Məhkəmə qərarları › İş №2(009)-747/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-747/2024

24.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-747/2024 24.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb olunmaqla) cavabdehlər Bakı şəhəri 1 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 Qnyaz oğlu, Cavabdeh4 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mərhum əri X13 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanda yerləşən və ünvan 2 əmlakların hər birində 1/2 hissədə olmaqla payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 02 iyul 2019-cu il tarixli ərizə ilə müraciət edərək mərhum əri X2 qanun üzrə miras qalmış bütün əmlaklardakı payından nəvəsi Cavabdeh3 Qnyaz oğlunun xeyrinə imtina etmişdir və 1 saylı Dövlət Notariat Ofisi tərəfindən onun və digər qanun üzrə vərəsələrin ərizələri nəzərə alınaraq miras əmlak üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Bildirmək istəyir ki, o həmin ərizəsi ilə yalnız mərhum ərindən ona qanun üzrə çatası hissədə miras payından imtina etmiş və qanun üzrə vərəsə kimi onun özünə aid hissədə paydan imtina etməmişdir. Lakin notarius miras əmlakdan qanun üzrə birinci növbəli vərəsə kimi onun özünə çatası payları ayırmamışdır. Bundan başqa, mərhum X28lə birgə nikah dövründə əldə etdikləri Oğuz rayonu, Xaçmaz kəndi ərazisində 0,28 ha torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayış evi üzrə ümumiyyətlə hər hansı bölgü aparılmamış və şəhadətnamə verilməmişdir. Belə ki, o, mərhum X28lə 21 iyul 1968-ci ildə nikaha daxil olmuşdur. X28 26 iyul 2018-ci il tarixdə vəfat etmiş və bu barədə 1 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 26 iyul 2018-ci il tarixli “Ölüm haqqında səhadətnamə” verilmişdir. Nikahları dövründə mərhum əri ilə bir neçə əmlak, o cümlədən Oğuz rayonu, Xaçmaz kəndi ərazisində 0,28 ha torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayış evi, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 351,10 kv.m olan fərdi yaşayış evin 3/12 hissəsi mərhum ərinə, 3/12 hissəsi mərhum oğlu X9 məxsus olmuşdur (Çıxarış №**********). Eyni zamanda nizamnamə kapitalı 50.000 manat olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. X28 qeyd olunduğu kimi 26 iyul 2018-ci il tarixdə vəfat etmiş, bundan sonra isə oğlu Qnyaz Hacıquliyev 04 iyun 2019-cu il tarixdə vəfat etmiş və 1 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən “Ölüm haqqında şəhadətnamə” verilmişdir. Miras əmlaklar əvvəlcə qanun üzrə vərəsələr arasında onun və digər birinci növbəli vərəsələrin ərizələri əsasında bölünmüş və bundan sonra həmin əmlaklar-Oğuz rayonu, Xaçmaz kəndi ərazisindəki torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi istisna olunmaqla 14 avqust 2019-cu il tarixli “Miras əmlakda bağışlama müqaviləsi”nə əsasən gəlini Cavabdeh2 bağışlanmışdır. Bildirir ki, o, X13 ilə 21 iyul 1968-ci ildə nikaha daxil olmuş və nikah Vartaşen (indiki Oğuz) rayon ZDS-nin VVAQ şöbəsi tərəfindən qeydə alınmışdır. Birgə nikah dövründə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X28in, Oğuz rayonu, Xaçmaz kəndi ünvanda yerləşən fərdi evi isə onun adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. 26 iyul 2018-ci il tarixdə əri X13 vəfat etmişdir. 02 iyul 2019-cu il tarixdə, o, Bakı şəhəri 1 saylı Notariat Ofisində vəfat etmiş əri X2 qalmış qanun üzrə vərəsə kimi bütün qanun üzrə miras əmlakdan nəvəsi Cavabdeh3 xeyrinə imtina etmişdir. Yəni ərindən qalmış miras əmlakdan ona çatası qanun üzrə vərəsə olaraq miras paydan imtina etmişdir, həmin miras əmlakdakı birgə nikah dövründə əldə edilmiş özünə aid olan paydan imtina etməmişdir. Hesab edir ki, onun mərhum əri X13 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanda yerləşən və ünvan 4dan qanun üzrə birinci dərəcəli vərəsə kimi ona çatası pay müəyyən edilməlidir. Bildirir ki, qeyd olunanlarla bağlı cavabdeh Bakı şəhəri 1 saylı Dövlət Notariat Ofisinə müraciət olunsa da, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 607 nömrəli məktubla iddiaçının miras əmlakda payının müəyyən edilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndə və vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh3 Qnyaz oğluna, Cavabdeh4 və Cavabdeh2 verilmiş reyestrdə xx.xx.2019-cu il tarixli, 2V-74; 2V-75; 2V-76 və 2V-77 qeydiyyat nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin, reyestrdə xx.xx.2019-cu il tarixli, 3M-23 nömrə ilə qeyd edilmiş “Miras payın bağışlama müqaviləsi”nin etibarsızlığı, AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi (keçmiş DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi) tərəfindən Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlaklarda payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia tələbində İddiaçı mərhum əri X13 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 5 ünvanda yerləşən və ünvan 2 əmlakların hər birində 1/2 hissədə olmaqla payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası mərhələsində sənədlər və sübutlar öyrənilərkən məlum olmuşdur ki, qeyd olunan miras əmlaklardan ünvan 6 ünvanda yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evi onun və digər qanun üzrə vərəsələrin paylarından imtina etmələri barədə ərizələri əsasında nəvəsi Cavabdeh3 Qnyaz oğlunun adına şəhadətnamə verilmiş və nəvəsi Cavabdeh3 də öz növbəsində həmin miras əmlakı anası Cavabdeh2 bağışlamışdır. İddiaçı bildirir kı, o, X13 ilə 21 iyul 1968-ci ildə nikaha daxil olmuş və nikahları Vartaşen (indiki Oğuz) rayon ZDS-nin VVAQ şöbəsi tərəfindən qeydə alınmışdır. Birgə nikah dövründə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mərhum X28in, Oğuz rayonu, Xaçmaz kəndi ünvanda yerləşən fərdi evi isə onun adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. 26 iyul 2018-ci il tarixdə əri X13 vəfat etmişdir. 02 iyul 2019-cu il tarixdə, o, Bakı şəhəri 1 saylı Notariat Ofisində vəfat etmiş əri X2 qalmış qanun üzrə vərəsə kimi bütün miras əmlakdakı paydan nəvəsi Cavabdeh3 xeyrinə imtina etmişdir. Yəni o, ərindən qalmış miras əmlakdan ona çatası qanun üzrə vərəsə olaraq miras paydan imtina etmiş, həmin miras əmlakdakı birgə nikah dövründə əldə edilmiş özünə aid olan paydan imtina etməmişdir. Lakin onun bu iradə ifadəsi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə münasibətdə düzgün qəbul edilməmiş və həmin əmlakdakı bütün paydan imtina kimi qəbul edilərək, onun özünə çatası pay müəyyən edilməmişdir. Həmin miras əmlakla bağlı verilmiş reyestrdə xx.xx.2019-cu il tarixli, 2V-74; 2V-75; 2V-76 və 2V-77 qeydiyyat nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və reyestrdə xx.xx.2019-cu il tarixli, 3M-23 nömrə ilə qeyd edilmiş “Miras payın bağışlama müqaviləsi” qüvvədə olduğu halda, miras əmlakda payın müəyyən edilməsinin mübahisələndırilməsi mümkün deyildir. Ona görə də, hesab edir ki, iddia tələbi dəqiqləşdirilməklə, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsinə dair” tələb irəli sürülməli və mərhum əri X6 qanun üzrə birinci növbəli vərəsələrindən cavabdeh qismində işə cəlb olunmalıdırlar. Odur ki, iddiaçı X7 ilkin iddia ərizəsindəki 1 saylı Dövlət Notariat ofisinə qarşı “miras əmlakda payın müəyyən edilməsinə dair” tələbi Azərbaycan Respublikası MPM-niıı 53-cü maddəsinin tələblərinə uyğun olaraq maraqlı şəxs AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi (keçmiş AR ƏMDK yanında DƏDRX), cavabdehlər 1 saylı Dövlət Notariat Ofisinə, Cavabdeh3 Qnyaz oğluna, Cavabdeh4 və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsızlığı, AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən (keçmiş DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi) Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlaklarda payların müəyyən edilməsi” formasında dəqiqləşdirilir. Cavabdeh3 Qnyaz oğluna, Cavabdeh4 və Cavabdeh2 qarşı verilmiş reyestrdə xx.xx.2019-cu il tarixli, 2V-74; 2V-75; 2V-76 və 2V-77 qeydiyyat nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin, reyestrdə xx.xx.2019-cu il tarixli, 3M-23 nömrə ilə qeyd edilmiş “Miras payın bağışlama müqaviləsi”nin etibarsızlığı, AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi (keçmiş DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi) tərəfindən Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlaklarda payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndə və vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh3 Qnyaz oğluna, Cavabdeh4 və Cavabdeh2 verilmiş xx.xx.2019-cu il tarixli, 2V-75; 2V- 76 və 2V-77 qeydiyyat nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin, reyestrdə xx.xx.2019-cu il tarixli, 3M-23 nömrə ilə qeyd edilmiş “Miras payın bağışlama müqaviləsi”nin etibarsızlığı, AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi (keçmiş DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi) tərəfindən Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və İddiaçı miras əmlakda 6/24 hissədə payının müəyyən edilməsi; Oğuz rayonu, Xaçmaz kəndi ünvanında yerləşən, mərhum X6 adına olan, ümumi sahəsi 148,4 kv.metrdən ibarət miras əmlak olan fərdi yaşayış evinə İddiaçı miras əmlakda 1/2 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia tələbində İddiaçı mərhum əri X13 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 6 ünvanda yerləşən və ünvan 2 əmlakların hər birində 1/2 hissədə olmaqla payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə AR MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbi Cavabdeh3 Qnyaz oğluna, Cavabdeh4 və Cavabdeh2 verilmiş reyestrdə xx.xx.2019-cu il tarixli, 2V-74; 2V-75:2V-76 və 2V-77 qeydiyyat nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, reyestrdə xx.xx.2019-cu il tarixli, 3M-23 nömrə ilə qeyd edilmiş “Miras payın bağışlama müqaviləsi”nin etibarsızlığı, AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi (keçmiş DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi) tərəfindən Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlaklarda payların müəyyən edilməsi barədə qətnamə çıxarılması tələbi şəklində dəqiqləşdirilmişdir. Bu zaman tələbdə qeyri-dəqiqliyə yol verilərək ilkin tələbdə göstərilən Oğuz rayonu, Xaçmaz kəndindəki evlə bağlı mülkiyyət hüququnun tanınması qeyd edilməmişdir. Məhkəməyə məlumat üçün bildirir ki, Oğuz rayonu, Xaçmaz kəndindəki torpaq sahəsi və evlə bağlı AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən cıxarış”a əsasən 0,28 ha torpaq sahəsi tam olaraq X1, fərdi ev isə tam olaraq mərhum X6 adınadır. İddiaçının X1 adına olan torpaq sahəsinə heç bir iddiası və tələbi yoxdur. Tələb mərhum X6 adına olan fərdi evlə bağlıdır. Həmin ev qeyd edildiyi kimi birgə nikah dövründə əldə edildiyindən iddiaçı X14 həmin evdən özünə çatası 1/2 payı tələb etməklə, evdən qanun üzrə vərəsə olaraq ona çatası digər payı, yəni ikinci 1/2 paydan çatası hissəni (1/2 payın 1/4 hissəsini) nəvəsi Cavabdeh3 Qnyaz oğlunun xeyrinə imtina etmişdir. xx.xx.2024-cü il tarixli ərizədə göstərilən əsaslandırma hissəsi dəyişdirilmədən saxlanılmaqla iddia tələbinin aşağıdakı kimi dəqiqləşdirilməsinə ehitiyac vardır. İddiaçı ilkin iddia ərizəsİndəki 1 saylı Dövlət Notariat Ofisinə qarşı “miras əmlakda payın müəyyən edilməsinə dair” tələbi Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinin tələblərinə uyğun olaraq maraqlı şəxs AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi (keçmiş AR ƏMDK yanında DƏDRX), cavabdehlər 1 saylı Dövlət Notariat Ofisinə, Cavabdeh3 Qnyaz oğluna, Cavabdeh4 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsızlığı, AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi (keçmiş DƏDRX-nin Bakı Ərazi idarəsi) tərəfindən Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlaklarda payların müəyyən edilməsi”, həmçinin Oğuz rayonu, Xaçmaz kəndi ünvanında yerləşən, mərhum X6 adına olan, ümumi sahəsi 148,4 kv.metrdən ibarət fərdi yaşayış evinə 1/2 hissədə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi formasında dəqiqləşdirilir. Cavabdeh3 Qnyaz oğluna, Cavabdeh4 və Cavabdeh2 verilmiş xx.xx.2019-cu il tarixli, 2V-75; 2V-76 və 2V-77 qeydiyyat nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin, reyestrdə xx.xx.2019-cu il tarixli, 3M-23 nömrə ilə qeyd edilmiş “Miras payın bağışlama müqaviləsi”nin etibarsızlığı, AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən (keçmiş DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi) Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və İddiaçı miras əmlakda 6/24 hissədə payının müəyyən edilməsi; Oğuz rayonu, Xaçmaz kəndi ünvanında yerləşən, mərhum X6 adına olan, ümumi sahəsi 148,4 kv.metrdən ibarət miras əmlak olan fərdi yaşayış evinə İddiaçı miras əmlakda 1/2 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, İddiaçı iddia tələbində mərhum əri X13 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 6 ünvanda yerləşən və ünvan 7mlakların hər birində 1/2 hissədə olmaqla payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir xx.xx.2024-cü il tarixdə AR MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbi Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 verilmiş reyestrdə xx.xx.2019-cu il tarixli, 2V-74; 2V-75; 2V-76 və 2V-77 qeydiyyat nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"lərin, reyestrdə xx.xx.2019-cu il tarixli, 3M-23 nömrə ilə qeyd edilmiş "Miras payın bağışlama müqaviləsi”nin etibarsızlığı, AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən (keçmiş DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi) Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlaklarda payların müəyyən edilməsi barədə qətnamə çıxarılması tələbi şəklində dəqiqləşdirilmişdir. Sonradan iddiaçı yenə də iddia tələbini İddiaçı ilkin iddia ərizəsindəki 1 saylı Dövlət Notariat Ofisinə qarşı "miras əmlakda payın müəyyən edilməsinə dair” tələbi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq maraqlı şəxs AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi (keçmiş AR ƏMDK yanında DƏDRX), cavabdehlər 1 saylı Dövlət Notariat Ofisinə, Cavabdeh3 Qnyaz oğluna, Cavabdeh4 və Cavabdeh2 qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama müqaviləsinin etibarsızlığı, AR İN yanında Əmlak Məsələləri Döviət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən (keçmiş DƏDRX-nın Bakı şəhər Ərazi idarəsi) Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlaklarda payların müəyyən edilməsi", həmçinin Oğuz rayonu, Xaçmaz kəndi ünvanında yerləşən, mərhum X6 adına olan, ümumi sahəsi 148,4 kv.metrdən ibarət fərdi yaşayış evinə 1 ½ hissədə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi formasında dəqiqləşdirmiş, həmçinin məhkəməyə məlumat üçün bildirmişdir ki, Oğuz rayonu, Xaçmaz kəndindəki torpaq sahəsi və evlə bağlı AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən cıxarış"a əsasən 0,28 ha torpaq sahəsi tam olaraq X1, fərdi ev isə tam olaraq mərhum X6 adınadır, iddiaçının X1 adına olan torpaq sahəsinə heç bir iddiası və tələbi yoxdur. Tələb mərhum X6 adına olan fərdi evlə bağlıdır. Həmin ev qeyd edildiyi kimi birgə nikah dövründə əldə edildiyindən iddiaçı X14 həmin evdən özünə çatası 1/2 payı tələb etməklə, evdən qanun üzrə vərəsə olaraq ona çatası digər payı, yəni ikinci 1/2 paydan çatası hissəni (1/2 payın 1/4 hissəsini) nəvəsi Cavabdeh3 Qnyaz oğlunun xeyrinə imtina etmişdir. Hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı tərəfindən cavabdehlərə qarşı verilmiş iddia əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı bir neçə dəfə iddia tələbini dəqiqləşdirsə də, konkret olaraq aydın deyildir ki, iddiaçı mərhum əri X2 miras qalmış ona çatası paydan nəvəsi Cavabdeh3 xeyrinə imtina etməsini mübahisələndirirmi? İddiaçının iddia ərizəsindən məlum olur ki, o, mərhum əri ilə birgə nikah dövründə əldə etdiyi əmlakın ona çatası 1/2 hissəni mübahisələndirir. Bu baxımdan iddia tələbinə hər aspektdən münasibət bildirir. İddiaçının Oğuz rayonu, Xaçmaz kəndi ünvanında yerləşən, 148.4 kv.metrdən ibarət fərdi yaşayış evinə 1/2 hissədə payın müəyyən edilməsi ilə bağlı bildirir ki, qeyd olunan əmlakla bağlı iddiaçı mərhum əri X2 ona çatası hissədən nəvəsi Cavabdeh3 xeyrinə imtina etmiş, həmin evlə bağlı nə iddiaçı, nə də ki, Cavabdeh3 çıxarış verilməsi üçün reyestr idarəsinə müraciət etməmişlər. Qeyd olunan əmlakla bağlı iddiaçı ilə cavabdehlər arasında hər hansı mübahisə yaranmadığından iddia tələbinin bu hissəsi ilə bağlı iddiaçının məhkəməyə müraciət etmək üçün hüquqi əsası olmamışdır. İddia tələbinin digər hissəsinə, yəni Cavabdeh3 Qnyaz oğluna, Cavabdeh4 və Cavabdeh2 verilmiş xx.xx.2019-cu il tarixli, 2V-75; 2V-76 və 2V-77 qeydiyyat nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin", reyestrdə xx.xx.2019-cu il tarixli, 3M-23 nömrə ilə qeyd edilmiş “Miras payın bağışlanma müqaviləsinin” etibarsızlığı, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Cavabdeh2 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi və İddiaçı miras əmlakda 6/24 hissədə payının müəyyən edilməsi ilə bağlı iddia tələbinə gəldikə isə qeyd edir ki, yuxarıda qeyd etdiyi kimi, iddaçı həm mərhum ərindən, həm də mərhum oğlundan ona qalmış miras əmlakların hamısından nəvəsi Cavabdeh3 xeyrinə imtina etmişdir. Qeyd olunan əmlaka dair mərhum əri ilə birgə nikah dövründə əldə etdiyi əmlakın 1/2 hissəsinə payının tanınması hissəsi ilə bağlı qeyd edir ki, mübahisələndirilən əmlak mərhum əri ilə birgə nikan dövründə birgə təsərrüfat aparılaraq əldə etdiyi əmlak deyildir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri 1 saylı Notariat ofisindən 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin hansı əsaslarla və tarixdə əldə edilməsilə bağlı verilmiş xx.xx.2023-cü il tarixli, 188 nömrəli sorğuya cavab olaraq bildirilmişdir ki, X6 adına ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi ünvan 8 nömrəli, xx.xx.1994-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.1994-cü il tarixində qeydiyyatdan keçmişdir. Bu isə o deməkdir ki, mübahisələndirilən həmin əmlak bağışlama müqaviləsi ilə mərhum X6 mülkiyyətinə keçidiyindən əvəzsiz olmuş və bu səbəbdən də həmin əmlak birgə nikah dövründə birgə təsərrüfat aparılaraq əldə olunmuş əmlak hesab oluna bilməz. Hər iki əmlakın bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı qeyd edir kı, həmin əmlaklar birgə nikah dövründə əldə olunmadığı üçün yalnız iddiaçı vərəsəlik qaydasında ona mərhum əri və oğlundan qalmış hissəni mübahisələndirə bilər ki, bu hissədə də Mülki Məcəllənin tələblərinə əsasən iddia əsaslı hesab oluna bilməz. Mülki Məcəllənin 1268.1-ci və Mülki Prosessual Məcəllənin 14, 77 və 88-ci maddələrinə əsasən maddi və prosessual hüquq normalarının tətbiqi baxımından iddiaçı iddia tələbinin əsaslı olması ilə bağlı dəlilləri məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi təmin edilə bilməz. Baxmayaraq ki, iddiaçı iddia tələbinin əsaslı olması ilə bağlı dəlilləri məhkəməyə təqdim edə bilməmşdir, cavabdeh olaraq hesab edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən iddiaçı iddia müddətini ötürmüşdür ki, bu da, digər əsaslarla yanaşı iddia tələbinin rədd olunması üçün əsasdır. İddiaçının iddia ərizəsində mübahisələndirdiyi “Miras payın bağışlanma müqaviləsi" 3M-23 nömrə ilə xx.xx.2019-cu il tarixdə reyestrdə qeyd edilmişdir. Əgər iddiaçı qeyd olunan müqaviləni etibarsız hesab edirdisə, onda qanunla müəyyən edilən 1 il müddətində məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı hüquqlarının pozulduğunu hesab etdiyi halda hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməmiş, aradan 4, 5 il keçdikdən sonra belə bir iddia tələbi irəli sürmüşdür. Beləliklə, iddiaçı məhkəməyə müraciət etmək üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2.-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı mərhum ərindən və oğlundan ona qalmış miras əmlakdan nəvəsi Cavabdeh3 xeyrinə imtina etməsini geri götürmək istəsə, Mülki Məcəllənin 1268.1-ci maddəsinə əsasən bu mümkün deyil, yox əgər iddiaçı mərhum ərindən və oğlundan ona çatası miras əmlakdan nəvəsi Cavabdeh3 xeyrinə imtina etməsini mübahisələndirirsə (iddia ərizəsi və dəqiqləşmə ərizələrindən aşkar şəkildə aydın olmur ki, iddiaçı mərhum ərindən və oğlundan ona çatası miras əmlakı mübahsiələndırır ya yox) və bunun vacib əhəmiyyətli yanılmanm təsiri altında etdiyini iddia edərsə, onda MM-nin 354-cü maddəsinə əsasən bununla bağlı iddia müddəti 1 aydır ki, iddiaçı həmin müddəti də ötürmüşdür. Yuxarıda göstərilənləri nəzərə alaraq digər əsaslarla yanaşı iddia müddətini tətbiq etməklə qaldırılmış iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsinin və cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin və cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri 1 saylı Notariat Ofisinin Bakı şəhəri 33 saylı vəkil bürosunun vəkili Nümayəndə1 ünvanladığı xx.xx.2023-cü il tarixli, 607 nömrəli məktubdan görünür ki, Azərbapycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********503-21-3-30/2-14250/2023 nömrəli məktubuna əsasən ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi ünvan 11 nömrəli, xx.xx.1994-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.1994-cü il tarixində X6 adına qeydiyyatdan keçmişdir. Azərbapycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-3039/2023 nömrəli məktubda Oğuz rayonu, Xaçmaz kəndi ünvanında yerləşən daşınmaz əmlakın hansı əsaslarla və hansı tarixdə X3 əldə etdiyi barədə məlumat verilməmişdir. Belə ki, Oğuz rayonu, Xaçmaz kəndi ünvanında yerləşən daşınmaz əmlakın birgə nikah dövründə əldə edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Oğuz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin N-5-68/12-A-683/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X4 hazırda Oğuz rayonu, Xaçmaz kəndində mülkiyyətində olan 0.28 ha torpaq sahəsində Azərbaycan SSR Vartaşen Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Xaçmaz kənd Sovetinin xx.xx.1969-cu il tarixli, 12/75 nömrəli qərarına əsasən mərhum həyat yoldaşı X13 tərəfindən 1970-ci ildə fərdi yaşayış evi tikilmiş, həmin evə qeyd edilən qərar əsasında 1987-ci ildə texniki pasport verilmişdir. Hazırda həmin torpaq sahəsinə və fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən **********67-10301 reyestr nömrəli və qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Həmin ünvanda pasport qeydiyyatında olan yoxdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Oğuz rayonu, Xaçmaz kəndində 0,28 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 148,4 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət üzrə X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ 955913 nömrəli, xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 07 ayının 26 günündə 1421 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 027845 nömrəli, xx.xx.2019-сu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 06 ayının 10 günündə 1421 № ilə qeyd edilmişdir. İş materiallarında olan Vartaşen rayon VVAQ şöbəsində bağlanmış, İ-JQ 405380 nömrəli, 16 avqust 1977-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X13 ilə İddiaçı arasında nikah 2 iyul 1968-ci il tarixdə bağlanmış, 16 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri 1 saylı Notariat ofisinin 2-72,73,74,75,76,77, 3M-222,223 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli notariat işinin sənədlərindən görünür ki, Cavabdeh3 Qnyaz oğlu xx.xx.2019cu il tarixdə, Cavabdeh4 xx.xx.2019-cu il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək, ünvan 12-də yaşamış babası X13 xx.xx.2018-ci il tarixdə, onun oğlu, atası X15 xx.xx.2019-cu il tarixdə vəfat etdiklərinə görə babasından və atasından onlara çatası miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. İş materiallarında olan Bakı şəhəri 1 saylı Notariat ofisinin yuxarıda qeyd edilmiş notariat işinin sənədlərindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək, ünvan 12-də yaşamış qaynatası X13 xx.xx.2018-ci il tarixdə, onun oğlu, həyat yoldaşı X15 xx.xx.2019-cu il tarixdə vəfat etdiklərinə görə ona çatası miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri 1 saylı Notariat ofisinin yuxarıda qeyd edilmiş notariat işinin sənədlərindən görünür ki, ünvan 12 ünvanında yaşayan X14 xx.xx.2019-cu il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək bildirmişdir ki, o, xx.xx.2018-ci il tarixdə vəfat etmiş əri X2 miras qalmış bütün əmlakdan Cavabdeh3 Qiyas oğlunun xeyrinə imtina edir. İş materiallarında olan Bakı şəhəri 1 saylı Notariat ofisinin yuxarıda qeyd edilmiş notariat işinin sənədlərindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə, X20 xx.xx.2019-cu il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək bildirmişlər ki, onlar xx.xx.2018-ci il tarixdə vəfat etmiş ataları X2 miras qalmış bütün əmlakdan Cavabdeh3 Qiyas oğlunun xeyrinə imtina edirlər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Fərrux Qayıbov küçəsi 11 saylı ev paylı mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə 3/12 hissədə X8, xx.xx.2019-cu il tarixdə 3/12 hissədə X6, xx.xx.2019-cu il tarixdə 6/12 hissədə X16 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 1 saylı notariat ofisində təsdiq olunmuş 2V-75, 2V-76, 2V-77 reyestr nömrəli, 14 avqust 2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlak ünvan 13 ünvanda yerləşən ümumi sahəsi 351,10 kv.m. olan fərdi yaşayış evində 3/12 hissə paydan ibarətdir. X8 vərəsəsi - oğlu X8 xx.xx.2019cu il tarixdə vəfat etməsi ilə əlaqədar miras onun vərəsələri: - oğlu Cavabdeh3 30/144 hissədə, qızı Cavabdeh4 və arvadı Cavabdeh2 hər birinə 3/144 hissədə keçir. İş materiallarında olan Bakı şəhəri 1 saylı notariat ofisində təsdiq olunmuş 3M-223 reyestr nömrəli, 14 avqust 2014-cü il tarixli Miras payın bağışlama müqaviləsindən görünür ki, Cavabdeh3 Qnyaz oğlu və Cavabdeh4 ünvan 13 ünvanda yerləşən ümumi sahəsi 351,10 kv.m. olan fərdi yaşayış evindən xx.xx.2018-ci il tarixdə vəfat etmiş X11 məxsus olmuş 3/12 hissə paydan ibarət miras əmlakdan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh3 Qnyaz oğluna miras qalmış 30/144 hissədən ibarət payını və Cavabdeh4 miras qalmış 3/144 hissədən ibarət payını miras qoyanın gəlini - anaları Cavabdeh2 bağışladılar. Təqdim olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı ünvan 14 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X6 adına ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi ünvan 11 nömrəli, xx.xx.1994-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.1994-cü il tarixində qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 1 saylı DNK-nın 2V-75, 2V-76, 2V-77 reyestr nömrəli xx.xx.2019cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə və 3M-223 reyestr nömrəli miras payın bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Təqdim olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı ünvan 16 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-3039/2023 nömrəli məktubdan görünür ki, Oğuz rayonu, Xaçmaz kəndində yerləşən ümumi sahəsi 148.4 kv.m olan fərdi yaşayış evi iyun 1987-ci il tarixli texniki pasporta əsasən X11 məxsus olmuşdur və xx.xx.2021-ci il tarixdə hüquqları dövlət qeydiyyatına alınaraq, qeydiyyat nömrəsi ********** olan çıxarış tərtib edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstutusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarında izah etmişdir edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı X13 ilə 21 iyul 1968-ci ildə X13 ilə rəsmi nikah bağlamış və həmin nikahdan onların 3 övladı doğulmuşdur: xx.xx.1969-cu il təvəllüdlü X10, xx.xx.1970-ci il təvəllüdlü X15, xx.xx.1972-ci il təvəllüdlü X12. İddiaçının əri X13 26 iyul 2018-ci il tarixdə və oğlu Qnyaz Hacıquliyev 04 iyun 2019-cu il tarixdə vəfat etmişlər. İddiaçının əri X6 ölümündən sonra miras əmlak kimi Oğuz rayonu, Xaçmaz kəndi ərazisində 0,28 ha torpaq sahəsi üzərində inşa olunmuş ona məxsus fərdi yaşayış evi və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində ona məxsus 3/12 hissə, iddiaçının oğlu Qnyaz Hacıquliyevin ölümündən sonra miras əmlak kimi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində ona məxsus 3/12 hissə qalmışdır. Məhkəmə iclalsında həmçinin sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçının oğlu Qnyaz Hacıquliyevin 04 iyun 2019-cu il tarixdə ölümündən sonra onun vərəsələri olan övladları - Cavabdeh3 Qnyaz oğlu və Cavabdeh4 ərizə ilə notariat ofisinə müraciət edərək, babasından və atasından onlara çatası miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Eləcə də, Qnyaz Hacıquliyevin həyat yoldaşı Cavabdeh2 ərizə ilə notariat ofisinə müraciət edərək, qaynatası X6 xx.xx.2018-ci il tarixdə, ölənin oğlu, onun isə həyat yoldaşı X8 xx.xx.2019-cu il tarixdə vəfat etdiklərinə görə ona çatası miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Məhkəmə iclalsında eləcə də müəyyən olundu ki, iddiaçı X14 xx.xx.2019-cu il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək, əri X2 miras qalmış bütün əmlakdan, onun övladları - X10 və X20 ərizə ilə notariat ofisinə müraciət edərək, ataları X2 miras qalmış bütün əmlakdan Cavabdeh3 Qiyas oğlunun xeyrinə imtina etdiklərini bildirmişlər. Bundan sonra vərəsələr Cavabdeh3 Qnyaz oğlu, Cavabdeh4 və Cavabdeh2 miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, Cavabdeh3 Qnyaz oğlu və Cavabdeh4 onlara miras qalmış payı bağışlama müqaviləsi əsasında anaları Cavabdeh2 bağışlamışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstutusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarında izah etmişdir edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Qanunun yuxarıda qeyd olunan normalarının tələbini və Konstutusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarının izahını rəhbər tutaraq, hesab edir ki, iddiaçı mərhum ərindən və mərhum oğlundan ona çatan miras əmlaklardan notariat qaydasında təəsdiq olunmuş ərizəsi əsasında imtina etdiyi üçün onun iddia tələbi əsassızdır. Digər tərəfdən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum əri ilə birgə nikahları dövründə əldə edildiyi üçün həmin əmlakın ½ hissəsinin onun mülkiyyəti olması ilə bağlı iddiaçının tələbinə gəldikdə, məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır. Belə ki, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçının mərhum əri X6 adına ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi ünvan 8 nömrəli, xx.xx.1994-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.1994-cü il tarixində qeydiyyatdan keçmişdir. Bu isə o deməkdir ki, mübahisələndirilən həmin əmlak bağışlama müqaviləsi ilə mərhum X6 mülkiyyətinə keçidiyindən əvəzsiz olmuş və bu səbəbdən də həmin əmlak birgə nikah dövründə birgə təsərrüfat aparılaraq əldə olunmuş əmlak hesab oluna bilməz. İddiaçının Oğuz rayonu, Xaçmaz kəndi ünvanında yerləşən, 148.4 kv.metrdən ibarət fərdi yaşayış evinə 1/2 hissədə payın müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin daşınmaz əmlakla bağlı iddiaçı mərhum əri X2 ona çatası hissədən nəvəsi Cavabdeh3 xeyrinə imtina etmiş, həmin evlə bağlı nə iddiaçı, nə də ki, Cavabdeh3 çıxarış verilməsi üçün reyestr idarəsinə müraciət etməmişlər. Qeyd olunan əmlakla bağlı iddiaçı ilə cavabdehlər arasında hər hansı mübahisə yaranmadığından iddia tələbinin bu hissəsi ilə bağlı iddiaçının məhkəməyə müraciət etmək üçün hüquqi əsası olmamışdır. Bununla yanaşı, iddiaçı iddianın verilə bilməsi üçün qanunla müəyyənləşdirilən iddia müddətini ötürmüşdür ki, bu da digər əsaslarla yanaşı iddia tələbinin rədd olunması üçün əsasdır. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi “Miras payın bağışlanma müqaviləsi" 3M- 23 nömrə ilə xx.xx.2019-cu il tarixdə reyestrdə qeyd edilmişdir. Əgər iddiaçı qeyd olunan müqaviləni etibarsız hesab edirdisə, onda qanunla müəyyən edilən 1 il müddətində məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı hüquqlarının pozulduğunu hesab etdiyi halda hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməmiş, aradan 4,5 il keçdikdən sonra belə bir iddia tələbi irəli sürmüşdür. Beləliklə, iddiaçı məhkəməyə müraciət etmək üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2.-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli qərarına əsasən MM-ın 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddianın mahiyyətcə əsaslı olub-olmamasından asılı olmayaraq, iddia müddətinin ötürülməsi iddia tələbinin rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Bu, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələrin müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia tələbinin verilməsi ilə bağlı müddətin ötürülməsi digər əsaslar olmadan belə iddia tələbinin rədd olunması üçün hüquqi əsasdır. İddia müddətinin ötürülməsi iddiaçını cavabdehin iddia tələbinə qarşı hər hansı bir əks dəlillər irəli sürmək və bununla bağlı məhkəməyə sübutlar təqdim etmək vəzifəsindən azad edir. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qnyaz oğlu, Cavabdeh4 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi” tələbinə tələbinə dair iddiası əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ : İddiaçı (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qnyaz oğlu, Cavabdeh4 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi” tələbinə tələbinə dair iddiası təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar