Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-657/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, “Cavabdeh1” İstehsalat Birliyinin nümayəndəsi və vəkili Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh1” İB-yə qarşı “borcun silinməsi”, iddiaçı “Cavabdeh1” İB-nin cavabdeh İddiaçı qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh1” İB-nə qarşı iddia ərizəsi ilə 27.01.2021-ci il tarixdə məhkəməyə müraciət edərək “Cavabdeh1” İB-nin əməkdaşları tərəfindən hesablanmış 3094.70 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi Heybət küçəsi ünvanında ailəsi ilə birlikdə yaşayır. Evdə quraşdırılan qaz sayğacının kartı vasitəsi ilə müəyyən pul məbləği yükləmək istəyərkən kartın blokda olduğunu bildi. Bakı regional qazın satışı departamentinə müraciət etdikdə ona bildirdilər ki, guya o sayğacdan kənar qaz xəttindən istifadə etdiyinə görə ona aktlar əsasında 3094.70 manat cərimə yazılıb və bu pulu ödəməlidir. O cərimənin səbəbini soruşduqda bildirdilər ki, mənzildə yoxlama aparılmış və güya sayğacdan kənar qaz xətti aşkar edilmişdir. Mənzildə qaz xəttinə heç bir müdaxilə etməmiş və əlavə xəttən istifadə etməmişdir. Akt tərtib edilərkən onun iştirakı təmin edilməyib. “Cavabdeh1” İstehsalat Birliyi tərəfindən ona hər-hansı bir akt təqdim edilməyib. Həmişə normal qazdan istifadə edərək ödəniş etmiş və heç bir çətinlik olmayıb. Tərəfindən təbii qazdan qanunsuz istifadə hallarına yol verilməyib. İddiaçı “Cavabdeh1” İB cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə 26.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək “Cavabdeh1” İB-nin əməkdaşları tərəfindən hesablanmış 3094.70 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “Cavabdeh1” İB ilə abonent İddiaçı arasında daha öncəki tarixlərdə, eləcə də 15.03.2018-ci il tarixində T/17481 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Cavabdeh1” İB abonent İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Cavabdeh1” İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00005 nömrəli abonent kodu verilmişdir. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 223.20 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 102.60 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 27.60 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 27.60 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 27.60 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 27.60 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 27.60 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 9.60 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 57.60 manat, 25.09.2018-ci il tarixli 02155598 saylı akt əsasında 129.60 manat, 27.08.2018-ci il tarixli ******* saylı akt əsasında 208.80 manat, 22.06.2018-ci il tarixli ******* saylı akt əsasında 118.80 manat, 22.05.2018-ci il tarixli ******* saylı akt əsasında 21.60 manat, 27.04.2018-ci il tarixli ******* saylı akt əsasında 118.80 manat, 27.03.2018-ci il tarixli ******* saylı akt əsasında 712.80 manat olmaqla cəmi 2162 manat məbləğində “Cavabdeh1” İB maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Səbail Rayon Məhkəməsinin 2(009)-926/2021 saylı, 11.03.2021-ci il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsinə uyğun izahat verərək İddiaçı iddiasının təmin edilməsini, “Cavabdeh1” İstehsalat Birliyinin iddiasının təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında “Cavabdeh1” İstehsalat Birliyinin nümayəndəsi və vəkili Cavabdeh2 iddia ərizəsinə uyğun izahat verərək “Cavabdeh1” İstehsalat Birliyinin iddiasının təmin edilməsini, İddiaçı iddiasının əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, “Cavabdeh1” İstehsalat Birliyinin iddiası isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı üzrə 01.05.2020-ci il tarixli müqavilədən görünür ki, “Cavabdeh1” İB ilə İddiaçı arasında müqavilə bağlanmışdır. İş materiallarında olan 29.03.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacsız təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə abonent İddiaçı akt tərtib edilmişdir. İş materiallarında olan aktlardan görünür ki, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 223.20 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 102.60 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 27.60 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 27.60 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 27.60 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 27.60 manat, 28.06.2019cu il tarixli ******* saylı akt əsasında 27.60 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 9.60 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 57.60 manat, 25.09.2018-ci il tarixli 02155598 saylı akt əsasında 129.60 manat, 27.08.2018-ci il tarixli ******* saylı akt əsasında 208.80 manat, 22.06.2018-ci il tarixli ******* saylı akt əsasında 118.80 manat, 22.05.2018-ci il tarixli ******* saylı akt əsasında 21.60 manat, 27.04.2018-ci il tarixli ******* saylı akt əsasında 118.80 manat, 27.03.2018-ci il tarixli ******* saylı akt əsasında 712.80 manat cərimə hesablanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM 21.2) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alğısatqısı barədə 01.05.2020-ci il tarixli Müqaviləsinə əsasən İddiaçı aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz Paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Hazırki mülki işdə İddiaçı yaşadığı Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi Heybət küçəsi ünvanında quraşdırılmış qaz sayğacından kənar qazdan qeyri-qanuni istifadə etməsi sübuta yetirilmir. Belə ki, məhkəmə tərəfindən iş üzrə ünvana baxış keçirilmiş və həmin ünvanda abonent tərəfindən qazdan qeyri-qanuni istifadə halları aşkar edilməmişdir. Cavabdeh tərəfindən tərtib edilən aktlardan isə istehlakçının məlumatlı olması və həmin aktların tərtib edilməsinə əsas olan hallar sübuta yetirilmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. “Cavabdeh1” İB abonent kimi qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi Heybət küçəsi ünvana hesablanmış 3094.70 (üç min doxsan dörd manat yetmiş qəpik) manat borc İddiaçı məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı (Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi Heybət küçəsi) ünvanı üzrə hesablanmış 3094.70 (üç min doxsan dörd manat yetmiş qəpik) manat abonent kodu **********00005 saylı abunə hesabından silinsin. İddiaçı “Cavabdeh1” İB-nin cavabdeh İddiaçı qarşı 2162 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və 30 manat dövlət rüsumunun tutulması tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-657/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-657/2021
19.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver