Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-686/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair verdiyi iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayaraq Səbail rayon Məhkəməsinə verilmişdir. İddiaçı tərəfindən məhkəməyə verilən iddia ərizəsində özünün ünvanını Bakı şhəri, Səbail rayonu, X1 küçəsi, 52 C, ev 5, mənzil 2 kimi göstərsə də, iddia ərizəsinin təsviri hissəsində yaşayış ünvanını ünvan 2mişdir. İddiaçı iddia ərizəsində cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 3işıq” ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satışı İdarəsinin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov 3 kimi göstərilmiş və iddia ərizəsini Səbail rayon Məhkəməsinə təqdim etmişdir. Eyni zamanda “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş çıxarışa əsasən isə iddiaçının qeydiyyat ünvanı ünvan 6 əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Hakim qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən norması istehlakçıya qaldırdığı iddianın seçim aidiyyəti üzrə verilməsinin mümkünlüyünü nəzərdə tutur. Hakim eyni zamanda qeyd edir ki, iddiaçı "xxxx" MMC tərəfindən verilmiş arayışa istinad edərək Səbail rayon ərazisində yaşamasını qeyd etsə də, iddiaçının istehlakçı kimi yaşayış yeri özünün də ərizədə qeyd etdiyi kimi Bakı şəhəri, ünvan 7 ünvan müqavilənin icra edildiyi yer hesab olunduğundan (mübahisə də məhz həmin mənzilə dair elektrik enerjisindən istifadə ilə əlaqədar yaranmış borcun silinməsi ilə əlaqədardır) hakim hesab edir ki, iddia ya seçim aidiyyəti üzrə Xəzər rayon Məhkəməsinə, yaxud cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı üzrə yerləşən Nəsimi rayon Məhkəməsinə verilməlidir. Belə olan halda hakim hesab edir ki, iddia ərizəsi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.3 maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-686/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-686/2025
19.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver