Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-58/2024 09.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X13 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil və 3-cü şəxslər X7 və X4 iştirakları ilə, İddiaçı - cavabeh "xxxx" MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair mülki işə 09 fevral 2024-cü il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabeh "xxxx" MMC-yə (3-cü şəxslər qismində X11, X8, X7 və X9) qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 iyul 2017-ci il tarixdə X10 ilə "xxxx" MMC arasında mənzil alqı-satqısına dair müqavilənin, həmin müqaviləyə dair 09 iyul 2017-ci il tarixli maliyyə arayışının, 12 may 2014-cü il tarixdə X7 ilə "xxxx" MMC arasında mənzil alqı-satqısına dair müqavilənin, həmin müqaviləyə dair xx.xx.2016-cı il tarixli maliyyə arayışının, 18 mart 2015-ci il tarixdə X8 ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin, həmin müqaviləyə dair 30 mart 2015ci il tarixli maliyyə arayışının, 10 may 2016-cı il tarixdə X9 ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin və həmin müqaviləyə dair xx.xx.2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2021-ci il müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzilin ümumi dəyəri 34100 manat məbləğindi pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. xx.xx.2021-ci il müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzilin ümumi dəyəri 50000 manat məbləğindi pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı "xxxx" MMC- yə borcu yoxdur. xx.xx.2021-ci il müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzili pay. kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzilin ümumi dəyəri 53200 manat məbləğində pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı "xxxx" MMC- yə borcu yoxdur. xx.xx.2021-ci il müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə^ ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzilin ümumi dəyəri 50000 manat məbləğindi pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı "xxxx" MMC- yə borcu yoxdur. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsin xx.xx.2022ci il tarixli, 2(012) 797/2022 №li Qətnaməsi ilə iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzil və Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzil İddiaçı cavabdeh "xxxx" MMC tərəfindən təhvil verilməsi qət edilmişdir. Məhkəmə gedişində "xxxx" MMC-in nümayəndəsinin ifadəsi ilə müəyyən olundu ki, həmin mənzillərə dair başqa bir müqavilə bağlanmamışdır və onlarda belə bir məlumat yoxdur. Hətta "xxxx" MMC Abşeron Rayon Məhkəməsində İddiaçı ilə bağlanmış müqavilələrin etibarsızlığı ilə bağlı məhkəmə mübahisəsi qaldırmış və sonradan iddiadan imtina etmişdir. Bundan sonra, hazırki iş üzrə üçüncü şəxslər X7, X8, X9 və X14 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-797/2022 saylı qətnaməsindən apellyasiya şikayətləri vermişlər və iş hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında icraatdadır. Apellyasiya şikayətləri verilən zaman hazırki iş üzrə üçüncü şəxslər İddiaçı ilə bağlanmış alqı-satqı müqavilələrində göstərilən mənzillərə dair müxtəlif tarixli müqavilələr təqdim etmişlər. Hesab edirik ki, üçüncü şəxslər tərəfindən təqdim edilmiş müqavilələr sonradan yazılmış və etibarsızdır. Belə ki, əgər belə bir müqavilələr olsa idi, Abşeron Rayon Məhkəməsində icraatda olmuş İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən mənzillərə dair başqa şəxslərlə müqavilələrin olması barədə məlumat verilərdi. Hesab edirik ki, təqdim edilmiş müqavilələr saxtadır və əsl direktor kimi adı yazılsa da, həmin şəxs tərəfindən imzalanmamışdır. Bundan başqa, şübhə doğuran əsas məqamlardan biri də odur ki, təqdim edilmiş müqavilə və maliyyə arayışlarında imza atan məsul şəxslər müxtəliflik təşkil edir. Bu da onu deməyə əsas verir ki, müqavilələr və maliyyə arayışları etibarsızdır. 3-cü şəxslər tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "mənzillərin təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2012) 797/2022 N-li Qətnaməsi ilə iddia təmin edilmiş. Abşeron rayonu. Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 67 kv.metr olan bir otaqdan ibarət 56 sayli manzil. Abşeron rayonu, Xırdalan səhəri. H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87.8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzil. Abşeron rayonu. Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96.7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzil va Abşeron rayonu, Xırdalan şəhəri. H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-ci mərtəbə, ümumi sahəsi 87.8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzil İddiaçı cavabdeh "xxxx" MMC tərəfindən təhvil verilməsi qət edilmişdir. Həmin məhkəmə qərarından məlumatları olmamışdır. Bu səbəbdən də məhkəmə qərarı onların maraqlarına toxunduğundan Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 535/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən hüquq və mənafelərinə toxunan şəxslər- X9, X8, X10 və X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-797/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, İş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdehdən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında inşa etdirdiyi binadan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 96,7 kv.metr, 2 otaqdan ibarət 58 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 62 kv.metr bir otaqdan ibarət 56 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 60 saylı mənzilin və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 6-cı yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 36 saylı mənzilin alınaraq ona təhvil verilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. İddiaçının apellyasiya instansiya məhkəməsinin qətnaməsinə baxmayaraq onlara qarşı məhkəmədə bu cür iddia qaldırması tamamilə qanunsuz və əsassız olduğundan hesab edirlər ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs A.Əzizov iddia ərizəsində qeyd olunanların həqiqəti əks etdirmədiyini bildirərək etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs M.Həmzəyev iddia ərizəsində qeyd olunanların həqiqəti əks etdirmədiyini bildirərək etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: X11 ilə "xxxx" MMC arasında bağlanmış 09 iyul 2017-ci il tarixli müqaviləyə əsasən tərəflər Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədəki yaşayış binasının A girişi, 10-cu mərtəbəsində 58 nömrəli mənzilin alqı-satqısı barədə razılaşmışdırlar. "xxxx" MMC tərəfindən verilmiş 09 iyul 2017-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21 ünvanında yerləşən binanın A girişi, 10-cu mərtəbəsində 58 nömrəli mənzilin ümumi dəyəri 48,350 manat məbləğində pul alıcı X11 tərəfindən tam ödənilmişdir. X8 ilə "xxxx" MMC arasında bağlanmış 18 mart 2015-ci il tarixli müqaviləyə əsasən tərəflər Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədəki yaşayış binasının A girişi, 6-cı mərtəbəsində 36 nömrəli mənzilin alqı-satqısı barədə razılaşmışdırlar. "xxxx" MMC tərəfindən verilmiş 30 mart 2015-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21 ünvanında yerləşən binanın A girişi, 6-cı mərtəbəsində 36 nömrəli mənzilin ümumi dəyəri 48,290 manat məbləğində pul alıcı X8 tərəfindən tam ödənilmişdir. X9 ilə "xxxx" MMC arasında bağlanmış 10 may 2016-cı il tarixli müqaviləyə əsasən tərəflər Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədəki yaşayış binasının A girişi, 10-cu mərtəbəsində 60 nömrəli mənzilin alqı-satqısı barədə razılaşmışdırlar. "xxxx" MMC tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21 ünvanında yerləşən binanın A girişi, 10-cu mərtəbəsində 60 nömrəli mənzilin ümumi dəyəri 45,000 manat məbləğində pul alıcı X9 tərəfindən tam ödənilmişdir X7 ilə "xxxx" MMC arasında bağlanmış 12 may 2014-cü il tarixli müqaviləyə əsasən tərəflər Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədəki yaşayış binasının A girişi, 10-cu mərtəbəsində 56 nömrəli mənzilin alqı-satqısı barədə razılaşmışdırlar. Avro-Qrand” MMC tərəfindən verilmiş 20 iyun 2016-cı il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21 ünvanında yerləşən binanın A girişi, 10-cu mərtəbəsində 56 nömrəli mənzilin ümumi dəyəri 31,000 manat məbləğində pul alıcı X7 tərəfindən tam ödənilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 27 dekabr 2023-cü il tarixli 4/1943 nömrəli rəyində qeyd olunmuşdur ki, 10 may 2016-cı il tarixli alqı-satqı müqaviləsində, 12 may 2014-cü il tarixli alqı-satqı müqaviləsində, 20 iyun 2016-cı il tarixli maliyyə arayışında, 18 mart 2015ci il tarixli alqı-satqı müqaviləsində, 30 mart 2015-ci il tarixli maliyyə arayışında, 09 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsində və 09 iyul 2017-ci il tarixli maliyyə arayışında “Cəfərov.X.M” yazıları qarşısındakı imzalalar X5 tərəfindən icra olunmuşdur. İş materiallarında olan İddiaçı "xxxx" MMC-yə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-535/2023 saylı qətnaməsində qeyd edilmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2023-cü il tarixli, 4/505 nömrəli rəyinə əsasən xx.xx.2019-cu il tarixli maliyyə arayışında “Direktor” qrafasında X1 adından olan imza eyni şəxs X2 tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında işin faktiki halları və təqdim olunmuş sübutlar ilə təsdiq olunmuşdur ki, 09 iyul 2017-ci il tarixdə X10 ilə "xxxx" MMC arasında mənzil alqı-satqısına dair müqavilə, 12 may 2014-cü il tarixdə X7 ilə "xxxx" MMC arasında mənzil alqı-satqısına dair müqavilə, 18 mart 2015-ci il tarixdə X8 ilə "xxxx" MMC arasında bağlanmış müqavilə, 10 may 2016-cı il tarixdə X9 ilə "xxxx" MMC arasında bağlanmış müqavilə və həmin Müqavilərə dair verilmiş 30 mart 2015-ci il, 09 iyul 2017-ci il tarixli maliyyə arayışı, 11 oktyabr 2019-cu il və 20 iyun 2016-cı il tarixli maliyyə arayışları müqavilənin tərəflərinin iradəsinə uyğun və qanunvericiliyin tələblərinin gözlənilməsi ilə bağlanmışdır. Ekspert rəyini əsas götürərək məhkəmə qeyd edir ki, mübahisənin bu halı ekspert rəyi ilə aradan qalxmışdır. Belə ki, hazırki iş üzrə 3-cü şəxslər və "xxxx" MMC sözügedən əqdləri öz iradəsinə uyğun olaraq imzalamış və əqdin bağlanmasında maraqlı olmuşdurlar. Məhkəmə bu səbəbdən hesab edir ki, hazırki işdə mübahisələndirilən alqı-satqı müqavilələri bu baxımdan öz mahiyyətinə görə etibarlı əqdlərdir. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AR Mülki Məcəlləsinin: 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Məhz bu səbəbdən də qanun pozuntusu ilə bağlanmış hər bir əqd, bunun nəticəsində mənafeyi pozulan şəxsin tələbi ilə etibarsız sayılır. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumundan və 126 manat Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspert tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi təmin olunmadığından, ödənilmiş 100 manat dövlət rüsumu, həmçinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilən 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməxətşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 manat məbləğində pul vəsaiti İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-58/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-58/2024
09.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver