Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-73/2021 22.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 nümayəndə və vəkili X10 iştirakı ilə, İddiaçı MMC-nin – cavabdehlər Cavabdeh1-yə (hazırki "xxxx" MMC), Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, Abşeron Rayon 2 saylı Notariat Kontoruna qarşı “borc tələbinə və tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC – cavabdehlər Cavabdeh1-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbinə və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1-dən 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı “sementin alqı-satqı müqaviləsi” üzrə 969,747,15 manat əsas borc, 1,526,812.11 manat cərimə borcu, 160 manat vəkil xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2,496,749.11 manat məbləğində pulun tutulması, iddiaçı “NORM" MMC, cavabdehlər Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi X13 və "xxxx" MMC arasında bağlanılmış 27 avqust 2015-ci il tarixli "İpoteka müqaviləsi" əsasında mülkiyyət hüququ ilə müqavilə bağlanılarkən Cavabdeh2, sonra Cavabdeh3, hazırda isə X7 məxsus Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 kv.m olan tikiliyə (daşınmaz əmlakın dövlət reyestrində 06.10.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır) tutmanın yönəldilməsi və açıq hərracdan satılması, ümumilikdə cəmi 2,496,749.11 (iki milyon dörd yüz doxsan altı min yeddi yüz qırx doqquz manat on bir qəpik) manat məbləğində borcun 27 avqust 2015-ci il tarixli “İpoteka müqaviləsi” üzrə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 kv.metr olan tikilinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı sementin alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəflər arasında razılaşdırılmış sementi cavabdeh "xxxx" MMC-yə satmağı, cavabdeh isə müqaviləyə əsasən həmin sementin dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı sementin alqı-satqı müqaviləsi ilə cavabdehin üzərinə götürdüyü öhdəliyin ipoteka ilə təmin edilməsi məqsədilə İddiaçı MMC, Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi X13 və "xxxx" MMC arasında 27 avqust 2015-ci il tarixli “İpoteka müqaviləsi” bağlanmışdır. Cavabdeh1 alqı-satqı müqaviləsi üzrə aldığı sementin dəyərini hissə-hissə ödəsə də, 2017-ci ilin 09 mart tarixindən sonra (son ödəniş tarixi) hər hansı bir ödəniş etməmişdir. Qeyd edirlər ki, 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı sementin alqı-satqı müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-nin iddiaçıya 969.747,15 manat borcu yaranmışdır. İddiaçı satdığı mala dair cavabdeh "xxxx" MMC-yə qaimə-fakturalar göndərmiş, Cavabdeh1 onları qəbul edərək imzalamış və möhürləmişdir. İddiaçı Cavabdeh1-yə borcun ödənilməsi, ödənilmədiyi halda borcu ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıqlar və pretenziyalar göndərmişdir. Borc ödənilmədiyindən iddiaçı cavabdehlərə 22 noyabr 2017-ci il tarixli, 642/17 saylı bildiriş göndərərək onlara "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.2.3 və 38.2-ci maddələrinə uyğun olaraq məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın Satıcı ilə bağlanılmasını təklif etmişdir. Həmin bildiriş cavabdehlərə 28 noyabr 2017-ci il tarixdə çatdırılmışdır. Bundan sonra "xxxx" MMC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ipotexa predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə ilə müraciət etmişdir. Müraciətlə bağlı iddiaçıya bildirilmişdir ki, ərizədə göstərilən əmlak Cavabdeh2 məxsus deyildir. Məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə sorğu ilə müraciət edilmişdir. Həmin qurumun 19.02.2018-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 06.10.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmçinin həmin cavabda bildirilmişdir ki, həmin əmlak kompleksi kimi müəssisə Cavabdeh3 tərəfindən Abşeron rayon 2 saylı Notariat kontorunun xüsusi notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 15.09.2017-ci il tarixli, 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh4 adına özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə yenidən müraciət edilərək, sözügedən əmlakın Cavabdeh2 adından hansı əsaslarla çıxdığı barədə sorğu göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi 16 aprel 2018-ci il tarixli məktubu ilə bildirmişdir ki, Cavabdeh2 məxsus əmlak kompleksi Abşeron rayon 2 saylı Notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 23.11.2016-cı il tarixli 3M-2142 reyestr nömrəli müqavilənin ləğvi barədə sazişə əsasən Cavabdeh3 adına keçmişdir. Bundan sonra, Abşeron rayon 2 saylı Notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 15.09.2017-ci il tarixli 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh3 həmin əmlak kompleksi kimi müəssisəni Cavabdeh4 bağışlamışdır. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 06.10.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili tərəfindən Abşeron rayon 2 saylı Notariat kontorunun xüsusi notariusu G.İ.Məsimovaya sorğu göndərilmişdir ki, həmin sorğuda Cavabdeh3 adından etibarnamə əsasında X4 ilə Cavabdeh2 arasında bağlanılmış müqavilənin ləğvi barədə sazişin surəti istənilmişdir. Həmin sorğu nəticəsində iddiaçının vəkilinə sözügedən sazişlə bərabər Abşeron rayon Məhkəməsinin 2(012)- 3063/2016 saylı icra vərəqi də göndərilmişdir. Həmin icra vərəqindən müəyyən olunmuşdur ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, Cavabdeh2 mülkiyyətində olan əmlak kompleksinə dair iddiaçı Cavabdeh2 əvəzinə X13, "xxxx" MMC və borc alan "xxxx" MMC arasında bağlanılmış və Abşeron rayon 2 saylı Notariat kontorunda təsdiq edilmiş 27 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi Abşeron rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qiyabi qətnaməsi ilə etibarsız hesab edilmişdir. Qeyd edirlər ki, iddiaçı "xxxx" MMC-nin ona qarşı qaldırılmış iddiadan və iddianın əsasında çıxarılan qətnamədən məlumatı olmadığından, onun nümayəndəsi həmin qətnamənin əldə edilməsi məqsədi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Qətnamə əldə edildikdən sonra "xxxx" MMC həmin qiyabi qətnamənin ləğvi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsi 2(012)-3063/2016 saylı, 05 iyul 2016-cı il tarixli qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılmasını qət etmişdir. Həmçinin 09 avqust 2018-ci il tarixli qəradadla mübahisəli əmlakın üzərinə həbs qoyulmuşdur. Nəticədə Abşeron Rayon Məhkəməsinin 2(012)-3455/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və X2 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, X11 və Abşeron rayonu 2 saylı Notariat kontoruna qarşı "ipoteka müqaviləsinin və ipotekanın dövlət qeydiyyatının etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilmişdir. Həmin iş üzrə iddiaçılar Cavabdeh2 və X1 qətnamədən apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-3455/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və X6 həmin qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(102)-6118/2019 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, Cavabdeh2 mülkiyyətində olan əmlak kompleksinə dair iddiaçı Cavabdeh2 əvəzinə X13, "xxxx" MMC və borc alan "xxxx" MMC arasında bağlanılmış və Abşeron rayon 2 saylı Notariat kontorunda təsdiq edilmiş 27 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi hüquqi qüvvəsini almışdır. Hazırda Cavabdeh1-nin iddiaçı "xxxx" MMC-yə sementin alqı-satqı müqaviləsinə əsasən 969,747,15 manat əsas borcu, 25.11.2019-cu il tarixə 1,526,812.11 cərimə borcu (müqavilənin "Qiymət və Ödəmə Şərtləri" bölməsinə əsasən, ödəniş gecikdirildiyi halda, iddiaçı gecikdirilən hər bir gün üçün ödənilməsi gecikdirilmiş məbləğin 0,1% (sıfır tam onda bir) miqdarında cərimənin ödənilməsini cavabdehdən tələb edə bilər) mövcuddur. Sonradan İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə əlavə verərək Cavabdeh1-dən 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı "sementin alqı-satqı müqaviləsi" üzrə 969,747,15 manat əsas borc, 1,526,812.11 manat cərimə, 160 manat vəkil xərci və 30 manat dövlət rüsumu olmaqla 2,496,749.11 manat məbləğində pulun tutulması, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 kv.m. olan tikiliyə dair bağlanılmış 23.11.2016-cı il tarixli 3M-2142 reyestr nömrəli müqavilənin ləğvi barədə sazişin, Cavabdeh3 tərəfindən imzalanmış 15.09.2017-ci il tarixli, 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 06.10.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınması barədə qeydin ləğv edilməsi, iddiaçı "xxxx" MMC, cavabdehlər Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi X13 və "xxxx" MMC arasında bağlanılmış 27 avqust 2015-ci il tarixli "İpoteka müqaviləsi" əsasında Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 kv.metr olan tikiliyə tutmanın yönəldilməsi və açıq hərracdan satılması və ümumilikdə cəmi 2,496,749.11 (iki milyon dörd yüz doxsan altı min yeddi yüz qırx doqquz manat on bir qəpik) manat məbləğində borcun 27 avqust 2015-ci il tarixli “İpoteka müqaviləsi” üzrə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 kv.metr olan tikilinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" MMC-yə ödənilməsi bərədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində bildirildiyi kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 16 aprel 2018-ci il tarixli məktubu ilə bildirmişdir ki, Cavabdeh2 məxsus əmlak kompleksi Abşeron rayon 2 saylı Notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 23.11.2016-cı il tarixli, 3M-2142 reyestr nömrəli müqavilənin ləğvi barədə sazişə əsasən Cavabdeh3 adına keçmişdir. Bundan sonra Abşeron rayon 2 saylı Notariat Kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 15.09.2017-ci il tarixli 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh3 həmin əmlak kompleksi kimi müəssisəni Cavabdeh4 bağışlamışdır. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 06.10.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bu məlumatlar həmçinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təsdiq edilmişdir. İşin faktiki hallarından göründüyü kimi Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 kv.m olan tikiləyə dair 23.11.2016-cı il tarixli 3M-2142 reyestr nömrəli müqavilənin ləğvi barədə saziş və 15.09.2017-ci il tarixli 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsi uydurma əqdlərdilər. Belə ki, onlar hüquqi nəticələr yaratmaq niyyəti olmadan, ipoteka predmetini təşkil edən əmlakı qanunsuz qaydada ipoteka yüklülüyündən azad etmək məqsədilə bağlanmışlar. Yuxarıda göstərilən səbəblərdən həmçinin Cavabdeh4 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 06.10.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınması barədə qeyd də ləğv edilməlidir. Qeyd edirlər ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3455/2018 saylı, 26 sentyatr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və X2 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMCyə, X11 və Abşeron rayonu 2 saylı Notariat kontoruna qarşı "ipoteka müqaviləsinin və ipotekanın dövlət qeydiyyatının etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-3455/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(102)-6118/2019 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, yuxarıda göstərilən məhkəmə aktları ilə 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı sementin alqı-satqı müqaviləsi ilə cavabdehin üzərinə götürdüyü öhdəliyin ipoteka ilə təmin edilməsi məqsədilə İddiaçı MMC, Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi X13 və Cavabdeh1 arasında bağlanılmış 27 avqust 2015-ci il tarixli “İpoteka müqaviləsi” öz hüquqi qüvvəsini bərpa etmiş və hal-hazırda qüvvədədir. Beləliklə də, iddiaçının yuxarıda göstərilən əqdlərin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 06.10.2017-ci il tarixdə, **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınması barədə qeydin ləğvini tələb etmək hüququ Azərbaycan Respublikasının Ali Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(102)-6118/2019 saylı qərarını aldığı tarixdən yaranır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh4 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı MMC-nin ona qarşı tələbinə dair iddiasına etiraz edir, iddianı qəbul etmir, İddiaçı MMC-nin ona qarşı iddası əsassız olduğundan rədd olunmasını xahiş edir. Belə ki, onun İddiaçı MMC-yə heç bir borcu yoxdur, İddiaçı MMC-nin qarşısında heç bir öhdəliyi yoxdur. İddiaçı MMC ona qarşı əsassız iddia irəli sürərək onun hüquqlarını pozur. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 nümayəndə və vəkili X14 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 07.01.2015-ci iltarixli, 2015/ASM/094 saylı sementin alqı-satqı müqaviləsi bağlanmışdır. 07.01.2015-ci iltarixli, 2015/ASM/094 saylı alqı satqı müqaviləsi ilə cavabdehin üzərinə götürdüyü öhdəliyin ipoteka ilə təmin edilməsi məqsədi ilə İddiaçı MMC, Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi X13 və "xxxx" MMC arasında 27.08.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının iddia tələbi rədd edilməlidir. Birincisi qeyd edilən müqaviləyə əsasən müqavilənin müddəti və öhdəliyin icrası müddəti 31.12.2015-ci il tarixinə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28.07.2020ci il tarixli, 9/1309 saylı ekspert rəyinə əsasən borclu "xxxx" MMC tərəfindən ödənişlərin edilməsini təsdiq edən heç bir sənəd yoxdur. Belə olan halda hesab edirlər ki, aşağıdakı səbəblərə görə iddia müddəti keçmiş hesab edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı 09.12.2019-cu il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi iddia müddətinin axımı 31.12.2015-ci il tarixindən başlamalıdır. Bu səbəblə də iddia müddətinin axımı 31.12.2018-ci il tarixində bitir. İkincisi iddia müddətinin keçməsə belə, yəni iddiaçı öhdəliyin borclu tərəfindən 3 illik iddia müddəti keçmədən qismən icra edilməsini sübut etsə aşağıdakı əsaslara görə pulun tutulması ipoteka predmetinə yönəldilə bilməz. Belə ki, İpoteka müqaviləsinin 3.2-ci bəndinə görə “alqı-satqı müqaviləsinə əsasən borclu ipoteka saxlayan tərəfindən (NORM MMC) açılmış 800000 manat kredit limitini 12 ay müddətinə istifadə etməyi və həmin kredit limti çərçivəsində müvafiq ödəniş cədvəllərinə uyğun olaraq ödənişləri həyata keçirməyi öz öhdəsinə götürür. İpoteka ilə təmin edilən öhdəliyin icra müddət məslələri alqı-satqı müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan əlavələri ilə tənzimlənir”. Yuxarıda qeyd edilən İpoteka müqaviləsinin 3.1-ci maddəsinə görə isə “bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər ipoteka saxlayanla borclu arasında bağlanmış 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı alqı-satqı müqaviləsindən irəli gələn mövcud, həm də gələcəkdə əmələ gələn ipoteka saxlayının borcluya qarşı olan qanunvericilikdə müəyyən edilən bütün tələbləridir”. İpoteka müqaviləsinə görə ipoteka saxlayan borclunun iki öhdəliyi üçün məsuliyyət daşıyır. Birinci öhdəliyi mövcud olan yəni, 27.08.2015-ci il tarixinə kimi yaranmış borc, ikinci öhdəliyi isə həmin tarixdən sonra yaranmış öhdəlik üçün məsuliyyət daşıyacaqdır. Lakin hər iki öhdəlik 800000 manat məbləğini keçə bilməz. Buna səbəb isə İpoteka müqaviləsinin 3.2-ci bəndində qeyd edilən şərtdir, işdə olan ekspert rəyinə əsasən borclunun ipoteka müqaviləsi bağlanana kimi yaranmış borcu 665.706 manatdır, ikinci öhdəliyi isə həmin müqavilənin bağlanma tarixindən sonra yaranmış öhdəliyidir ki, həmin öhdəliyin də məbləği 800000-665.706=134294 manatdır. Beləliklə ipoteka qoyanın məsuliyyəti ümüumilikdə 800000 manatı keçə bilməz. Çünki müqavilənin şərtləri buna imkan vermir. Ekspert rəyində borclunun heç bir ödəniş etməməsi müəyyən edilsə də, iddiaçı öz ərizəsində etiraf edir ki, borclu 800000 manatdan çox ödəniş etmişdir. Yəni borclunun ipoteka müqaviləsində müəyyən edilmiş limitdən artıq məbləğdə mal götürməsinə görə ipoteka qoyan məsuliyyət daşıya bilməz. Belə ki, KM-in qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Qeyd edilən KM-in qərarını da nəzərə alsaq hal-hazırda ipoteka qoyanın həmin müqavilə əsasında məsuliyyəti yoxdur. Çünki ipoteka qoyanın məsuliyyət daşıdığı həcm 800000 manatdır və həmin borc da borclu tərəfindən ödənilmişdir. Borclu tərəfindən və ipoteka saxlayan tərəfindən ipoteka qoyanın razılığı alınmadan krdeit limitinin artırılması KM-in yuxarıda qeyd edilən qərararına əsasən yolverilməzdir. Ona görə də iddaçının iddia etdiyi məbləğdə pulun tutulması ipoteka predmetinə yönəldilə bilməz. Birincisi ipoteka müqaviləsində borclunun öhdəliyi 800000 manatla limitləndirilmişdir. İkincisi həmin limit üzrə yaranmış borc borclu tərəfindən ödənilmişdir. Üçüncüsü həmin limitin yenidən açılması vəya artırılması ipoteka qoyanın razılığı ilə müəyyən edilməmişdir. Bu səbəblə də iddiaçının ipoteka predmtinə tutmanın yönəldilməsi əsassızdır. Yuxarıda qeyd edilənlərdən əlavə aşağıda qeyd edilənlərə əsasən də iddia tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində təmin edilə bilməz. İlk olaraq qeyd etməyi zəruri hesab edirlər ki, eyni halla bağlı Azərbaycan Respublikası Konstutisya Məhkəməsinin 03 iyul 2013cü il tarixli qərarı vardır. Həmin qərarla da müəyyən edilir ki, etibar edilən şəxsən özü üçün əqd bağlayırsa həmin müqavilə etibarsız hesab edilməli və tərəflər arasında bağlanmamış hesab edilməlidir. Belə ki, sözügedən KM-in qərarının əsaslandırma hissəsində aşağıdakılar qeyd edilir: - “MM-in 6-cı maddəsində sadalanan mülki huquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir”. Daha sonra qeyd edilir ki, “MMin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-in 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. MM-in 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir”. Həmin qərarda yenə qeyd edilir ki, “MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Lakin iş materiallarından görünür ki, cavabdeh X11 verilən etibarnamədə konkret subyektlə, yəni İddiaçı MMC ilə müqavilənin bağlanması müəyyən edilməmişdir. Belə olan halda iddiaçının xeyrinə deyil də öz xeyrinə hərəkət edən Daşqın Əliyev əslində müqaviləni bağlaya bilməzdi. Əgər müqaviləni bağlaya bilməzdirsə o zaman Daşqın Əliyev tərəfindən iddiaçının adı ilə müqavilə bağlaması mümkün deyildir. Bu səbəblə də iddiaçı ilə İddiaçı MMC arasında bağlanmış ipoteka müqaviləsi bağlanmamış hesab edilməlidir. Şahverdiyevanın şikayəti üzrə KM qeyd etmişdir ki, “mənzilə dair etibarnamə verilərkən M.Şahverdiyeva (təmsil olunan), İ.İbrahimova bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və İ.İbrahimovun özünün maraqları daxilində deyil, M.Şahverdiyevanın maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir.”. Belə olan halda cavabdeh faktiki olaraq ona verilmiş etibarnamədən iddiaçının mənafeyi üçün deyil, şəxsən öz marağına görə hərəkət etmişdir, bu isə qanunla yol verilməz hesab edilir. Hazırki iddia tələbi üzrə də məhkəmə tərəfindən ipoteka müqaviləsinin etibarlılığı yoxlanılmalı və bağlanmış ipoteka müqaviləsinin təmsil olunanın mənafeyini nə dərəcədə qoruduğu mütləq müəyyən edilməlidir. Belə ki, X13 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC ilə işgüzar münasibətlərdə olmuş, MMC onu aldatmış və ipoteka müqaviləsinə qol çəkmişdir. Həmçinin qeyd etmişdir ki, o, ipoteka müqaviləsini bağlamaqla özünün istifadəsi üçün mal götürdüyünü bildirmişdir. Yəni, iddiaçı Cavabdeh2 xeyrinə heç bir hərəkət etməmişdir. Belə olan halda cavabdeh şəxsən özü üçün əqd bağlamış hesab edilməlidir. Məhkəmə bundan əvvəl qaldırılmış iddianın rədd edilməsinə istinad edərək, bu halı göz ardı edə bilməz. Çünki bundan əvvəlki iddia tələbində iddiaçılar hazırki iddia üzrə cavabdeh tərəfindən qoyulmuş əsaslar tamamilə fərqli olub, məhkəmələrdə haqlı olaraq həmin əsaslara görə iddianı rədd ediblər. Lakin həmin məhkəmə qərarlarının heç birində Daşqın Əliyevin bu əqdi öz mənafeyi üçün yoxsa təmsil olunanın mənafeyi üçün əqdi bağlayıb bağlamamasını araşdırmamış və hüquqi qiymət verməmişdir. Cavabdehin nümayəndəsi əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 Cavabdeh3 yeznəsidir. Cavabdeh4 isə Cavabdeh3 anasıdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 nümayəndə və vəkili X14 həmçinin iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı MMC ilə İlqar MR MMC arasında 07.01.2015-ci il tarixli, 2015/ASM/094 saylı sementin alqı-satqı müqaviləsi bağlanmışdır. 07.01.2015-ci il tarixli, 2015/ASM/094 saylı alqı satqı müqaviləsi ilə cavabdehin üzərinə götürdüyü öhdəliyin ipoteka ilə təmin edilməsi məqsədi ilə NORM ASC, Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi X13 və "xxxx" MMC arasında 27.08.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən müqavilənin müddəti və öhdəliyin icrası müddəti 31.12.2015-ci il tarixinə kimi müəyyən edilmişdir. Azərbaycan Pespublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28.07.2020-ci il tarixli,9/1309 saylı ekspert rəyinə əsasən borclu "xxxx" tərəfindən ödənişlərin edilməsini təsdiq edən heç bir sənəd yoxdur. Belə olan halda hesab edirlər ki, aşağıdakı səbəblərə görə iddia müddəti keçmiş hesab edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı 09.12.2019-cu il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi iddia müddətinin axımı 31.12.2015-ci il tarixindən başlamalıdır. Bu səbəblə də iddia müddətinin axımı 31.12.2018-ci il tarixində bitir. Belə olan halda hesab edir ki, iddia müddətinin keçməsi səbəbi ilə iddia rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 (hazırki "xxxx" MMC), Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron Rayon 2 saylı Notariat Kontorunun nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış 07.01.2015-ci il tarixli 2015/ASM/094 nömrəli müqavilədən görünür ki, satıcı standartlara uyğun sementi alıcıya satır və çatdırır, alıcı isə həmin məhsulu qəbul edib onun dəyərini satıcıya ödəyir. Müqavilə tərəflər arasında imzalandığı tarixdən 31.12.2015-ci il tarixədək qüvvədədir. İş materiallarına əlavə edilmiş satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış 07.01.2015-ci il tarixli 2015/ASM/094 nömrəli müqavilənin standart şərtlərindən görünür ki, göndərilən Məhsulun dəyərinin sonradan ödənilməsi Alıcıya Məhsulun göndərildiyi tarixdən 15 (on beş) təqvim günü ərzində həyata keçirilməlidir. Hər bir halda Alıcının Satıcıya olan bütün borcları həmin ilin 25 dekabr tarixinə qədər ödənilməlidir. Ödəniş gecikdirdiyi halda Satıcı gecikdirilən hər bir gün üçtin əsas borcun 0,1%-i miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini Alıcıdan tələb edə bilər. İş materiallarına əlavə edilmiş İpoteka saxlayan İddiaçı MMC ilə İpoteka qoyan Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 27.08.2015-ci il tarixli 275UMİ/14 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən 09/03/2012 tarixdə Cavabdeh2 verilmiş **********95-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 81.62 kv/m və ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən 09/03/2012 tarixdə Cavabdeh2 verilmiş **********95-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 2 ha torpaq sahəsi bu müqavilə üzrə borclunun İpoteka saxlayanın qarşısında olan pul öhdəlik(lər)inin icrasının təmin edilməsi məqsədilə bu Müqavilədə göstərilən əmlakın İpoteka saxlayanın xeyrinə ipoteka qoyulmuşdur. İpoteka predmetinin bazar dəyəri 1.828.000 (bir milyon səkkiz yüz iyirmi səkkiz min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən Cavabdeh2 və X3 ünvanlanmış 22.11.2017-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən (Reyestr nömrəsi-**********95-12031, Qeydiyyat nömrəsi-**********, Qeydiyyat tarixi-09.03.2012-ci il) Sizin tam mülkiyyətinizdə olan və notariat qaydasında təsdiq olunmuş 27 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Satıcıya girov qoyulmuş, Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən 2 hektar torpaq sahəsi və 81.62 kvadrat metr sahəsi olan əmlak kompleksi məhkəmə qaydasında hərracda məcburi satışa çıxarılacağı, cərimə məbləğlərinin artmasının qarşısını almaq və borcun məhkəmə qaydasında tutulması zamanı yaranacaq əlavə xərcləri çəkməmək üçün borcun dərhal ödənilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının sorğusuna verilmiş 19.02.2018-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəsissə üzərində Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 06.10.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin əmlak kompleksi kimi müəssisə Cavabdeh3 tərəfindən Abşeron rayon 2 saylı notariat kontorunun xüsusi notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 15.09.2017-ci il tarixli, 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh4 adına özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının sorğusuna verilmiş 16.04.2018-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 09.03.2012-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra, Abşeron rayon 2 saylı notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 23.11.2016-cı il tarixli 3M-2142 reyestr nörməli müqavilənin ləğvi barədə sazişə əsasən Cavabdeh3 adına keçmişdir. Bundan sonra, Abşeron rayon 2 saylı notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 15.09.2017-ci il tarixli 4Ə-987 reyestr nörməli bağışlama müqaviləsinə əsasən Cavabdeh3 həmin əmlak kompleksi kimi müəssisəni Cavabdeh4 bağışlamışdır. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 06.10.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Abşeron rayon 2 saylı notariat kontorunda bağlanmış 23.11.2016-cı il tarixli müqavilənin ləğvi barədə sazişdən görünür ki, Abşeron rayonu 2-ci NK tərəfindən 24 fevral 2012-ci il tarixdə Cavabdeh3 məxsus olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 2.0 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 81.62 kv.m olan əmlak kompleksi kimi müəssisəyə və 2.0 ha torpaq sahəsinə dair bağlanmış 4Ə-333 reyestr nömrəli alqı-satqı müqaviləsi 1-ci tərəf Cavabdeh3 və 2-ci tərəf Cavabdeh2 razılığı əsasında ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-3063/2016 saylı 05 iyul 2016-cı il tarixli qiyabi qətnaməsindən görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan əmlak kompleksinə dair iddiaçı Cavabdeh2 əvəzinə X13, İddiaçı MMC və borc alan "xxxx" MMC arasında bağlanmış və Abşeron rayon 2 saylı notariat kontorunda təsdiq edilmiş 27 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.09.2019cu il tarixli, 2(102)-6118/2019 nömrəli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 05.03.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Kərimli; 2(012)-3455/2018) iddiaçılar Cavabdeh2 və X2 cavabdehlər “Norm" MMC, "xxxx" MMC, X13 və Abşeron rayonu 2 saylı notariat kontoruna qarşı ipoteka müqaviləsinin və ipotekanın dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu tarixli qətnaməsi ilə (hakimlər; Ş.R.Abbasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov 2(105)-885/2019) iddiaçılar Cavabdeh2 və X2 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 29.11.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC “İsmayılbəyli və partnyorları” Vəkil Bürosunun hesabına 160 (yüz altmış) manat məbləğində pul ödəmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna verilmiş 21.02.2020-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 09.09.2011-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, Cavabdeh3 həmin əmlak kompleksi kimi müəssisəni Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş 24.02.2012-ci il tarixli, 4Ə/01-333 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 09.03.2012-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş 23.11.2016-cı il tarixli, 3M-2142 reyestr nömrəli müqavilənin ləğvi barədə sazişə əsasən 24.02.2012-ci il tarixli, 4Ə/01-333 reyestr nömrəli alqı-satqı müqaviləsi ləğv edilmişdir. Bundan sonra, Cavabdeh3 həmin əmlak kompleksi kimi müəssisəni Abşeron rayonu 2 saylı notariat kontorunda-təsdiq edilmiş 15.09.2017-ci tarixli, 4Ə-987 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh4 bağışlamışdır. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 06.10.2017-ci il tarixdə **********95- 12301reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin əmlak kompleksi kimi müəssisə üzərində Abşeron rayon məhkəməsinin 09.08.2018-ci il tarixli, 2(012)-4355/2018 saylı icra vərəqəsinə əsasən həbs vardır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən verilmiş 17.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 07 yanvar 2015-ci il tarixli 2015/ASM/094 nömrəli müqaviləyə uyğun olaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə 07 yanvar 2015-ci il tarixindən başlayaraq 13 oktyabr 2015-ci il tarixinədək 52,978.52 (əlli iki min doqquz yüz yetmiş səkkiz ton əlli iki) ton sement satmış və təhvil vermişdir. Alıcının Satıcıya cəmi 5,332,264.09 (beş milyon üç yüz otuz iki min iki yüz altmış dörd manat doqquz qəpik) manat olmaqla, əsas məbləğ üzrə 4,518,868.02 (dörd milyon beş yüz on səkkiz min səkkiz yüz altmış səkkiz manat iki qəpik) manat və 18% ƏDV üzrə 813,396.07 (səkkiz yüz on üç min üç yüz doxsan altı manat yeddi qəpik) manat məbləğində ödəniş öhdəliyi yaranmışdır. Satıcı tərəfindən Alıcıya müvafiq ödəniş sənədləri təqdim olunmuşdur, lakin Alıcı 2015-2017-ci il müddəti ərzində əsas məbləğ üzrə 3,549,121.04 (üç milyon beş yüz qırx doqquz min yüz iyirmi bir manat dörd qəpik) manat, 18% ƏDV üzrə isə 813,395.86 AZN (səkkiz yüz on üç min üç yüz doxsan beş manat səksən altı qəpik) manat ödəyərək, cəmi 4,362,516.90 (dörd milyon üç yüz altmış iki min beş yüz on altı manat doxsan qəpik) manat məbləğində ödəniş həyata keçirmişdir. Bununla təsdiq edirlər ki, hazırda Alıcı olan Cavabdeh1-nin İddiaçı-yə cəmi 969,747.19 (doqquz yüz altmış doqquz min yeddi yüz qırx yeddi manat on doqquz qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən cavabdehlərə ünvanlanmış 19.10.2017-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlər borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar edilmişlər. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/1309 saylı, 28.07.2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı MMC ilə “İlqar-MR" MMC arasında bağlanmış 07 yanvar 2015-ci il tarixli 2015/ASM/094 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1-nin İddiaçı MMC-yə olan borcu – malın dəyəri üzrə 1.595.893,09 manat, ƏDV üzrə 287.260,72 manat olmaqla, cəmi 1.883.153,81 manat təşkil edir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən verilmiş 30.04.2018-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1-nin hazırki adı "xxxx" MMC-dir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı alqı-satqı müqaviləsi, həmçinin həmin müqaviləyə dair 1, 3, 4, 5 və 6 saylı Razılaşmalar bağlanılmışdır. Həmin müqavilənin və Razılaşmaların 1-ci bəndinə əsasən, Satıcı ("xxxx" MMC) Alıcıya ("xxxx" MMC) dövrdən asılı olaraq hər bir tonun qiyməti 92,04-126,26 manat (ƏDV daxil) çərçivəsində olmaqla "Norm Klass C500" markalı sementin satılmasını və təyinat nöqtəsindən asılı olaraq hər bir ton üçün daşınma qiyməti 3,84-18,91 manat (ƏDV daxil) olmaqla sifariş edilmiş sementin Alıcıya çatdırılmasını, Alıcı isə çatdırılmış məhsulu qəbul edərək onun dəyərinin satıcıya ödənilməsini öhdəsinə götürmüşlər. Nəticədə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 1.883.153,57 manat dəyərində sement satılmışdır. Yuxarıda göstərilən alqı- satqı müqaviləsi üzrə "xxxx" MMC-nin “Norm" MMC-nin qarşısında üzərinə götürdüyü öhdəlikərinin icrasını təmin etmək məqsədilə iddiaçı Cavabdeh2 məxsus Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən ümumi sahəsi 81,62 kv.m. olan daşınmaz əmlak və Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən ümumi sahəsi 2 ha olan torpaq sahəsi “Norm" MMC, Cavabdeh2 nümayəndəsi X13 və "xxxx" MMC arasında bağlanılmış 27 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. 2016-cı ildə Cavabdeh2 və X6 cavabdehlər İddiaçı MMC, "xxxx" MMC, X13 və Abşeron rayonu 2 saylı notariat kontoruna qarşı ipoteka müqaviləsinin və ipotekanın dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən əmlak kompleksinə dair 27 avqust 2015-ci il tarixdə cavabdehlər “NORM“ MMC (ipoteka saxlayan), X13 (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında bağlanmış və həmin tarixdə Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş ipoteka müqaviləsinin və həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ipotekanın dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin 2(012)-3063/2016 saylı 05 iyul 2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilsə də, sonradan verilən şikayət əsasında qiyabi qətnamə ləğv edilmiş işə mahiyyəti üzrə baxan həmin məhkəmənin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə sözügedən iddia rədd edilmiş və yuxarı instansiya məhkəmələri tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Yuxarıda sadalanan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisələndirilən ipoteka müqaviləsi bağlanarkən həmin müqavilənin etibarsız, yaxud ləğv olunması üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1, 404.2, 269.5, 362.1, 362.2, 366.2, “İpoteka haqqında” AR Qanununun 1.0.1, 1.0.4, 8.1,10.2, 10.4-cü maddələrinin pozuntusu halları olmamış, iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişlər. Beləliklə də, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan əmlak kompleksinə dair iddiaçı Cavabdeh2 əvəzinə X13, İddiaçı MMC və borc alan "xxxx" MMC arasında bağlanmış və Abşeron rayon 2 saylı notariat kontorunda təsdiq edilmiş 27 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi hazırki iddia tələblərinin əsaslarından biri (və ən başlıcası) olmaqla hüquqi qüvvəyə malikdir. İpoteka müqaviləsinin 1-ci maddəsinə əsasən “borc alanın” “ipoteka saxlayanın” qarşısında olan pul öhdəliyinin təminatı məqsədilə digər Cavabdeh2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 kv.m olan tikili İddiaçı MMC qarşısında yüklü edilmişdir. Həmin müqaviləyə əsasən, ipoteka ilə təmin edilən öhdəlik borclu tərəfindən icra edilmədikdə tutma girov predmetinə yönəldilə bilər. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən, bu müqavilə ipoteka saxlayanın ipoteka ilə təmin edilən bütün tələbləri tam ödənilən müddətək qüvvədədir. İşin materiallarından görünür ki, Cavabdeh1 alqı-satqı müqaviləsi üzrə aldığı sementin dəyərini hissə-hissə ödəsə də, 2017-ci ildən (iddia ərizəsinin məzmunu baxımından 09 mart 2017-ci il tarixi son ödəniş tarixidir) sonra hər hansı bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası MM-in 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh “İlqar-MR" MMC (hazırki "xxxx" MMC)-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə iddiaçı onun əsas və cərimə borcu yarandığını iddia etmiş və məhkəməyə hazırki iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı təqdim etdiyi maliyyə arayışına istinad etməklə əsas borcun məbləğinin 969.747,15 manat olmasını iddia etsə də, təqdim olunmuş məhkəməmühasibatlıq ekspertizasının 9/1309 saylı, 28.07.2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı MMC ilə “İlqar-MR" MMC (hazırki "xxxx" MMC) arasında bağlanmış 07 yanvar 2015-ci il tarixli 2015/ASM/094 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1-nin İddiaçı MMC-yə olan borcu – malın dəyəri üzrə 1.595.893,09 manat, ƏDV üzrə 287.260,72 manat olmaqla, cəmi 1.883.153,81 manat təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyinə hüquqi qiymət verərək, onunla razılaşmayaraq hesab edir ki, ekspert özünün vəsatətində təqdim edilməsini xahiş etdiyi məlumatlar ona tam təqdim edilmədən rəydə göstərilən nəticəyə gəlmişdir. Buna görə də, məhkəmə təqdim olunmuş ekspertiza rəyini mötəbər sübut kimi qiymətləndirmir və hesab edir ki, məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə cavabdeh “İlqar-MR" MMC (hazırki "xxxx" MMC)-nin 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı sementin alqı-satqı müqaviləsi üzrə iddiaçıya 969.747,15 manat məbləğində borcunun yaranması öz təsdiqini tapmışdır. Məhkəmə bu qənaətə gələrkən cavabdeh “İlqar-MR" MMC (hazırki "xxxx"MMC)-nin nümayəndəsinin bir neçə məhkəmə iclasında iştirak etməklə müxtəlif məsələlərlə bağlı vəsatətlər verməsinə baxmayaraq, heç bir halda borcun məbləğini mübahisələndirməməsini, başqa sözlə borcun məbləği ilə bir növ razılaşmasını da nəzərə alır. İşin materiallarından görünür ki, iddiaçı tələbində cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinin "Qiymət və Ödəmə Şərtləri" bölməsinə əsasən, ödəniş gecikdirildiyi halda, iddiaçı gecikdirilən hər bir gün üçün ödənilməsi gecikdirilmiş məbləğin 0,1% (sıfır tam onda bir) miqdarında cərimənin nəzərdə tutulmasına istinad edərək 1,526,812.11 cərimə borcunun tutulmasını da iddia edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, əsas borcun 969.747,15 manat məbləğində olduğunu nəzərə alaraq tələb edilən cərimə məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və cərimə məbləğinin 10000 manat həddinədək azaldılmasının ədalətli olması qənaətinə gəlir. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı MMC ilə “İlqar-MR" MMC (hazırki "xxxx" MMC) arasında bağlanmış 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı “sementin alqısatqı müqaviləsi”nə əsasən 969.747,15 manat əsas borc, 10 000 manat cərimə borcu, cəmi 979.747,15 (doqquz yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat məbləğində pul vəsaiti cavabdeh “İlqar-MR" MMC-dən (hazırki "xxxx" MMC-dən) tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin “tutmanın ipoteka predmetinə yönəldilməsi və hərracdan satılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-ci maddəsinə əsasən, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində sadalanmışdır. Həmin hallara əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.2) göstərilmişdir. (son redaksiyada) Tərəflər arasında hüquq münasibətləri yaranan dövrdə qüvvədə olmuş «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması (34.1.1) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi (34.1.3) İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarındandır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiyməti, zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri göstərməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini icra etmədiyindən, iddiaçı alqı-satqı müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək qeyd edir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Lakin məhkəmə hesab edir ki, iddianın “tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması” hissəsi qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik(lər) İpoteka saxlayanla Borclu arasında bağlanmış 7 yanvar 2015-ci il tarixli 2015/ASM/094 saylı alqı-satqı müqaviləsindən irəli gələn mövcud, həm də gələcəkdə əmələ gələn İpoteka saxlayanın Borcluya qarşı olan qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti İpoteka saxlayanla Borclu arasında Alqı-satqı müqaviləsində, mövcud və gələcək dəyişikliklər edilməsi barədə razılaşmalarda və ya ayrı alqı-satqı müqavilələrində göstəriləcəkdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən yuxarıda göstərilən Alqı-Satqı Müqaviləsinə əsasən, Borclu İpoteka saxlayan tərəfindən açılmış 800.000,00 AZN məbləğdə kredit limitini 12 ay müddətinə istifadə etməyi və həmin kredit limiti çərçivəsində müvafiq ödəniş cədvəl(lər)inə uyğun olaraq ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliy(klər)in icra müddəti məsələləri Alqı-Satqı Müqaviləsi və onun ayrılmaz tərkib hissələri olan əlavələri ilə tənzimlənir. Məhkəmə hesab edir ki, qeyd edilən müqavilənin bəndlərinin məzmununa əsasən tərəflər arasında tələbin ipoteka predmetinə yönəldilməsi halında 800.000 (səkkiz yüz min) manat həcmində olması şərtləndirildiyindən 979.747,15 (doqquz yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat borc məbləği ilə bağlı tələb 800.000 (səkkiz yüz min) manat həcmində 27 avqust 2015-ci il tarixli "İpoteka müqaviləsi" əsasında ipoteka predmeti olan Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81,62 kv.m olan tikiliyə yönəldilməli, əmlaklar açıq hərracdan satılmalı, sözügedən ipoteka predmetinin satılmasından əldə edilən vəsaitdən 979.747,15 (doqquz yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat borc məbləğinin 800.000 (səkkiz yüz min) manat hissəsi İddiaçı MMC-yə ödənilməli, satışdan əldə olunmuş pul vəsaiti 800.000 (səkkiz yüz min) manatdan artıq məbləğdə olarsa, həmin həcmdə borc ödənildikdən sonra qalan hissəsi Cavabdeh2 qaytarılmalıdır. Məhkəmə bu qənaətə gələrkən ipoteka müqaviləsi bağlanarkən ipoteka predmetinin Cavabdeh2 mülkiyyətində olmasını nəzərə alır. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə, Qanunun tələbini, ipoteka müqaviləsinə əsasən Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin və 81,62 kv.m olan tikilinin ilkin satış qiymətinin 1.828.000 (bir milyon səkkiz yüz iyirmi səkkiz min) manat məbləğində müəyyən edilməsini və hazırda tərəflər tərəfindən bu məbləğin mübahisələndirilmədiyini nəzərə alaraq, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiymətinin müqavilədə göstərilən, yəni 1.828.000 (bir milyon səkkiz yüz iyirmi səkkiz min) manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlir. Məhkəmə ipoteka predmetinin satılmasından əldə edilən vəsaitdən 979.747,15 (doqquz yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat borc məbləğinin 800.000 (səkkiz yüz min) manat hissəsinin ipoteka predmetinin açıq hərracdan satılması yolu ilə İddiaçı MMC-yə ödənilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia edilən borcdan qalan 179.747,15 (bir yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat borc məbləği qanunvericilikdə nəzərdə tutulmuş - ümumi qaydada cavabdeh “İlqar-MR" MMC-dən (hazırki "xxxx" MMC-dən) tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İşin materiallarından görünür ki, cavabdeh tərəf iddia tələbinə etirazında iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində təmin edilə bilməməsini göstərmiş və bunula bağlı bir neçə dəlilə istinad etmişdir. Etiraz digər dəlillərlə yanaşı həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyul 2013-cü il tarixli Qərarında şərh edilmiş hallarla əsaslandırılmışdır. (Həmin Qərarla müəyyən edilir ki, etibar edilən şəxsən özü üçün əqd bağlayırsa həmin müqavilə etibarsız hesab edilməli və tərəflər arasında bağlanmamış hesab edilməlidir.) Cavabdeh tərəf etirazının bu dəlilini X11 verilən etibarnamədə konkret subyektlə, yəni İddiaçı MMC ilə müqavilənin bağlanmasının müəyyən edilməməsi, iddiaçının xeyrinə deyil, öz xeyrinə hərəkət edən Daşqın Əliyevin əslində müqaviləni bağlaya bilməməsi, məhkəmə qərarlarının heç birində onun bu əqdi öz mənafeyi üçün, yoxsa təmsil olunanın mənafeyi üçün bağlayıb bağlamamasının araşdırılmaması və hüquqi qiymət verilməməsi ilə əsaslandırmışdır. Məhkəmə iddiaya olan etirazın bu dəlilini əsassız sayır. Belə ki, məhkəmə qərarlarından görünür ki, cavabdeh Əliyev Daşqın Qasım oğlu iddiaçılar Cavabdeh2 və X2 iddiası üzrə keçirilən məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, ipoteka müqaviləsi bağlanarkən o, əmlak sahibi Cavabdeh2 təmsil etsə də, bağlanmış müqavilənin mahiyyətindən onun xəbəri olmamışdır.Belə ki, "İlqar MR” MMC ilə onun arasında işgüzar münasibətlər olmuş, həmin MMC-nin rəhbərliyi onu aldadaraq belə bir müqaviləyə imza etdirmişdir. Reallıqda isə Cavabdeh2 ilə “İlqar MR" MMC-nin arasında heç bir öhdəlik və sair bağlılıq olmamışdır. Buna görə də Cavabdeh2 heç vaxt həmin MMCnin "xxxx" MMC qarşısında öhdəliyinə görə öz əmlakını girov qoymazdı. İddiaçı Cavabdeh2 ona həqiqətən baş etibarnamə vermiş, lakin həmin etibarnamə ona iddiaçıların adından qaz,su, işıq və digər kommunal xərclərin ödənilməsi məqsədilə verilmişdir. 27 avqust 2015ci il tarixli ipoteka müqaviləsi bağlandıqda isə o, hansı müqaviləyə imza atdığını dərk etməmiş, latın qrafikasını bilmədiyindən müqaviləni oxumamış, ona verilmiş etibarnaməni notariusa təqdim etsə də, etibarnaməni məhz iddiaçılara məxsus əmlakın ipotekaya qoyulması məqsədilə təqdim etməsindən bixəbər olmuşdur. O, müqavilə bağlamaqla özünün istifadəsi üçün mal götürdüyünü zənn etmişdir. Göründüyü kimi, məhkəmələr tərəfindən ipoteka müqaviləsinin bağlanmasının qanunvericiliyin tələblərinə uyğun olub-olmaması araşdırılarkən Daşqın Əliyevin sözügedən əqdlə bağlı mövqeyi öyrənilmiş və onun bu əqdi öz mənafeyi üçün yoxsa təmsil olunanın mənafeyi üçün əqdi bağlayıb bağlamamasına hüquqi qiymət verilməklə müəyyən edilmişdir ki, ipoteka predmeti olan daşınmaz əmlakın mülkiyyətçisi Cavabdeh2 ona məxsus əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı 07 iyul 2015-ci il tarixli etibarnamə ilə X11 etibar etmişdir. 27 avqust 2015-ci il tarixdə ipoteka saxlayan "Norm” MMC, ipoteka qoyan Cavabdeh2 və borc alan "xxxx" MMC arasında ipoteka müqaviləsi bağlanarkən Cavabdeh2 etibarnamə əsasında X13 təmsil etmişdir. Cavabdeh2 arvadı X6 07 iyul 2015-ci il tarixdə Bakı şəhəri 37 saylı notariat kontoruna ərizə ilə müraciət edərək həyat yoldaşı Cavabdeh2 məxsus olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində 2 hektar torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə və torpaq sahəsinin satılmasına (özgəninkiləşdirilməsinə, bağışlanmasına, ipoteka (girov) qoyulmasına və dəyişdirilməsinə) etiraz etmədiyini bildirmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktlarında da əksini tapdığı kimi ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Bundan başqa, cavabdeh tərəf iddiaya etirazında müqaviləyə əsasən müqavilənin və öhdəliyin icrası müddətlərinin 31.12.2015-ci il tarixinə kimi müəyyən edilməsini, iddia müddətinin axımının 31.12.2018-ci il tarixində bitməsini nəzərə alaraq iddia müddətinin keçmiş hesab edilməli olmasını göstərmiş, bu barədə məhkəməyə ərizə də təqdim etmişdir. Məhkəmə iddiaya etirazın bu dəlilini və iddia müddətinin tətbiqinə dair ərizəni də əsassız sayır. Belə ki, iş materiallarından görünür ki, 2017-ci ildə borcun tutulması ilə əlaqədar ipoteka predmetinə tutma yönəldilməsi barədə 22.11.2017-ci il tarixli bildiriş göndərilmiş, lakin ipoteka müqaviləsinin qanuniliyi 2016-cı ildən başlayaraq mübahisələndirildiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(102)-6118/2019 nömrəli qərarının qəbul edilməsinə qədər məhkəmə çəkişmələri davam etmişdir. İşin materiallarından görünür ki, iddiaçı 09.12.2019-cu il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan da əlavə, borclu - cavabdeh "xxxx" MMC (hazırki "xxxx" MMC) 2017-ci ildə ödənişlər etməsini, yəni 3 illik iddia müddəti ərzində öhdəliyin onun tərəfindən qismən də olsa icra edilməsini inkar etməməklə, bu halı təkzib edən sübutları da məhkəməyə təqdim etməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin buraxılmasına yol verilməmişdir. Məhkəmə, cavabdeh tərəfin iddiaya etirazının əsası kimi müqavilənin 3.2-ci bəndinə istinad edərək borc pulun tutulmasının ipoteka predmetinə yönəldilə bilməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 1.0.5-ci maddələri, eləcə də 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsiən dair” 31.05.2018-ci il tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” 11 oktyabr 2019-cu il qərardadında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Məhkəmə, tərəflər arasında mövcud ipoteka müqaviləsinin 2015-ci ildə bağlanmasını, eləcə də iddia ərizəsinin 09.12.2019-cu il tarixdə məhkəməyə daxil olduğunu nəzərə alaraq hesab edir ki, etirazında istinad etdiyi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarının müddəaları hazırki mübahisə üzrə bu işə şamil edilə bilməz. Odur ki, məhkəmə cavabdeh tərəfin bununla bağlı dəlilinin də əsassız olması nəticəsinə gəlir. Məhkəmə cavabdeh tərəfin iddiaya olan etirazının dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, cavabdehin ekspert rəyinə və ipoteka müqaviləsinə istinad edərək ipoteka qoyanın məsuliyyət daşıdığı həcmin 800.000 manat olması və həmin borc məbləğinin də borclu tərəfindən ödənildiyinə görə hal-hazırda ipoteka qoyanın həmin müqavilə əsasında məsuliyyətinin olmamasına dair dəlili də əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik(lər) İpoteka saxlayanla Borclu arasında bağlanmış 7 yanvar 2015-ci il tarixli 2015/ASM/094 saylı alqı-satqı müqaviləsindən irəli gələn mövcud, həm də gələcəkdə əmələ gələn İpoteka saxlayanın Borcluya qarşı olan qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. Məhkəmə ümumilikdə cavabdeh tərəfin iddiaya olan etirazının dəlillərinə qiymət verərək onların əsassız olmasından əlavə, biri-birinə zidd olan dəlillər kimi qiymətləndirir və etirazda sadalanan halların əksəriyyətinin subyektiv mülahizə olmaqla mülki məsuliyyətdən yayınmaq məqsədinə hesablanmasını qeyd edir. Məhkəmə digər iddia tələblərinə hüquqi qiymət verməkdə davam edərək qeyd edir ki, işin materiallarına əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində ilkin qeydiyyat Cavabdeh3 adına mülkiyyət hüququ 09.09.2011-ci il tarixdə qeydiyyata alındıqdan sonra, o, həmin əmlak kompleksi kimi müəssisəni Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş 24.02.2012-ci il tarixli, 4Ə/01-333 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmış, sonuncunun sözügedən əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququ 09.03.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Müəyyən edilmişdir ki, sözügedən əmlakla bağlı bağlanmış müqavilənin tərəfləri olan şəxsləri bir-biri ilə qohumluq əlaqəsi vardır və yuxarıda qeyd edilən qiyabi qətnamənin qəbulundan sonra Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş 23.11.2016-cı il tarixli, 3M-2142 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğvi barədə sazişə əsasən 24.02.2012-ci il tarixli, 4Ə/01-333 reyestr nömrəli alqı-satqı müqaviləsi ləğv edilmişdir. Bundan sonra, Cavabdeh3 həmin əmlak kompleksi kimi müəssisəni Abşeron rayonu, 2 saylı notariat kontorunda təsdiq edilmiş 15.09.2017-ci tarixli, 4Ə-987 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən digər qohumu (anası) Cavabdeh4 bağışlamışdır və sözügedən əmlak üzərində Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 06.10.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81,62 kv.m olan tikiliyə dair bağlanmış 23.11.2016-cı il tarixli 3M-2142 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğvinə dair saziş, eləcə də cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 15.09.2017-ci il tarixli, 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsi əhəmiyyətsiz əqdlərdir. Belə ki, işin araşdırılmış halları həmin əqdlər ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqdlər olması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Qanunvericiliyin tələblərinə əsasən əqd o zaman uydurma hesab olunur ki, həmin əqd bağlanarkən hər iki tərəf əqdin yalnız görünüş üçün bağlandığını və heç bir hüquqi nəticələr yaratmayacığını anlamış olsun. Bu halda tərəflər həmin əqdin şərtlərinin icra edilməyəcəyi barədə əqd bağlanmamışdan əvvəl razılaşırlar. Digər tərəfdən uydurma əqd məqsədsiz olaraq bağlanmır, həmin əqdin bağlanmasının əsasında hər iki tərəfin müəyyən maraqları (əksər hallarda hüquqazidd maraqları) durur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02.04.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu sözügedən Qərarında vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən əqdlər hüquqi nəticələr yaratmaq niyyəti olmadan, ipoteka predmetini təşkil edən əmlakı qanunsuz qaydada ipoteka yüklülüyündən azad etmək məqsədilə bağlanmışlar. Bu hal məhz yuxarıda qeyd edilən Abşeron Rayon Məhkəməsinin qiyabi qətnaməsinin qəbulundan sonra Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81,62 kv.m olan tikili ilə bağlı 24.02.2012-ci il tarixli, 4Ə/01-333 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğvinə dair 23.11.2016-cı il tarixli 3M-2142 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğvi barədə sazişin və 15.09.2017-ci il tarixli, 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsinin bağlanmasında özünü ifadə edir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81,62 kv.m olan tikiliyə dair bağlanmış 23.11.2016-cı il tarixli 3M-2142 reyestr nömrəli alqısatqı müqaviləsinin ləğvi barədə saziş, eləcə də cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 15.09.2017-ci il tarixli, 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməli, sonuncunun adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 06.10.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmış qeyd (Çıxarış) ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbləri baxımından həmçinin hesab edir ki, tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır. Məhkəmə, göstərilən nəticələrə gələrkən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən əmlak kompleksinə dair 27 avqust 2015-ci il tarixdə cavabdehlər “NORM“ MMC (ipoteka saxlayan), X13 (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında bağlanmış və həmin tarixdə Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş ipoteka müqaviləsinin və həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ipotekanın dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktlarının mövcudluğunu, başqa sözlə bu qətnamələrlə sözügedən əmlakın Cavabdeh2 mülkiyyətində olan əmlak kompleksi olmasının tanınmasını da nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə “İlqar-MR" MMC (hazırki "xxxx" MMC) arasında bağlanmış 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı “sementin alqısatqı müqaviləsi”nə əsasən 969.747,15 manat əsas borc, 10 000 manat cərimə borcu, cəmi 979.747,15 (doqquz yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat məbləğində pul vəsaiti, 70 (yetmiş) manat vəkilin göstərdiyi hüquqi yardıma görə xidmət haqqı və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi cavabdeh “İlqar- MR" MMC-dən (hazırki "xxxx" MMC-dən) tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81,62 kv.m olan tikiliyə dair bağlanmış 23.11.2016-cı il tarixli 3M-2142 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğvi barədə saziş, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 15.09.2017-ci il tarixli, 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməli, sonuncunun adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 06.10.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmış qeyd (Çıxarış) ləğv edilməli, tərəflər əvvəlki vəziyyətə qaytarılmalı, tələb 800.000 (səkkiz yüz min) manat həcmində 27 avqust 2015-ci il tarixli "İpoteka müqaviləsi" əsasında ipoteka predmeti olan (Cavabdeh2 mülkiyyəti) Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81,62 kv.m olan tikiliyə yönəldilməli, həmin əmlakların ilkin satış qiyməti 1.828.000 (bir milyon səkkiz yüz iyirmi səkkiz min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, əmlakların satılmasından əldə edilən vəsaitdən 979.747,15 (doqquz yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat borc məbləğinin 800.000 (səkkiz yüz min) manat hissəsi İddiaçı MMC-yə ödənilməli, əmlakların satışından əldə olunmuş pul vəsaiti 800.000 (səkkiz yüz min) manatdan artıq məbləğdə olarsa, həmin həcmdə borc ödənildikdən sonra qalan hissəsi Cavabdeh2 qaytarılmalı, 979.747,15 (doqquz yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat borcdan qalan 179.747,15 (bir yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat borc məbləği qanunvericilikdə nəzərdə tutulmuş ümumi qaydada cavabdeh “İlqar-MR" MMC-dən (hazırki "xxxx" MMC-dən) tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizalarının dəyəri olan 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1 (hazırki "xxxx" MMC), Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, 75 (yetmiş) manat hissəsi İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə “İlqar-MR" MMC (hazırki "xxxx" MMC) arasında bağlanmış 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı “sementin alqı-satqı müqaviləsi”nə əsasən 969.747,15 (doqquz yüz altmış doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat əsas borc, 10.000 (on min) manat cərimə borcu, cəmi 979.747,15 (doqquz yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat məbləğində pul vəsaiti, 70 (yetmiş) manat vəkilin göstərdiyi hüquqi yardıma görə xidmət haqqı və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi cavabdeh “İlqar-MR" MMC-dən (hazırki "xxxx" MMC-dən) tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81,62 kv.m olan tikiliyə dair bağlanmış 23.11.2016-cı il tarixli 3M-2142 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğvi barədə saziş etibarsız hesab edilsin. Cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 15.09.2017-ci il tarixli, 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh4 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 06.10.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmış qeyd (Çıxarış) ləğv edilsin. Tərəflər əvvəlki vəziyyətə qaytarılsın. Tələb 800.000 (səkkiz yüz min) manat həcmində 27 avqust 2015-ci il tarixli "İpoteka müqaviləsi" əsasında ipoteka predmeti olan (Cavabdeh2 mülkiyyəti) Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81,62 kv.m olan tikiliyə yönəldilsin. Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin və 81,62 kv.m olan tikilinin ilkin satış qiyməti 1.828.000 (bir milyon səkkiz yüz iyirmi səkkiz min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin və 81,62 kv.m olan tikilinin satılmasından əldə edilən vəsaitdən 979.747,15 (doqquz yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat borc məbləğinin 800.000 (səkkiz yüz min) manat hissəsi İddiaçı MMC-yə ödənilsin. Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin və 81,62 kv.m olan tikilinin satışdan əldə olunmuş pul vəsaiti 800.000 (səkkiz yüz min) manatdan artıq məbləğdə olarsa, həmin həcmdə borc ödənildikdən sonra qalan hissəsi Cavabdeh2 qaytarılsın. 979.747,15 (doqquz yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat borcdan qalan 179.747,15 (bir yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat borc məbləği qanunvericilikdə nəzərdə tutulmuş - ümumi qaydada cavabdeh “İlqar-MR" MMC-dən (hazırki "xxxx" MMC-dən) tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri olan 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1 (hazırki "xxxx" MMC), Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, 75 (yetmiş) manat hissəsi İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X5, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-73/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-73/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver