Məhkəmə qərarları › İş №2(009)-679/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-679/2023

04.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-679/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi bacısı-X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü X7 onun doğma bacımdır. X5 oğlu xx.xx.2008-ci ildə, anası- X2 isə xx.xx.2021-ci ildə vəfat etmişdir. Bacısı onunla birlikdə ünvan 1 ünvanında yaşayır. Bacısı Arzu kənar şəxsin qulluğunu tələb edən anadangəlmə ağıl zəifliyi, kəskin imbesil formada, hemiparez diaqnozu ilə 1-ci qrup əlildir. Tibbi sənədlərdən də görünür ki, bacısının sağlamlıq imkanları məhduddur. Bunu ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi bacısına aid müayinə sənədinin surəti ilə təsdiq edir. X10 həkim komissiyası tərəfindən tam əmək qabiliyyətsiz olması barədə diaqnoz qoyulmuşdur, onun kənar şəxsin köməyinə ehtiyacı var. Bacısı xx.xx.1970-ci il təvəllüdlü X7 daimi olaraq, kənar şəxslərin ümumi qulluğuna ehtiyacı vardır. Bacısı Arzu bizimlə birlikdə ünvan 1 ünvanında yaşayır. Ona o qulluq və nəzarət edir. Faktiki olaraq, özünü idarə edə bilmir. Bəzən isə aqressivləşərək, qeyri-adekvat hərəkətlər nümayiş etdirir. X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, qəyyum kimi onun adından çıxış edə bilmir. Habelə onun hüquq və vəzifələrinin təmin edilməsində yaxından iştirak edə bilmir. Ona görə də, hesab edir ki, məhkəmə bacısı xx.xx.1970-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni tam müdafiə edərək bildirmişdir ki, bacısının hüquq və vəzifələrinin təmin edilməsində yaxından iştirak edə bilmir. Ona görə də bacısı xx.xx.1970-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Səbail rayon İH başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mükmün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam rayonu VVAQ şöbəsi tərəfindən 20 avqust 1976-cı il tarixdə verilmiş İV-ЖГ seriyalı, 387287 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 15 avqust 1976-cı il tarixdə Ağdam rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydlər kitabında 20 avqust 1976-cı il tarixdə 312 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X8, ana qrafasında X2 qeyd edilmişdir. İş materiallarında olan Ağdam rayonu VVAQ şöbəsi tərəfindən 15 iyun 1970-ci il tarixdə verilmiş AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 07 iyun 1970-ci il tarixdə Ağdam rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydlər kitabında 15 iyun 1970-ci il tarixdə 215 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X8, ana qrafasında X2 qeyd edilmişdir. Mingəçevir regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 10 noyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ serialı, 218515 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 04 noyabr 2021-ci il tarixində ölmüş və bu barədə akt qeydlər kitabında 05 noyabr 2021-ci il tarixində 710 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi COVİD-19 virusu kimi qeyd edilmişdir. Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 29 aprel 2008-ci il tarixdə verilmiş AZ-İ serialı, 304787 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 26 aprel 2008-ci il tarixində ölmüş və bu barədə akt qeydlər kitabında 29 aprel 2008-ci il tarixində 228 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi hipertenziya kimi qeyd edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X7 xx.xx.1994-cü il tarixdə müayinə olunmuş və ona müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: kənar şəxsin qulluğuna ehtiyacı var. Anadangəlmə ağıl zəifliyi kəskin imbesil formada. Sol tərəfli hemiparez. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 802 saylı rəyindən görünür ki, X4 «ağır dərəcəli əqli gerilik uşaq serebral iflici nəticəsində» (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar – körpəlikdən nevroloji əlamətlərin qeyd edilməsi, psixi inkişafdan geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, 2 saylı X1 müalicədə olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlilliyin təyin olunması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-kobud nevroloji əlamətlərin qeyd olunması, ünsiyyətə çətin daxil olması, təsəvvür ehtiyatının son dərəcədə kasadlığı, maraq dairəsinin məhdudluğu, emosional reaksialarının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşə tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və oları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə verilmiş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X7 Ərizəçi bacısıdır, yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxsin yaxın qohumudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü, 317.2-ci, 317.3- cü, 318.2-ci və 321.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə müəyyən olundu ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1970-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 07 iyun 1970-ci ildə ünvan 2 ünvanında məcburi köçkün kimi müvəqqəti məskunlaşmış X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar