Məhkəmə qərarları › İş №2(009)-442/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-442/2023

01.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-442/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə iddiaçı SOCAR-ın «Azneft» İB-nin - Cavabdeh qarşı “inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın «Azneft» İB-nin - Cavabdeh qarşı “inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək SOCAR-ın “Azneft” İB-nin balansında olan torpaq sahəsində Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində, 2004 nömrəli neft quyusunun mühafizə zonasında, 400171; ******* coğrafi koordinatlarda cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin “Azneft” İB-nin istifadəsinə qaytarılması və ödənilmiş rüsumun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə verərək, iddia ərizəsinin baxılmamış saxlanılması və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azər. Resp. MPM-nın 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə isə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı SOCAR-ın «Azneft» İB-nin - Cavabdeh qarşı “inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilən 100 manat dövlət rüsumu iddiaçının özünə geri qaytarılsın. Qərardaddan təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar