Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-717/2024 06.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana olan 777,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvan onun xüsusi mülkiyyətindədir. Bu vaxta qədər kommunal xərclər və onların ödənilməsi və məbləği ilə bağlı tələbkarlarla (Azərsu, Azərişıq, Azəriqaz) hər hansı problem olmayıb. Lakin 17 dekabr 2023-cü il tarixdə bizim evin qaz sayğacı Səbail rayon Qaz İstismar idarəsinin əməkdaşları tərəfindən akt tərtib edərək guya sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizmin qoruyuçu qapağının üzərinə mənşəyi məlum olmayan plomb aşkar olunub. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Akt tərtib olunarkən onun xəbəri olmayıb, Azəriqaz İB əməkdaşları onun yaşadığı ünvanda olarkən, o, evdə olmamış, bundan onun xəbərəri olmayıb və o, akt tərtib olunarkən dəvət olunmamışdır, qanunsuz olaraq yazıblar ki, guya o, akta da imza etməkdən imtina etmişdir, bu ağ yalandır. O, bu barədə cavabdeh tərəfə bildirəndə ona məhkəməyə müraciət etməyi bildirdilər. Bundan əlavə isə bildirir ki, ünvan 1 ünvanda 15 iyun 2023-cü il tarixdən yaşayış yoxdur, həmin mənzildə təmir işləri gedir. Həmin təmir işlərinin aparılması üçün icazəsi var və göstərilən icazənin surətini iş materiallarına əlavə edir. Həmin sayğac yaşadığı gündən işləyirdi Azəriqazın əməkdaşları heç bir vaxt bu yaşadığı müddət ərzində gəlib nəzarət etməyiblər. Azəriqazın əməkdaşları onların ailəyə məxsus abonent koduna 777,60 manat cərimə yazıblar. Bildirir ki, onun tərəfin sayğaca heç bir müdaxilə olmayıb. Hesab edir ki, ona yazılmış cərimə qanunsuz və ədalətsiz olduğu üçün məhkəmə tərəfindən silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş və eləcə də, bildirmişdir ki, mənzil əvvəl Zatorskiy soyadlı bir şəxsə məxsus olmuş, sonra həmin şəxsdən mənzili onun anası almış və sonra onun adına mənzilə dair çıxarış verilmişdir. Lakin sayğac əvvəlki sahibin adında qaldığından, aktda və saldo da da əvvəlki mülkiyyətçinin adı qeyd edilmişdir. Bununla yanaşı, sayğacın aid olduğu mənzilin mülkiyyətçisi odur və ona görə də hazırki iddia tələbi onun tərəfindən qaldırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş və iddia ərizəsinə qarşı öz etirazını ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir, hətta icraata xitam verilərək geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.İddiaçının iddia qaldırılması üçün subyektiv hüququnun olmaması üzrə dəlilləri: Mövcud iş üzrə iddiaçının borcun silinməsini tələb etməsi üçün subyektiv hüququ yoxdur. İşin faktiki və həqiqi halları üzrə mülki işə xitam verilməsi və iddiaçıya geri qaytarılması üçün əsaslar: 1) Mübahisələndirilən borc məbləği istehlakçı (abonent) O.Zatorskiyə məxsusdur (abonentin saldosu, akt və sair əlavə olunub). 2) Mübahisələndirilən borc məbləğinin silinməsini xahiş edən İddiaçı müvafiq mülki iş üzrə iddia tələb hüququ yoxdur və məhkəməyə müraciət etmək hüququ rəsmi sənədlərlə də təsdiq edilməmişdir. İddia ərizəsinə İddiaçı O.Zatorski ilə qohumluq əlaqəsini təsdiq edən hər-hansı sənəd və onun adından məhkəmə iclasında iştirak etməyə əsas verəcək etibarnamə əlavə edilməmişdir. Faktiki borclu olan kəs İddiaçı deyil, O.Zatorskidir. Bundan əlavə, **********00004 saylı abonent kodunun abonent saldosundan görünür ki, istehlakçı hesabı O.Zatorskiyə məxsusdur. Faktiki olaraq İddiaçı ilə Birlik arasında iddia ilə məhkəməyə müraciət edilməsini əsaslandıra biləcək öhdəliklərin yarandığını təsdiq edən hər-hansı müqaviləsi yoxdur. Belə olan halda İddiaçı borcun silinməsi kimi tələbləri irəli sürmək üçün subyektiv hüququ yoxdur. İş materiallarına əlavə edilmiş abonent saldosundan, həmçinin tərtib edilmiş aktlardan da, görünür ki, həmin borcun iddiaçıya deyil, digər şəxs O.Zatorskiyə məxsusdur. (Agis üzrə abonent saldosu və qaz sayğacının quraşdırılması və çıxarılması, istismara qəbulu aktının surəti əlavə edilir). Həmçinin bildirir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya yəni O.Zatorskiyə məxsus **********00004 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 414273 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-14- 2-2/3-5-11024/Q001 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcminin qeyd etmir, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, 04010888 saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 6480 m3 təşkil etmişdir. Hesablanmış 777,60 manat məbləğində dəymiş ziyan 2023cü ilin dekabr ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 11 saylı evin 9 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qərara əsasən O.Zatorskiyə xx.xx.2023-cü il tarixli 04110888 saylı akt əsasında 6480 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan aydın olur ki, ünvan 3 ünvanda qazdan istifadəyə görə 2023-cü ildən 777,60 manat məbləğində borc yaranmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 14-2-2/3-5-11024/6001 No-li sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində məhşəli məlum olmayan plomb aşkar olundu. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı (abonent kodu **********0000) məxsus mənzildən Cavabdeh İB-nin əməkdaşları tərəfindən 414273 nömrəli G-4 markalı İtron tipli qaz sayğacı dəyəri ödənilməyən qaz sərfinə görə çıxarılaraq yeni 14142733 nömrəli G-4 markalı İtron tipli qaz sayğacı ilə əvəz edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, quraşdırılmış Elster tipli G-4 markalı 414273 saylı sayğac yeni Zenner tipli G-4 markalı ******* saylı sayğacla əvəzlənmiş, ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Əvəzlənmə zamanı Cavabdeh İB-nin əməkdaşları tərəfindən vizual baxış zamanı heç bir dəyişiklik, müdaxilə qeydə alınmayıb. Lakin Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib olunub və “14- 2-2/3-5-11024/6001 No-li sayğıcın hesablama mexanizminin qoruyucu qapağının üzərində məhşəli məlum olmayan plomb aşkar olundu. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir” qeydə alınıb. Məhkəmə hesab edir ki, itirilmiş qazın bərpası ilə əlaqədar iddiaçıya hesablanmış 777,60 manat borc onun abonent hesabından silinməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi istehlakçı barəsində cərimə sanksiyasının tətbiq edilməsi qanunla nəzərdə tutulmamışdır. Cərimənin tətbiq edilməsi yuxarıda göstərilən qanuna əsasən tətbiq edilə bilər və bu səlahiyyət yalnız müvafiq icra hakimiyyəti orqanına aid olan məsələdir. “Qaz təchizatı haqqında” AR Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. «Qaz istifadə Qaydaların»ın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat alqı-satqı müqaviləsinə əsasən qazın alqısatqı ilə məşğul olan təşkilat kimi müqavilənin digər tərəfi haqqında hər hansı məsuliyyət sanksiyasını (məcburetmə tədbirlərini) tətbiq etməkdə səlahiyyətli olmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması halında onun barəsində cərimə sanksiyasının tətbiq edilməsi və ya itirilmiş qazın bərpası üçün əlavə hesabatın hesablanmasına dair cavabdeh orqanın qərar qəbul etmək səlahiyyəti qanunla müəyyən edilməmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X1 Reyestrinə (bundan sonra – X1 Reyestri) daxil edilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçıya aid olan qaz sayğacı zədələnsə də, həmin zədələnmənin məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən olunmamışdır. Digər tərəfdən iddiaçının ona aid olan sayğacın işlək vəziyyətdə saxlanılması və qorunması ilə bağlı hər hansı məsuliyyət daşıması da məhkəmə iclasında müəyyən edilməmişdir. Beləliklə iddiaçının evinə aid olan sayğacda qüsur aşkar olunsa da, həmin qüsurun məhz iddiaçının günahı ucbatından baş verməsi və ya iddiaçının sayğaca müdaxilə etməsi nəticəsində baş verməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacın onun təqsiri üzündən zədələnməsi müəyyən olunmadığından, 777,60 manat məbləğində pulun istehlakçıdan tələb edilməsi əsassız hesab edilərək həmin hala görə yaranmış borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvan üzrə **********0000 saylı abonent hesabına hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-717/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-717/2024
06.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver