Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-744/2022 31.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2, X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 18, mənzil 96-da yerləşən mənzilə qaza görə quraşdırılmış qaz sayğacının yararsız vəziyyətə salınmasına görə Cavabdeh tərəfindən 9720 metr kub qaza görə hesablanmış 928.1 manat borcun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı borc hesabından silinmədiyi üçün bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X4 bildirmişdir ki, iddiaçının qeyd etdiyi ünvana Cavabdeh tərəfindən sadəcə bir dəfə akt tərtib olunmuşdur. İddiaçı da həmin aktı artıq mübahisələndirmişdir. Eyni aktla bağlı, eyni predmet barəsində artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Bu səbəbdən də, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iddia ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2(009)-5517/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 18, mənzil 96 dair Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün hesablanmış 973 (doqquz yüz yetmiş üç manat) əlavə hesabatın ləğv edilməsi və iddiaçının **********00960 saylı abunə hesabından silinməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(103)-5517/19 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2(009)-5517/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-744/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-744/2022
31.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver