Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-523/2022 26.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı Ş.A.Səlimovanın, onun nümayəndəsi və vəkili A.B.Musayevanın, 3-cü şəxs V.İ.Zeynalovun iştirakları ilə İddiaçı cavabdeh ünvan 2 qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə, iddiaçı X3 cavabdehlər ünvan 2 və İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mənzilə vərəsəlik hüququnun tanınması barədə iddia tələbləri üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ünvan 2 qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun X5 olmuş və atası 05.06.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Atasından miras qalmış əmlakdan Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən mənzildən qanun üzrə mirasdan məcburi pay almaq hüququ olan birinci növbəli vərəsələrindən biri odur. Məhrum atası vəfatından sonra atasının ikinci nikahdan olan arvadı və həmin nikahdan olan qızının miras əmlakdan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasını düşündüyündən, mirası qəbul etmək üçün Notariat Ofisinə müraciət etməli olduğunu bilməmişdir. Lakin sonradan miras əmlakla bağlı vərəsələr tərəfindən qəbul edilmədiyini bildikdə, Bakı şəhəri 28 saylı Notariat Oifisinə müraciət edərək ona atasından miras qalmış əmlakı yalnız altı aydan sonra qəbul edə biləcəklərini bildirdiklərindən bu barədə ona 15.01.2022-ci il tarixdə müddətin buraxılması ilə əlaqədar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması üçün məhkəməyə müraciət etməlidirlər. Qanunvericilikdə nəzərdə tutulmuş 6 ay müddətində notariat ofisinə müraciət etməmələrinin səbəbi hüquqi savadları olmadığından vaxtında notariat kontoruna müraciət edə bilməmişlər. Miras əmlak isə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən mənzildən və digər əmlaklardan ibarətdir. Onun tərəfindən 05.06.2006-cı ildə vəfat etmiş X6ndan miras qalmış əmlakın qəbul edilməsi ilə əlaqədar buraxılmış müddət üzrlü səbəbdən ötürüldüyündən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı mərhum atası 05.06.2006-cı ildə vəfat etmiş X8 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X11 cavabdehlər ünvan 2 və İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mənzilə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Uçar rayonu Müsüslü kəndində anadan olmuşdur. Ailədə 2 bacı bir qardaş olmuşlar. Yəni onunla birlikdə 3 uşaqdan ibarət olmuşlar. X5 anası X18 ilə rəsmi nikaha daxil olmuşlar, daha sonra xasiyyətləri tutmadığından nikahları pozulmuşdur. Atasının birinci nikahı pozulandan sonra ikinci dəfə X29 ilə 27.07.1996-cı ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan isə 13.10.1988-ci il təvəllüdlü X34 adlı uşağı doğulmuşdur. X1 30.09.2019-cu ildə vəfat etmişdir. Bacısının isə 12.11.1988-ci il təvəllüdlü X12 və 12.11.1988-ci il təvəllüdlü X26 adlı 2 övladı olmuşdur. O, isə X13 ilə rəsmi nikaha daxil olmuşdur, sonralar xasiyyətləri uyğun gəlmədiyindən 1995-ci ildən faktiki ayrılaraq atasına məxsus ünvan 1 ünvanında yaşamağa başlamışdır. Rəsmi olaraq isə 11.06.2009-cu ildə nikahları pozulmuşdur. Həmin nikahdan bir oğlu olmuşdur. Oğlu ailəlidir və onunla bir yerdə yaşayır. X6 05.06.2006-cı il tarixdə vəfat etmişdir. ünvan 1 X5nun mülkiyyətində olmuşdur və 146655 saylı qeydiyyat vəsiqəsi verilmişdir. O, ərindən faktiki ayrılıqdan sonra, yəni 1995-ci ildən bu evdə yaşamağa başlamışdır. Çünki onun yaşamağa başqa yeri yox idi və atası razılıq vermişdi. Hazırki ev 28 kv.m.-dən ibarətdir. Həmin evdə yaşamağa başlayanda ev çox köhnə təmirsiz vəziyyətdə idi. Min bir əziyyət çəkə-çəkə, çörək bişirərək, tək qadın kimi evi təmir etdirməyə başlamışdır. Evin bütün kommunal xərclərini tərəfindən ödənilir. Həmin evdə o, oğlu, gəlini və nəvəsi yaşayır. Atası rəhmətə gedəndən sonra hüquqi savadı olmadığından (fikirləşmişdir ki, atası rəhmətə gedəndən sonra kim yaşayırsa onun adına keçirtmək asandır) evi öz adına özəlləşdirə bilməmişdir. 2021-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 28 saylı Notariat kontoruna müraciət etmişdir. Bu zaman notarius Elmar Kərimov ondan doğma qardaşının telefon nömrəsini və noturiusa yaxınlaşıb payından imtina etməsini bildirmişdir. O, isə qardaşına zəng edib şəxsiyyət vəsiqəsini gətirib 28 saylı notariusa gəlməyini bildirmişdir. Qardaşı İddiaçı 28 saylı notariusa gələrək onun da payının olduğunu qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini tələb etmişdir. Cavabdeh olan qardaşı İddiaçı bu hərəkəti ona çox pis təsir etmişdir. Evin bütün xərclərini təkbaşına özü qarşılamışdır. Cavabdeh İddiaçı bir dəfə də olsun onun yaşadığı ünvana belə gəlməmişdir. Bunu onunla bir həyətdə yaşayan qonşuları da təsdiq edə bilərlər. Hesab edir ki, cavabdeh İddiaçı min bir əziyyətlə təmir etdirdiyi evdən pay istəməsi tamamilə qanunsuzdur. Qardaşı İddiaçı özünün ayrıca Hövsan qəsəbəsində evi vardır və həmin evdə də qeydiyyatda olaraq yaşayır. Atasının arvadı X29 və qızı X34 28 saylı Notariat Kontorunda həmin mülkə dair ümumi olaraq pay almaqdan imtina etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 28 saylı notariat ofisinə müraciət etmişdir. 21.01.2022-ci ildə qərar çıxarılaraq İddiaçı tərəfindən də vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət edildiyini, həmçinin mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. O, cavabdehlə miras əmlakın bölünməsi və ya payların müəyyən edilməsinə dair razılığa gəlmək istəmir. Çünki 1995-ci ildən həmin mənzil onun istifadəsində və sahibliyindədir. Cavabdeh həmin evdə yaşamadığını və ya pay istəməsini ümumiyyətlə qəbul etmir. Göstərilənləri nəzərə alaraq iddaçı mərhum X6ndan miras qalmış, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Məmmədov küçəsində yerləşən 95 saylı evin 7-ci mənzilin X11 tərəfindən miras olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Məmmədov küçəsi, 95 saylı evin 7 saylı mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsini Bakı şəhəri 28 saylı notariat ofisinin notariusuna həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-571/2022 saylı, 04.03.2022-ci il tarixli qərardadı ilə iddiaçı X3 cavabdehlər Bakı şəhəri 28 saylı notariat ofisi, İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mənzilə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş məhkəmənin icraatında olan İddiaçı cavabdeh ünvan 2 qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair 2(009)-523/2022 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı özünün irəli sürdüyü iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini, Şəfiqə Səlimovanın iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, 1986-cı ildə atası anası ilə boşandıqdan sonra o, anası ilə anasına işdən verilmiş və Hövsanda yerləşən evə köçərək orada yaşamışlar. Hazırda da həmin evdə yaşayır. Atası ikinci dəfə ailə qurmuş və digər evdə yaşamağa başlamış, hazırda mübahisəli evdə isə onun böyük bacısı Şüküfə öz ailəsi ilə yaşamağa başlamışdır. Bacısı 1994-cü ilə qədər ailəsi ilə orada yaşamış, sonra oradan köçüb getmiş, evdə digər bacısı Şəfiqə 1994-cü ildən atasının razılığı olmadan gəlib orada yaşamağa başlamışdır. Hazırkı vaxtadək Şəfiqə orada yaşayır. Atası sağlığında evin ona veriləcəyini demişdir. Dəfələrlə bacısı Şəfiqəni həmin evdən çıxartmaq istəmiş, hətta o, özü bunu etməməsini atasından xahiş etmişdir. Şəfiqənin heç bir mənəvi haqqı yoxdur ki, evə vərəsəlik hüququnu tanıtdırsın. Uşaqlıqda Şəfiqəyə babası-nənəsi baxmış, doğma atası və anası ilə münasibəti yaxşı olmamışdır. Atasının vəfatından sonra vərəsəliyi ona görə rəsmiləşdirməmişdir ki, bunu kişiliyinə sığışdırmamış və utanmışdır. O, atasının mülkindən pay istəyir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini, Şəfiqə Səlimovanın iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, İddiaçı qanunu bilmədiyindən və atasının ikinci həyat yoldaşının həmin evdə hüququnun olmasını nəzərə alaraq uzun müddət notariat orqanına müraciət etməmişdir. Şəfiqə Səlimova da miras əmlaka vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı müddəti ötürmüşdür. Müddət bərpa olunmadan bu hüquq tanına bilməz. Məhkəmə iclasında izahatı alınmış iddiaçı X11 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, o, rayonda babanənəsinin himayəsində yaşamış, 1994-cü ildə bacısı Şüküfə evdən gedərkən həmin evdə onun yaşamasını təklif etmiş, o, 1995-ci ildən bu günədək həmin evdə yaşayır. Atası və onun ikinci ailəsi ilə münasibəti normal olmuşdur. Yaşadığı müddətdə atası ikinci arvadından olan uşağının xaricdə təhsili ilə bağlı evi satmaq istəmiş, lakin o, atasına uşaqla başqa yaşayış yerinin olmamasını dedikdə, atası onunla razılaşmışdır. Bu hal bir neçə dəfə olmuşdur. Atasının vəfatından sonra onun ikinci yoldaşı evi onun oğluna verəcəyini demişdir. Qanunu bilməmiş, qazları kəsildiyi üçün idarəyə müraciət etdikdə ona demişlər ki, evi adına keçirsin və müqavilə onunla bağlansın. Bundan sonra o, notariusa müraciət etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı X3 nümayəndəsi və vəkili X31 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, nümayəndəsi olduğu şəxs notariat orqanına müraciət edərkən ona bildirmişlər ki, qardaşı Elşad imtina ərizəsi yazmalıdır. O. Qardaşına bununla bağlı müraciət etdikdən sonra qardaşı evdən pay istəməyə başlamış və sonradan notariusa müraciət etmişdir. Ş.Səlimova mirası faktiki qəbul etmişdir. Məhkəmə iclasında izahatı alınmış 3-cü şəxs X26 öz izahatında göstərmişdir ki, 1994-cü ilədək valideynləri ilə birlikdə babasının miras əmlakında yaşamışlar, sonra oradan çıxıb getmişlər və orada xalası Şəfiqə yaşamağa başlamışdır. Xalası hazırda da o evdə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxs X12 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməməli, X3 iddia tələbləri təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 07.04.1963-cü ildə Ucar rayonu Müsüslü kəndində anadan olmuş, atası X15, anası X10r. İş üzrə doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, X5, anası X10r. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 13.10.1988-ci ildə Bakı şəhərində anadan olmuş, X5, anası X19r. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 12.11.1988-ci ildə Bakı şəhərində anadan olmuş, atası X27, anası X4r. İş üzrə Bakı şəhəri Səbail rayon VVAQ şöbəsi tərəfindən verilmiş 27.07.1996-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X29 arasında 27.07.1996-cı il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 147 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Səlimov, arvada Sadığova soyadı verilmişdir. İş üzrə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 146655 nömrəli, 26.05.1998-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov (Popov) küçəsində yerləşən 95 saylı evin 7 saylı mənzili (k/t) tam mülkiyyət hüququ üzrə X14 mülkiyyətindədir. İş üzrə texniki pasportun kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 95 saylı evin 7 saylı mənzili 19,0 kv.m. 1 otaqdan, 9,0 kv.m. mətbəxdən, 28,0 kv.m. ümumi sahədən, 19,0 kv.m. yaşayış sahədən ibarətdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.12.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X30 05.06.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23.06.2006-cı il tarixdə 346 No ilə qeyd edilmişdir. İş üzrə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.10.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 30.09.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.10.2019-cu il tarixdə 1271 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu E.Ə.Kərimov tərəfindən verilmiş 15.01.2022-ci il tarixli qərardan görünür ki, mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. İş üzrə Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu E.Ə.Kərimov tərəfindən verilmiş 21.01.2022-ci il tarixli qərardan görünür ki, mirasın qəbul edilməsi üün müddətin buraxılması səbəbindən X7 qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. İş üzrə X20, X21, X22, X23, X32 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 95 saylı evin 7 saylı mənzili X24 məxsus olmuşdur. X14 qızı X11 1995-ci ildən onlarla birlikdə həyətdə olan 7 saylı mənzildə yaşamışdır. Qonşu kimi münasibətləri yaxşıdır. Onun qardaşı İddiaçıı tanımırlar, bir gün də olsun həmin ünvanda yaşamamışdır. Elşadın bu evlə hər hansı bir əlaqəsi olmamışdır. İş üzrə Səbail rayon MKTB-nin 45 saylı MKİS tərəfindən verilmiş 24.11.2021-ci il tarixli arayışın notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsindəki 95 nömrəli evin 7 saylı mənzilinin sahibi 26.05.1998-ci il tarixli, 30/141441 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X25r, hansı ki, 05.06.2006-cı ildə vəfat edib. Həmin mənzildə X28 öldüyü günə, yəni 05.06.2006-cı ilə qədər pasport qeydiyyatında tək olub. İş üzrə Səbail rayon MKTB-nin 45 saylı MKİS tərəfindən verilmiş 14.01.2022-ci il tarixli arayışından görünür ki, X11 Bakı şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 95 nömrəli evin 7 nömrəli mənzilində qeydiyyatsız yaşayır. O, mərhum X5na məxsus evdə qeydiyyatsız yaşayır. İş üzrə X29 tərəfindən 27.11.2021-ci il tarixdə notariat qaydada yazılmış **********518 saylı ərizənin təsdiq olunmuş surətindən görünür ki, vəfat etmiş əri X16 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etməmişdir, etmir, etmə niyyətində deyil. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Notarius tərəfindən ona izah edilmişdir ki, mirasdan imtina haqqında ərizə geri götürə bilməz, mirasın bir hissəsindən imtina bütün miras əmlakdan imtinaya bərabər tutulur. İş üzrə X29 tərəfindən 27.11.2021-ci il tarixdə notariat qaydada yazılmış **********520 saylı ərizənin təsdiq olunmuş surətindən görünür ki, miras qoyan əri – X30 ilə birgə nikah dövründə əldə etdikləri əmlaklara dair mülkiyyət hüququ haqqında şəhadətnamə almaq hüququ barədə notarius tərəfindən izah edilmişdir. Qeyd edilən əmlaklara mülkiyyət hüququ haqqında Şəhadətnamə almaq istəmir. İş üzrə X34 tərəfindən 27.11.2021-ci il tarixdə notariat qaydada yazılmış **********517 saylı ərizənin təsdiq olunmuş surətindən görünür ki, vəfat etmiş ata X16 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etməmişdir, etmir, etmə niyyətində deyil. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Notarius tərəfindən ona izah edilmişdir ki, mirasdan imtina haqqında ərizə geri götürə bilməz, mirasın bir hissəsindən imtina bütün miras əmlakdan imtinaya bərabər tutulur. İş üzrə Dövlət Notariat Arxivi tərəfindən ünvan 2 ünvanlanmış 06.12.2021-ci il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Səbail rayonunda fəaliyyət göstərən 1,28,46 saylı dövlət notariat ofisləri tərəfindən arxivə vekrilmiş 2006-2010-cu, 2 saylı dövlət notariat ofisi tərəfindən arxivə verilmiş 2006-2009-cu və Bakı şəhəri 41 saylı dövlət notariat ofisi tərəfindən arxivə verilmiş 2006-2008-ci illərə dair vərəsəlik işlərinə baxış keçirilərkən X16 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. Məhkəmə ilk növbədə İddiaçı tərəfindən verilmiş iddia tələbinə hüquqi qiymət verməyi zəruri hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X14 birinci nikahdan üç övladı - İddiaçı, X11 və X17 anadan olmuşlar. Yunis Səlimovun birinci nikahı pozulandan sonra ikinci dəfə 27.07.1996-cı il tarixdə X29 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 13.10.1988-ci il təvəllüdlü X34 anadan olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, ev 95 ünvanında yerləşən 7 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X14 mülkiyyətində olmuşdur. X28 05.06.2006-cı ildə vəfat etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbindən görünür ki, o, X5nun ölümündən sonra vərəsəlik işinin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ünvan 2 müraciət etmiş, notariusun 15.01.2022-ci il tarixli qərarı ilə mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxıldığına görə vərəsəlik hüququ şəhadətnamənin verilməsindən imtina edilmişdir. Atasının vəfatından sonra onun ikinci nikahdan olan arvadı və həmin nikahdan olan qızının miras əmlakdan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadhətnamə almasını düşündüyündən, o, mirası qəbul etmək üçün notariat ofisinə müraciət etməli olduğunu bilməmişdir. Lakin sonradan miras əmlakla bağlı vərəsələr tərəfindən qəbul edilmədiyini bildikdə, o, ünvan 2 müraciət edərək, ona atasından miras qalmış əmlakı yalnız altı aydan sonra qəbul edə biləcəyini bilmişdir. O, miras əmlakın qəbul edilməsi üçün müddətin nəzərdə tutulmasından xəbərsiz olmuş, üzürlü səbəbdən müddəti ötürmüşdür. Bu səbəbdən irəli sürülmüş iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, vərəsəlik hüquq münasibətləri dedikdə, vərəsəlik hüququ ilə tənzimlənən elə ictimai münasibətlər başa düşülür ki, həmin münasibətlər mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə etməsi prosesində yaranır. Nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi, nə də onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. İddiaçı tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. AR Mülki Məcəllənin 1145-ci maddəsinə əsasnə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Qeyd edilən Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Məhkəmə qeyd edir ki, qanunvericilik mirasın vərəsələr tərəfindən qəbul edilməsinin müddətlərini müəyyən edir. Qanunla müəyyən edilmiş müddət ötürüldüyü halda həmin müddətin uzadılması barədə vərəsə həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsini məhkəmədən xahiş edə bilər. Məhkəmə tərəfindən gecikmiş vərəsənin miras payı qəbul etmə müddəti uzadıldıqda onun miras payı almaq hüququ bərpa edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, mirasın qəbul edilməsi xüsusi müddəti müəyyən edilmişdir və miras yalnız həmin müddət ərzində qəbul edilə bilər. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı miras əmlakın faktiki olaraq yiyələnməmiş və iddiaçıya miras əmlakı qəbul etmək və ya yiyələnmək üçün hər hansı bir şəxs tərəfindən maneçilik də törədilməmişdir. Lakin bununla belə o, mirasın qəbulu müddətinin ötürməsinin hər hansı üzrlü səbəblə əlaqədar olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir, iddiaçı yalnız qanunları bilməməsi və miras əmlakın miras qoyanın ikinci həyat yoldaşı və uşağı tərəfindən götürülməsini ehtimal etməsi kimi dəlilləri iddia ərizəsində qeyd etmişdir. Öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir, ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin vərəsəliyə çağırılan şəxsin iradəsini ifadə edir. Digər tərəfdən həm də ona görə ki, o hər hansı şəxsin cavab və qarşılıqlı iradə ifadəsindən asılı olmayaraq hüquqi nəticə doğurur. Mirasın qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Lakin buna baxmayaraq iddiaçı tərəfindən miras açıldıqdan sonra həmin iradə hər hansı bir formada ifadə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı miras əmlakın qəbul edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyündən və onun tərəfindən həmin müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, eyni zamanda iddiaçı tərəfindən miras əmlaka faktiki sahiblik və idarə etmək kimi hərəkətlərin edilməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən, müddətin ötürülməsi ilə bağlı iddiaçının dəlilləri isə bu müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi kimi qiymətləndirilə bilmədiyindən İddiaçı iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə X11 tərəfindən verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda qeyd edildiyi kimi X14 birinci nikahdan İddiaçı, X11 və X17 anadan olmuşlar. Yunis Səlimovun birinci nikahı pozulandan sonra ikinci dəfə 27.07.1996-cı il tarixdə X29 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 13.10.1988-ci il təvəllüdlü X34 anadan olmuşdur. Miras qoyan X30 Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, ev 95 ünvanında yerləşən 7 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin mənzildə yaşamış və 05.06.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki,iddiaçının X1 30.09.2019-cu il tarixdə vəfat etmişdir. Yunis Səlimovun ikinci nikahdan olan həyat yoldaşı X29 və qızı X2 Yunis Ağakişi oğlunun ölümündən sonra miras qalmış bütün əmlaklardan onlara çatan paylarından imtina etmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı 1995-ci ildən mübahisəli evdə yaşamış və atasının ölümündən sonra da miras əmlakı olan Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, ev 95 ünvanında yerləşən 7 nömrəli mənzilinə faktiki yiyələnməklə mirası qəbul etmişdir. Lakin iddiaçı miras əmlakı faktiki olaraq qəbul etsə də, həmin əmlakı qanunla müəyyən edilmiş müddət ərzində vərəsəlik hüquqlarının rəsmiləşdirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, aşağıda göstərilən qanunun tələblərinə əsasən iddiaçının miras əmlakı qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, notariat kontoru iddiaçıya miras əmlaka vərəsəlik hüquqlarının rəsmiləşdirməsindən imtina etdiyindən, həmçinin iddiaçı miras qoyanın birinci növbəli vərəsəsi olduğundan, iddiaçı miras əmlaka vərəsəlik hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, miras qoyan Yunus Səlimov 05.06.2006-cı il tarixdə vəfat etdiyindən, iddiaçının birinci növbəli vərəsə kimi miras əmlaka vərəsəlik hüquqlarının tanınması qüvvədə olan Mülki Məcəllənin müddəaları baıxmından hüquqi qiymət verilməlidir. AR Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Göstərilən Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. AR Mülki Məcəllənin 1243.1-ci madəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.(maddə 1243.2). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir(maddə 1243.3). Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd edilən Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. AR Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə qeyd edir ki, miras əmlak iddiaçı tərəfindən bu günədək rəsmiləşdirilməsə də, həmin əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi, həmin əmlaka faktiki olaraq yiyələnməsi kimi qiymətləndirilməlidir. Belə ki, mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi lə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Mirasın qəbulu iki yolla – formal üsulla və qeyri-formal üsulla həyata keçirilir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Qeyri-formal üsulla mirasın qəbul edilməsi dedikdə, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləyir və sübut edir. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konkludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Əgər miras əmlakın tərkibinə yaşayış evi daxil olarsa, ondan evin kirayəçilərinə kirayə haqqı verilməsi və ya evin təmir edilməsi barədə müraciət olunması mirasın qəbul edilməsi kimi sayıla bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının miras qalmış əmlakı qəbul etmək niyyəti olmuş və bu hal onun həmin əmlakda yaşamaqla ona faktiki olaraq sahiblik etməsi ilə tam təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, miras əmlak faktiki olaraq iddiaçı Şəfiqə Səlimova tərəfindən qəbul edildiyindən və bu hal məhkəmə iclasında öz təsdiqini tapdığından, mirasın qəbul edilməsi barədə faktın müəyyən edilməsi, miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması barədə iddia tələbləri əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh ünvan 2 qarşı mərhum atası 05.06.2006-cı ildə vəfat etmiş X8 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla müddətin uzadılması barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. İddiaçı X3 iddiası təmin edilsin. X3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Məmmədov küçəsində yerləşən 95 saylı evin 7 saylı mənzilə mirasın qəbul edilməsi faktı müəyyən edilsin və həmin mənzilə qanun üzrə vərəsəlik hüququ tanınsın. Qətnamə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Məmmədov küçəsində yerləşən 95 saylı evin 7 saylı mənzilə dair X3 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-523/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-523/2022
26.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver