Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-53/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi ilə, iddiaçı SOCAR-ın İddiaçıt Birliyinin etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh2 oğlunun iştirakı ilə İddiaçı SOCAR-ın İddiaçıt Birliyinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh2 oğlu işə cəlb edilməklə Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın İddiaçıt Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh2 oğlu işə cəlb edilməklə Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçıt Birliyinin balansında olan torpaq sahəsində 3 saylı NQÇS-nin ərazisində, Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 8 ünvanındakı evin sağ tərəfindən yerləşən, 2877, 2467 nömrəli işlək neft quyularının mühafizə zolağında və 1830 nömrəli ləğv olunmuş quyunun üzərində vətəndaş Cavabdeh1 tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin İddiaçıt Birliyinin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçın Birliyinin NQÇİ-nin (26 Bakı komissarı adına NQÇİ) daimi istifadəsinə neft və qaz əməliyyatlarının aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X3 İcraiyyə Komitəsinin) xx xxx 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə torpaq sahələri ayrılmış və o Səbail rayonu ərazisində ən azı 1962-ci ildən fəaliyyət göstərərək neyt-qaz hasilatının həyata keçirir. Göründüyü kimi, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi (399930,3; 4465192,7 koordinatlarda) cavabdehlər tərəfindən zəbt edərək orada özbaşına tikinti işləri aparılmışdır. Aparılan bu tikinti işləri nəticəsində İddiaçıt Birliyi və ona aid olan 2467 və 2877 nömrəli işlək neft quyusunda neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmaqla yanaşı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları kobud surətdə pozulmuşdur. Bundan başqa cavabdeh tərəfindən ləğv olunmuş 1830 nömrəli neft quyusunun demək olar ki, üzərində tikinti işləri aparılmışdır. Neft quyularında hər hansı bir qaz sızması baş verərsə bu da həm onun özünə və ətrafda yaşayan sakinlərin həyatı üçün təhlükəlidir. Torpaq sahəsinin Cavabdeh1 tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarının pozmaqla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft qaz əməliyyatları üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaradır. Göründüyü kimi, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində yerləşən torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericiliklə həmin kateqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə olunur. Özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin İddiaçıt Birliyinin istifadəsinə qaytarılmalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxx 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, SOCAR-ın İddiaçıt Birliyinin istifadəsində olan torpaq sahəsində Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində Cavabdeh1 tərəfindən (cizgidə əlavə olunmuş koordinatlar üzrə) zəbt edilmiş təxminən 3000 kv.m torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması, zəbt edilmiş torpaq sahəsinin İddiaçıt Birliyinin istifadəsinə qaytarılması, cavabdeh X1 və başqalarının qanunsuz tikilidən çıxarılması, ödənilmiş dövlət rüsumunun tutulması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X5 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğundan təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, Sovetlər Birliyi vaxtında bu müəssisə Metallurgiya Nazirliyinin «Təsərrüfat Hesablı Təmir Tikinti Müəssisəsi» adı altında fəaliyyət göstərirdi və bu müəssisəyə o, 1987-ci ildə Azərbaycan SSR Metallurgiya Nazirinin əmri ilə rəis təyin olunmuşdur. Sovetlər Birliyi dağıldıqdan sonra Nazirlər Kabinetinin qərarına əsasən onun rəhbərliyi ilə bütün qanunlar çərçivəsində Azərbaycan Respublikasının Əmlak komitəsi ilə müqavilə bağlanmış, auksionda alqı-satqı keçirərək, ödənişlər aparılaraq özəlləşdirilmiş və «Ziyarət» İnşaat firması yaradılmışdır. Hazırda həmin firmaya rəhbərliiy o özü edir. 1993-cü ildən 6 məcburi köçkün müəssisənin inzibati binalarında məskunlaşıb və hal-hazıradək yaşayırlar. Onlara yaşayışları üçün lazımi şərait yaratmışdır. O, bu müəssisəyə özbaşına gəlçəçişdir və mübahisəli ərazini iddiaçının dediyi kimi zəbr etməmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh2 oğlu iddia tələbini qəbul edərək, iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyi dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsinin topoqrafik planından görünür ki, Cavabdeh1 istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybət” NQÇİ ərazisində yerləşir. İş materiallarında olan məhkəmə tikinti texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/2033 nömrəli rəyindən görünür ki, iddiaçının iddia etdiyi və göstərdiyi, koordinatları müəyyən edilərək ölçülmüş tikili 1830 nömrəli ləğv olunmuş neft quyusunun üzərində inşa olunmuşdur. Mübahisəli ərazi 2877 nömrəli işlək neft quyusundan 93 metr, 2467 nömrəli işlək neft quyusundan isə 127 metr kənarda yerləşir. İddiaçının iddia etdiyi və göstərdiyi, koodinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi «Bibiheybət» NQÇİ-nin ərazisində yerləşir. İddiaçının iddia etdiyi və göstərdiyi koordinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, 20 0920 30 3630 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və göstərdiyi, koodinatları müəyyən edilərək ölçülmüş tikili 1830 nömrəli ləğv olunmuş neft quyusunun üzərində inşa olunmuşdur. Mübahisəli ərazi 2877 nömrəli işlək neft quyusundan 93 metr, 2467 nömrəli işlək neft quyusundan isə 127 metr kənarda yerləşir. İddiaçının iddia etdiyi və göstərdiyi, koodinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi «Bibiheybət» NQÇİ-nin ərazisində yerləşir. İddiaçının iddia etdiyi və göstərdiyi koordinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Təqdim olunmuş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 02.06.98-ci il tarixli, 10540 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Nüsrəddin oğlu və qeyriləri Bakı şəhəri, Mojayski küçəsi, 8 saylı Təsərrüfat hesablı ixtisaslaşdırılmış təmir tikinti sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışlar. İş materiallarında olan xx.xx.1997-ci il tarixli müəssisənin (obyektin) alqı-satqı müqaviləsindən görünür ki , Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx xxx 1998-ci il tarixdə Bakı şəhəri, Mojayski küçəsi 8-də yerləşən tikinti sahəsi Cavabdeh1 tərəfindən alınmışdır. İş materiallarında olan AR Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Mojayski küçəsi, 8 ünvana texniki pasport verilmişdir. İş materiallarında olan xx xxxx 1998-ci il tarixli «Ziyarət» inşaat-ticarət firmasının təsis müqaviləsindən görünür ki, Cavabdeh1 və qeyriləri arasında təsis müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə üzrə tərəflər Bakı şəhəri Təsərrüfat hesablı ixtisaslaşdırılmış təmin tikinti sahəsinin əmlakında ifadə olunan paylarını birləşdirir və «ZİYARƏT» inşaat-ticarət firmasını (bundan sonra müəssisə) təsis edirlər. İş materiallarında olan Dövlət Əmlak Komitəsi tərəfindən Cavabdeh1 verilmiş 1310 nömrəli arayışdan görünür ki, kiçik müəssisələrin Nizaminamə kapitalının 15%-nin start qiyməti ilə DƏK tərəfindən əmək kollektivinə özəlləşdirmə çekləri müqabilində satışını təşkil edən Komissiyanın, xx xxx 1998-ci il tarixli iclasının qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Mojayski küçəsi, 8 ünvanında yerləşən T/h ixtisaslaşdırılmış təmir tikinti sahəsinin start qiyməti ilə nizamnamə kapitalının 15%-2.352.150 manat məbləğ həqiqətən özəlləşdirmə çekləri ilə ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, özbaşına tikili olması əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehin Konstitusiya ilə təsbit olunmuş sahibkar hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyən olundu ki, iddiaçının sökülməsini tələb etdiyi daşınmaz əmlaklar cavabdehə məxsus Təsərrüfat hesablı ixtisaslaşdırılmış təmir tikinti sahəsinin əmlakıdır və həmin sahəni cavabdeh AR Dövlət Əmlak Komitəsindən satın almış və bu barədə ona xx.xx.1998-ci il tarixli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehə məxsus daşınmaz əmlakların heç bir təminat olmadan sökülməsi və onun faktiki olaraq sahibkarlıq fəaliyyətindən birdəfəlik məhrum edilməsi Konstitusiyanın bəyan etdiyi prinsiplərə ziddir. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini, nəzərə alaraq hesab edir ki, iddiaçı SOCAR-ın İddiaçıt Birliyinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh2 oğlu işə cəlb edilməklə Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı SOCAR-ın İddiaçıt Birliyinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh2 oğlu işə cəlb edilməklə Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 91.16 (doxsan bir manat on altı qəpik) manat iddiaçı SOCAR-ın İddiaçıt Birliyindən tutularaq AR ƏMDK-nin Yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestr xidmətinin hesabına (VÖEN:**********, M/h AZ37NABZ********************, Benefisların bankı:Kapital Bank ASC-nin «Xətai» filialı, B/h: AZ23AİİB **********3701778, SWİFT kod:AİİBAZ2X, VÖEN **********) keçirilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı SOCAR-ın İddiaçıt Birliyindən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-53/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-53/2021
15.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver