Məhkəmə qərarları › İş №2(009)-464/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-464/2020

22.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-464/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 Sərhəd qızının vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sərhəd qızına qarşı “əqdin etibarsız hesab edilməsi və pul tələbi”nə dair iddiası, Cavabdeh2 Sərhəd qızının cavabdeh İddiaçı qarşı “pul tələbi və tutmanın girov predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sərhəd qızına qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 Sərhəd qızı ilə bağlanılan «X7» markalı, 2003-cü il buraxılışlı, ** LD *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin nəqliyyat vasitəsinin ona qaytarılması, cavabdehlərə artıq ödənilən 45400 manat pul vəsaitinin onlardan müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, tanıdığı, birlikdə təhsil aldığı Cavabdeh1 müəyyən ehtiyaclarını ödəmək məqsədi ilə xx.xx.2017-ci ildən başlayaraq xx.xx.2018-ci il tarixədək müxtəlif vaxtlarda hissə-hissə pul vəsatini borc almışdı. Həmin dövrdə hissə-hissə götürdüyü pul vəsaitlərini hissə-hissə də vaxtında sonuncuya qaytarırdı. Nəticədə, ayrı-ayrı vaxtlarda götürdüyü 110.000 manata yaxın pul vəsaitini Cavabdeh1 tam olaraq faizi ilə birlikdə qaytardı. Bunu cavabdeh Faiq Rüstəsovun imzaladığı xx.xx.2018-ci il tarixli borcun qaytarılması müqaviləsi tam təsdiq edir. Buna baxmayaraq, Cavabdeh1, o, borcunu tam qaytardıqdan sonra bildirmişdir ki, bu pulların müəyyən hissəsini digər Cavabdeh2 faizlə və tanışı X2 isə borc olaraq alıb ona vermişdi və o, həmin pulları bu günə qədər onlara qaytarmamışdır. O, götürdüyü bütün borcu ona qaytardığını desə də, Faiq həmin məbləğləri, yəni Cavabdeh2 götürülən 27.200 ABŞ dollarını və X2 götürülən 15.000 manatı əvəllər ondan qəbul etdiyini etiraf etsə də, onları faizə hesabladığını və hazırda isə qeyd olunan məbləğlərin ana borc kimi sonunculara qaytarılmalı olduğunu ona bəyan etdi. Uzun müzakirələrdən sonra, cavabdehlərin ona təzyiqi nətcəsində, o, onların iştirakı və imzası ilə yazılı akt və müqavilələr tərtib edərək, güya 27.200 ABŞ dolları əvvəllər tanımadığı və heç vaxt rastlaşmadığı Cavabdeh2 və 15.000 manat pulu X3 borcu olduğunu qeyd etdilər. Bu akt və müqavilələr yazılarkən heç bir pul vəsaiti ona verilməmişdir. Həmçinin cavabdehlər ona xəbərdarlıq etdilər ki, bu pulları qaytarmadığı təqdirdə ona ciddi problemlər yaradıla bilər. O, ailəsinin təhlükəsizliyini düşünərək cavabdehlərin ona göstərdikləri təzyiq nəticəsində mülkiyyətində olan «X7» markalı, 2003-cü il buraxılışlı 10LD666 qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına formal alqı-satqı müqaviləsi rəsmiləşdir-məklə ona verdi. Cavabdeh2 isə bunun müqabilində ona xx.xx.2019-cu il tarixdə yazılı qəbz verərək orada şəxsən aşağıdakıları yazmışdır: «Mən, Cavabdeh2 İddiaçı məxsus olan 10LD666» nömrəli X7» markalı, 2003-cü ii buraxılışlı maşını mənə olan 27.200 ABŞ dollarını - (46.321 AZN) borcunun dediyi vaxtda qaytarılmasını tam təmin etdikdən sonra bu nəqliyyat vasitəsinin geri qaytarılmasına zəmanət verirəm». O, bundan sonra xx.xx.2019-cu il tarixdə 12.000 ABŞ dolları məbləğində pul düzəldərək şəxsən Cavabdeh2 vermiş və o, ona bu pulu almağına dair yazılı qəbz vermişdir. Daha sonra, həyat yoldaşına məxsus Ford Fiesta markalı avtomobil də Cavabdeh2 adına formal alqı-satqı müqaviləsi rəsmiləşdirməklə girov qoyuldu. xx.xx.2019 və xx.xx.2019-cu ii tarixlərində birini Cavabdeh1 vasitəsilə olmaqla, iki dəfəyə 5.000 manat, ümumilikdə 10.000 manat Cavabdeh2 vermişdir. Bir müddət keçdikdən sonra, böyük çətinliklə 15.000 manat kreditə götürərək, Cavabdeh2 müraciət etdi ki, avtmobillərini geri qaytar-maq şərti ilə həmin pulu ona ödəsin. Lakin sonuncu bu pulun müqabilində maşınları qaytarmayacağını və onun daha böyük məbləğdə pul qaytarmalı olduğunu bildirdi. Cavabdeh polis və digər vasitələrlə onun barəsində tədbirlər görəcəyini, onun başına oyun açacağını bəyan etdi. Uzun müzakirələrdən sonra cavabdeh ondan 15.000 manat məbləğində pulu alaraq, Ford Fiesta markalı avtomobili onlara qaytardı. Lakin 8.980 manat borcunun qaldığını və bu pulu qaytarmadığı təqdirdə onun adına rəsmiləşdiridiyi 10LD666» nömrəli X7» markalı nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixindən satışa çıxaracağını bildirdi. Beləliklə, Cavabdeh1 ona borc pul verərək, sonradan ondan aldığı bütün pulları ona qaytarmağına baxmayaraq, faiz kimi ondan əlavə pullar tələb etmiş və cavabdehlər nəticədə ondan borc aldığı məbləğdən daha artıq məbləği akt və müqavilə tərtib etməklə rəsmiləşdirməyə və ondan həmin pulları almağa nail olmuşlar. Bu rəsmiləşdirmələr cavabdehlərin hədə qorxu və təzyiqləri altında və başqa (girov) müqaviləni pərdələmək məqsədi ilə rəsmiləşdirilmişdir. Bu səbəbdən həmin akt və müqavilələr əhəmiyyətsizdir. Hesab edir ki, Cavabdeh2 ilə bağlanılan «X7» markalı, 2003cü il buraxılışlı 10LD666 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməli və nəqliyyat vasitəsi ona qaytarılmalıdır. Həmçinin cavabdehlərdən artıq ödənilən 45.400 manat pul vəsaiti«X7» markalı, 2003-cü il buraxılışlı 10LD666 qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixdə müştərək qaydada tutularaq ona ödənilməlidir. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 10.840 manat pulun və 30 manat dövlət rüsumunun, ümumimilikdə 10870 manat pulun tutularaq ona ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixdə 27200 ABŞ dolları borc pul vermişdir. Qeyd olunan məbləğin verilməsində cavabdeh İddiaçı, cavabdehin anası Rəhimova Gülnisə, Rüstəmov Afət iştirak etmiş və onların hamısının imzaları ilə təsdiq edilmiş Akt tərtib edilmişdir. Həmin Akta əsasən imza edənlər, həmçinin cavabdeh də, öz imzaları ilə təsdiq etmişlər ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixdə 27200 (iyirmi yeddi min iki yüz) ABŞ dolları məbləğində pul vəsaitini onların iştirakı ilə İddiaçı verdi, İddiaçı isə Cavabdeh2 xx.xx.2018-ci il tarixdə 27200 ABŞ dolları məbləğində pul vəsaitini aldı. Aktda bütün bu qeyd olunanlar cavabdeh İddiaçı öz xətti ilə yazılmışdır. Daha sonra cavabdeh yenə öz xətti ilə yazaraq qeyd etmişdir ki, ondan aldığı pulu iki dəfəyə, yəni 1-ci hissə xx.xx.2019-cu il tarixdə 12.000 ABŞ dolları qaytaracaq, 2-ci hissə isə, yəni xx.xx.2019-cu il tarixdə qalan mənbləği 15.200 ABŞ dollarının tam qaytaracağı barədə öhdəlik götürmüş və öz imzası ilə təsdiq etmişdir. Həmçinin yazılanların heç bir təsir altında qalmadan öz xoşu ilə yazdığını qeyd etmiş və imzalamışdır. Cavabdeh ondan aldığı borcdan 12.000 ABŞ dollarını (127.200 - 12.000) qaytarmışdır. Cavabdehin ona olan borcu 15.200 ABŞ dolları qalmışdır (15.200 ABŞ dolları x 1.7 AZN = 25.840 AZN). Cavabdeh daha sonra aldığı borcdan 15.000 manat qaytarmış (25.840 AZN - 15.000 = 10.840 AZN) və İddiaçı ona hazırki borcu 10.840 manat təşkil edir. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, borcunu ödəməkdən imtina edir. Cavabdeh pulu qaytarmadığı üçün Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizəyə baxılarkən cavabdeh İddiaçı izahatında həqiqətən də ona borclu olduğunu və qalan 10.840 manat məbləğində pulu qaytaracağını qeyd etmişdir. Bütün izahatlar və ərizənin baxılması ilə bağlı toplanmış materiallar Nərimanov RPİ-nin 18-ci Polis Bölməsində saxlanılır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələblərini müdafiə edərək göstərdi ki, İddiaçı uzun müddətdir ki, tanıdığı, birlikdə təhsil aldığı Cavabdeh1 müəyyən ehtiyaclarını ödəmək məqsədi ilə xx.xx.2017-ci ildən başlayaraq xx.xx.2018-ci il tarixədək müxtəlif vaxtlarda hissə-hissə pul vəsatini borc almışdır. Həmin dövrdə hissəhissə götürdüyü pul vəsaitlərini hissə-hissə və vaxtında sonuncuya qaytarırdı. Nəticədə, iddiaçı ayrı-ayrı vaxtlarda götürdüyü 110.000 manata yaxın pul vəsaitini Cavabdeh1 tam olaraq faizi ilə birlikdə qaytarmışdır. Bunu Cavabdeh1 imzaladığı xx.xx.2018-ci il tarixli borcun qaytarılması müqaviləsi tam təsdiq edir. Buna baxmayaraq, Cavabdeh1 İddiaçı borcunu tam qaytardıqdan sonra ona bildirmişdir ki, bu pulların müəyyən hissəsini digər Cavabdeh2 faizlə və tanışı X2 isə borc olaraq alıb ona vermişdi və o, həmin pulları bu günə qədər onlara qaytarmamışdır. İddiaçı götürdüyü bütün borcu ona qaytardığını desə də, Faiq həmin məbləğləri, yəni Cavabdeh2 götürülən 27.200 ABŞ dollarını və X2 götürülən 15.000 manatı əvvəllər İddiaçı qəbul etdiyini etiraf etsə də, onları faizə hesabladığını və hazırda isə qeyd olunan məbləğlərin ana borc kimi sonunculara qaytarılmalı olduğunu İddiaçı bəyan etmişdir. Uzun müzakirələrdən sonra, cavabdehlərin İddiaçı təzyiqi nətcəsində, İddiaçı onların iştirakı və imzası ilə yazılı akt və müqavilələr tərtib edərək, guya 27.200 ABŞ dolları əvvəllər tanımadığı və heç vaxt rastlaşmadığı Cavabdeh2 və 15.000 manat pulu X3 borcu olduğunu qeyd etmişdir. Bu akt və müqavilələr yazılarkən İddiaçı heç bir pul vəsaiti verilməmişdir. Həmçinin cavabdehlər İddiaçı bu pulları qaytarmadığı təqdirdə ona ciddi problemlər yaradıla biləcəyi barədə xəbərdarlıq etmişlər. İddiaçı ailəsinin təhlükəsizliyini düşünərək, cavabdehlərin göstərdikləri təzyiq nəticəsində mülkiyyətində olan «X7» markalı, 2003-cü il buraxılışlı 10LD666 qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına formal alqı-satqı müqaviləsi rəsmiləşdir-məklə ona vermişdir. Cavabdeh2 isə bunun müqabilində İddiaçı xx.xx.2019-cu il tarixdə yazılı qəbz verərək orada şəxsən yazmışdır: “Mən, Cavabdeh2 İddiaçı məxsus olan 10LD666» nömrəli X7» markalı, 2003-cü ii buraxılışlı maşını mənə olan 27.200 ABŞ dollarını (46.321 AZN) borcunun dediyi vaxtda qaytarılmasını tam təmin etdikdən sonra bu nəqliyyat vasitəsinin geri qaytarılmasına zəmanət verirəm”. İddiaçı bundan sonra, xx.xx.2019-cu il tarixdə, 12.000 ABŞ dolları məbləğində pul düzəldərək şəxsən Cavabdeh2 vermiş və o, İddiaçı bu pulu almağına dair yazılı qəbz vermişdir. Daha sonra, İddiaçı həyat yoldaşına məxsus Ford Fiesta markalı avtomobili də Cavabdeh2 adına formal alqı-satqı müqaviləsi rəsmiləşdirməklə girov qoyulmuşdur. İddiaçı xx.xx.2019 və xx.xx.2019-cu iİ tarixlərində biri Cavabdeh1 vasitəsilə, iki dəfəyə 5.000 manat, ümumilikdə 10.000 manat Cavabdeh2 vermişdir. Bir müddət keçdikdən sonra, İddiaçı 15.000 manat kreditə götürərək, Cavabdeh2 avtmobillərini geri qaytar-maq şərti ilə həmin pulu ona ödəməyi barədə müraciət etmiş, lakin sonuncu bu pulun müqabilində maşınları qaytarmayacagını və daha böyük məbləğdə pul qaytarmalı olduğunu bildirmişdir. Cavabdeh polis və digər vasitələrlə İddiaçı barəsində tədbirlər görəcəyini, onu başına oyun açacağını bəyan etmişdir. Uzun müzakirələrdən sonra, cavabdeh İddiaçı 15.000 manat məbləğində pulu alaraq, Ford Fiesta markalı avtomobili ona geri qaytarmışdır. Lakin 8.980 manat borcu qaldığını və bu pulu qaytarmadığı təqdirdə onun adına rəsmiləşdiridiyi 10LD666 nömrəli X7 markalı nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixindən satışa çıxaracağını bildirmişdir. Beləliklə, Cavabdeh1 İddiaçı borc pul verərək, sonradan ondan aldığı bütün pulları ona qaytarmağına baxmayaraq, faiz kimi İddiaçı əlavə pullar tələb etmişdir və cavabdehlər nəticədə İddiaçı borc aldığı məbləğdən daha artıq məbləği akt və müqavilə tərtib etməklə rəsmiləşdirməyə və İddiaçı həmin pulları almağa nail olmuşlar. Bu rəsmiləşdirmələr cavabdehlərin hədə qorxu və təzyiqləri altında və başqa (girov) müqaviləsini pərdələmək məqsədi ilə rəsmiləşdirilmişdir. Bu səbəbdən həmin akt və müqavilələr əhəmiyyətsizdir. Cavabdehlərin Murada faizlə pullar verməsi və faizlərin ondan tələb edilməsi məhkəməyə təqdim edilmiş Cavabdeh1 özünün ona göndərdiyi səs mesajları və vatsap yazışmaları ilə təsdiq olunur. İddiaçı əvvəllər Cavabdeh1 götürdüyü və tam qaytardığı pullardan başqa nə Cavabdeh1, nə də, Cavabdeh2 başqa heç bir pul almamışdır və qəbzlərdə göstərilən 27200 ABŞ dolları məbləğində pul vəsaiti isə əvvəllər götürdüyü pulların faizləri kimi ondan tələb edilmişdir. Cavabdehlər İddiaçı dan ayrı-ayrı vaxtlarda 12000 ABŞ dolları (20400 manat), 10000 manat (iki dəfəyə 5000 manat pul verməklə) və sonda 15000 manat pul almağa nail olmuşlar. Ümumilikdə cavabdehlər ondan 45400 manat məbləğində pul almışlar. Cavabdehlərin Murada imzalatdırdıqları qəbzdə guya onlardan borc aldığı 27200 ABŞ dolları kurs üzrə 46242 manat edib. Belə vəziyyətdə, cavabdehlərin qarşılıqlı iddia ərizəsində 10870 manat, Cavabdeh2 imzaladığı qəbzdə isə 8980 manat borc qaldığı barədə qeyd etdiklərinin yalan olduğu açıq aşkar özünü göstərir. Məhkəmə iclasında Cavabdeh2 27200 ABŞ dollarından başqa, guya İddiaçı daha 4200 ABŞ dolları borcunun olması barədə qeyd etdikləri heç bir qəbz və ya başqa sənədlə təsdiq olunmur. Cavabdehlər Murada borc pul verilməsini həyata keçirməklə yanaşı, həmin borc pullara görə ondan qanunsuz olaraq faizlər tələb etmişlər. Nəticədə cavabdehlər Muraddan borc aldığı məbləğdən daha artıq məbləği akt və müqavilə tərtib etməklə rəsmiləşdirməyə və ondan həmin pulları almağa nail olmuşlar. Bu rəsmiləşdirmələr cavabdehlərin hədə qorxu və təzyiqləri altında və başqa (girov) müqaviləni pərdələmək məqsədi ilə rəsmiləşdirilmişdir. Ona görə də iddianın tam təmin edilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh2 ilə bağlanılan «X7» markalı, 2003-cü il buraxılışlı 10LD666 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin nəqliyyat vasitəsinin İddiaçı qaytarılması, cavabdehlərə artıq ödənilən 45.400 manat pul vəsaitinin onlardan müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək bildirdi ki, iş materiallarına əlavə olunmuş sənədlərdən də görünür ki, İddiaçı Cavabdeh1 olan borcunu tam həcmdə ödəmişdir. Bununla yanaşı, İddiaçı Cavabdeh1 və EsmiraMəmmədəliyevadan artıq ödənilən 45.400 manat pul vəsaitinin onlardan müştərək qaydada tutulması barədə iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 Sərhəd qızı iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını, qarşılıqlı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və izahat verərək bildirmişdir ki, o, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı borc münasibətləri yaranan vaxtdan təxminən bir-iki il əvvəl tanımışdır. İlkin iddia üzrə Cavabdeh1 ona zəng edərək, Murad adlı dostuna Kanadaya bilet lazım olduğunu və biletin pulunun ödənilməsinə vaxt istədiyini bildirmişdir. O, buna etiraz etməmiş və Murad onun ofisinə gələrək bileti rəsmiləşdirərək almışdır. Vədələşdikləri vaxt pulu vermədiyinə görə aralarında narazılıq yaranmış və pulun verilməsi müəyyən qədər gecikdiriİmişdir. Biletin dəyəri təxminən 2000 manat civarında olmuşdur.Bundan sonra 2018-ci ilin sentyabr ayında Cavabdeh1 ona zəng edərək, dostu Murada bank əməliyyatı aparılması üçün 32500 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmişdir. O əvvəlcə Muradın adını eşidəndə qəti etiraz edərək, aldığı biletin pulunu gecikdirən şəxsə borc verməyəcəyini bildirmişdir. Lakin Cavabdeh1 pulun verilməsinə təkid edərək, bu pulun hansısa borc üçün deyil, bank əməliyyatı üçün tələb olunduğunu bildirmişdir. Faiq onu əmin etmişdir ki, Murad “TAC” şirkətinin Azərbaycanda nümayəndəsidir və həmin həftənin 5-ci günü üçün Türkiyəyə realizə edilmiş malların pulu göndərilməlidir, realizə edilmiş malların ödənişi isə növbəti həftənin 1-ci günü ediləcəyindən belə bir ehtiyac yaranmışdır. Ondan Türkiyəyə göndərilməli olan 31 400 ABŞ dolları məbləğində götürəcəkləri pulu 3 gündən sonra malı almış müştərinin ödənişindən qaytarılacaqdı. O həmin məbləğin kassadan veriləcəyini, gələn həftənin birinci günü pulu çatdırmaq lazım olduğunu bildirməklə pulu verməyə razı olmuşdur. Bundan sonra Murad onun ofisinə gələrək 32500 ABŞ dolları məbləğində pulu götürmüş, onu vəziyyətdən qurtardığı üçün təşəkkür edərək, növbəti həftənin birinci günü köçürmə ilə pulu alacağını və onu nağdlaşdırıb ona çatdıracağını bildirmişdir. Həftənin birinci günü ona pul verilməmiş, ikinci gündən başlayaraq o, həm Murada, həm də, onu əmin edən Faiqə narazılığını bildirərək kassanın pulunu qaytarmalı olduğunu, verdikləri sözə əməl edilməsini tələb etmişdir. Buna baxmayaraq, pulu almaq mümkün olmamışdır. Belə olduqda artıq böyük problemə düşdüyünü anlayaraq, Faiqdən məsələnin həll olunmasını tələb etmişdir. Faiq onu əmin etməyə çalışmışdır ki, pul haqda Muradın ailəsi də xəbərdardır və borcu ailəsi qaytaracaq. O, Murada inanmadığını, bu səbəbdən onun böyüklərinin bu barədə hər hansı bir sənəd imzalamalı olduğu şərtini irəli sürmüşdür. Bu şərtə dərhal Faiq də, Murad da razılığını bildirərək Muradın anasının borc haqda müqavilə imzalamağa hazır olduğunu bildirmişlər. xx.xx.2018-ci il tarixdə Murad, onun anası Rəhimova Gülnisə, Faiz və anası Rüstəmova Afət onun ofisinə gəlmiş və onların iştirakı ilə akt tərtib edilərək imzalanmışdır. Lakin akt tərtib edilərkən Murad borc məbləğini 27200 ABŞ dolları göstərdikdə, o, Muradı və Faiqi başqa otağa çağıraraq buna öz narazılığını bildirmiş və aktda borc məbləğinin 32500 ABŞ dolları məbləğində qeyd edilməsini tələb etmişdir. Murad ona bildirmişdir ki, onun anası borcun 27200 ABŞ dolları məbləğini bilir, artıq olduğunu bilsə, aktı imzalamayacaq. Murad söz vermişdir ki, qalan məbləğ onun borcudur, ailəsinə heç bir aidiyyatı yoxdur və onun tərəfindən ödəniləcəkdir. O, heç olmasa borcun 27200 ABŞ dolları məbləğini qarantiyaya almaq üçün borcun həmin məbləğdə rəsmiləşdirilməsinə razılıq vermişdir. Akta imza edənlər, həmçinin Muradın özü də, imzaları ilə təsdiq etmişlər ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixdə 27200 ABŞ dolları vəsaiti onların iştirakı ilə İddiaçı verdi və İddiaçı Cavabdeh2 xx.xx.2018-ci il tarixdə 27200 ABŞ dolları məbləği aldı. Aktda bütün bu qeyd olunanlar İddiaçı öz xətti ilə yazılmışdır. Bundan sonra, yenə də, onun ofisində xx xxxxxx 2018-ci il tarixdə İddiaçı yenə öz xətti ilə borc müqaviləsi yazıb imzalayaraq, borcun qaytarılma vaxtı haqda öhdəlik götürmüşdür. Öhdəliyə görə xx.xx.2019-cu il tarixinədək borcun 12 000 ABŞ dolları məbləği qaytarılmalı, xx.xx.2019-cu il tarixinədək qalıq borcu, yəni 15 200 ABŞ dolları qaytarılmalı idi. Şifahi razılaşmaya əsasən isə bu müddət ərzində 4200 ABŞ dolları kiçik hissələrlə Murad tərəfindən ödənilməli idi. 12 000 ABŞ dolları vaxtında qaytarılsa da, qalan hissə təyin olunan vaxtda verilmədi. Belə olan halda, Murad özünə məxsus olan “Pajero” markalı avtomaşını sataraq pulun bir hissəsini ödəyəcəyini bildirdi, o isə, bunun da vaxt uzatmaq üçün deyilən söz olduğunu düşünərək, pulun bir qisminin əvəzinə avtomaşını qiymətləndirərək götürə biləcəyini bildirmişdir. Avtomaşın 10000 manat məbləğində qiymətləndirilərək rəsmiləşdirilmişdir. Avtomaşının rəsmiləşdirilməsi üçün tələb olunan xərclər, o cümlədən texniki baxış rüsumları və maşının ödənilməmiş cərimələri onun tərəfindən ödənilmişdir, razılığa əsasən o həmin məbləğin borca əlavə ediləcəyi şərti ilə bunu etmişdir. Belə ki, avtomaşının satış qiyməti 10000 manatdan daha az olduğundan rəsmiləşdirmə xərclərinin Murad tərəfindən ödənilməsi razılığı olmuşdur. Bundan əlavə vaxtında keçirilməyən texniki baxış və ödənilməyən cərimələr Murada aid ödəmələr olmalı idi. Murad bu şərtə razılaşaraq, ümumiyyətlə əslində maşını satmaq istəmədiyini, mərhum atasından xatirə olduğunu bildirmiş, maşını dəyər-dəyməzinə satmaqdansa, onu eyni qiymətə, yəni 10000 manata özünə satmasını, bunun üçün bir qədər gözləməsini xahiş etmişdir. Murad ondan aldığı borcdan 12000 ABŞ dollarını qaytarmışdır. Muradın ona olan borcu 15200 ABŞ dolları qalmışdır (15200 ABŞ dolları x 1.7 AZN=25840 AZN). Murad daha sonra aldığı borcdan 15000 manat qaytarmış (25840 AZN – 15000 AZN=10840 AZN), bunun qarşılığında o, Muradın baldızına məxsus “Ford Fiesta” avtomaşınını ona geri qaytarmışdır. Muradın ona hazırki borcu 10840 manat təşkil edir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, Murad borcunu ödəməkdən imtina edir. Murad pulu qaytarmadığı üçün o, Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis bölməsində ərizəyə baxılarkən İddiaçı izahatında həqiqətən də ona borclu olduğunu və qalan 10840 manat məbləğində pulu qaytaracağını qeyd etmişdir. Ona görə də, İddiaçı 10840 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Sərhəd qızı məhkəmə iclasına gəlməyərək, gəlməməyin səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh2 Sərhəd qızının vəkili məhkəməyə Cavabdeh2 Sərhəd qızının qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizəsini təqdim etmişdir. Cavabdeh2 Sərhəd qızı iddia tələbinin həcminin artırılması barədə ərizəsində cavabdeh İddiaçı 10840 manat pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 10870 manat pulun tutularaq ona ödənilməsi, cavabdehin öhdəliyinin icrasını təmin etmək məqsədilə girov predmetinə tutma yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına qarşılıqlı iddia üzrə cavabedehin iddiaçıya olan borcunun və məhkəmə xərclərinin ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 Sərhəd qızı qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizəsini onunla əsaslandırmışdır ki, o, qarşılıqlı iddia ərizəsinə əsasən cavabdeh İddiaçı ümumilikdə 10870 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsinə əsasən borclu borcunu iki dəfəyə qaytarılmasını öz öhdəsinə götürmüşdür: “xx xxxxxx 2018-ci il tarixinədək 12 000 ABŞ dolları, xx xxx 2019-cu il tarixinədək qalıq borcu, 15 200 ABŞ dolları qaytararaq aldığım borcun tam bağlanmağını təmin edəcəm”. Cavabdeh ondan aldığı borcdan 10840 manat borcunu bu günə kimi ödəməmişdir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, İddiaçı, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün qarşılıqlı iddia üzrə cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozunlusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdeh İddiaçı 10840 manat pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 10 870 manat pulun tutularaq ona ödənilməsi, cavabdehin öhdəliyinin icrasını təmin etmək məqsədilə girov predmetinə tutma yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına qarşılıqlı iddia üzrə cavabedehin iddiaçıya olan borcunun və məhkəmə xərclərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə işə baxıb, proses iştirakçılarının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. İddia ərizəsindən və iddiaçının nümayəndəsinin izahatlarından göründüyü kimi, İddiaçıla Cavabdeh2 Sərhəd qızı arasında bağlanılan «X7» markalı, 2003-cü il buraxılışlı, ** LD *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia, bağlanmış əqdin yalan əqd olması motivi ilə irəli sürülmüşdür. İddiaçının nümayəndəsinin göstərdiyi kimi, həqiqətdə isə həmin müqavilə İddiaçıla Cavabdeh2 arasında borcun təminatı olaraq başqa bir müqaviləni, yəni girov müqaviləsini pərdələmək məqsədi ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarakən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mübahisələndirilən əqdin bağlanması halları barədə iddaçının nümayəndəsinin N.Y.Əsgərovanın izahatlarını və onun öz dəlillərinin əsası kimi təqdim etdiyi sübutları tədqiq edərək, eləcə də, qarşılıqlı iddia tələbinin dəlillərini müzakirə edərək, məhkəmə hesab edir ki, həmin alqı-satqı müqaviləsi yalan əqd olub başqa bir əqdi, yəni girov müqaviləsini pərdələmək məqsədi ilə bağlanmışdır. Məhkəmə belə nəticəyə aşağıdakı əsaslara görə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsi elə əqdlər sırasına aiddir ki, borc alan aldıqlarını müvafiq olaraq eyni keyfiyyətdə və eyni miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçıla Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə 27200 ABŞ dolları məbləğində borc müqaviləsi bağlanmış, İddiaçı həmin borcu hissə ilə 2 dəfəyə, yəni xx.xx.2019-cu il tarixədək 12000 ABŞ dolları və xx.xx.2019-cu il tarixədək qalıq borc olan 15200 ABŞ dolları qaytarmağı öhdəsinə götürür. Lakin İddiaçı tərəfindən həmin borc məbləği göstərilən vaxtlarda tam ödənilmədiyi üçün tərəflər arasında İddiaçı məxsus «X7» markalı, 2003-cü il buraxılışlı, ** LD *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Həmin tarixdə Cavabdeh2 İddiaçı aşağıdakı məzmunda qəbz vermişdir ki, o, İddiaçı məxsus olan ** LD *** nömrəli «X7» markalı, 2003-cü ii buraxılışlı maşını ona olan 27.200 ABŞ dollarını (46.321 AZN) borcunun dediyi vaxtda qaytarılmasını tam təmin etdikdən sonra bu nəqliyyat vasitəsinin geri qaytarılmasına zəmanət verir. Daha conra Cavabdeh2 yazdığı xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı qalıq borc olan 8980 manat pulu ən geci xx xxxxxx 2019-cu il tarixədək qaytarmadığı təqdirdə xx.xx.2019-cu il tarixdən avtomaşını satışa çıxaracaqdır. Digər tərəfdən, iddiaçının nümayəndəsinin vəsatəti əsasında Nərimanov RPİ-nin 18-ci polis şöbəsindən Cavabdeh2 şikayəti əsasında toplanmış təhqiqat materialı tələb olunaraq ona baxış keçirilərək, Cavabdeh2 Nərimanov RPİ-nin rəisinə ünvanlanmış izahatından məlum olmuşdur ki, o, borcun təminatı kimi Muraddan hər hansı bir əmlakının onun adına keçirilməsini istəmiş, Murad isə özünə məxsus «X7» markalı, ** LD *** qeydiyyat nişanlı avtomaşını onun adına keçirilməsini təklif etmiş və o, buna razı olmuşdur. Qeyd olunan avtomaşının sənədləri onun adına olsa da, o, Murada avtomaşını idarə etmək üçün etibarnamə vermişdir. O, Murada bildirmişdir ki, borcunu ödəməsə maşını ona qaytarmayacaq. Bununla yanaşı, o, maşını satmaq yox, Muraddan pulunun qaytarılmasını istəyir. Digər tərəfdən, Cavabdeh2 Sərhəd qızı vəkili vasitəsi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh İddiaçı 10840 manat pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 10870 manat pulun tutularaq ona ödənilməsi, cavabdehin öhdəliyinin icrasını təmin etmək məqsədilə girov predmetinə tutma yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına qarşılıqlı iddia üzrə cavabedehin iddiaçıya olan borcunun və məhkəmə xərclərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh2 qarşılıqlı iddia tələbində İddiaçı məxsus «X7» markalı, 2003-cü il buraxılışlı, ** LD *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilənin əslində başqa bir müqaviləni (girov müqaviləsini) pərdələmək məqsədi ilə rəsmiləşdirilməsini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfınə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3.-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi Cavabdeh2 ilə bağlanılan «X7» markalı, 2003-cü il buraxılışlı, ** LD *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin nəqliyyat vasitəsinin ona qaytarılması hissəsində əsaslıdır və ona görə də, təmin edilməlidir. Məhkəmə İddiaçı iddia tələbinin cavabdehlərə artıq ödənilən 45400 manat pul vəsaitinin onlardan müştərək qaydada tutularaq ona ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdehlərə artıq ödənilən 45400 manat pul vəsaitinin onlardan müştərək qaydada tutularaq ona ödənilməsi hissəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, əvvəllər Cavabdeh1 götürdüyü və tam qaytardığı pullardan başqa nə Cavabdeh1, nə də, Cavabdeh2 başqa heç bir pul almamışdır və qəbzlərdə göstərilən 27200 ABŞ dolları məbləğində pul vəsaiti isə əvvəllər götürdüyü pulların faizləri kimi ondan tələb edilmişdir. Cavabdehlər ondan ayrı-ayrı vaxtlarda 12000 ABŞ dolları (20400 manat), 10000 manat (iki dəfəyə 5000 manat pul verməklə) və sonda 15000 manat pul almağa nail olmuşlar. Ümumilikdə cavabdehlər ondan faiz kimi 45400 manat məbləğində pul almışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fıziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçıla Cavabdeh2 arasında xx xxxxxx 2018-ci il tarixdə 27200 ABŞ dolları vəsaitinin Cavabdeh2 tərəfindən İddiaçı verilməsi barədə borc müqaviləsi bağlanmış, xx xxxxxx 2018-ci il tarixdə isə tərəflər arasında İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixinədək borcun 12 000 ABŞ dolları məbləğinin, xx.xx.2019-cu il tarixinədək isə qalıq borcun, yəni 15 200 ABŞ dollarının qaytarılması barədə borc müqaviləsi imzalanmışdır. Yuxarıda qeyd olunan borc müqavilələrində qaytarmanın obyektinin borc deyil faiz olması öz əksini tapmamışdır. Məhkəmə iclasında da iddiaçı həmin məbləğlərin faiz olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən İddiaçı iddia tələbi cavabdehlərə artıq ödənilən 45400 manat pul vəsaitinin onlardan müştərək qaydada tutularaq ona ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə Cavabdeh2 qarşılıqlı iddia tələbinin cavabdeh İddiaçı 10840 manat pulun tutularaq ona ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, İddiaçıla Cavabdeh2 arasında xx xxxxxx 2018-ci il tarixdə 27200 ABŞ dolları vəsaitinin Cavabdeh2 tərəfindən İddiaçı verilməsi barədə borc müqaviləsi bağlanmış, xx xxxxxx 2018-ci il tarixdə isə tərəflər arasında bağlanmış borc müqaviləsinə görə İddiaçı öz üzərinə xx.xx.2019-cu il tarixinədək borcun 12000 ABŞ dolları məbləğinin, xx.xx.2019-cu il tarixinədək isə qalıq borcun, yəni 15200 ABŞ dolları məbləğinin qaytarılması öhdəliyini götürmüşdür. Məhkəmə iclasında sübutların tədqiqi, tərəflərin izahatları ilə eləcə də müəyyən olundu ki, İddiaçı 27200 ABŞ dolları borcdan xx.xx.2019-cu il tarixdə 12.000 ABŞ dolları məbləğini Cavabdeh2 qaytarmış və Cavabdeh2 bu pulu almağına dair yazılı qəbz vermişdir. Nəticədə İddiaçı 15.200 ABŞ dolları (15.200 x 1.70=25840 manat) borcu qalmışdır. Daha sonra, İddiaçı xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində birini Cavabdeh1 vasitəsilə olmaqla, iki dəfəyə 5.000 manat, ümumilikdə 10.000 manat Cavabdeh2 vermişdir ki, Cavabdeh2 həmin pulu aldığını Nərimanov RPİ-nin rəisinin adına yazdığı xx.xx.2019-cu il tarixli izahatında etiraf etmişdir. Bundan sonra, İddiaçı xx.xx.2019-cu il tarixdə qalıq (25840 manat-10000 manat=15840 manat) borcundan 15000 manat Cavabdeh2 qaytarmış və Cavabdeh2 bu pulu almağına dair yazılı qəbz vermişdir. Nəticədə İddiaçı 840 manat (15840 manat- 15000manat) borcu qalmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən onun Cavabdeh2 840 manat məbləğində borcu vardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 qarşılıqlı iddia tələbi cavabdeh İddiaçı 10840 manat pulun tutularaq ona ödənilməsi hissəsində qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsi üzrə ödənilməyən 840 manat məbləğində borc alınaraq Cavabdeh2 verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin cavabdehin öhdəliyinin icrasını təmin etmək məqsədilə girov predmetinə tutma yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına qarşılıqlı iddia üzrə cavabedehin iddiaçıya olan borcunun ödənilməsi hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, həmin hissədə iddia tələbi əsassızdır, belə ki, Cavabdeh2 tərəfindən tələbin həmin hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən qarşılıqlı iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 5 manatı tələbin ödənilən hissəsinə mütənasib olaraq cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 Sərhəd qızı arasında “X7” markalı, 2003-cü il buraxılışlı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilsin və həmin nəqliyyat vasitəsi İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 840 (səkkiz yüz qırx) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 (beş) manat tutularaq Cavabdeh2 Sərhəd qızına ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar