Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-52/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi ilə, İddiaçı SOCAR-ın İddiaçıt Birliyinin etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı SOCAR-ın İddiaçıt Birliyinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın İddiaçıt Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçıt Birliyinin balansında olan torpaq sahəsində Bakı şəhəri, Səbail rayonu, Hüseynbala Əliyev küçəsi, ö/t 4A ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin İddiaçıt Birliyinin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçın Birliyi neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış torpaq sahəsində (40.20.572; 49.48.987 koordinatlarda) Bakı şəhəri, Səbail rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən ərazisində uzun illərdir ki, fəaliyyət göstərərək neft-qaz hasilatı işləri həyata keçirir. Neft-qaz əməliyyatlarının aparılması üçün yuxarıda göstərilən ünvanda ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi Cavabdeh tərəfindən zəbt edərək orada özbaşına tikinti işləri aparılmışdır. Torpaq sahəsinin Cavabdeh tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft qaz əməliyyatları üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaradır. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericiliklə həmin katekqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifdə olunur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində “Azneft” İstaehsalat Birliyi ona aid olan torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuşdur. Zəbt olunma nəticəsində göstərilən torpaq sahələrinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlukəsizliyi qaydaları kobud surətdə pozulmuşdur. Özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin İddiaçıt Birliyinin istifadəsinə qaytarılmalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X5 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğundan təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, mübahisəli evdə 1956cı ildən onun həyat yoldaşı və qaynı ailə üzvləri ilə birlikdə yaşayır. O özü 1978-ci il tarixdə həmin evə gəlin köçmüşdür. Sonra onun qaynı və həyat yoldaşı evi öz aralarında bölmüşlər və evin onlara düşən hissəsinə 1996-cl ildə onun adına texniki pasport almışlar. Onların evi hasarla qaynının evindən ayrılır. Onların evinin əhatəsində çoxlu evlər tikilmişdir. Onun ailə üzvləri ilə birlikdə yaşadığı mübahisəli ev ailəsinin yeganə yaşayış yeridir və digər yaşayış sahələri yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəh.X1 İcraiyyə Komitəsinin) xx.xx.1962-ci il tarixli, 27/919 saylı qərarı ilə “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsində Bakı şəhəri, Səbail rayonu, Hüseynbala Əliyev küçəsi, ö/t 4 A ünvanında vətəndaş Cavabdeh tərəfindən ərazinin bir hissəsi zəbt edilərək orada özbaşına tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. İş üzrə “Bibiheybətneft” NQÇİ tərəfindən verilmiş arayışına əsasən ünvan 3 A ünvanında Cavabdeh tərəfindən tikinti işləri aparılan torpaq sahəsi “Bibiheybətneft” NQÇİnin daimi istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir. Torpaq sahəsinin koordinatları: 40.20.572, 49.48.987. İş üzrə “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsinin topoqrafik planından görünür ki, cavabdeh X2 istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybət” NQÇİ ərazisində yerləşir. İş materiallarında olan Cavabdeh məxsus ünvan 4 A ünvanı üzrə 1996-cı ildə tərtib edilmiş texniki pasportdan görünür ki, həmin texniki pasport Bibiheybətneft NQÇİ MTUnun 5/30 nömrəli, xx.xx.1996-cı il tarixli məktubuna əsasən tərtib edilib. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/2028 nömrəli rəyindən görünür ki, iddiaçının iddia etdiyi və göstərdiyi, koordinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi «Bibiheybət» NQÇİ-nin əraziçində yerləşir. İddiaçının iddia etdiyi və göstərdiyi, koodinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Mülki iş materiallarında tikiliyə dair hər hansısa bir layihə sənədi olmadığından, həmin tikilinin şəhərsalma norma və qaydalarına uyğun inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin 07.1.2020-ci il tarixli, 20 0920 30 3670 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və göstərdiyi, koodinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi «Bibiheybət» NQÇİ-nin ərazisində yerləşir. İddiaçının iddia etdiyi və göstərdiyi, koodinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, göstərilən vəziyyətdə evin özbaşına tikili olması əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehin və onun ailə üzvlərinin Konstitusiya ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün tədbirlər görür. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına nəinki maneçilik törədilməmişdir, əksinə onlardan torpağa görə əmlak vergisi alınmış, həmin evdə rahat yaşamaları üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə onlardan müvafiq haqq alınmışdır. Göstərilən orqanlar cavabdehə müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə öz razılıqlarını bildirmişlər. Azərbaycan Respublikasında yaşayan bütün insanların layiqli həyat səviyyəsini təmin etmək niyyəti Azərbaycan Respublikası Konstitusiyası ilə bəyan olunmuşdur. Vətəndaşın uzun müddət ərzində yaşadığı evinin heç bir təminat olmadan sökülməsi və onun faktiki olaraq yaşayış sahəsindən birdəfəlik məhrum edilməsi Konstitusiyanın bəyan etdiyi prinsiplərə ziddir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə xx xxxxx 2012-ci il tarixli qərarında hesab etmişdir ki, Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, dövlət orqanları qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə on illərlə göz yummuş və bununla ərizəçilərə qonşuluqda güclü əlaqələr yaratmaq və sosial həyat qurmasına imkan vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qaraçı icmasına daxil olan insanların yaşadıqları evlərdən çıxarılmasını qanunsuz hesab edərkən onlara alternativ yaşayış sahəsinin təklif olunmamasını və onların evsiz qalmaq riskinin nəzərə alınmamasını da əsas kimi göstərmişdir. İnsanların uzun illər ərzində özlərinin yaşayış yeri kimi istifadə etdikləri qanunsuz tikiliyə təxminən eyni münasibət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Önəryıldızın Türkiyəyə qarşı” qərarında da öz əksini tapmışdır. Məhkəmə həmin qərarında hesab etmişdir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq İnsan Hüquqları Haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyətə” bərabərdir. Beləliklə məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin qərarlarının müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı SOCAR-ın İddiaçıt Birliyinin Cavabdeh qızına qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı SOCAR-ın İddiaçıt Birliyinin cavabdeh X4 qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60,60 (altmış manat altmış qəpik) manat iddiaçı SOCAR-ın İddiaçıt Birliyindən tutularaq AR ƏMDK-nin Yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestr xidmətinin hesabına (VÖEN:**********, M/h AZ37NABZ********************, Benefisların bankı:Kapital Bank ASC-nin «Xətai» filialı, B/h: AZ23AİİB **********3701778, SWİFT kod:AİİBAZ2X, VÖEN **********) keçirilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı SOCAR-ın İddiaçıt Birliyindən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-52/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-52/2021
15.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver