Məhkəmə qərarları › İş №2(009)-629/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-629/2021

02.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-629/2021 02.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı cavabdehlər «X2 Mərkəzi» MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı «hərracın satış protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi» barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı cavabdehlər «X2 Mərkəzi» MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «X2 Mərkəzi» MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli Y-055 saylı satış protokolunun və «X2 Mərkəzi» MMC-nin direktoru Ə.N.Ələsgərovla alıcı Cavabdeh3 arasında bağlanmış İddiaçı məxsus Abşeron rayonu, Fatmayi kəndi, G.Əsədov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 13 saylı fərdi yaşayış evini 58.320 manata alıcı X1 barədə hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair bağlanılmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçının cavabdeh «X2 Mərkəzi» MMC-nin göstərdiyi ünvanı ünvan 1 mənzil 1 olaraq göstərilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlər arasında cavabdehin rəsmi qeydə alındığı yer haqqında məlumat olmasa da, Vergi ödəyicilərinin məlumatlarından görünür ki, «X2 Mərkəzi» MMC-nin hüquqi ünvanı AZ1100, ünvan 2 bu ünvan da Yasamal rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə müvafiq olaraq əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən, hesab edirəm ki, İddiaçı cavabdehlər «X2 Mərkəzi» MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı «hərracın satış protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi» barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya, aidiyyati üzrə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər «X2 Mərkəzi» MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı «hərracın satış protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi» barədə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, iddia ilə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etməlidir. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar