Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-700/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, X1 nümayəndəsi-vəkili X3 iştirakı ilə, Ərizəçi (Səbail rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs olan) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi» barədə ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Səbail rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs olan) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 xx.xx.1972-ci il təvəllüdlüdür. O, uşaqlıqdan isteriya nevrozundan və epilepsiyadan əziyyət çəkir. Bundan başqa Yalçın 1990-cı il tarixdən uzun gedişli orta dərəcəli, isteriya nevrozu, anamnezində funksional tutmalar və baş travması diaqnozu ilə psixiatrik qeydiyyatdadır. Yalçın uzun müddətdir ki psixi xəstədir. Belə olduğu halda o özünə və ya ətrafdakılara qarşı təcavüzkar hərəkətlər edə bilər. Onun qeyd olunan psixi pozuntuları ərizəçini və ailəsini normal yaşamağa qoymur. Odur ki, iddianın təmin olunması xahiş olunur . Məhkəmə iclasında iştirak etmiş Y.Məmmədovun nümayəndəsi-vəkili ərizə təqdim edərək, məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini və ərizəçinin ərizəsini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, Y.Məmmədov barəsində 2011-ci il tarixdə Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən ekspertiza keçirilmiş və ekspert rəyi ilə Y.Məmmədovun öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olması və onun məcburi müalicəyə ehtiyacı olmaması müəyyən edilmişdir. Bundan başqa AR Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin arayışı ilə müəyyən edilir ki, Y.Məmmədovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün heç bir əsas mövcud deyildir. Ərizəçinin bu ərizə ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi Y.Məmmədovun əsassız olaraq fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə nail olmaq və nəticədə onun əmlaklarını mənimsəməkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxs Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə Azər. Resp. MPM-nın 185.4 və 185.5-ci maddəsilərinə əsaslanaraq işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2011-ci il tarixli 1102 saylı rəyində qeyd edilir ki, X2 X5 Pozuntusu qeyd olunur. Düçüncəsi aydındır. Öz şəxsiyyətinə, zamana və məkana bələdliyi saxlanılıb. Söz ünsiyyətinə sərbəst daxil olur. Mühakimələri kifayət qədər məntiqlidir. Buna görə də X4 anlaqlı hesab olunmalıdır. AR Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin xx.xx.2020-ci il tarixli arayışında qeyd olunur ki, X4 psixiatriya yardımı almaq üçün müraciət etməyib və bu şəxsə psixiatriya dispanser müşahidəsi aparılmayıb. 1 saylı şəhər poliklinikasının psixiatriya kabinetinin xx.xx.2020-ci il tarixli arayışında qeyd edilir ki, X4 uzun gedişli orta dərəcəli isteriya nevrozu diaqnozu ilə 1990-cı ildən psixiatrik qeydiyyatdadır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün heç bir əsas mövcud deyildir. Azərbaycan Respublikası MPM-nın 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 320.3-cü maddəsinə əsasən məhkəmə, ərizə vermiş şəxslərin bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və yüz on manatadək cərimə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı barədə nəticəyə gəlməyə əsas vermir. Ona görə də ərizə təmin edilməməli, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməməlidir. Bundan başqa işdə olan materialları ərizəçinin ərizəsində qeyd etdikləri ilə yanaşı yoxlayaraq məhkəmə hesab edir ki, ərizəçi bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün ərizə ilə məhkəməyə müraciət etdiyindən qanunvericiliyin tələbinə uyğun olaraq 50 manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 321.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilməsin. Ərizəçi bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün ərizə ilə məhkəməyə müraciət etdiyindən 50 manat məbləğində cərimə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-700/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-700/2021
05.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver