Məhkəmə qərarları › İş №2(009)-724/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-724/2021

03.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-724/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abbasova Gülnarə Güləli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin nəzdində Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi cəlb edilməklə sənədə sahiblik faktiının müəyyənləşdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, ərizəni onunla əsaslandırmışdır ki, xx xxxxxx 2004-cü il tarixində onunla Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 X1 inkişafı və istismarı Birliyi ilə Nardaran ərazisindəki 619 nömrəli bağın ona istifadəyə verilməsi haqqında 33319 saylı Müqavilə bağlamışdır. Ona məlum olmayan səbəblərə görə və onun diqqətsizliyinə görə qeyd olunan müqavilədə atasının adı düzgün əks olmayıb: «Sami oğlu» əvəzinə, «Səlim oğlu» yazılmışdır. Onun bütün sənədlərində tam adı-Ərizəçi gedir. Qeyd edir ki, müqavilənin ikinci (arxa) səhifəsində onun o zaman şəxsi sənədi olan SSRİ-nin pasportunun bütün məlumatları öz əksini tapıb. Müqavilənin digər tərəfi olan, Abadlaşdırma və X2 X1 inkişafı və istismarı Birliyi hal-hazırda Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə ləğv olunub və onun vərəsəsi olan Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsi həmin müqavilədə dəyişmlər və düzəliş etmək hüququnda deyil. Bağın torpaq sahəsinin özəlləşdirmək üçün həmin müqaviləni Bakı şəhəri X3 nəzdində Özəlləşdirmə Məkanına təqdim etməlidir. Həmin müqavilənin ikinci tərəfi o olduğu və qeyd olunmuş müqavilənin ona məxsus olduğu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16 fevral 2021-ci il tarixdə ərizəçi məhkəməyə ərizəsinə əlavə təqqdim edərək bildirmişdir ki, ərizə üzrə maraqlı şəxs maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin nəzdində Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi cəlb edilməklə ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.7-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını öyrənərək və iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2004-cü il tarixli 33319 saylı “Bağın icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, həmin müqavilə Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə Ərizəçi Səlim oğlunun arasında Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 hektarlıq 619 saylı bağ sahəsinin sonuncunun icarəsinə verilməsinə dair bağlanmış, icarədarın ünvanı olaraq ünvan 1 ünvanı göstərilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası Əfəndiyev X6, anası X4r. Ərizəçinin iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi, xx.xx.1960-cı ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarından göründüyü kimi, “Bağın icarəyə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli 33319 saylı müqavilədə icarədar kimi göstərilən Ərizəçi Səlim oğlu ilə Ərizəçi eyni şəxslərdir və sözügedən müqavilədə ərizəçinin atasının adı səhvən “Səlim” olaraq yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci, 307.2.5-ci və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının, habelə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Buna görə də, məhkəmə hesab edir ki, sair yolla müəyyən edilməsi mümkün olmadığından, “Bağın icarəyə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli 33319 saylı “Bağın icarəyə verilməsi haqqında” müqavilədə icarədar kimi göstərilən Ərizəçi Səlim oğlu ilə hazırkı mülki iş üzrə Ərizəçi eyni şəxslər olduğu və həmin müqavilənin ərizəçiyə məxsus olması faktı müəyyən edilməli, sözügedən müqavilədəki “Səlim” adı “Sami” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisindəki 619 №-li bağın istifadəyə verilməsi haqqında 33319 saylı, xx xxxxxx 2004-cü il tarixli müqavilənin Ərizəçi məxsus olması, həmin müqavilənin ikinci tərəfinin Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar