Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-687/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ HAKIM ABDULLAYEV ŞAHIN ZÜLFÜQAR OĞLUNUN SƏDRLIYI, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdehin Cavabdeh İB-nin nümayəndəsi R.V.Əliyevin iştirakları ilə İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, borcun silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 mənzil 10 ünvanında yaşayır. Həmin yaşayış sahəsində quraşdırılmış qaz sayğacı Cavabdeh nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər qaz sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuş, sayğacın plombu zədəsiz olmuşdur. Cavabdeh İB-nin əməklaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat verdilər ki, sayğacda problem olub, buna görə də akt tərtib olunub. Belə ki, onun barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu plastmas örtüyünün üzərinə vurulan sol metrologiya plombunun yuvasının zədəli olması qeyd edilmiş, itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanaraq ümumilikdə 327,60 manat borc yazılmışdır. Hesab edir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunan akt tamamilə qanunsuz və əsassızdır. Göründüyü kimi, onun evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəli olduğu halda, sonuncu öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçı olaraq onun təqsirini sübuta yetirmədən ona qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Göründüyü kimi, hazırki iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə qaydaları”nın tələblərinə, cavabdehlə onun arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, güc və ya məcburetmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və dövlət bu məqsədlə mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Belə olduğu halda qanunvericiliyin müəyyən etdiyi imkanlardan istifadə edərək bir müqavilə tərəfinin digər tərəfə münasibətdə məcburetmə tədbirlərin tətbiq edilməsi mümkünsüz olur və məcburetmə aktının etibarsızlığını, bunun əsasında isə pul tələbinin əhəmiyyətsizliyini təsdiq edir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, **********00100 nömrəli abonent koduna hesablanmış 327,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, 2020-ci ilin sonunda ona məlum olmuşdur ki, əlavə və əsassız sərfiyyatla bağlı borc yazılmışdır. Hər ay etdiyi ödənişlərin müəyyən hissəsi həmin borcun silinməsinə gedir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçıya dəymiş ziyan kimi itirilmiş təbii qazın dəyəri müvafiq akt əsasında hesablanmışdır. Akt iddiaçıya məxsus mənzilə quraşdırılmış sayğacda olan qüsur aşkar edildiyi üçün tərtib edilmişdir. Hesab edir ki, akt qanuni əsaslarla tərtib edildiyindən əlavə sərfiyyata görə borc düzgün müəyyən edildiyindən iddia əsassız hesab edilməli və təmin edilməməlidir . Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 136559 nömrəli, xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinin kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 18 saylı evin 11 saylı 2 otaqlı mənzilin 1 yaşayış otağı paylı mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2017-ci il tarixli ******* nömrəli aktın kserosurətindən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, 18 saylı evin 11 saylı mənzildə qaz sayğacına baxış keçirilən zaman sayğacın elektron tablosu qarışıb olduğu üçün əvəzlənmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və abonentə təhvil verilmişdir. İş üzrə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent İddiaçı yaşadığı ünvan 1 mənzil 10 ünvanda yoxlama aparılarkən saycağın hesablama mexanizminin qoruyucu plastmas örtüyünün üzərinə vurulan sol metrologiya plombunun yuvasının ətrafı zədəli olması, istehlakçıya itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanması müəyyən edilmişdir. İstehlakçının nümayəndəsi İddiaçı aktı imzalamaqdan imtina etmişdir. İş üzrə «Cavabdeh” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərardan və hesabdan çıxarışdan görünür ki, istehlakçı İddiaçı ******* saylı xx.xx.2018-ci il tarixli akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 60 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 3276 kub metr əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyət kimi 327,60 manat məbləğində borc yazılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus evin sayğacı cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixdə dəyişdirilib sayğac laboratoriyaya təqdim edilsə də, həmin sayğac üzərində qüsurun aşkar edilməsini müəyyən edən hal və onun əsasında tərtib edilmiş akt xx.xx.2018-ci il tarixdə, qərar isə xx.xx.2018-ci il tarixdə qəbul edilmiş, iddiaçının saldosuna isə dəymiş ziyanın bərpası məqsədilə itirilmiş təbii qazın dəyəri kimi müəyyən edilmiş 327,5 manat borc 2020-ci ilin noyabr ayında hesabına yazılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı 2018-ci ildə tərtib edilmiş aktın mövcudluğundan onun hesabına həmin akt əsasında yazılmış borc daxil edildikdən sonra, yəni 2020-ci ilin noyabr ayından məlumat aldığı üçün onun hazırki tələblə məhkəməyə qanunla müəyyən edilmiş bir illik kəsici müddət ötürülmədən müraciət edilmişdir. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixdə iddiaçının mülkiyyətindəki evə aid olan sayğaca baxış keçirilmiş və sayğacın elektron tablosunda yazılar qarışdığı üçün onun əvəz edilməsi qərara alınmışdır. Bu səbəbdən sayğac dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. Köhnə sayğac yoxlanılması üçün sayğacların yoxlanması laboratoriyasına göndərlmiş və xx.xx.2018-ci il tarixli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu plastmas örtüyünün üzərinə vurulan sol metrologiya plombunun yuvasının ətrafının zədələnməsi, LCD ekranında rəqəmlərin qarışması, elektron yaddaş proqramının nasaz olması, informasiyanın oxunmaması müəyyən edilmişdir. Qüsura görə müəyyən edilmiş nəticə “qaz itkisi, müdaxilə” olmuşdur. Həmin akt əsasında xx.xx.2018-ci il tarixdə xx.xx.2018-ci il tarixdə iddiaçı barəsində ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında komissiyanın xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya 3276 kub metr əlavə hesabat aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən qaz sayğaca hər hansı müdaxilə olunmamışdır. Yaşadığı mənzildən kənarda quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən sökülmüş və əvəzində digər sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuş, sayğacın plombu zədəsiz olmuşdur. Hazırda isə cavabdeh təşkilat onu qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq mövcud olmayan borcun ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, 327,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının mülkiyyətindəki evə aid olan sayğacda olan qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik qaz paylayıcısı daşıyır və belə olan halda iddiaçı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə xx xxxxx 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Qavazov Bolqarıstana qarşı» işi üzrə xx xxxx 2008-ci il tarixli Qərarda qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X3 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacda aşkar edilmiş qüsura görə hər hansı akt tərtib etmək və həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesabat yazmaq qanunsuz olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən istehlakçıya qazın verilməsi alqı-satqı müqaviləsi əsasında həyata keçirilir və bu münasibətlər öz xarakterinə görə mülki münasibətlərdir. «Qazdan istifadə Qaydaları»nın 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya əlavə borc hesablanması və həmin borcun abonentin abunə hesabına (kartına) keçirilməsi ilə bağlı hərəkətləri də qanunsuz olmuşdur. «Qazdan istifadə Qaydadarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarırın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaların»ın 1.3-cü bəndinin ikinci və ücüncü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən Cavabdeh İB ilə iddiaçı arasında qazın alqı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Digər tərəfdən istehlakçı barəsində cərimə sanksiyasının tətbiq edilməsi qanunla nəzərdə tutulmamışdır. Cərimənin (əlavə hesabatın) tətbiq edilməsi yuxarıda göstərilən qanuna əsasən həyata keçirilə bilər və cərimənin tətbiq edilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir. Məhkəmə qeyd edir ki, Cavabdeh İB müvafiq icra hakimiyyəti orqanı olmadığından, onun istehlakçı barəsində hər hansı sanksiya tədbiri tətbiq etməyə hüququ və ixtiyarı yoxdur. Yəni istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması halında onun barəsində cərimə sanksiyasının tətbiq edilməsi və ya itirilmiş qazın bərpası üçün əlavə borcun hesablanmasına dair cavabdeh orqanın qərar qəbul etmək səlahiyyəti qanunla müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh təşkilatın iddiaçıya qazdan qeydiyyatsız istifadə ilə əlaqədar onun abunə hesabında borc kimi yazılmış 327,60 manat borcun silinməsi hissəsində əsaslı hesab edilməlidir. Məhkəmə izah edir ki, cavabdeh itirilmiş qazın bərpası ilə bağlı vurulmuş ziyanın tutulması ilə əlaqədar iddiaçıya qarşı məhkəmədə iddia qaldıra bilər. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı barəsində Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, 18 saylı evin 10 saylı mənzilinə dair tərtib edilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli akt və onun əsasında xx.xx.2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair xx.xx.2018-ci il tarixli qərar etibarsız hesab edilsin. Həmin akt və Cavabdeh İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli qərarına əsasən itirilmiş qazın bərpası üçün hesablanmış 3276 kub metr əlavə sərfiyyata görə iddiaçının hesabına (**********00100) yazılmış 327,60 manat əlavə borc ləğv edilsin. Cavabdeh İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-687/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-687/2021
05.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver