Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-664/2023 04.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X1, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi X2 iştirakları ilə, İddiaçı – Cavabdehnə qarşı “istehlakçı hüququnun müdafiəsi” tələbinə ilkin iddia üzrə, iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı – Cavabdehnə qarşı “istehlakçı hüququnun müdafiəsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, **********02060 nömrəli abonent koduna hesablanmış 3889 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: ünvan 1 ünvanında yaşayır. Həmin yaşayış sahəsində quraşdırımış qaz sayğacı düzgün işləmədiyi üçün sayğacın dəyişdirilib yenisi ilə əvəz olunması üçün Cavabdehnə müraciət etmişdi. 2022-ci ilin oktyabr ayında Cavabdeh nümayəndələri tərəfindən həmin qaz sayğacı sökülmüş və əvəzində digər qaz sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuş, sayğacın plombu zədəsiz olmuşdur.”Azəriqaz” İB-nin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat verdilər ki, onların yeni sayğacda problem olub, ona buna görə Akt tərtib olunub. Belə ki onun barəsində tərtib olunmuş 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli Akta əsasən mənzildə qeydiyyatda olmayan sayğac aşkar olunması göstərilmiş, itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanaraq borc yazılmışdır. Hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan yuxarıda qeyd etdiyi Akt tamamilə qanunsuz və əsassızdır. Göründüyü kimi onun evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda, o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçı olaraq onun təqsirini sübuta yetirmədən, ona qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Göründüyü kimi, qeyd olunan müqavilə şərtlərində qaz paylayıcısının heç bir halda istehlakçıya münasibətdə güc və ya məcburetmə tədbirinin tətbiq etməsi hüququ. eləcə də. İstehlakçının məcbur etmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, hazırkı iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə qaydaları”-nın tələblərinə, cavabdehlə onun arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, güc və ya məcburetmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və dövlət bu məqsədlə mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Ona görə də hesab edir ki, məhkəmə hazırkı iddia ərizəsi əsaslı hesab edib təmin etməlidir. Cavabdeh – cavabdeh İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 3654,28 (üç min altı yüz əlli dörd manat 28 qəpik) manat məbləğində zərərin və 56,55 (əlli altı manat 55 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3710,83 (üç min yeddi yüz on manat 83 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın dəlilləri: Səbail rayonu ərazisində "Azəriqaz” İB-nin əməkdaşları tərəfindan Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, Y.Mürsalov küç. x/ev 206 qeydiyyatda olan İddiaçı (bundan sonra-Cavabdeh) tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 3939,84 manat məbləğində "Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Həmin zərədən cavabdeh 285,56 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin "Azəriqaz” İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 3654,28 (üç min altı yüz əlli dörd manat 28 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində "Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh – cavabdeh İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 3654,28 (üç min altı yüz əlli dörd manat 28 qəpik) manat məbləğində zərərin və 56,55 (əlli altı manat 55 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3710,83 (üç min yeddi yüz on manat 83 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azəriqaz” İstehsalat Birliyi ilə abonent İddiaçı arasında xx.xx.2022-ci il tarixində AKX- 04355xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02060 nömrəli abonent kodu verilmiş və xx.xx.2017-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istasmara qəbulu haqqında” akta əsasən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Smart G-4 İtron Diafraqma markalı 1602AZ**********95 (plomb ********) nömrəli qaz sayğacı quraşdırılmışdır (akt əlavə olunur). Səbail rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, Y.Mürsalov küç. x/ev 206 qeydiyyatda olan İddiaçı (bundan sonra-Cavabdeh) tərəfindən fərdi evdə “Qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq pozaraq qeydiyyatı olmayan yəni Smart G- 4 İtron markalı 1402AZ**********84 nömrəli qaz sayğacı istifadə olunduğu aşkar edilmişdir. Araşdırılan zaman məlum olmuşdur ki, həmin İtron G-4 markalı 1402AZ**********84 nömrəli qaz sayğacı **********40100 saylı abonent X5 evinə quraşdırılmış və xx.xx.2017-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istasmara qəbulu haqqında" akta əsasən həmin sayğac çıxarılaraq yoxlanılması üçün Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir (akt əlavə olunur). Belə ki, cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfindən foto və video çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Odur ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 3939,84 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Həmin zərədən cavabdeh 285,56 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin “Azəriqaz" İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 3654,28 (üç min altı yüz əlli dörd manat 28 qəpik) manat təşkil etməkdədir. Məhkəmə iclasında iştirak edən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X6 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi X9 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin olunması, ilkin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıaq iclasında mütəxəssis qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, Cavabdehndə Bakı Regional qazın satışı departamenti istehlakçılara satılan qaza nəzarət şöbəsində mühəndis işləyir, mənzillərin sayğaclarının yoxlanması 04 fevral 2023 il tarixdə araşdırma üçün ərazidə baxış aparıldıqda qeydiyyatı düzgün olmayan Abşeron rayonuna məxsus olan sayğac aşkar edilib. Sayğacın başq sayğac olmasının səbəbi barədə məlumatı yoxdur. Plomb və qaykanın həmin sayğaca aid olmamasını aşkar etdiyindən sayğacın fərqli olduğunu anladılar. Qaydaya uyğun olaraq göstəriş verilən kimi əraziyə baxış keçirib sayğacları yoxlayırıq. İddiaçının sayğacının ekranı sönmüşdü, sayğacın mexanizminə müdaxilə edilmişdir. Qazdan istifadə edilib və qeydiyyata alınmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Cavabdehndə satış departamentində işləyir, mənzillərin sayğaclarının yoxlanması ilə məşğuldur. Əraziyə baxış keçirilən zamanı dəmir qutuda sayğaca müayinə keçirərkən sayğacın qaykasının qırıldığını, ümumiyyətlə, sayğacın başqa ünvana məxsus olmasını müəyyən etmişdilər. Sayğacın özü Masazırda olan ünvanına, qayka-plomb isə Səbail rayonunun ərazisindəki ünvanına məxsus idi. Belə sayğaclara “lipa” sayğac deyilir, onlardan istifadə etməkdə məqsəd sərfiyyatı qeyd etməməsindən ibarətdir. Bir qayda olaraq “lipa” sayğac qaz xəttinə qoşulmuş olur, mexanizm işləyir, amma sərfiyat az yazılır. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsinin, mütəxəssis və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AKX-04355xx/xx-2022 nömrəli müqavilədən görünür ki, Cavabdeh İB ilə İddiaçı arasında “qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış, abonentə məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edilmiş, qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, ünvan 5 ünvanı mənzilində 14** AZ ***114155184 nömrəli qeydiyyatı (lipa) olmayan sayğac aşkarlanmışdır. Aktda tələb olaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh İB tərəfindən verilmiş 04 iyul 2023-cü il tarixli **********02060 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı 2023-cü il üçün qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 3654.28 manat borc hesablanmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. İş materiallarında olan daxili qaz avadanlığına texniki baxış və profilaktik xidmət işlərinin keçirilməsi haqqında xx.xx.2014-cü il tarilxli aktından görünür ki, ünvan 5 ünvanında baxış keçirilmiş qaz xətti yoxlanılmış, nöqsan aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş dəymiş ziyanın ödənilməsinə dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 5 ünvanda “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və 32832 kubmetr itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, istehlakçı İddiaçı məxsus ünvan 4 ünvanında 14** AZ ***114155184 nömrəli qeydiyyatı (lipa) olmayan sayğac aşkar edilməsi əsası ilə Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt tərtib olunmuş və nəticədə abonent İddiaçı 2023-cü il üçün qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 3654.28 manat borc hesablanmışdır. Hazırda iddiaçı məhkləməyə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş aktın tamamilə qanunsuz və əsassız olduğunu iddia edərək ona hesablanmış borcun silinməsini xahiş edir. Cavabdeh isə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, Azəriqaz” İstehsalat Birliyi ilə abonent İddiaçı arasında xx.xx.2022-ci il tarixində AKX-04355xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz edilməsinə, qeyd olunan ünvana Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02060 nömrəli abonent kodu verilməsinə və xx.xx.2017-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istasmara qəbulu haqqında” akta əsasən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Smart G-4 İtron Diafraqma markalı 1602AZ**********95 (plomb ********) nömrəli qaz sayğacı quraşdırılmasına, Səbail rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, Y.Mürsalov küç. x/ev 206 qeydiyyatda olan İddiaçı tərəfindən fərdi evdə “Qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq pozaraq qeydiyyatı olmayan yəni Smart G-4 İtron markalı 1402AZ**********84 nömrəli qaz sayğacı istifadə olunduğunun aşkar edilməsinə və bu halı iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməsinə istinad edərək itirilmiş qaza görə dəymiş zərərin iddiaçıdan tutulmasını xahiş edir. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinin mahiyyətini nəzərə alaraq ilk öncə qarşılıqlı iddiaya qiymət verilməsini zəruri sayır və aşağıdakıları qeyd edir: Cavabdeh Səbail rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, Y.Mürsalov küç. x/ev 206 saylı qeydiyyatda olan İddiaçı tərəfindən fərdi evdə “Qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq pozaraq qeydiyyatı olmayan, yəni Smart G-4 İtron markalı 1402AZ**********84 nömrəli qaz sayğacı istifadə olunduğunun aşkar edilməsini iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməsini iddia etsə də, bununla bağlı hər hansı tutarlı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Akt və video görüntülərdir ki, həmin Akt iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş, cavabdeh tərəfindən imzalanmamışdır, video görüntüdə də qeydiyyata alınmayan sayğacın quraşdırılmasında məhz istehlakçının təqsirinin olması sübuta yetirilmir. Odur ki, nə akt, nə də ki, video görüntülər iddiaçının istinad etdiyi halları sübut etmək üçün mötəbər sübut kimi qiymətləndirilmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh – İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbinə münasibətdə isə qeyd edir ki, bildirərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, istehlakçı İddiaçı təqsirli hərəkətləri nəticəsində ona məxsus ünvan 5 ünvanda təbii qazdan istifadə qaydalarının pozulması halı və nəticədə Cavabdeh İB-yə maddi zərər vurulması öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, istehlakçıya itirilmiş qazın bərpasının dəymiş ziyan kimi hesablanması əsassızdır. Məhkəmə qeyd edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı məxsus ünvan 5 ünvanda təbii qazdan istifadə qaydalarının pozulmasında istehlakçının təqsiri sübut olunmadığından qaz itkisinə görə hesablanmış pulun ilkin iddia üzrə iddiaçıdan tələb edilməsi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə onu qeyd edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********02060 nömrəli abonent koduna hesablanmış 3889 (üç min səkkiz yüz səksən doqquz) manat borcun silinməsini tələb etsə də, araşdırma zamanı Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********02060 nömrəli abonentin saldosuna əsasən itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 3654.28 (üç min altı yüz əlli dörd manat iyirmi səkkiz qəpik) borcun qaldığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. İddiaçı iddia tələbində 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsini tələb etsə də, bu tələbini əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB tərəfindən ödənilmiş 56.55 (əlli beş manat əlli beş qəpik) dövlət rüsumu Cavabdeh İB-yə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, ünvan 5 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 3654.28 (üç min altı yüz əlli dörd manat iyirmi səkkiz qəpik) manat ilkin iddia üzrə İddiaçı - abonent kodu **********02060 saylı abunə hesabından silinməli, dövlət rüsumunun 50 (əlli) manat hissəsi ilkin iddia üzrə Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməli, ilkin iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh İB-yə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. ünvan 5 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 3654.28 (üç min altı yüz əlli dörd manat iyirmi səkkiz qəpik) manat ilkin iddia üzrə İddiaçı - abonent kodu **********02060 saylı abunə hesabından silinsin. Dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-664/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-664/2023
04.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver