Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-670/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,06 hektar miras bağ sahəsinə dair ona vərəsəlik şəhadətnaməsinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışlar ki, o, 28 saylı Notariat Ofisinə müraciət edərək, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Bildirir ki, həmin əmlak ünvan 1 ünvanda yerləşməklə 0,06 hektar bağ sahəsindən ibarətdir. Həmin bağ sahəsi 26403 nömrəli, 29 oktyabr 1991-ci il tarixli müqaviləyə əsasən X1na icarəyə verilmiş, bununla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona şəhadətnamə verilmişdir. X9 onun anası olmaqla miras əmlak onun tərəfindən faktiki olaraq qəbul edilmiş və bu günə kimi istifadəsindədir. Digər vərəsələr tərəfindən həmin əmlaka dair hər hansı iddia və tələb yoxdur. Bununla bağlı digər vərəsələrin mirasdan imtinasına dair və əmlakın onun adına rəsmiləşdirilməsi haqqında onların yazılı ərizələri 28 saylı Notariat ofisinə təqdim edilmişdir. Bildirir ki, Bakı şəhəri 28 saylı Notariat ofisinin notariusu Elmar Kərimov tərəfindən ona qeyd edilən miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüz hesab olunmuşdur. Ötürülmüş müddətin bərpa edilməsi məhkəmənin səlahiyyətinə aid olduğuna görə məhkəməyə müraciət edir. Məhkəmə iclasında ərizəçi İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia ərizəsinin təmin olunmasını xahiş etmiş, eləcə də bildirmişdir ki, onlar ailədə dörd uşaq iki bacı və iki qardaş olmuşlar. X1 ilə bağlanmış Bağın icarəyə verilməsi haqqında 26403 saylı, xx.xx.1991-ci il tarixli Müqavilədə anasının ailə üzvləri kimi o, bacıları Gülarə və Nübar, qardaşı Avsun göstərilmişlər. Onun qardaşı X20 xx.xx.1997-ci ildə, bacısı X16 xx.xx.2023-cü ildə vəfat etmişlər. Ailə üzvlərindən sağ qalanlar o və bacısı X17r və Nübar notariat orqanına müraciət etdiyi ərizəsində mərhum anasından miras qalmış payı qəbul etməmiş və qəbul etmək istəmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq bütün iclaslara onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan 28 saylı Dövlət Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 64 nömrəli məktubdan görünür ki, ərizəçi Bakı şəhər 28 saylı notariat ofisinə müraciət edərək, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Ərizədə istinad etdikləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişiklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna cavab olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu bu qərara cəlmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Ərizəçinin isə münasibətləri qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarından əvvəl yarandığından və eyni zamanda məhkəmənin icraatında həmin qərardan əvvəl olmadığından mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilmədən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. İş materiallarında olan X11 və İstismarı Birliyi ilə X10 arasında bağlanmış Bağın icarəyə verilməsi haqqında 29 oktyabr 1991-ci il tarixli, 26403 nömrəli Müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişniyovka-1 qəsəbəsində yerləşən 0,06 hektar 824A saylı bağ sahəsi 10 il müddətinə X3 icarəsinə verilmişdir. Həmin müqavilədə icarədarın ailə üzvləri kimi İddiaçı, Əliyev Avsun, Əliyeva Nübər, Əliyeva Gülarə göstərilmişlər. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuşdur. X12, anası X7r. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1966-cı ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İİ-JQ 493233 saylı, xx.xx.1995-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 01 yanvar 1995-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1995-ci ilin 01 ayının 28 günündə 63 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1968-ci il tarixdə doğulmuşdur. X12, X1dır. İş materiallarında olan X19 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 8İ-2503 reyestr nömrəli ərizədən görünür ki, X19, xx.xx.1995-ci ildə ölmüş mərhumə anası X4 miras qalmış əmlaklardan ona çatası miras payı qəbul etməmişdir, qəbul etmək də istəmir. Gələcəkdə buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Vərəsəlik hüququnun mövcud olduğu ölkələrin hüquq sistemləri bu hüquq institutunun iki fərqli prinsip üzərində qurulmasını nəzərdə tutur: fərdilik və ailə-təminat prinsipləri. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Bu prinsipin mənasına görə fərd üçün mülkiyyəti üzərində tam sərəncam vermək imkanı yaradılmadıqda o sadəcə əmlakın istifadəçisinə çevrilə bilər və yaşadığı dövrdə əmlakı çoxaltmaq və keyfiyyətcə yeniləşdirmək səyləri olmaz. Vərəsəlik hüququnda ailə-təminat prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Təbii ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Lakin bu əmlak üzərində şəxsin mülkiyyət hüququ onun vəfatından sonra bitir və o, hər hansı bir subyekt kimi hüquq münasibətlərində iştirak etmir. Belə olan halda, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Eyni hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1. və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə görə bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında izah etmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1248.1-cı maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Beləliklə, məhkəmə tərəfindən işdə olan sübutarın tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçi İddiaçı 01 yanvar 1995-ci ildə vəfat etmiş X1ndan qalan Bakı şəhəri, Sabunçu rayonu, Vişniyovka-1 qəsəbəsində yerləşən 0,06 hektar 824A saylı miras bağ sahəsi üzərində vərəsəlik hüququnun tanınması ilə bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi barədə 28 saylı Notariat Ofisinə müraciət etmişdir. Müraciətinə cavab olaraq cavabdeh mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsinə istinad edərək vərəsəlik işinin açılmasından imtina etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı mərhum X1nın birinci növbəli vərəsəsi sırasına daxil olan vərəsələrindən biri olması nəzərə alınmaqla buraxılmış müddət uzürlü hesab edilməklə uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ərizəçi İddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün ötürülmüş müddət uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-670/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-670/2025
16.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver