Məhkəmə qərarları › İş №2(009)-493/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-493/2024

30.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-493/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, X3 , Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası və X12 cəlb olunmaqla «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası və X12 cəlb olunmaqla ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, X13 ilə xx.xx.2012-cı il tarixdə ailə quraraq rəsmi nikaha daxil olmuşdur və İsmayıllı rayon, X5 Ərazi nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrəylə nikahları qeydə alınmışdır. X7 birinci nikahından oğlu X12 26 noyabr 2005-ci il tarixdə dünyaya gəlmişdir. Nikaha girdikləri gündən X10 o baxır. Hazırda onunla birgə Bakı şəhəri, Səbail rayonu, Bibi- Heybət qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. Onun 18 yaşına kimi sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. X1 26 noyabr 2024-cü il tarixdə 18 yaşı tamam olmuşdur. Lakin o, səhhəti ilə bağlı özünü idarə edə bilmir. Ona 1-ci qrup əlillik dərəcəsi verilməlidir. O, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu (Tibbi rəy: N 1656, N 577, N 875, N 200, N 1076/19, N 275/22) ağırlaşma G80.0 Kvadroplegik spastik serebral iflic-dən (Tibbi rəy:N 1656, N 577, N 875, N 200, N 1076/19, N 275/22) əziyyət çəkir. Uşağın anası körpəliyindən övladına baxmadığı üçün oğluna o baxır. X2 18 yaşı tamam olduğundan onun müavinətini və ona baxmaqla bağlı müavinəti ala bilmir. Əgər səhhətinə görə onun fəaliyyəti qabliyyəti olmayan hesab edilərsə və o da onun qəyyumu təyin edilərsə onun hüquqlarını həyata keçirə bilər. Ona görə də, hesab edir ki, məhkəmə oğlu xx.xx.2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi, xx.xx.1977-ci ildə İsmayıllı rayonu, Tircan kəndində anadan olmuş, İsmayıllı rayonu Tircan kəndində qeydiyyatdadır. İş materiallarında olan AA3781416 8CT2A25 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.2005-ci ildə anadan olmuşdur. İş materiallarında olan 16 dekabr 2017-ci il tarixli,AZ-İV 030415 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 26 noyabr 2005-ci ildə Bakı şəhərində anadan olmuş, atası X13, anası X4r. İş materiallarında olan 04 fevral 2012-ci il tarixli, AZ-İ 713579 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X8 arasında 04 fevral 2012-ci il tarixdə nikahları bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 26 noyabr 2005-ci il təvəllüdlü X12 birinci dərəcəli əlildir, əmək qabliyyətsizdir. İş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının 13 aprel 2024-cü il tarixli, 1497 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, xx.xx.2055-ci il təvəllüdlü X9 “uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Yoxlanılan şəxs X12 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X11 psixi vəziyyətinə görə fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 26 noyabr 2005-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 26 noyabr 2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar