Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-45/2023 18.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh4 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə) cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh4 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələri və protokolların etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və çıxarışın verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə) cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh4 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələri və protokolların etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində yerləşən 15 nömrəli evin, 36 saylı mənzilinə dair "xxxx" tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 29 dekabr 2014-cü il tarixli, Y-14 seriyalı protokolun, xx.xx.2014-cü il tarixli hərracın yekunların üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və həmin evə dair DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-nin adına verilmiş ******* saylı, (qeydiyyat nömrəsi 1********) çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində yerləşən 15 №-li evin 36 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsus olmuş, həmin mənzildə o, ailə üzvləri və valideynləri ilə bir yerdə yaşamışdır. 2003-cü ildə o, ailə üzvləri ilə birlikdə əmək fəaliyyəti ilə bağlı Almaniya Federativ Respublikasına getmiş və 2003-cü ildən ona məxsus olan mənzildə atası və anası yaşamışdır. Valideynləri yaşlı olduğundan onlara nəzarət edilməsini Bakı şəhərində yaşayan bacısı Səbinə Məmmədova və onun həyat yoldaşı İlkin Məmmədovdan xahiş etmişdir. 2018-ci ilin əvvəllərində valideynləri zəng edərək bildirmişlər ki, ona məxsus olan Bakı şəhəri, Sahib Zeynalov küçəsində yerləşən 15 №-li evin 36 saylı mənzili Tikinti şirkəti tərəfindən sökülür və əvəzində yeni təmir edilmiş mənzil verilir və bununla bağlı bacısı və onun həyat yoldaşı lazım olan sənədləşmə işlərini aparırılar. Daha sonra valideynləri zəng edərək bildirmişlər ki, artıq Tikinti şirkəti ilə müqavilə bağlanmış, müqaviləyə əsasən ona məxsus olan ev sökülür, sökülmüş evin əvəzində isə ona təmirli mənzillər veriləcək və yeni mənzillər təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödəniləcəkdir. Qarşılıqlı razılıq əsasında ona məxsus mənzil söküləndən sonra valideynlərinin müvəqqəti yaşaması üçün Bakı şəhəri, Nərmanov r-nu, Faiq Yusifov küçəsində yerləşə 49 saylı binada kirayə mənzil götürülmüş və həmin mənzilin kirayə haqqı Tikinti şirkəti tərəfindən ödənilmişdir.X3 xx.xx.2018-ci il tarixdə yuxarıda göstərilən kirayə götürülmüş mənzildə vəfat etmiş və o, Almaniyadan qayıdaraq, anasının yas mərasimini həmin mənzildə yola vermişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə atası X1 yaşadığı mənzildə vəfat etmiş, həmin ərəfələrdə Covid-19 pandemiyası hökm sürdüyündən və ölkələr arası gediş-gəliş olmadığından, atasının dəfn mərasimində iştirak etməyi mümkün olmamışdır. Pandemiya şərtləri azalandan və ölkələr arası gediş-gəliş açılandan sonra o, atamın vəfatının il mərasimini keçirmək üçün 2022-ci ilin mart ayında Bakı şəhərinə gəlmişdir və yalnız 2022-ci ilin mart ayında ona məlum olmuşdur ki, Tikinti Şirkəti tərəfindən aylıq kirayə haqqının ödənişi dayandırılmış və Tikinti şirkətindən bunun səbəblərini araşdırıarkən məlum olmuşdur ki, mülkiyyətimdə olan mənzil hərrac vasitəsi ilə satışa çıxarılmış və sonradan "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. Müvafiq təşkilara müraciət edəndən sonra məlum olmuşdur ki, İlkin Məmmədov kredit götürərək, ondan icazəsiz və xəbərsiz mənzilini girov qoymuş daha sonra kredit öhdəliklərini yerinə yetirmədiyindən, məhkəmə qətnaməsi ilə tutma ona məxsus mənzilə yönəldilmiş və qətnamənin icrası nəticəsində mənzil harraca çıxarılaraq bankın mülkiyyətinə verilmişdir. Məhkəmə qətnamələrindən, tutmanın ona məxsus mənzilə yönəldilməsindən, hərracın keçirilməsindən onun ümumiyyətlə xəbəri, məlumatı olmamış, heç bir məhkəmə və hərrac prosessində iştirak etməmişdir, onun adından məhkəmədə və ya hərracda iştirak etmək üçün heç kimə etibarnamə verməmişdir, çünki məhkəmə işlərindən və hərracdan onun ümumiyyətlə xəbəri olmamışdır. Yuxarıda qeyd etdiyi kimi, o, 2003-cü ildən ailəsi ilə birlikdə xaricdə yaşamış, mülkiyyətində olan mənzil 2018-ci ilin iyul ayına qədər valideynlərinin sahibliyində və istifadəsində olmuş, 2018-ci ildən isə həmin mənzil Tikinti Şirkəti tərəfindən sökülərək, valideynlərinin müvəqqəti kirayədə yaşaması üçün, aylıq kirayə haqqı ödənilmişdir. Sorğu əsasında əldə etdikləri hərracın yekunları üzrə əmlakın alqı- satqısı barədə xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, ona məxsus S.Zeynalov küçəsi, 15 nömrəlin evin, 36 saylı mənzili “Dəmir Bank “ ASC-yə satılmışdır. Maraqlıdır, əgər ona məxsus mənzil 2014-cü ilin dekabr ayında bankın mülkiyyətinə verilmişdirsə, hansı səbəblərdən, tələbkar olan "xxxx" ASC həmin mənzildən onun və valideynlərinin çıxarılması, mənzilin onlara təhvil verilməsi üçün heç bir tədbir görməmişdir. Daha sonra apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, bacısının yoldaşı İlkin Məmmədov "xxxx" ASC ilə 08 dekabr 2011-ci il tarixdə kredit müqaviləsi bağlamış və bu müqavilənin təminatı kimi ondan icazəsiz və xəbərsiz mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 15, 36 nömrəli mənzilimi ipoteka ilə yüklü etmişdir. Kredit öhdəliyini yerinə yetirə bilmədiyindən İlkin Məmmədov "xxxx" Bank ASC nin əməkdaşları ilə əlbir olaraq ona məxsus mənzili hərrac vasitəsi ilə bankın adma rəsmiləşdirmiş və bunların hamısını ondan xəbərsiz etmişdir. Ona məxsus evə 2014-cü ildə nə "xxxx" ASC-dən nə də Hərrac Mərkəzindən nə bir bildiriş, nədə ki digər məlumatlar daxil olmamış, nə ona, nədə mənzildə yaşayan valideynlərinə xəbər verilməmişdir. 2018-ci ilin iyul ayına qədər o, mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirmişdir, 2018-ci ildə həmin mənzil Tikinti Şirkəti tərəfindən sökülmüş və yeni mənzillərin verilməsinə dair onunla müqavilə bağlanmışdır. Yenə də bildirmək istəyir ki, onun hərrac və digər prosesslərdən xəbəri olmamışdır, ən azından xəbəri olduğu halda mənzili itirməmək üçün İlkin Məmmədovun bank qarşılığında olan öhdəliyinə xitam verməklə bu mübahisəyə son qoyardı. Məhkəmə proseslərindən və hərracdan onun xəbəri olmamış, bildirişlər almamış, məhkəmə və hərraca dəvət olunmamış və həmin poseslərdə iştirak etməmişdir. Bu ilin mart ayında baş vermiş hadisədən xəbərdar olandan sonra nümayəndəsi və vəkili Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4914/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi ev 15, 36 nömrəli mənzilin satışına dair "xxxx" MMC-nin xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli bildirişin və "xxxx" hərracın nəticələri barədə yekun Y-14 nömrəli, xx.xx.2014-cü il tarixli prokolunu əldə etmişdir. Həmin sənədlərdən məlum olub ki, Nəsimi Rayon İcra Şöbəsi ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 15, 36 saylı mənzilini açıq hərracdan satışa çıxarmış və sifarişçi kimi icranın müvafiq məktubu əsasında «Daşınar və Daşınmaz əmlakların satışı üzrə Hərrac mərkəzi»nə tapşırmışdır. "xxxx" isə onun iştirakını təmin etmədən, onun xəbəri olmadan mənzili 92.000 manata ilkin satış qiyməti ilə hərraca çıxarmış, daha sonra, Hərrac mərkəzi, mənzilin qiymətini 58650 manata yendirərək, mənzili güya yenidən hərraca çıxartmış və mənzilin alınmasını iddiaçı banka təklif etmiş, iddiaçı bank da təklifi qəbul etmişdir. Nə məhkəmə qətnaməsi, nə də ki hərracın keçirilməsindən və mənzilin bankın mülkiyyətinə verilməsindən onun və mübahisəli mənzildə yaşayan valideynlərinin xəbəri olmamışdır, hərracın keçirilməsinə dair mübahisəli mənzilə heç bir bildiriş və digər sənədlər daxil olmamışdır. Bununlada qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Beləliklə, iş materiallarından aydın görünür ki, cavabdehlər mübahisəli mənzilin hərracını gizli keçirərək, guya satılmadığını əsas gətirib dəyərindən 50% aşağı qiymətə bankın mülkiyyətinə vermişdir. Yuxarda qeyd olunalara əsasən hesab edir ki, hərracın nəticələri qanunvericiliyin tələblərinə zidd olaraq keçirildiyindən etibarsız hesab edilməli və bankın adına verilmiş çıxarış etibarsız hesab edilməlidir. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, hazırki iddia tələbi üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğunu və məhkəmədə təkrarən işə baxıla bilməyəcəyini bildirmişdir. Məhkəmə, tərəfləri dinləyib, iddia ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2615/2018 saylı iş üzrə 22 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Ləğv prosesində olan Dəmirbank» ASC-yə qarşı hərracın etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 15 saylı evin, 36 saylı mənzilinə dair qiymətləndirmə rəyinin, hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bank qarşısında olan öhdəlik icra olunmaqla, ipotekaya xitam verilməsini xahiş etmiş, iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3484/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2615/2018 saylı iş üzrə 22 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının, xx.xx.2019-cu il 2(102)-7027/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Ləğv prosesində olan Dəmirbank» ASC-yə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 15 saylı evin, 36 saylı mənzilinə dair qiymətləndirmə rəyinin, hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bank qarşısında olan öhdəlik icra olunmaqla, ipotekaya xitam verilməsinə dair iddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2615/2018 saylı iş üzrə 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmiş, yuxarı instansiya məhkəmələri tərəfindən qətnamə dəyişdirilmədən saxlanılmaqla qanuni qüvvəyə minmişdir. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3484/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə kollegiya hesab etmişdir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ona məlumat verilmədən keçirilməsi barədə arqumentləri öz təsdiqini tapmamışdır və birinci instansiya məhkəməsinin işin müəyyən edilmiş hallarına istinadla gəldiyi nəticə ilə razılaşmamaq üşün əsas mövcud deyildir. Göründüyü kimi, İddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Ləğv prosesində olan Dəmirbank» ASC-yə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 15 saylı evin, 36 saylı mənzilinə dair qiymətləndirmə rəyinin, hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bank qarşısında olan öhdəlik icra olunmaqla, ipotekaya xitam verilməsi barədə iddiasının təmin edilməməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Hazırda, İddiaçı (üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə) cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh4 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələri və protokolların etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində yerləşən 15 nömrəli evin, 36 saylı mənzilinə dair "xxxx" tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 29 dekabr 2014-cü il tarixli, Y-14 seriyalı protokolun, xx.xx.2014-cü il tarixli hərracın yekunların üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və həmin evə dair DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-nin adına verilmiş ******* saylı, (qeydiyyat nömrəsi 1********) çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçının hazırda təkrarən mübahisələndirdiyi hərrac nəticələri haqqında protokol və alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbə qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə münasibət bildirildiyindən hazırki iddiaya həmin hissədə baxıla bilməz. Hazırki işdə iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində yerləşən 15 nömrəli evin, 36 saylı mənzilinə dair "xxxx" tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 29 dekabr 2014-cü il tarixli, Y-14 seriyalı protokolun, xx.xx.2014-cü il tarixli hərracın yekunların üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi ilə yanaşı, həmin evə dair DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-nin adına verilmiş ******* saylı, (qeydiyyat nömrəsi 1********) çıxarışın ləğv edilməsini xahiş edir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia tələbinin bu hissəsi bilavasitə əsas tələbdən, yəni hərracın yekunların üzrə protokolun və əmlakın alqı-satqısı müqaviləsinin etibarsızlığının təsdiq olunacağı halı ilə bağlı yaranan törəmə tələbdir. Ona görə də, əsas tələb üzrə qəbul ediləcək qərar iddianın bu hissəsinə də şamil olunmalıdır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı (üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə) cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh4 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələri və protokolların etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və çıxarışın verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.2, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı (üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə) cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh4 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələri və protokolların etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-45/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-45/2023
18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver