Məhkəmə qərarları › İş №2(009)-470/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-470/2025

05.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-470/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2023-cü ildə Cavabdeh ilə el adəti qaydasında ailə qurmuşdur. Nikah qeydiyyat şöbəsində qeydiyyata alınmamış, yəni onlar arasında faktiki nikah bağlanılmışdır. Onun cavabdehdən xx.xx.2023-cü il tarixdə X2 doğulmuşdur. Cavabdeh onunla qeyri-rəsmi nikaha daxil olduqdan iki ay sonra, yəni xx.xx.2023-cü il tarixdə onu Kürdəmir rayonu, Qağacılı kəndinə evlərinə gətirmiş və bir neçə gün sonra ona ayrıdıqlarını bildirmişdir. Cavabdeh onun hamilə olduğunu bilə-bilə onu aldadaraq qohumlarının qonaq çağırması adı ilə atası evinə gətirib qoymuş və Bakı şəhərinə qayıtmışdır. Cavabdeh ondan uşağı götüzdürməyi desə də, o, bununla razılaşmamış və övladını dünyaya gətirmişdir. Uşağın atası olmasına baxmayaraq, cavabdeh bu faktı etiraf etməkdən və atalığın müəyyən edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanına ərizə verməkdən boyun qaçırır. Cavabdeh uşağın saxlanması üçün vəsait verməkdən də boyun qaçırır. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2023-cü ildə doğulmuş X1 atasının Cavabdeh olduğunun münəyyən edilməsi, X1 doğum akt qeydlərində dəyişiklik edilərək ata qrafasında “Cavabdeh” yazılması, uşağın soyadının “İsmayılova” yazılması və uşağa yeni doğum haqqında şəhadətnamənin verilməsi, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat məbləğində alimentin ərizə verildiyi gündən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər, lakin məhkəməyə ünvanlandığı ərizəsində iddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alıb işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh İsmayıl oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2023-cü ilin mart ayında həqiqətən İddiaçı ilə qeyri-rəsmi olaraq 10-15 gün birgə yaşamışdır. Lakin hesab edir ki, uşaq onun uşağı deyil. Ona görə məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara təmin edilməlidir. İş üzrə Kürdəmir regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsinin surətinə əsasən X2 xx.xx.2023-cü ildə Kürdəmir rayonunda anadan olmuş, ata qrafasında X3, ana qrafasında İddiaçı göstərilmişdir. İş üzrə Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə, saat 09.50-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş üzrə təyin edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 222/2025-TBŞ saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən mübahisəli atalıq ekspertizasına görə qan və ağız suyunun tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir:

1. Cavabdeh qrup göstəriciləri: O-alfa,beta/İ/, Rezus-D/-/. Ağız suyunun tədqiqinə görə qrup antigenini “ifraz etməyənlər” kateqoriyasına aiddir.

2. İddiaçı qrup göstəriciləri: A-beta/İİ/, Rezus-D/+/. Ağız suyunun tədqiqinə görə qrup antigenini “ifraz etməyənlər” kateqoriyasına aiddir.

3. X1 qrup göstəriciləri: O-alfa,beta/İ/, Rezus-D/+/. Ağız suyunun tədqiqinə görə qrup antigenini “ifraz etməyənlər” kateqoriyasına aiddir.

4. Ekspertizanın genetik vəsiyyədə keçirilməsi üçün lazım olan reaktivlərin alınması təmin olunmadığı üçün müayinəni DNT-nin təhlilinə əsasən keçirilməsi mümkün olmadı. Beləliklə, tədqiq olunmuş göstərilən sistemlərin qrup faktorlarına görə alınmış göstəricilərə əsasən anası İddiaçı olan X2 adlı uşaq barəsində Cavabdeh atalıq faktı inkar olunmadı. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh xx.xx.2023-cü ildə el adəti ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar, lakin nikahları rəsmi qaydada qeydiyyata alınmamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflərin faktiki nikahdan xx.xx.2023-cü il tarixdə Yağmur adlı uşağı anadan olmuşdur və uşağın doğum haqqında şəhadətnaməsində ata qrafası ananın göstərişi əsasında yazılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh onunla qeyri-rəsmi nikaha daxil olduqdan iki ay sonra, yəni xx.xx.2023-cü il tarixdə onu Kürdəmir rayonu, Qağacılı kəndinə evlərinə gətirmiş və bir neçə gün sonra ona ayrıdıqlarını bildirmişdir. Cavabdeh onun hamilə olduğunu biləbilə onu aldadaraq qohumlarının qonaq çağırması adı ilə atası evinə gətirib qoymuş və Bakı şəhərinə qayıtmışdır. Cavabdeh ondan uşağı götüzdürməyi desə də, o, bununla razılaşmamış və övladını dünyaya gətirmişdir. Uşağın atası olmasına baxmayaraq, cavabdeh bu faktı etiraf etməkdən və atalığın müəyyən edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanına ərizə verməkdən boyun qaçırır. Cavabdeh uşağın saxlanması üçün vəsait verməkdən də boyun qaçırır. Bu səbəbdən iddiaçı xx.xx.2023-cü ildə doğulmuş X1 atasının Cavabdeh olduğunun müəyyən edilməsi, X1 doğum akt qeydlərində dəyişiklik edilərək ata qrafasında “Cavabdeh” yazılması, uşağın soyadının “İsmayılova” yazılması və uşağa yeni doğum haqqında şəhadətnamənin verilməsi, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat məbləğində alimentin ərizə verildiyi gündən tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdehin uşağı barəsində atalığın müəyyən edilməsi tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə tərəfindən iş üzrə tam və obyektiv qərar qəbul edilməsi üçün məhkəmə tibbi-bioloji ekspertizası təyin edilmiş və məhkəmə tibbi-bioloji ekspertizasının 222/2025-TBŞ saylı xx.xx.2025ci il tarixli rəyinə əsasən Cavabdeh ekspertizaya təqdim olunmuş uşaq X2 barəsində atalıq faktı inkar olunmamışdır. Məhkəmə ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert)—məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. Həmin Qanunun 11-ci maddəsinə əsasən ali təhsili olan, müəyyən ekspertiza ixtisası üzrə müvafiq peşə hazırlığı keçmiş Azərbaycan Respublikasının vətəndaşı ekspert ola bilər. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə hesab edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcələlnin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2023-cü il təvəllüdlü X2 barəsində atalığı təsdiq edildiyindən, o uşağın bioloji atası hesab edilməlidir. «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nigah olmayan şəxslərdən olduqdan və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özününün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikah olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Göstərilən Məcəllənin 47.1-ci maddəsinə əsasən Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. xx.xx.1998-ci il tarixli «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqların təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il təvəllüdlü Yağmur nikahdan kənar doğulsa da, məhkəmə iclasında həmin uşağın tərəflərin faktiki nikah münasibətlərindən anadan olması təsdiq edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü Yağmurun atası cavabdeh olduğundan və bu fakt məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh xx.xx.2023-cü il təvəllüdlü Yağmur adlı uşağı barəsində atalığı müəyyən edildiyindən, iddia tələbi alimentin tutulması hissəsində də əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göstərilən Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 246 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1.-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə 2025-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 246 manat olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq sabit aliment məbləği 246 manat həddində müəyyən edilməlidir. Məhkəmə alimentin 246 manat həddində müəyyən edilməsi qənaətinə gəlinməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilənləri və 2025-ci il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (246:400=0,615) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.12-ci bəndinə əsasən alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan – xx.xx.2025-ci il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 2952 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 49,52 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 26 dekabr 2023-cü il təvəllüdlü X2 adlı uşağa münasibətdə atalığı müəyyən edilsin. Həmin qətnamə 26 dekabr 2023-cü il təvəllüdlü X1 doğum haqqında akt qeydinin ata qrafasında dəyişiklik edilməsi, atalığın müəyyən edilməsinə dair doğum haqqında akt qeydinin açılması və bu barədə yeni şəhadətnamənin verilməsi üçün əsasdır. 26 dekabr 2023-cü il təvəllüdlü X1 Kürdəmir regional “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən icra edilmiş doğum haqqında xx.xx.2024-cü il tarixli, 32 nömrəli akt qeydində ana qrafası olduğu kimi saxlanılsın, uşağın ata qrafası dəyişdirilsin, uşağın ata qrafası “Cavabdeh” (milliyyəti azərbaycanlı) kimi qeyd edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, 26 dekabr 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 49,52 (qırx doqquz manat, əlli iki qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar