Cəmiyyət Bakı şəhəri Cavabdeh2 117 nömrəli, 26 avqust 2016-cı il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin 25.05.2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 76, mənzil _ ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. “Mülkiyyətçi” mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 76, mənzil 34 ünvanında yerləşən, ümumi sahəsi 36,7 kv.m., İddiaçı İsgəndər qızı məxsus olan 34 saylı mənzili yaşayış kompleksinin tikintisi məqsədi ilə “Cəmiyyət”ə təhvil verir. “Cəmiyyət” isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsindən az olmamaq şərti ilə təmirli mənzili “Mülkiyyətçi”yə təhvil verir. Yeni mənzil həmin mənzilin layihəsinə uyğun vəziyyətdə, həmin layihə ilə nəzərdə tutulmuş şəraitdə Cəmiyyət tərəfindən Mülkiyyətçiyə təhvil verilməlidir. Yeni Mənzilin Mülkiyyətçiyə təhvil verilməsi akt ilə rəsmiləşdirilir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən 14.13.2017-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, 76 saylı evin ümumi sahəsi 36,7 kv.m. olan 34 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 Mənzil Tikinti Kooperativinə ünvanlanmış **********61 saylı, 20.08.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı Qərarını rəhbər tutaraq, Səbail rayonu İcra Hakimiyyəti Başçısının verdiyi 2016-cı il 26 avqust tarixli, 117 nömrəli sərəncamda göstərilən ünvan 7 ünvanında yerləşən, istismar müddəti ötmüş 1-4 mərtəbəli yaşayış binalarının yerində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış kompleksinə ünvan 11 ünvan nömrəsi təyin edilmişdir. İş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasının 23 iyul 2021-ci il tarixli, 10/1613 nömrəli ekspert rəyindən görünür ki, Səbail rayonu, Ziya Yusifzadə küçəi, 133 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş 60 saylı mənzilin ümumi sahəsi layihə üzrə 36,75 kv.metr təşkil edir. Faktiki vəziyyətdə götürülmüş ölçülər əsasında aparılmış hesablamalarla müəyyən olunur ki, ünvan 13 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən baxış zamanı təqdim olunmuş 60 saylı mənzilin faktiki ümumi sahəsi 36,06 kv.m təşkil edir. Mənzildə olan ayrı-ayrı tikililərin quruluşu, konfiqurasiya, yerləşmə vəziyyəti iş materiallarında olan layihə sənədinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.2-ci mad.). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilmiş 2016-cı il 25 fevral tarixli 86 saylı Qərarına əsasən Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısı qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və istismar müddətini bitirmiş binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ilə Cavabdeh1 MMC-yə Səbail rayonu, Bayıl qəsəbəsi, X3 küçəsi 72, 74, 76, 76a ünvanlarında çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 26 avqust 2016-cı il tarixli 117 saylı Sərəncam vermişdir. Həmin sərəncama əsasən Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 72-74-76-76a ünvanlarında 1-4 mərtəbəli yaşayış binalarının söküntüsü həyata keçirilməli və həmin binalarda yaşayan sakinlər iki-üç il müddətində tikintisi başa çatdırılmalı olan binalarda mənzillərlə təmin edilməlidir. Həmin qərarın icrası ilə əlaqədar İddiaçı İsgəndər qızı ilə mülkiyyətçisi olduğu Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 76, mənzil 34 ünvanında yerləşən istismar müddəti ötmüş mənzilin söküntüsünün və bu sahədə yaşayış binasının tikintisinin həyata keçirilməsi ilə bağlı “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” 21.02.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə cavabdeh həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsindən az olmamaq şərti ilə təmirli mənzil mülkiyyətçiyə təhvil verəcək. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən Cəmiyyət mülkiyyətçinin, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin müvəqqəti yaşayış sahəsində yaşaması üçün mülkiyyətçinin kirayə xərclərinin kompensasiyası kimi 1 aylıq kirayə xərcinin məbləğini 342 manat müəyyən edilir, həmin məbləğdən 14 faiz - 42 manat vergi çıxılmaqla, qalan 300 manat mülkiyyətçiyə verilir. Müqavilənin şərtlərinə görə, kirayə xərclərinin ödənilməsi ayda bir dəfə, həmin ay başa çatanadək nağd və ya köçürmə yolu ilə kirayə xərclərinin kompensasiya məbləği yeni mənzil sakinə təhvil verilənə qədər davam edəcəkdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən yeni mənzil həmin mənzilin layihəsinə uyğun vəziyyətdə, həmin layihə ilə nəzərdə tutulmuş şəraitdə Cəmiyyət tərəfindən Mülkiyyətçiyə təhvil verilməlidir. Yeni mənzilin Mülkiyyətçiyə təhvil verilməsi akt ilə rəsmiləşdirilir. Məhkəmə iclasında eləcə də müəyyən olundu ki, ünvan 7 ünvanında yerləşən, istismar müddəti ötmüş 1-4 mərtəbəli yaşayış binalarının yerində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış kompleksinə ünvan 13 ünvan nömrəsi təyin edilmişdir. Yeni bina istismara verilənədək Cəmiyyət tərəfindən kirayə haqqı hər ay vaxtıvaxtında mülkiyyətçinin müqavilədə nəzərdə tutulan bank hesabına köçürülmüşdür. İddiaçıya məxsus olmuş mənzilin ümumi sahəsi 36,7 kv.m olmuş, “Hermes-s“ MTK mənzil hazır olduqdan sonra iddiaçıya müqavilənin 1-ci və 4.1.1-ci bəndlərinin tələblərinə uyğun olaraq ümumi sahəsi 36,75 kv.m olan mənzil təklif etsə də, İddiaçı mənzili qəbul etməkdən imtina etmişdir. Bundan sonra vətəndaş Əhmədovaya dəfələrlə yazılı və şifahi müraciət edilsə də, müsbət cavab alınmamışdır. Bu səbəbdən də kirayə kompensasiyasının ödənilməsi dayandırılmışdır. Məhkəmə iclasında İddiaçı mənzili qəbul etməməyinin səbəbini belə izah etmişdir ki, cavabdeh üzərinə götürülən öhdəliyi yerinə yetirməyərək ona müqavilədə nəzərdə tutulduğundan 1,5 kv.m az mənzil vermək istəyir, lakin həmin mənzilə baxmış və orada olan şərait onu qane etmir, həm də mənzilin sahəsi azdır. Onun əvvəlki mənzilində bütün şəraiti var idi, lakin ona təklif olunan mənzildə yaşamaq üçün heç bir şərait yoxdur. İş üzrətəyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 23 iyul 2021-ci il tarixli, 10/1613 nömrəli ekspert rəyindən görünür ki, Səbail rayonu, Ziya Yusifzadə küçəi, 133 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş 60 saylı mənzilin ümumi sahəsi layihə üzrə 36,75 kv.metr təşkil edir. Faktiki vəziyyətdə götürülmüş ölçülər əsasında aparılmış hesablamalarla müəyyən olunur ki, ünvan 13 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən baxış zamanı təqdim olunmuş 60 saylı mənzilin faktiki ümumi sahəsi 36,06 kv.m təşkil edir. Mənzildə olan ayrı-ayrı tikililərin quruluşu, konfiqurasiya, yerləşmə vəziyyəti iş materiallarında olan layihə sənədinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə mülki hüququ münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Beləliklə, məhkəmə iclasında kifayət qədər müəyyən olundu ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmiş, iddiaçı isə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini pozmuş, mənzil istismara hazır olduğu halda, mənzili təhvil almamış, müqavilədə nəzərdə tutulmayan şərtlər irəli sürərək, üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının müqavilə şərtlərinə uyğun olaraq mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi təmin olunduğundan, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı üçüncü şəxs qismində Cavabdeh2 işə cəlb etməklə Cavabdeh1 MMC-yə qarşı müqavilə şərtlərinə uyğun olaraq mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı qızından tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ**********0000003944, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE******************** Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-434/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-434/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver