Məhkəmə qərarları › İş №2(009)-695/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-695/2023

08.08.2023 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-695/2023 08.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Üçüncü şəxs X9 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı – (X18 və X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin dəyişdirilməsi ” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı – (X18 və X5 üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin dəyişdirilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə “Alıcı” qismində X18 arasında Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR., A.Məmmədov küçəsi, ev 10- sahəsi 63,0 kv.m olan,1 otaqlı 26 nömrəli mənzilinə dair bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin dəyişdirilərək müqavilə üzrə “Alıcı” qismində İddiaçı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR., A.Məmmədov küçəsi, ev 10, 1-ci giriş, 4-cu yaşayış mərtəbəsində yerləşən 63,0 kv.metrlik ümumi sahəsi olan 1 otaqlı 26 nömrəli mənzil Cavabdeh MMC ilə bağlanmış müqaviləyə əsasən 06 avqust 2018-ci il tarixdə onun istifadəsinə və sahibliyinə verilmiş, müqavilə şərtlərinə uyğun olaraq mənzilin ümumi dəyərini, 56700 (əlli altı min yeddi yüz) manat pul vəsaitini, nəzərdə tutulmuş pay haqqını ödəmişdir və mənzilə gözlənilən mülkiyyət hüququ yaranmışdır. Bildirir ki, o, 1947-ci il təvəllüdlü ahıl qadındır, tək yaşayır, mənzilə görə bir dəfə oğlu tərəfindən aldanmışdır. Səbail rayon məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(009)- 356/2018-ci il tarixli qətnaməsi ilə oğlunun adına-bağlanmış müqavilə onun adına dəyişdirilmiş və icra edilmişdir. Bundan sonra mənzil ona təhvil verilsə də, qocalıqdan, savadsızlıqdan istifadə edən qızı, növbəti dəfə onu aldadaraq notariat orqanına aparmış, guya ki, onu ömrümün axırınadək saxlamağı boynuna götürmək adı ilə ərizə yazdırmışdır. Ərizə yazandan sonra xx.xx.2021-ci il tarixdə 3-cü şəxs X18 cavabdehlə müqavilə bağlamış, lakin ona baxımsızlıq göstərmiş, mənzildə tək, kimsəsiz qalmışdır. Bundan sonra bilmişdir ki, onu İradə aldatmış mənzili ələ keçirmək üçün və müqaviləni öz adına yazdırmışdır. Sonradan o, notariusda məcburi yazdırılan ərizəni ləğv etdirsədə, müqavilə dəyişdirilməmiş qalmış, rəsmi şəkildə mənzili əlindən çıxmışdır. Müraciəti əsasında cavabdeh tərəfindən verilmiş müqavilənin və maliyyə arayışının surətindən məlum olmuşdur ki, guya ki, 3-cü şəxs mənzilin dəyərini, 56700 manatı MMC-yə tam ödəmiş və borcu yoxdur. Əslində isə qızı İradə deyiminə görə MMC-yə 200 manat pul vermişdir. Mənzilə görə cavabdeh tərəfindən ona heç bir pul vəsaiti ödənilməmişdir. Müqavilə formal şəkildə bağlanmışdır. Sonradan məlum olmuşdur ki, Müqavilə 3-cü şəxsin adına bağlanan zaman Cavabdeh MMC barəsində vətəndaşların şikayətlərinə əsasən dələduzluğa görə cinayət işi açılmışdır. Müqavilənin dəyişdirilərək adına bağlanması barədə cavabdehə müraciətlər etsə də, nəticəsi olmamışdır. Sonuncu dəfə məcbur olub cavabdehə təkrar, yazılı şəkildə (pretenziya) təklif göndərmişdir. Mübahisəni qarşılıqlı qaydada həll etmək mümkün olmamışdır. Bu baxımdan məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehlə 3-cü şəxs X18 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “mənzil alqı-satqısı haqqında” müqavilə dəyişdirilməli, müqavilədə alıcı qrafasında onun, İddiaçı adının yazılması öhdəliyi Cavabdeh MMC-nin üzərinə vəzifə kimi qoyulması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə baxışı dövründə iddiaçı tərəf iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh "xxxx" MMC- ilə X18 arasında ünvan 1 ünvanda yerləşən yaşayış binasının1-ci giriş, 4-cü yaşayış mərtəbəsindəki sahəsi 63,0 kv.m olan,1 otaqlı 26 nömrəli mənzilinə dair bağlanmış xx.xx.2021-ci il tarixdə bağlanmış “mənzil alqı-satqısı haqqında” müqavilənin etibarsız hesab edilməsi və müqavilənin İddiaçı adına bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizənin dəlilləri: Davam edən məhkəmə iclasları zamanı müəyyən olunmuşdur ki, İddiaçı X18 tərəfindən məcbur şəkildə notariat orqanına aparılmış, aldadaraq mənzildən imtina barədə ərizə yazdırmış (xx.xx.2021-ci il tarixdə) və hazırki mübahisəsi gedən mənzilə öz adına müqavilə bağlama müvəffəq olmuşdur (xx.xx.2021-ci il tarixdə) tərəfindən dərhal xx.xx.2021-ci il tarixdə məcburi şəkildə yazdırılmış ərizənin etibarsız hesab edilməsi təsdiqlənmişdir. Hazırda mənzilə dair məhkəmə mübahisəsi gedən bir zmanda müəyyən olunmuşdur ki, cavabdehlə digər üçüncü şəxs X5 arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, guya ki, sonuncu mənzilin dəyərini, X11 60000 manat ödəmişdir. Ona isə mənzilə dair bir qəpik də olsa pul vəsaiti ödənilməmişdir. Cavabdehlə üçüncü şəxslər mənzilin üzərində istənilən sərəncamı verməkdə davam edirlər. Belə olan təqdirdə, iddia tələblərinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Məhkəmənin 24 aprel 2023-cü il tarixli hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmiş, həmçinin mübahisəli mənzilin Şirvan şəhərində 4 otaqlı evin satışından əldə edilmiş pul vəsaiti hesabına alındığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmiş, həmçinin iddiaçının həmişə işlədiyini özünü pul vəsaiti olduğunu, oğlanlarının da ona baxdığını və mübahisəli mənzilin Şirvan şəhərindəki evin satışından əldə edilmiş pul vəsaiti hesabına alınması barədə onda dəqiq məlumat olmadığını bildirmişdir. Etirazın dəlilləri: Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi "xxxx" MMC-nin direktoru – nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, o, hazırda MMC-nin direktorudur. 2019-cu ildən direktor vəzifəsində işləyir. Alqı-satqı tərəflərin qarşılıqlı razılığı əsasında alan və satan arasında baş tutur, imtina ərizəsi təqdim edilir və müqavilə yeni tərəflə yenilənir. MTK üçün əhəmiyyət daşıyan imtina ərizəsidir və müqavilədir. Pulun alınıb verilməsini görmürük, tərəflərin arasında baş verir. Maliyyə arayışı ona görə verilir ki, həqiqətən də satan şəxsin MTK-ya borcunun qalmaması təsdiq edilsin. Ev alınanda evə görə borc qalmışdır, lakin Xanlar müəllimə qalan borc ödənilib. Həmçinin bildirmişdir ki, İddiaçı Xanlar müəllimin vaxtında evin alqı-satqısı barədə müqavilə bağlayıb sonra isə o, direktor olandan sonra İradə xanımın xeyrinə imtina edib. Hazırda ev X2, hazırda evə gəlib gedir yeni sahib və köçmək üçün evi yığışdırır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 nümayəndəsi X16 iddianın əsassız olduğunu, hazırki mübahisə predmeti olan mənzilin onun qardaşının adına olan Şirvan şəhərindəki evin satılmasından əldə olunmuş pul vəsaitinə və anasının qazandığı pul vəsaitinə alındığını, hazırda isə mənzilin X1 bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. X16 həmçinin bildirmişdir ki, 08 aprel 2023-cü il tarixində X5 ilə alqı-satqı müqaviləsi bağlansa da, hesablaşma işləri tamamlanmadığı üçün alqı-satqı baş tutmamış, lakin 13 aprel 2023-cü il tarixində pullar ödənilmiş və alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və üçüncü şəxslərdən X5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndənin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkilinin və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsasız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Səbail Rayon Məhkəməsinin 2(009)-356/2018 nomrəli, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh MMC ilə “Alıcı” qismində X19 arasında Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 63,0 kv.m olan,1 otaqlı 26 nömrəli mənzilinə dair bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin dəyişdirilməsi və “Alıcı” (payçı) qismində İddiaçı tanınması qət edilmişdir. - xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC-nin direktoru bir tərəfdən, digər tərəfdən Bakı şəhəri Səbail Rayon məhkəməsinin xx.xx.2018ci il № 2(009)-1931 Drop 2018 qərarına əsasən ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 63,0 kv.m olan, 1 otaqlı 26 nömrəli mənzilinə dair müqavilə X12 adından ünvan 2 ünvanında yaşayan sonralar “Alıcı” adlandırılan Azərbaycan Respublikasının vətəndaşı İddiaçı adına dəyişdirilmişdir. - İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, "xxxx" MMC-nin ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 63,0 kv.m olan, 1 otaqlı 26 nömrəli mənzilinə dair onun adına olan müqvilədən və pay hüququndan imtina etmiş və müqavilənin digər şəxsin adına keçirilməsinə etiraz etmədiyini, "xxxx" MMC-yə qarşı maddi iradı və tələbinin olmayacağını bildirmişdir. - İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə reyestrdə 8i-5286 nömrə ilə qeydə alınmış "xxxx" MMC-nin ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 63,0 kv.m olan,1 otaqlı 26 nömrəli mənzilinə dair onun adına olan müqavilədən və pay hüququndan imtina etməyi və müqavilənin digər şəxsin adına keçməsi barədə ərizədəki imzanın həqiqiliyi təsdiq olunmuşdur. Həmin ərizədən imtina etdiyini, reystrdə qeydə alınmış imza təsdiqini etibarsız hesab edib xitam verilməsini xahiş etmişdir. - xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC-nin direktoru bir tərəfdən, digər tərəfdən “Alıcı” adlandırılan X18 ilə ünvan 1 ünvanda yerləşən kooperativ binası Cavabdeh MMC-yə məxsusdur. Bu binanın 4-cü mərtəbəsində sahəsi 63,0 kv.m olan, 26 saylı 1(bir) otaqlı mənzilin ümumi dəyəri 56700 (əlli altı min yeddi yüz) manata satılması razılaşdırılmışdır. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X18 tərəfindən tam ödənilmişdir. MMC-yə borcu yoxdur. - İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış müqavilənin dəyişdirilməsi barədə təklifdən görünür ki, ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 63,0 kv.m olan,1 otaqlı 26 nömrəli mənzil "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən 06 avqust 2018-cı il tarixdə onun istifadəsinə və sahibliyinə verilmiş, müqavilə şərtlərinə uyğun olaraq mənzilin ümümi dəyərini, 56700 (əlli altı min yeddi yüz) manat pul vəsaitini, nəzərdə tutulmuş pay haqqını ödəmiş və mənzilə gözlənilən mülkiyyət hüququ yaranmışdır. Lakin, həmin mənzilə dair xx.xx.2021-ci il tarixdə qızı X18 tərəfindən aldadılaraq Cəmiyyət ilə “mənzilin alqı-satqısı” müqaviləsi İradənin adına bağlansa da, o, ona baxımsızlıq göstərmiş, mənzildə tək, kimsəsiz qalmışdır. Bundan sonra bilmişdir ki, onu İradə aldatmış mənzili ələ keçirmək üçün müqaviləni öz adına yazdırmışdır. Sizə edilən müraciətlər nəticə verməmiş, müqavilə dəyişdirilməmişdir, rəsmi şəkildə mənzilim əlimdən çıxmışdır. Sonuncu dəfə məcbur olub müqavilənin dəyişdirilməsi, alıcı qrafasında onun (İddiaçı) adını göstərməklə, müqavilənin mənimlə bağlanılmasını təmin etmək üçün təkrar yazılı şəkildə hazırki təklifi göndərmişdir. 10 gün müddətində təklifə dair münasibətlərini bildirməsələr, məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" MMCnin direktoru Nümayəndə bir tərəfdən, digər tərəfdən Azərbaycan Respublikasında yaşayan sonralar alıcı adlanan Azərbaycan Respublikasının vətəndaşı X5 ilə "xxxx" MMCnin ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 63,2 kv.m olan,1 otaqlı 26 nömrəli mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən kooperativ binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın 1-ci giriş 4-cü yaşayış mərtəbəsində yerləşən ümumi sahəsi 63.2 m2 olan 26 saylı 1 (bir) otaqlı mənzilin ümumi dəyəri altmış min manat (60000) AZN X5 tərəfindən tam ödənilmişdir. 60000 AZN (altmış min) manat bundan əvvəlki ev sahibi olan X11 tam olaraq ödənilmişdir. MMC-yə borcu yoxdur. - xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC-nin direktoru Nümayəndə bir tərəfdən, digər tərəfdən Azərbaycan Respublikasında yaşayan sonralar alıcı adlanan Azərbaycan Respublikasının vətəndaşı X5 ilə "xxxx" MMC-nin ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 63,2 kv.m olan,1 otaqlı 26 nömrəli mənzilinə dair alqısatqı müqaviləsi bağlanmışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışının notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən kooperativ binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın 1-ci giriş 4-cü yaşayış mərtəbəsində yerləşən ümumi sahəsi 63.2 m2 olan 26 saylı 1 (bir) otaqlı mənzilin ümumi dəyəri altmış min manat (60000) AZN X5 tərəfindən tam ödənilmişdir. 60000 AZN (altmış min) manat bundan əvvəlki ev sahibi olan X11 tam olaraq ödənilmişdir. MMC-yə borcu yoxdur. - X9 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, "xxxx" MMC-nin ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 63,0 kv.m olan, 1 otaqlı 26 nömrəli mənzil və paydan imtina etmiş, onun MTK üzvlüyündən azad edilməsini xahiş etmiş, həmin mənzilin X3 adına sənədləşdirilməsinə, dəyişdirlməsinə və satılmasına etiraz etmədiyini, gələcəkdə bu mənzilə və MTK-ya qarşı heç bir iddiası olmayacağını bildirmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6333/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı X20 cavabdehlər X8, İddiaçı və Şirvan şəhər 2 saylı Dövlət Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 6 saylı mənzilə dair xx.xx.2008-ci il tarixdə cavabdehlər İddiaçı ilə X13 arasında Şirvan şəhər 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6333/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə, X14 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6015/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Hacıbala qızının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 1300-cü keçid ünvanında inşa edilən çox mərtəbəli, çox mənzilli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 48.6 kv.m olan 1 otaqlı 117 saylı mənzilə dair cavabdehlər X16 ilə "xxxx" MTK arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Mənzilin alqı-satqısı haqqında” müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. - “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 28 avqust 2022-ci il tarixli qərardan görünür ki, X9 anası İddiaçı məxsus qızıl zinyət əşyalarını oğurlaması faktı öz təsdiqini tapmadığından vət. İddiaçı müraciəti əsasında toplanılmış NK-1/1251 saylı material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində qeyd olunanalara əsasən, yəni, X18 və nəvəsi X17 tərəfindən döyülməsi ilə öz təsdiqini tapmadığından vət. İddiaçı müraciəti əsasında toplanılmış NK- 1/1248 saylı material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarın təsviri hissəsində qeyd olunmuşdur: vət. İddiaçı müraciətində göstərdiyi xüsusatlar yəni, özünü yandıraraq intihar edəcəyi faktı öz təsdiqini tapmamışdır. Belə ki, təhqiqat zamanı müəyyən edilmişdir ki, İddiaçı bir müddət əvvəl qızı X18 və nəvəsi X17 tərəfindən döyülməsi ilə bağlı Binəqədi RPİ-nin 7-ci PB-nə etdiyi müraciəti əsasında aparılmış araşdırmadan narazı olduğu üçün əsəbləşərək 19 avqust 2022-ci il tarixdə yaşadığı ünvanda olan zaman DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək buna etiraz olaraq özünü yandıracağı barədə məlumat vermişdir. Yəni, konkret halda onun həmin vaxt intihar etmək, niyyəti olmamışdır. Bunu İddiaçı özü də ərizə və izahatında təsdiq etmişdir. - “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, İddiaçı qızı X6 onun yaşadığı mənzildən pul, ərzaq məhsulları və digər əşyaları oğurlaması faktı öz təsdiqini tapmadığından vət. İddiaçı müraciəti əsasında toplanılmış NK-1/58 və 62 saylı material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarın təsviri hissəsində qeyd olunmuşdur ki, İddiaçı yaşı ilə əlaqədar səhətində və əqli vəziyyətində yaranmış problemlərə görə mütamadi olaraq DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə müraciət edərək, qızı İ.Zeynalovadan əsassız olaraq şikayətlər etməklə sonuncu barəsində uydurma hadisələr barədə həqiqəti əks etdirməyən məlumatlar vermişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Hacıbala qızı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., A.Məmmədov küçəsi, ev 10. sahəsi 63,0 kv.m olan,1 otaqlı 26 nömrəli mənzilinin alınması ilə əlaqədar razılığa gəlinmiş, bununla bağlı tərəflər arasında müqavilə bağlanılmış və imzalanmışdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-356/2018 nomrəli xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, mənzilin pay haqqı 33600 manat hissəsi ödənilmiş, digər hissəsi isə iddiaçı hissə-hissə olaraq 24 ay ərzində Cavabdeh MMC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Hal-hazırda onun ödənilməmiş borcu 13200 manat təşkil edir. Sonradan iddiaçı yenidən cavabdehə müraciət edərək müqavilənin dəyişdirilməsini xahiş etmişdir. Bu səbəbdən cavabdeh tərəfindən mənzillə bağlı xx.xx.2015-ci il tarixdə yeni müqavilə tərtib edilmiş və alıcı qismində oğlu Namiq Əliyev göstərilmişdir. İddiaçı 2017-ci il tarixdən həmin mənzili yenidən öz adına keçirmək üçün müraciət etsə də, oğlunun sənədi və ya etibarnaməsinin olmaması səbəbindən bundan imtina edilmiş və nəticədə müqavilənin onun adına dəyişdirilməsi barədə iddia ilə məhkəməyə müraciət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin qətnaməsi icra olunmuş, mübahisəli mənzil yenidən xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. İşin materiallarından həmçinin görünür ki, sözügedən müqaviləyə əsasən mübahisəli mənzilə dair müqavilə X12 adından ünvan 2 ünvanında yaşayan sonralar “Alıcı” adlandırılan İddiaçı adına dəyişdirildikdən sonra, sonuncu adına olan müqavilədən və pay hüququndan imtina etməsi, müqavilənin digər şəxsin adına keçirilməsinə etiraz etməməsi, eləcə də "xxxx" MMC-yə qarşı maddi iradı və tələbinin olmayacağına dair xx.xx.2021-ci il tarixli ərizə vermiş və həmin ərizəyə əsasən "xxxx" MMC ilə iddiaçının qızı X18 arasında sözügedən mənzilə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin bundan təxminən 3 ay sonra İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə notariat ofisinə müraciət edərək 32 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə reyestrdə 8i-5286 nömrə ilə qeydə alınmış "xxxx" MMC-nin ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 4cü mərtəbəsində sahəsi 63,0 kv.m olan, 1 otaqlı 26 nömrəli mənzilinə dair onun adına olan müqavilədən və pay hüququndan imtina etməyi və müqavilənin digər şəxsin adına keçməsi barədə ərizəsindən imtina etdiyini, reystrdə qeydə alınmış imza təsdiqini etibarsız hesab edib xitam verilməsini xahiş etmiş, daha sonra "xxxx" MMC-yə müqavilənin dəyişdirilməsi barədə təkliflə müraciət etmişdir. Qeyd edilən təklifin və hazırki iş üzrə iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, həmin mənzilə dair xx.xx.2021-ci il tarixdə iddiaçı qızı X18 tərəfindən aldadılaraq Cəmiyyət ilə “mənzilin alqı-satqısı” müqaviləsi İradənin adına bağlansa da, o, ona baxımsızlıq göstərmiş, mənzildə tək, kimsəsiz qalmışdır. Bundan sonra bilmişdir ki, onu İradə aldatmış, mənzili ələ keçirmək üçün müqaviləni öz adına yazdırmışdır. Müəyyən edilmişdir ki, İddiaçı ilə oğlu arasında məhkəmə çəkişmələri də baş vermişdir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6333/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı X20 cavabdehlər X8, İddiaçı və Şirvan şəhər 2 saylı Dövlət Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 6 saylı mənzilə dair xx.xx.2008-ci il tarixdə cavabdehlər İddiaçı ilə X13 arasında Şirvan şəhər 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6333/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasən X14 apellyasiya şikayəti təmin edilməmişdir. İş üzrə ünvan 3 ünvanında yerləşən 6 saylı mənzilin satılması ilə bağlı məhkəməyə heç bir sənəd təqdim edilməmiş, bununla bağlı məhkəmənin sorğuları da cavablandırılmamışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iddia tələbləri ilə bağlı həmçinin aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin - 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; - 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. - 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə” 12 aprel 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarları üzrə ifadə edilmiş hüquqi mövqelərə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Məhkəmə hesab edir ki, "xxxx" MMC- ilə X18 arasında ünvan 1 ünvanda yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü yaşayış mərtəbəsindəki sahəsi 63,0 kv.m olan,1 otaqlı 26 nömrəli mənzilinə dair bağlanmış xx.xx.2021-ci il tarixdə bağlanmış “mənzil alqı-satqısı haqqında” müqavilənin bağlanması məhz iddiaçının həmin müqavilənin predmeti olan mənzildən və pay haqqından imtina barədə xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən mümkün olsa da, iddiaçı sözügedən ərizəni təqdim etdikdən 3 ay sonra xx.xx.2021-ci il tarixdə ərizəni ləğv etdirmişdir. Keçən müddətin az olmamasını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının razılıq ərizəsinin sərbəst iradə ifadəsi ilə yazıldığı şübhə altına alına bilməz. Belə ki, iddiaçı mübahisəli mənzilin qızının adına keçirilməsini arzulaşmış və bunu həyata keçirmək üçün qeyd edilən hərəkətləri könülü olaraq sərbəst qaydada icra etmişdir. Lakin, bu hərəkətlərini qızının ona baxması şərti ilə etməsini, qızının üzərinə götürdüyü öhdəlikləri (ona baxmağı) yerinə yetirməməsini və məhz buna görə də notarial qaydada verdiyi ərizəsinin ləğv etdirməsini göstərsə də, bu halların həqiqət olmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, iddiaçının 3-cü şəxs Əiyeva İradə tərəfindən aldadılması və pay haqqından imtina və müqavilənin bağlanmasına icazənin-razılığın aldatma təsiri altında verilməsinə dair dəlilləri heç bir tutarlı və mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Beləliklə də, məhkəmə "xxxx" MMC ilə X18 arasında ünvan 1 ünvanda yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü yaşayış mərtəbəsindəki sahəsi 63,0 kv.m olan,1 otaqlı 26 nömrəli mənzilinə dair bağlanmış xx.xx.2021-ci il tarixdə bağlanmış “mənzil alqı-satqısı haqqında” müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsasların olmaması qənaətinə gəlir. Məhkəmə iddia tələbləri üzrə göstərilən qənaətə gələrkən iş materiallarında olan Binəqədi rayon Pİ–nin 7–ci PB-nin “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 28 avqust 2022-ci il və 27 yanvar 2023-cü il tarixli qərarlarının məzmununda göstərlənləri də nəzərə alır. Belə ki, polis araşdırması zamanı X9 anası İddiaçı məxsus qızıl zinyət əşyalarını oğurlaması, pul, ərzaq məhsulları oğurlaması, eləcə də X18 tərəfindən döyülməsi faktları öz təsdiqini tapmamışdır. Məhkəmə eyni zamanda hesab edir ki, mübahisələndirilən əqdin etibarsızlığı ilə bağlı sübutlar təqdim edilsə idi belə, bu halda da iddia tələbi bu hissədə təmin edilə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli oldugu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, onun hüququnun pozulduğunu bildiyi andan (cavabdeh "xxxx" MMC- ilə X18 arasında ünvan 1 ünvanda yerləşən yaşayış binasının1-ci giriş, 4-cü yaşayış mərtəbəsindəki sahəsi 63,0 kv.m olan,1 otaqlı 26 nömrəli mənzilinə dair bağlanmış xx.xx.2021-ci il tarixdə bağlanmış “mənzil alqı-satqısı haqqında” müqavilə barədə həmin vaxt tam məlumatlı olmuş, bu müqavilənin bağlanmasına razılıq vermiş, xx.xx.2021-ci il tarixdə ərizəni ləğv etdirmişdir) qanunvericiliklə müəyyən edilmiş 1 illik müddət ərzində həmin müqavilənin məhkəmə qaydasında etibarsız sayılması ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. İddiaçının məhkəməyə deyil, cavabdehə təkliflə müraciət etməsi onun hüququnun pozulduğunu bilməməsi anlamına gəlmir. Yuxarıda sadalanan maddələrin mənasına görə mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Şərh olunan maddələrdə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olub-olmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir, bu isə təsadüfi deyildir. Belə ki, mübahisə edilən əqdin etibarlı olubolmaması mübahisə edildiyi halda, əhəmiyyətsiz əqd bağlandığı gündən etibarsız sayılır və Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, özündə nəzərdə tutulmuş hüquq və vəzifələri yaratmır, yalnız öz etibarsızlığı nəticələrə səbəb olur. Məhz buna görə də sadalanan maddi hüquq normalarında əhəmiyyətsiz əqdlərin yalınz onun etibarsızlığı nəticələrinin tətbiqi barədə tələb üzrə müddəti müəyyən edilmişdir. Həmin maddələrdə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik iddia müddəti müəyyən edilmişdir. Qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi mübahisə edilən əqdin mübahisələndirilməsi müddəti maraqlı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən, habelə əqdin bağlanmasına səbəb olmuş zorakılıq və ya hədəyə son qoyulduğu gündən başlanır (Mülki Məcəllənin 377.1-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə iddianın digər hissəsinə qiymət verərək hesab edir ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü yaşayış mərtəbəsindəki sahəsi 63,0 kv.m olan,1 otaqlı 26 nömrəli mənzilinə dair bağlanmış xx.xx.2021-ci il tarixdə bağlanmış “mənzil alqısatqısı haqqında” müqavilənin etibarsız sayılması üçün hüquqi əsaslar müəyyən edilmədiyindən sözügedən müqavilənin iddiaçının adına bağlanması hissəsində də iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə iddiaçı tərəfin iş materiallarına əlavə etdiyi İddiaçı Hacıbala qızının cavabdehlər "xxxx" MTK-ya və X10 qarşı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin hazırki iş üzrə nəzərə alınmalı olmasına dair dəlillərinə qiymət verərək qeyd edir ki, əvvəla həmin qətnamə hazırki iş üzrə heç bir formada preyudisial əhəmiyyət kəsb etmir və həmin iş üzrə iddiaçı ilə cavabdeh olan nəvəsi arasında digər mənzillə bağlı yaranmış mübahisə üzrə iddiasının təmin edilməsi eyni əsaslar üzrə hazırki işdə iddianın təmin edilməli olmasına hüquqi əsas yaratmır. Belə ki, hazırki iş üzrə iddiaçının tələbinin əsaslı olması üçün irəli sürdüyü dəlillər həm sübuta yetirilməmişdir, həm də iddiaçı tərəf əqdin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş kəsici müddəti ötürmüşdür. Məhkəmə 3-cü şəxs X5 ilə "xxxx" MMC-nin direktoru Nümayəndə arasında bağlanmış "xxxx" MMC-nin ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 63,2 kv.m olan,1 otaqlı 26 nömrəli mənzilinə dair alqı-satqı müqaviləsinin qanuniliyi mübahisələndirmədiyindən hazırda X3 tərəf olduğu müqavilənin qanuniliyinə münasibət bildirməyi məqsədə müvafiq hesab etmir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddianın prdmeti olmasa da, iddiaçı tərəfin tələblərinin əsası kimi irəli sürdüyü dəlillərdə bu halın qanunsuz olmasını vurğulaması və sonuncu ilə "xxxx" MMC-nin arasında eyni məzmunlu müxtəlif tarixli (08 və 13 aprel) müqavilələrin qanunsuz olmasına dair dəlilləri ilə bağlı qeyd etməyi zəruri sayır ki, araşdırma zamanı X9 nümayəndəsinin izahatında bildirmişdir ki, 08 aprel 2013-cü il tarixdə müqavilə bağlanmasına baxmayaraq X5 08 aprel tarixində pulu tam ödəmədiyi üçün həmin tarixli müqavilə ləğv edilmiş və pul 13 aprel tarixində tam ödənildiyi üçün həmin tarixdə yenidən müqavilə bağlanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə (X18 və X5 üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə (X18 və X5 üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet Vasaitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar